Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1355/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən “X1 qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 018142 saylı akt əsasında əsassız hesablanmış 5686,20 manat borcun silinməsi, 100 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 018142 saylı akt əsasında 5686,20 manat borc əsassız hesablanmışdır. İddiaçı **********6 abonent kodu ilə Salyan rayonu Boranıkənd kəndində sahibkar kimi istixanada X1 edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən məlumatı olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən və təmin edilmədən əsassız 018142 saylı akt yazılmış və buna görədə 5686,20 manat cərimə borcu yaranmışdır. Aktda qeyd edilmişdir ki, kənar xətt aşkar edilmiş və akt tərtib edilir və həmin aktın tərtibində onun iştirakı təmin edilməyib və ona rəsmi məlumat verilməyib. Heç vaxt abonent olaraq elektrik enerjisi istifadəsinə görə borcum olmayıb. İstifadə edilən enerjinin pulu daim vaxtında ödənilib. Amma sayğaca heç vaxt tərəfindən heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur. X1 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 018142 saylı tərtib edilmiş akt əsassızdır, həmin akt əsasında hesablanmış 5686,20 manat məbləğ əsassız hesablanmışdır. "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının da tələbləri pozulmuşdur. Çünki həmin mübahisəli akt tərtib edilərkən bu qərar və qanunvericiliyin digər tələbləri cavabdehin əməkdaşları tərəfindən pozularaq tərtib edilmişdir. Aktda hansı norma əsasında hesablanma aparıldığı göstərilməmiş və bununla bağlı istehlakçıya heç bir məlumat və sair formada bildiriş verilməmiş və aktda qeyd aparılmamışdır. Bir cümlə yazılmaqla kifayətlənmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, "xxxx" ASC yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə mediasiya təklif göndərilmiş və məcburi mediasiya prosesində iştirak edilmişdir. Bu barədə mediasiya müraciət edilmiş və Salyan 1 saylı Mediasiya təşkilatında işə baxılmış və razılaşma əldə edilmədiyindən 100 manat mediasiya xərci ödənilmişdir. Pretenziya "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektron məhkəmə vasitəsilə göndərilmiş və 3 gün müddətində əsassız borcun silinməsi xahiş edilmişdir. Amma borc silinməmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş və amma yenə də borc silinməmişdir.
3. Cavabdehin nümayəndəsinin iddiaya dair verdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddianı Cəmiyyət qəbul etmir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Salyan rayonu, Borankənd kəndində sahibkarlıqla məşğul olan fiziki şəxs İddiaçı məxsus obyektin (abunə kodu-**********6) uçot dəstinə baxış keçirilən zaman elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi və sayğacın alt qapaq hissəsində qısa qapanma izlərinin olduğu aşkar edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikas 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş X1 Qaydaları” nın tələbinə uyğun olaraq. xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən: (598,818 göst- 179 göst) x 200 əmss x 38% : 62% = 514620 kvts Tarif (0,10 man) - 514620 kvts x 0,10 = 5146,20 manat məbləğ hesablanmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış 5146,20 manat məbləğ üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aktın nüsxəsi istehlakçıya təqdim olunmayıb. Yoxlamanın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışı cavabdeh təqdim etsə də, istehlakçıya yenə də hər-hansı sənəd təqdim olunmayıb, məlumat verilməyib. Yalnız vahid reyestrdə qeydiyyatdan keçməklə kifayətlənmişdir cavabdeh təşkilat. Akt tamamilə əsassızdır. İddiaçının hər-hansı təqsirinin olması müəyyən edilmir. Digər tərəfdən aktda abonentçinin nümayəndəsi kimi qeyd olunan Rzayev Zamiqin kim olmasını iddiaçı tanımır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddia tələbinə etiraz edir. Akt əsaslı yazılmışdır. Sayğacdan keçən yük düzgün qeydə alınmırdı. Nəticədə də hesablama aparılmaqla 5146,20 manat sərfiyyat hesablanmışdır.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il çap tarixli çıxarışa əsasən "xxxx" ASC tərəfindən İddiaçı müqavilə şərtlərinə əməl olunmasının müəyyən olunması məqsədi ilə xx.xx.2023-cü il tarixində X4 və X3 tərəfindən yoxlama aparılacağı qeyd olunmuşdur.
8. xx.xx.2023-cü il tarixli NDQ018142 saylı akta əsasən İddiaçı məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğacın üç fazasında cərəyan itdiyi, bu səbəbdən də oxun yükü düzgün qeyd etmədiyi və sayğacın alt qapaq hissəsində qısa qapanma izləri olduğu qeyd olunmuşdur.
9. xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçı xx.xx.2023-cü il tarixli NDQ018142 saylı akta əsasında 5146,20 manat borc hesablanmışdır.
10. İddiaçı məxsus abonent haqqında məlumata əsasən xx.xx.2023-cü il tarixdə EİQ pozulmasına görə 5146,20 manat həddində borc məbləğ hesablanmışdır.
11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli NDQ018142 saylı akta əsasən İddiaçı məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğacın üç fazasında cərəyan itdiyi, bu səbəbdən də oxun yükü düzgün qeyd etmədiyi və sayğacın alt qapaq hissəsində qısa qapanma izləri olduğu qeyd olunmuş və xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçı xx.xx.2023-cü il tarixli NDQ018142 saylı akta əsasında 5146,20 manat borc hesablanmışdır.
14. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün İddiaçı təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.
15. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın:
18. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
19. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1 zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.
20. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
21. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
22. xx.xx.2023-cü il tarixli NDQ018142 saylı akta əsasən İddiaçı məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğacın üç fazasında cərəyan itdiyi, bu səbəbdən də oxun yükü düzgün qeyd etmədiyi və sayğacın alt qapaq hissəsində qısa qapanma izləri olduğu qeyd olunmuşdur.
23. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:
24. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
25. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
26. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:
28. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
29. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
30. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
31. İşdən göründüyü kimi cavabdeh qurum tərəfindən iddiaçıya məxsus obyektə yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə” daxil edilsə də, həmin yoxlamasının keçirilməsi zamanı pozuntulara yol verilmişdir.
32. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən:
33. Maddə 4-2. Yoxlayıcının vəzifələri - 4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: - 4-2.1.1. yoxlamaları bu Qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək; - 4-2.1.2. sahibkara öz hüquq və vəzifələri barədə məlumat vermək; - 4-2.1.3. yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara (onun səlahiyyətli nümayəndəsinə) təqdim etmək və bu Qanunun 8ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini təmin etmək; - 4-2.1.4. yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq; - 4-2.1.5. bu Qanunun 6-cı fəslində müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək; - 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; - 4-2.1.7. yoxlamanın həyata keçirilməsi prosesində tanış olduğu məlumatlar (sənədlər) barəsində bu Qanunun 7.7-ci maddəsinin tələblərinə riayət etmək; - 4-2.1.8. yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək; - 4-2.1.9. yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək; - 4-2.1.10. müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək; - 4-2.1.11. yoxlama müddətində sonradan sübut edilməsi mümkün olmayan və ya yoxlamanın icrasına mane olan hər hansı fakt (reyestrə daxil edilmiş hüquqi ünvanda sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin olmaması, yoxlamanın keçirildiyi yerə girişə məhdudiyyət, tələb olunan sənədləri təqdim etməkdən imtina və s.) barədə qeydi yoxlama aktına daxil etmək və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə, onlar imtina etdikdə və ya onların iştirakı mümkün olmadıqda, müvafiq qeyd etməklə rəsmiləşdirmək.
34. Maddə 4-3. Yoxlama zamanı sahibkarın hüquqları: - 4-3.1. Yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları vardır: - 4-3.1.1. aşağıdakı hallarda yoxlayıcının yoxlama aparmasına icazə verməmək: - 4-3.1.1.1. yoxlama bu Qanunun 10-cu maddəsində müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda; - 4-3.1.1.2. yoxlamanın aparılması ilə əlaqədar bu Qanunun 18-ci maddəsində müəyyən edilən müddətlər pozulduqda; - 4-3.1.1.3. bu Qanunun 4-3.1.2-ci maddəsində müəyyən edilən məlumatlar (sənədlər) yoxlayıcı tərəfindən təqdim edilmədikdə; - 4-3.1.2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək;
35. Qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdeh ASC yoxlamanın keçirilməsini reyestrdə qeydiyyatını aparsa da, həmin keçirilməyə dair məlumatları və aktı iddiaçıya təqdim etməmişdir.
36. Bundan əlavə cavabdeh etirazında hesablanmış məbləğin X1 nəticəsində yarandığını qeyd etsə də abonent haqqında məlumatda və komissiyanın icra vərəqəsindən göründüyü kimi mübahisə predmeti olan məbləğ ASC-nin əməkdaşlarının tərtib etdiyi akt əsasında hesablanmış borc məbləği olmuşdur. Həmçinin həmin məbləğin yaranmasında abonentçinin təqsirinin nədən ibarət olması əsaslandırılmamışdır.
37. Məhkəmə iddianın təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 5686,20 manat borcun silinməsini tələb etsə də, iş materiallarında olan sənədlərdən, həmçinin abonent haqqında məlumatdan görsənir ki, akta görə yazılan borc məbləği 5146,20 manat təşkil edir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
43. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 100 manat mediasiya xərci ödəmişdir.
44. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonet kodu **********6) xx.xx.2023-cü il tarixli NDQ 018142 saylı akta əsasən hesablanmış – 5146,20 manat borc məbləği silinsin. Mediasiya xərcinin əvəzi olaraq 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova