Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1351/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-dən müqavilənin icrasının ləngidilməsinə görə 154705 ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 and Forwarding LTD ilə İddiaçı arasında 14 dekabr 2017-ci il tarixli, KQ-RS/01-2017 nömrəli; 05 yanvar 2018-ci il tarixli, KQ-RS/01- 2018 nömrəli; 18 yanvar 2018-ci il tarixli, KQ-RS/02-2018 nömrəli; 07 fevral 2018-ci il tarixli, KQ-RS/04-2018 nömrəli; 19 mart 2018-ci il tarixli, KQ-RS/03-2018 nömrəli müqavilə imzalanmışdır. Müqavilələrin predmetinə əsasən, cavabdeh malların və avadanlıqların daşımasını həyata keçirməlidir. Lakin, cavabdehlə aralarında imzalanmış 5 müqavilədən 4 üzrə ləngidilmələrə yol verilmişdir. Belə ki, 2 dəst ZJ30 qazma qurğusunun daşınması üçün dəyəri 870000 ABŞ dolları olan, 14 dekabr 2017-ci il tarixli, KQ-RS/01-2017 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 60 gün ərzində daşınmalı idi. Lakin mallar 66 gün ləngidilərək (son 2 maşın 28 mart 2018-ci il tarixində İpək yolu gömrük terminala daxil olmuşdur) daşınıb. Halbu ki, daşınma xidməti üçün keçirilən tenderin əsas şərtlər toplusunda qazma qurğularını daşıyan bütün nəqliyyat karvanının birlikdə 2 gün ərzində gömrük terminalına daxil olması tələb olunmuşdur. İcraçınin isə yükü daşıdığı 95 maşından ilk maşın 10 martda , son maşın isə 28 martda gömrük terminalına daxil olmuşdur, dəst şəklində gömrük rəsmiləşdirilməsini həyata keçirilən qazma qurğularının rəsmiləşdirilməsinə buna görə də yalnız 28 mart tarixindən başlana bilmişdir və 5-10 aprel tarixləri arasında anbara daşınaraq boşaldılmışdır. Göründüyü kimi 14 dekabr 2017-ci il tarixli, KQ-RS/01-2017 saylı müqavilə 66 gün ləngidilərək icra edilmiş və bu səbəbdən 82650 ABŞ dolları miqdarında cərimə hesablanmışdır. TDS-8SA markalı Top Drayverin daşınma xidməti üçün dəyəri 36700 ABŞ dolları olan, 05 yanvar 2018-ci il tarixli , KQ- RS/01-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 60 gün ərzində daşınmalı idi. Lakin 27.03.2019-cu il tarixdə çatdırılıb. Göründüyü kimi 05 yanvar 2018-ci il tarixli , KQ-RS/01-2018 saylı müqavilə 44 gün ləngidilərək icra edilmiş və bu səbəbdən 1835 ABŞ dolları miqdarında cərimə hesablanmışdır. Deqazator, məhlul təmizləyici və kondisionerlərin daşınması xidməti üçün dəyəri 11000 ABŞ dolları olan 18 yanvar 2018-ci il tarixli, KQ-RS/02-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 60 gün ərzində daşınmalı idi. Lakin 02.04.2019-cu il tarixdə çatdırılıb. Göründüyü kimi 18 yanvar 2018-ci il tarixli, KQ-RS/02-2018 saylı müqavilə 31 gün ləngidilərək icra edilmiş və bu səbəbdən 220 ABŞ dolları miqdarında cərimə hesablanmışdır. Varco kəmər endirmə avadanlığının daşınması xidməti üçün dəyəri 6200 ABŞ dolları olan 19 mart 2018-ci il tarixli, KQ-RS/03-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar 30 gün ərzində daşınmalı idi. Lakin 27.09.2019-cu il tarixdə çatdırılıb. Göründüyü kimi 19 mart 2018-ci il tarixli, KQ-RS/03-2018 saylı müqavilə 1 gün ləngidilərək icra edilmişdir. ZJ- 70 qazma qurğusunun ikinci hissəsinin daşınması xidməti üçün dəyəri 700000 ABŞ dolları olan 07 fevral 2018-ci il tarixli, KQ-RS/04-2018 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtinə əsasən mallar müqavilə imzalandıqdan sonra 60 gün ərzində daşınmalı idi. Lakin 30-31.07.2019-cu il tarixdə çatdırılıb. Göründüyü kimi 07 fevral 2018-ci il tarixli, KQ-RS/04- 2018 saylı müqavilə 135 gün ləngidilərək icra edilmiş və bu səbəbdən 70000 ABŞ dolları miqdarında cərimə hesablanmışdır. Sadalanan hallardan göründüyü kimi qeyd edilən 4 müqavilə ləngidilərək icra edilmiş və cəmi 154705 ABŞ dolları miqdarında cərimə hesablanmışdır (arayış və gömrük çekləri qoşmaya əlavə edilir.). Gecikməni sübut edən əsas dəlillər Gömrükdən olan mədaxil orderləridir. Həmin orderdəki ödənişlərə baxdıqda günləri hesablamaq mümkündür. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, müqavilə üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan KQİ tresti ilə X3 and Forwarding LTD arasında aparılan əməliyyatlar barəsində arayışa əsasən KQ-RS/01-2017 saylı, 14.12.2017-ci il tarixi müqavilə üzrə çatdırılma müddəti 60 gün, müqavilə üzrə çatdırılma tarixi 12.02.2018-ci il, gecikdirilmiş günlər 66 gün, KQ-RS/01-2018 saylı, 05.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, müqavilə üzrə çatdırılma tarixi 06.03.2018-ci il, gecikdirilmiş günlər 44 gün, KQ-RS/02-2018 saylı, 18.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, müqavilə üzrə çatdırılma tarixi 19.03.2018-ci il, gecikdirilmiş günlər 31gün, KQ-RS/03-2018 saylı, 19.03.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 30 gün, müqavilə üzrə çatdırılma tarixi 06.03.2018-ci il, gecikdirilmiş günlər 1 gün və KQ- RS/04-2018 saylı, 07.02.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, müqavilə üzrə çatdırılma tarixi 08.04.2018-ci il, gecikdirilmiş günlər 135 gün qeyd olunmuşdur. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, iddianın faktiki əsası kimi tərəflər arasında müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsinə, hüquqi əsas kimi isə mülki qanunvericiliyin öhdəliklər bölməsi ilə bağlı müddəalarına istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş KQ-RS/01-2017 saylı, 14.12.2017-ci il tarixi müqavilə üzrə çatdırılma müddəti 60 gün, KQ-RS/01-2018 saylı, 05.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, KQ-RS/02-2018 saylı, 18.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, KQ-RS/03-2018 saylı, 19.03.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 30 gün və KQ-RS/04-2018 saylı, 07.02.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün sonra qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. - 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. - 861.2-ci maddəsinə əsasən ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. Tərəflər arasında KQ-RS/01-2017 saylı, 14.12.2017-ci il tarixi müqavilə üzrə çatdırılma müddəti 60 gün, KQ-RS/01-2018 saylı, 05.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, KQ-RS/02-2018 saylı, 18.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün, KQ-RS/03-2018 saylı, 19.03.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 30 gün və KQ-RS/04-2018 saylı, 07.02.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 60 gün sonra müəyyən edilmiş, yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı KQ-RS/01-2017 saylı, 14.12.2017-ci il tarixi müqavilə üzrə çatdırılma müddəti 12.02.2018-ci ildə tamamlandığı müddətdən bir il keçdikdən sonra, KQ-RS/01-2018 saylı, 05.01.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 06.03.2018-ci ildə tamamlandığı müddətdən bir il keçdikdən sonra, KQ-RS/02-2018 saylı, 18.01.2018-ci il tarixli müqavilə üzrə çatdırılma müddəti 19.03.2018-ci ildə tamamlandığı müddətdən bir il keçdikdən sonra, KQ-RS/03-2018 saylı, 19.03.2018-ci il tarixli, müqavilə üzrə çatdırılma müddəti 06.03.2018-ci ildə tamamlandığı müddətdən bir il keçdikdən sonra, və KQ-RS/04-2018 saylı, 07.02.2018-ci il tarixli müqavilə üzrə çatdırılma müddəti 08.04.2018-ci ildə tamamlandığı müddətdən bir il keçdikdən sonra başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 09 fevral 2021-ci il tarixdə, yəni, müqavilələr üzrə iddia müddəti başa çatdıqdan 2 ildən çox müddət keçdikdən sonra müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyinə iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1351/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1351/2021
27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver