Məhkəmə qərarları › İş №e-2-2(113)-1378/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1378/2025

21.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1378/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 olmaqla) “təsisçilikdən çıxarılma və pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Сavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 olmaqla) “təsisçilikdən çıxarılma və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd Qatlama Demak-2014, bir ədəd Qızılı Helderberg, bir ədəd Kəsim Heidelberg 27786 56x82, bir ədəd Titan İX X19 80x110, bir ədəd Sıvama, bir ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, bir ədəd X10 Kod: 84411000 adlı avadanlıqlar, həmçinin 14 ton çəkidə Laminasiya növündə xammal və ya onların ümumilikdə pulla dəyəri olan 514447, 47 manat pul, həmçinin Qazel C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585, ağ rəngli, dövlət nömrə nişanı **-JY-*** olan yük avtomobili və ya pulla dəyəri olan 37000 manat pulun Cavabdeh alınaraq iddiaçıya qaytarılması, bundan başqa, dəymiş zərərə görə 154693,42 manat və əldən çıxmış faydaya görə 819000 manat, ümumilikdə isə zərərə görə və əldən çıxmış faydaya görə 973693,42 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə təsis payının alqısatqı müqaviləsi əsasında, təsisçisi olduğum Azərbaycan Respublikası 3 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********622400, hüquqi ünvanı AZ4001, Quba rayonu, Quba şəhəri, məh. 22, VÖEN: ********** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan Nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik (on manat sıfır qəpik) olan Nizamnamə kapitalındakı faizi 100% olan paydan 49 faizini Cavabdeh satmışam. Müqavilədə şatış qiyməti kimi qarşılıqlı razılığa əsasən nominal qiymət göstərilmişdir. Bildirmək istəyirəm ki, cəmiyyət yarandığı vaxtdan həmişə əhəmiyyətli gəlirlə fəaliyyət göstərmişdir, 16 dək tanınmış şirkətlərlə formalaşmış ticarət əlaqələri yaranmışdır, fəaliyyət göstərdiyi sahədə ön mövqedə olmuşdur, doğsan nəfər işçisi olmuşdur. Yəni, Bayramov cəmiyyətdə payın 49% satın alanda bu cəmiyyətin 2020-ci il üzrə dövriyyəsi vergi orqanının yoxlamasına əsasən 809130.01 manat olmuşdur. Cavabdeh şirkətin iştirakçılarından biri olduqdan sonra cəmiyyətin bütün iş prosesi mən və işçilərimiz tərəfindən cavabdehə öyrədilmişdir və həmin vaxtdan bütün idarə olunma işləri biznesə şərik olduğu üçün onunla birlikdə aparılmışdır. Cavabdeh əvvəllər bu sahədə heç bir təcrübəsi olmamışdır. Bayramovla şərtləşdiyimiz kimi, mən təsis payının satışından əldə etdiyim pulu istehsalatın genişləndirilməsinə və cəmiyyətin xərclərinə istifadə etmişəm. Bu xərclərin hamısı Bayramovla razılıq əsasında aparılmışdır. Belə ki, bu biznesə artıq o da şərik idi. Qarşılıqlı razılıq əsasında 2021-ci il ərzində biz aşağıda göstərdiyim avadanlıqları (dəzgahları) və xammalı, avtomobili almışıq, quraşdırmışıq və istifadə etməyə başlamışdıq: 1. Qatlama DEMAK-2014 – 1 ədəd; 2. Qızılı Helderberg – 1 ədəd; 3. Kəsim Heidelberg 27786 56x82 – 1 ədəd; 4. Titan İX X19 80x110 – 1 ədəd; 5. Sıvama – 1 ədəd; 6. Laminasiya avadanlığı 1010 Somtaş Avto – 1 ədəd; 7. X10 Kod: 84411000 – 1 ədəd 8. Laminasiya xammal 14 ton – 1 ədəd 9. Qazel C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585, ağ rəngli, dövlət nömrə nişanı **- JY-*** – 1 ədəd. Bu avtomobili cəmiyyət 23.04.21-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən 37000 manata (ƏDV daxil) almışdır. Bu əsas vəsaitlər də cəmiyyətin balansına götürülmüşdür. Lakin sonra, 2021-ci ilin aprel ayından dekabr ayına qədər cavabdeh Bayramov iş prosesini tam öyrənəndən sonra müxtəlif bəhanələrlə narazılıq salaraq ayrılıb özü üçün eyni məhsul istehsal edən yeni şirkət acmaq istədiyini bildirmişdir. O, yeni alınmış və müstəqil şəkildə məhsulun istehsalı üçün kifayət edən cəmiyyətin mülkiyyəti olan avadanlıqları və xammalı yeni aldığımız dövlət nömrə nişanı **-JY-*** olan Qazel C41R92-80 markalı avtomobilə zor gücünə yükləyərək cəmiyyətin yerləşdiyi Abşeron rayonu Digah qəsəbəsindən yeni istehsalat sahəsi kimi icarəyə götürmək istədiyimiz Abşeron rayonu Mehdiabad qəsəbəsində olan sahəyə aparmışdır. Bundan sonra isə bu avadanlıqları pul əvəzinə götürdüyünü deyərək özü "xxxx" MMC və "xxxx" MMC adında cəmiyyətlər yaratmışdır və əlliyə yaxın işçilərimizi dilə tutub öz şirkətlərində işləməyə cəlb etmişdir. Bizimlə daimi işləyən 10 yaxın müştərilərimiz də "xxxx" MMC-nin fəaliyyəti 2021ci ilin sonuna məcburən dayandığı üçün Bayramovla əməkdaşlıq etməyə başlamışlar. Bundan sonra, Bayramov apardığı vəsaitlərin öz adına qanuniləşdirilməsi yolu kimi hüquqşunaslar vasitəsi ilə arxa tarixə müxtəlif sənədlər hazırlayıb onları imzalamağı tələb etmişdir. Bu sənədlərdə Bayramov özünün "xxxx" MMC-nin təsisçisi olduğunu qeyd edərək cəmiyyətə borc verən kimi, "xxxx" MMC-ni isə ondan borc alan kimi göstərmişdir. Bundan başqa, faktiki sahibliyində olan və istifadə etdiyi əsas və əlavə vəsaitləri şəxsən özünün mülkiyyətinə verilməsini və onları "xxxx" MMC-nin balansından çıxarılmasını tələb etmişdir. Hal-hazırda "xxxx" MMC-yə məxsus avadanlıqlar və avtomobil cavabdeh Bayramovun qanunsuz istifadəsindədir. Apardığı xammalı isə bu müddət ərzində istifadə edib. Ona görə də, hesab edirəm ki, onların hamısı "xxxx" MMC-yə qaytarılmalıdır. Qaytarılması mümkün olmayan vəsaitlərin isə dəyərini ödəməlidir. Bayramovun apardığı maşınların, dəzgahların, xammalın ümumilikdə qiyməti 514447, 47 manat təşkil edir. Onun apardığı tək xammalın qiyməti 100933.54 manatdır. Bundan başqa, cavabdeh zor gücünə avadanlıqları və xammalı apardığı səbəbdən istehsalatı genişləndirdiyimiz üçün 2021-ci il ərzində cəlb etdiyimiz və əvvəlki illərdə də müştərimiz olan şirkətlərin sifarişlərini yerinə yetirə bilmədik və 2021-ci ilin sonuna "xxxx" MMC-nin fəaliyyətini dayandırmağa məcbur oldum. Bayramov isə yeni avadanlıqlarla uğurla işləməyə başladı. "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X2, "xxxx" MMC kimi müştərilərimizi cavabdeh Bayramov öz şirkətinə cəlb etdi. Nəticədə, "xxxx" MMC həm faktiki olaraq əldə etdiyi mənfəətdən, həm də işləmədiyi dövrdə əldə edə biləcəyi mənfəətdən məhrum oldu. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə vergi yoxlamasına cəlb olunmuşdur və vergi yoxlaması iyun 2019-may 2022-ci il dövrünü əhatə etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********161731 nömrəli səyyar vergi yoxlaması aktından da görünür ki (səh. 9, 10), şirkətin təqdim etdiyi məlumatlarına əsasən "xxxx" MMC-nin 2020ci il üzrə dövriyyəsi 659384.27 manat (809130.01 manat), 2021-ci il üzrə dövriyyəsi isə artaraq 2278478.21 manata çatmışdır. 2022-ci ildə isə fəaliyyətini faktiki olaraq dayanmışdır. xx.xx.2022 tarixdən isə, "xxxx" MMC-nin fəaliyyəti rəsmən dayandırılmışdır. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən (səh. 10), şirkətin 2021-ci il üzrə ümumi gəliri 2448530.38 manat olmaqla ona mənfəət vergisi (2448530.38/6*20%) olaraq 81617.68 manat hesablanmışdır. Belə olan halda həmin il üzrə şirkətin mənfəəti 408088.39 manat hesablanmışdır. Bu mənfəət hesabına şirkətin istehsalat bazasının daha da genişləndirilməsi nəzərdə tutulurdu və yeni avadanlıqlar, xammal üçün pullar ödənilmişdir. Lakin, il ərzində alınmış avadanlıqlar və 2021-ci ilin sonuna "xxxx" MMC-yə gələn avadanlıqlar, xammalı da cavabdeh öz sexinə aparmışdır. 2021-ci il üzrə mənfəətdən məhrum olmaqla yanaşı, vergi orqanı şirkətə həmin mənfəətə (2021-ci il üzrə) görə hesablanmış 72030,86 manatdan başqa əlavə olaraq 9586,81 manat vergi hesablamışdır və 4793,41 manat maliyyə sanksiyası tətbiq etmişdir (akt səh.10). Ümumilikdə isə 2021-ci il üzrə "xxxx" MMC mənfəət vergisi üzrə 86410,63 manat ödəməlidir. Yoxlama zamanı şirkətin 2021-ci il ərzindəki dövriyyəsi ilə 2022-ci il üzrə bəyan edilmiş dövriyyəsini müqayisə edəndə böyük fərq olduğundan şirkətin faktiki olaraq işləmədiyini və bunun səbəbini vergi orqanına izah etməyə çalışmışıq. Belə ki, balansda istehsal üçün tələb olunan əvvəlki və yeni əsas vəsaitlərin, dövriyyə aktivlərinin, işçi qüvvəsinin olduğu bir şəraitdə vergi orqanı vergi tutulmalı olan bazanın gizlədildiyi, dövriyyənin düzgün bəyan edilmədiyi nəticəsinə gəlmişdir. Bununla bağlı vergi orqanına şirkətin istehsalatda istifadə olunan vəsaitlərinin Cavabdeh tərəfindən aparıldığı haqda izahat verilmişdir. Lakin, vergi orqanı bu faktları "xxxx" MMC tərəfindən vəsaitlərin satış kimi qəbul edərək, ƏDV üzrə külli miqdarda şirkətə əlavə vergi hesablamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli **********161731 nömrəli səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində göstərilmişdir ki, “Vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövr ərzində fəaliyyət göstərdiyi Bakı şəhəri, Digah qəsəbəsi ünvanında yerləşən istehsalat obyektinə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəssisənin faktiki olaraq fəaliyyət göstərmədiyi və həmin ünvanda digər bir vergi ödəyicisinin "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Həmçinin baxış zamanı "xxxx" MMCnin balansında olan iki ədəd avadanlıqların (rulonlu ofset çapı üçün maşınlar hissələri ilə birlikdə - set (72x102) Roland 604 və kağızdan və ya kartondan məmulatların istehsalı üçün kəsmə maşını (80x110) Wupa PS 4.1.) başqa digər avadanlıqların müəssisənin təsisçilərindən Cavabdeh tərəfindən götürüldüyü müəyyən edilmişdir. Müəssisənin digər təsisçisi X7 verdiyi izahata əsasən Cavabdeh qeyd edilən avadanlıqları ehtimal olunan mənfəətin 49 faizi həcmində pul şəklində qoyulan yatırımın əvəzi olaraq götürdüyünü bildirmişdir.” Bundan sonra aktda göstərilmişdir ki, “Qeyd edilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 67.15.-ci maddəsinə əsasən vergi ödəyicisinin faktiki sahibliyində olmayan mallar (Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal dedikdə hər hansı maddi və qeyri-maddi əmlak (aktiv),... yoxlama ilə dövrün sonunda satış kimi bərpa olunmuşdur və müvafiq dövrün ƏDV bəyannaməsində əks olunmuşdur”. Nəticədə, aktda qeyd edilmişdir ki, “...əlavə olaraq əskik gələn 481460, 17 manat maşın və avadanlıqlar amortizasiya olunaraq 2021- ci ilin sonuna qalıq dəyəri 271705.27 manat müəyyənləşdirilmiş və Vergi Məcəlləsinin 159-cu və 67.15-ci maddələrinə əsasən yoxlanılan dövrün sonuna satış olaraq verilmişdir. Nəticədə, yoxlama nəticəsində vergi ödəyicisinin sahibliyində olmayan əsas vəsaitlərin satışa verilməsindən vergi ödəyicisinə 48906,95 (271705,27x18%) manat əlavə vergi məbləği, 24453,47 (48906,95*50%) maliyyə sanksiyasının hesablanması təklif olunur.” (akt səh.13). Ümumilikdə isə, 2021-ci il üzrə ƏDV və sanksiya kimi "xxxx" MMC-yə 73360,42 manat ƏDV üzrə borcu hesablanmışdır. Ümumilikdə isə, səyyar vergi yoxlamasının nəticələrinə görə, "xxxx" MMC-nin ƏDV, mənfəət vergisi və maliyyə sanksiyası olaraq dövlət büdcəsinə 154693.42 manat ödəməlidir ( akt səh. 23) Hesab edirəm ki, bu vergiləri şirkətin ödəyə bilməməyinin səbəbi 2021-ci il ərzində, o cümlədən 2021-ci ilin mənfəəti hesabına, mülki hüquq münasibətlərinin müstəqil subyekti olan şirkətin mülkiyyətində olan əsas və əlavə vəsaitlərin cavabdeh tərəfindən mənimsənilməsi olmuşdur. Belə ki, şirkətin işi dayandığı səbəbdən vergi ödənişləri üçün vəsaiti olmamışdır və bu şirkətə cavabdeh tərəfindən yetirilmiş zərər kimi qiymətləndirilməlidir. "xxxx" MMCnin vergi öhdəliyinin artması və yerinə yetirə bilməməyi təsisçisi olan cavabdeh Bayramovun şirkətin əmlak sahəsində hüquqlarının bilərəkdən pozması və buna görə də maliyyə itkilərinə məruz qalması nəticəsində əmələ gəlmişdir. Hesab edirəm ki, cavabdeh Bayramov "xxxx" MMC-nin əmlakını aparmaqla cəmiyyətin əldə edə biləcəyi, lakin əldə edə bilmədiyi xalis mənfəəti qədər əldən çıxmış faydanı da cəmiyyətə ödəməlidir. Hesaba alınan dövr kimi mən 2021-ci ilin noyabr ayından cəmiyyətin rəsmi qaydada fəaliyyətinin dayandırılması haqda qərar verildiyi tarixədək olan müddəti nəzərə alıram. Bizim müştərimiz olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2020-ci ildə satış 54 787.40 manat olsa da, 2021- ci ildə bu satış 335% artmış və 238 498.60 manat etmişdir. Digər illərdə satış artım dinamikası ilə artmalı idi. "ADORE KOMPANİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ üzrə 2019-ci ildə satış 25 979 manat olsa da, 2020-ci ildə bu satış 129% artmış və 46 193 manat etmişdir. 2021-ci ildə isə ümumi yığım 53 929 manat olmaqla artım cəmi 7736 manat olmuşdur. Bu da bir daha ona dəlalət edir ki, şirkət satışları artım dinamikada getmiş və yekun olaraq mövcud vəziyyətə görə tənəzzülə uğramışdır. "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2019-cu il satışı 50 504, 2020-ci il satışı 209741, 2021 satış isə mövcud vəziyyətə görə 166 680 manata düşmüşdür. "AZZA" QAPALİ SƏHMDAR CƏMİYYƏTİ - 2019-cu il satışı 396 491 manat , 2020-ci il satışı 484 216 , 2021 satış isə 1 588 010 manat olmuşdur. Yuxarıda göstərilənlərlə sübut olunur ki, şirkətin məhsullarının satışının kəskim artım dinamikası olmuşdur. Və adı çəkilən şirkətlər üzrə (yeni müştərilər nəzərə alınmadan) orta ehtimal əlavə satışın artması 100% olmalı idi ki, buda 2022-ci il üzrə satışların 4 094 237 manat olacağı ehtimal olunur. Qeyd olunan sahə üzrə minimal rentabellik 20% olmasını nəzərə alsaq 2022-ci il üzrə gözlənilən mənfəət 819 000 manat olmalı idi. Ona görə də, hesab edirəm ki, cavabdeh "xxxx" MMC-yə vəsaitlərinin və ya dəyərinin qaytarılması, zərərin əvəzinin ödənilməsindən başqa, həmdə 819 000 manat məbləğdə əldən çıxmış faydanı ödəməlidir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 934963 manat məbləğində pulun, 600 manat hüquqi yardıma görə xidmət haqqının və 1224 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “avadanlığın və xammalın qanunsuz sahiblikdən geri tələb edilməsi, zərərin əvəzinin ödənilməsi və əldən çıxmış faydanın tutulması haqqında” Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia ərizəsində bir ədəd Qatlama DEMAK-2014, bir ədəd Qızılı Helderberg, bir ədəd Kəsim Heidelberg 27786 56x82, bir ədəd Titan İX X19 80x110, bir ədəd Sıvama, bir ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, bir ədəd X10 (Kod: ********), 14 ton laminasiya xammalı, bir ədəd C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585 olan, ağ rəngli, **-JY-*** dövlət nömrə nişanlı avtomobil və ya onun pulla dəyəri olan 37.000 manatın Cavabdeh alınaraq "xxxx" MMC-yə qaytarılması, eləcə də dəymiş zərərə görə 154.693,42 manat və əldən çıxmış faydaya görə 819.000 manat, ümumilikdə 973.693,42 manatın cavabdehdən tutulması xahiş edilmişdir. "xxxx" MMC-nin iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, "xxxx" MMC-nin direktoru X6 ilə 2020-ci ilin dekabr ayında dostum vasitəsilə tanış olmuş, bir neçə dəfə görüşmüşük. Həmin görüşlər zamanı Bəhram Əliyev özünü istehsalat sahəsində fəaliyyət göstərən şəxs kimi təqdim etmiş, “Azza”, “Bolluq”, “Diamed” və digər böyük şirkətlərlə işlədiyini, lakin daha səmərəli fəaliyyət üçün investora ehtiyacı olduğunu (300.000 ABŞ dolları) bildirmiş, yatırım etməyimi və şirkətdə 49% təsis payçısı kimi iştirak etməyimi təklif etmişdir. Məni inandırmaq məqsədilə o, atasının maddi imkanlarını göstərmək üçün məni Quba rayonuna dəvət etmiş, atasına məxsus Qəçreş qəsəbəsində yerləşən “Aynur” restoranını və digər obyektləri göstərmişdir. Restoranda nahar etmişik. Bu hərəkətlərlə o, özünü ciddi iş adamı kimi qələmə verərək etibarımı qazanmışdır. Uzun müddət Rusiya Federasiyasında yaşadığım üçün vətənə qayıdıb bizneslə məşğul olmaq mənə maraqlı idi. Bəhram Əliyev haqqında kifayət qədər araşdırma aparmadan onun təklifinə razılaşdım. Onun tələbi ilə ona əvvəlcə 150.000 ABŞ dolları, daha sonra isə əlavə 150.000 ABŞ dolları olmaqla ümumilikdə 300.000 ABŞ dollarını qısa müddət ərzində hissə-hissə verdim. Sonradan birlikdə fəaliyyət göstərdiyimiz müddətdə məlum oldu ki, Bəhram Əliyevin həm fiziki şəxs, həm hüquqi şəxs qismində banklara və müxtəlif şəxslərə böyük məbləğdə borcu vardır və o, məni aldadaraq tələyə salmışdır. Bu barədə xəbərsiz olduğum üçün ona inanmışam. Bundan sonra o, məndən əlavə vəsait tələb etdikdə, artıq geri dönüş imkanım olmadığı üçün məcbur qalaraq ona 100.000 ABŞ dolları və sonralar 279.000 manat əlavə vəsait vermişəm. Verilən məbləğin bir hissəsini öz adımdan "xxxx" MMC-yə “Paşa Bank” vasitəsilə borc müqaviləsi əsasında ödəmişəm. (Bu hal həmin bank hesabı üzrə çıxarışlarla təsdiq edilə bilər.) Ona verdiyim vəsaitlərin bir hissəsini Bəhram Əliyev öz adından şirkətin hesabına mədaxil edir, Türkiyədən köhnə avadanlıqlar, xammal alır, digər hissəsi ilə isə şirkətin “Paşa Bank” qarşısında olan 90.000 manatlıq borcunu, Kapital Banka olan faktorinq borclarını və müxtəlif fiziki şəxslərə olan borclarını qapayırdı. 8 aylıq fəaliyyət dövründə o, borclarına baxmayaraq dəbdəbəli həyat tərzi sürür, müştərilərdən gələn vəsaitləri şirkət kartı əvəzinə öz şəxsi kartına keçirərək şəxsi ehtiyaclarına sərf edirdi ki, bu da şirkətin öhdəliklərinin icrasına, maaşların verilməsinə və xammal alınmasına ciddi maneə yaradırdı. Bəhram Əliyev mənə külli miqdarda borcu olduğu halda şirkətin hesabından böyük məbləğdə vəsait çıxararaq Nardaranda yerləşən “Sibriz” yaşayış kompleksindən özünə mənzil almışdır. Bu, aramızdakı razılaşmalara açıq şəkildə zidd idi. Sonuncu dəfə 3–4 günlük Rusiya səfərim zamanı o, işçiləri işdən çıxarıb MMC-nin fəaliyyətini dayandırmış, mənə ultimatum göndərərək şirkətin davamı üçün onunla yenidən görüşməyimi tələb etmişdir. Bir neçə gün sonra 7–8 nəfər idmançı ilə birlikdə mənə hədəqorxu gələrək danışıqları davam etdirmiş, məni bezdirərək işdən uzaqlaşmağa məcbur etmişdir. Bundan sonra şirkətin mühasibi İdris Axundovun iştirakı ilə Bəhram Əliyevlə hesabat aparmışıq. Mən ona verdiyim və onun şirkətə yatırdığı vəsaitlərin geri qaytarılması mexanizmi müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə razılaşmışıq ki, mənim vəsaitim hesabına alınan avadanlıqlar və “Qazel” markalı avtomobil (735.000 manat dəyərində) dəyərləndirilsin və mənim adıma rəsmiləşdirilərək qaytarılsın. Qalan 375.000 manat isə 12 ay ərzində hər ay 30.000 manat olmaqla mənə ödənilsin. Avadanlıqlar Mehdiabad qəsəbəsindəki anbara daşınmış və bu prosesdə iştirak edən əməkdaşlar məhkəmədə şahidlik edə bilərlər. Avadanlıqların mənim adıma rəsmiləşdirilməsi üçün “Berc” hüquq şirkəti sənədlər hazırlasa da, Bəhram Əliyev sənədləri imzalamaqdan imtina etmişdir. xx.xx.2021 tarixindən sonra yollarımız ayrılmışdır. Razılaşmaya uyğun olaraq ona ilk ay üzrə 30.000 manat ödənişi tələb etdikdə, Bəhram Əliyev bu pulu ödəməmək üçün mənim barəmdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayət etmişdir. Şikayət sonradan X5 göndərilmiş, araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra mən özüm Bəhram Əliyev barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişəm. Araşdırma zamanı ifadələr alınmış, üzləşmə keçirilmiş və təqdim etdiyim sübutlar — o cümlədən WhatsApp səs yazıları — araşdırılmışdır. Nəticədə məlum olmuşdur ki, Bəhram Əliyev məndən 375.000 manat + 400.000 ABŞ dolları + 279.000 manat olmaqla külli miqdarda vəsait almışdır. Araşdırma gedişində yalnız 70.000 manat ödəmişdir. Qalan hissə üzrə mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Bu barədə Sumqayıt Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq DİN-in xx.xx.2024-cü il tarixli məktubu mövcuddur. Şikayətlərimi təsdiqləyən WhatsApp yazışmaları və digər sübutlar məndə vardır. Əlavə olaraq bildirirəm ki, Bəhram Əliyev məni 12 mart 2021-ci il tarixdə "xxxx" MMC-yə 49% təsisçi etmişdir. Yəni faktiki olaraq şirkətdə 49% pay sahibiyəm. Lakin xx.xx.2021 tarixindən ayrıldıqdan sonra Bəhram Əliyev mənim şirkətdə pay sahibi olmağımdan sui-istifadə edərək MMC-nin fəaliyyətini dayandırmış, vergi hesabatlarını verməmiş, vergi borclarını ödəməyərək şirkəti fəaliyyətsiz duruma salmışdır. Şirkətin balansındakı avadanlıqlardan və xammaldan istifadə etməklə öz adına "xxxx" MMC yaradaraq əvvəlki müştərilərlə eyni ünvanda fəaliyyətini davam etdirmişdir. Qeyd edirəm ki, Bəhram Əliyevə qarşı Sumqayıt Kommersiya Məhkəməsində pul tələbinə dair iddia qaldırmışam. İddia 1.308.963,31 manatın, 1455 manat dövlət rüsumunun və 600 manat vəkil xərcinin tutulması barədə olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi 2-2(119)-1285/2024 saylı iş üzrə iddianı qismən təmin edərək, cavabdeh X1 305.000 manat, 600 manat hüquqi yardım haqqı və 590 manat dövlət rüsumu olmaqla 306.190 manatın mənim xeyrimə ödənilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində göstərilmişdir ki, mənim verdiyim 375.000 manat vəsait təsis payı almaqdan əvvəl şəxsi münasibətlər əsasında verilmişdir. DİN-in 07 oktyabr 2024-cü il tarixli məktubunda isə Bəhramın yalnız 70.000 manat ödədiyi təsdiq edilmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, mənim tələb etdiyim avadanlıqlar və avtomobil MMC-nin balansında olduğundan onların Bəhram Əliyevdən tutulması əsassızdır. Eyni zamanda şirkətin 2021-ci il üzrə 408.088,39 manat xalis mənfəətinin 49%-i — 199.963,311 manat — payçı kimi mənə MMC tərəfindən ödənilməlidir. Bu səbəbdən 735.000 manatlıq avadanlıq dəyərinin və 408.088,39 manat xalis mənfəətin 49%-i olan 199.963,311 manatın "xxxx" MMC-dən tutulması və mənə ödənilməsi barədə qarşılıqlı iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edirik.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

6. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 735.000 (yeddi yüz otuz beş min) manat pul vəsaitinin və şirkətdə təsisçi olduğu müddətdə 2278478.21 manat dövriyyədən əldə edilən 408088.39 manat xalis mənfəətin 49%-i, yəni 199.963 (yüz doxsan doqquz min doqquz yüz altmış üç) manatın və həmin pul vəsaitinin tələb edilməsi üçün ödədiyi 1224 (min iki yüz iyirmi dörd) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə Cavabdeh "xxxx" MMC dən 735000 manat pul vəsaitinin və şirkətin xalis mənfəəti hesab etdiyi 199.963 manat vəsaitinin tələb etməsini əsassız hesab edirəm. Belə ki, Bayramov əvvəla tələb etdiyi 735000 manatın verilməsinə dair, verdiyi pulun miqdarına dair heç bir sübut məhkəməyə təqdim etməyib. Bildirdiyi yalnız odur ki, onun investisiya kimi verdiyi pulların dəyərində alman avadanlıqların qiymətini X7 ilə 735000 manat qiymət ediblər və bu əsas vəsaitlərə aid olan avadanlıqlar hal-hazırda Bayramovun ixtiyarındadır. Hesab edirəm ki, ümumiyyətlə “investisiya” terminini Cavabdeh işlətməklə pulu "xxxx" MMC-yə borc vermədiyini təsdiqləyir. Onun özü bildirir ki, verdiyi pul müqabilində ondan əvvəl də işləyən və gəliri olan cəmiyyətin 49% təsis payını almışdır və verdiyi pullara cəmiyyətin mülkiyyətinə müəyyən avadanlıqlar və xammal alınmışdır. Cəmiyyətin fəaliyyəti də genişlənmişdir. Yəni, Cavabdeh adından cəmiyyətə borc verildiyi haqda heç bir sübut təqdim edilməyib. Pullar digər təsisçi olan Əliyev Bəhrəmin adından şirkətə verilib. Hər bir halda, hansı təsisçinin adından pulun şirkətə verildiyinə baxmayaraq, sonda alman avadanlıqlar şirkətin mülkiyyəti olub. Şirkətin isə 49% Cavabdeh mülkiyyətindədir. Cavabdeh yanaşması hal-hazırda belədir ki, xərclədiyi dediyi və buna dair sübutu olmadığı tələb etdiyi pul məbləği qədərini Əliyev Bəhrəmlə ortaq bizneslə məşğul olmağa başlayanadək olan miqdarda ya cəmiyyətin özündən, ya da ki digər təsisçi Əliyev Bəhrəmdən alsın. Belə yanaşma isə düz hesab oluna bilməz, ona görə ki hər kəs öz riski ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yuxarıdakılara əsasən, hesab edirəm ki, Cavabdeh "xxxx" MMC-dən xərclədiyi pul adı ilə 735000 manatın geri qaytarmaq istəyi yalnız qanunda nəzərdə tutulmuş qaydada cəmiyyətin təsisçi 1 iyindən çıxıb və bölünmə balansı əsasında onun payına düşən cəmiyyətin pulunun və ya digər vəsaitinin ona verilməsi yolu ilə mümkündür. Bayramov isə həm 2021-ci ildən apardığı avadanlıqları başqa bir öz şirkətində işlədir (100000 manatadək apardığı xammalı isə çoxdan istifadə edib), həm bu vəsaitlərin qiyməti kimi nəzərdə tutduğu 735000 manatı, həm bu məbləğdən başqa özü xərclədiyi dediyi 375000 manatı, həm mənfəətin onun təsis payına düşən hissəsini ya Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Əliyev Bəhrəmdən tələb edir, ya da ki hazırkı iş üzrə "xxxx" MMC-dən. Bundan başqa, Cavabdeh xx.xx.2025ci il tarixli 1 Təsisçilikdən çıxma, payın, qovulmuş "mayanın ödənilməsi, mənfəətin bölüşdürülməsi və ödənilməsi barədə” ərizə ilə “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki" MMC-yə müraciət etmişdir. Hesab edirəm ki, yalnız bu üsulla mübahisə hə edilməlidir. İ.akin Bayramovun bir sıra tələbləri yenə də əsassızdır. Ərizədə göstərilmişdir ki, ‘‘Əgər 19 fevral 2025-ci il tarixədək Azərbaycan Karton Qutu NƏ Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində olan təsisçilikdən çıxmağım, təsisçi olmamışdan əvvəl və sonra MMC-yə qoyduğum mayanın (pulun), təsis payımın mənə ödənilməsi, MMC-nin əmlakının və əldə edilmiş . mənfəətin bölüşdürülməsi barədə biz təsisçilər arasında iclas 19 fevral 2025-cı ıl _ tarixədək iclas keçirilməsi barədə təklifimdən imtina edilsə və ya təklıldə göstərilmiş müddətdə (19 fevral 2025-ci il) ondan cavab alınmadıqda qeyd edilən məsələlərin həll edilməsi tələbi barədə iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət olunacaqdır.”. Göründüyü kimi, Cavabdeh digər bir əsasla da məhkəmə vasitəsi ilə eyni tələblər irəli sürmək haqda bildirmişdir. Tələbi isə həm investisiya adı ilə xərclədiyini bildirdiyi pulun (1 50000 ABŞ dollarının, sonra yenə 150000 ABŞ dollarının, sonra yenə 100000 ABŞ dollarının, sonra 279000 manatın, sonra yenə 90000 manatın) həm təsis payının pulla ona ödənilməsi, bundan başqa həm də MMC-nın əmlakının bölüşdürülməsi və hələ mənfəətin də bölüşdürülməsindən ibarətdir. Hesab edirəm ki, bu absurd tələblərdir. Belə ki, əslində elə xərclədiyi pullara təsis payının 49 faizi Bayramova satdıb. Müqavilədə isə yalnız payın nominal qiyməti göstərilib. Satış puluna da cəmiyyətə avadanlıqlar alınıb. Ona görə də, tələb yalnız iştirakçılıqdan çıxmaq yolu ilə cəmiyyətin mövcud aktivinin bölüşdürülməsindən gedə bilər. Cavabdeh digər iddia tələbi “xalis mənfəətin” 49%-ı, yəni 199.963 manatın ona ödənilməsi ilə bağlıdır. Hesab edirəm ki, bu tələb də əsassızdır. Belə ki, Cəmiyyətin Nizamnaməsinin 2.5,-ci bəndində deyilir ki, “Ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən soma yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür.” Yəni, cəmiyyətin xalis mənfəətinin əmələ gəlməsi Ba\ ramov Ramil Əli oğlu tərəfindən sübuta yetirilmir. Əksinə olaraq, tərəfimizdən məhkəməyə təqdim edilmiş 1 5.01.2025-ci il tarixli şəxsi hesab vərəqindən görünür kı, cəmiyyətin ödənilməmiş 292.1 57,21 manat vergi borcu vardır. Cəmiyyətin fəaliyyəti isə dayandırılıb, istehsalat sahəsi bağlanıb. Hesab edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh tələbləri rədd edilməlidir.

9. Qarşılıqlı iddiaçı xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təsisçi olmamışdan əvvəl və sonra MMC-yə qoyduğu mayanın, yəni 735.000 (yeddi yüz otuz beş min) manatın və təsis payının cavabdehdən alınaraq ona ödənilməsi və əldə edilmiş 408088.39 manat mənfəətin təsisçilər arasında bölünməsi və payına düşən 199.963,12 (yüz doxsan doqquz min doqquz yüz altmış üç manat on iki qəpik) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-1378/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

11. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki təsisçilikdən çıxmağı, həmin MMC-də təsisçi olmamışdan əvvəl və sonra MMC-yə qoyduğu mayanın, yəni 735.000 (yeddi yüz otuz beş min) manatın və təsis payının "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və əldə edilmiş 408088.39 manat mənfəətin təsisçilər arasında bölünməsi və payına düşən 199.963,12 (yüz doxsan doqquz min doqquz yüz altmış üç manat on iki qəpik) manatın "xxxx" MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması və təsisçilikdən çıxarılma” tələbinə dair qarşılıqlı iddiasının “əldə edilmiş 408088,39 manat mənfəətin təsisçilər arasında bölünməsi və payına düşən 199963,12 manatın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi, qarşılıqlı iddia ərizəsi verilərkən artıq ödənilmiş 201 (iki yüz bir) manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh geri qaytarılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

15. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında əldə edilmiş razılığa əsasən ona qeyri-rəsmi olaraq MMC-dəki payının əvəzinə ilk iddia ərizəsində göstərilən əşyalar (avadanlıqlar, xammal və nəqliyyat vasitəsi) verilmiş, hazırda ondadır, həmin mallar onun verdiyi və hazırda tələb etdiyi 735.000 manat pula alınmış, lakin MMC tərəfindən alış sənədlərində gömrük rəsmiləşdirilməsi ilə bağlı az vəsait ödənilməsi üçün aşağı qiymət göstərilmiş, bu səbəbdən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində onların ilkin qiymətləri aşağıdır. Həmin məbləğ ona geri qaytarıldığı təqdirdə ilk iddianın qismən – tələb edilən əşyaların geri qaytarılması hissəsində təmin edilməsinə etiraz etmir. Bundan əlavə, MMC-nin təsisçiliyindən çıxarılma ilə bağlı MMC-yə müraciətlər etsə də, onun müraciətləri cavabsız qalmışdır. MMC tərəfindən ümumiyyətlə hər hansı ümumi yığıncaq keçirilməmiş, MMC-nin digər təsisçisi və qanuni təmsilçisi olan üçüncü şəxs onu MMC-nin fəaliyyəti ilə maraqlanmağa imkan verməmişdir. MMC-nin məfəət bölgüsü ilə bağlı qərarı yoxdur. Bu səbəbdən xalis mənfəətin onun payına düşən hissəsinin də ödənilməsini tələb etmişdir.

16. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

17. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

18. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ilk iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

20. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

21. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, AZ4001 Quba rayonu, Quba şəhəri, məhəllə 22 ünvanında yerləşən "xxxx" MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, nizamnamə kapitalı 10 manat, təsisçisi X4r – 100 %.

22. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarışdan görünür ki, cəmiyyətin nizamnamə kapitalı ödənilmiş əvvəlki 10 manat, ödənilmiş hazırki 100 manat həcmindədir.

23. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmış çıxarışdan görünür ki, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh – 49%, X6 – 51% təşkil edir.

24. "xxxx" MMC-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi mənfəətin və zərərin bölüşdürülməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir.

25. Nizamnaməyə edilən dəyişikliklərə görə Cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 1 (bir) manat olmaqla 100 (yüz) paydan ibarətdir.

26. Nizamnaməyə edilən dəyişikliklərə görə Cəmiyyətin təsisçiləri: X6 – 51 manat, 51 pay, 51% pul şəklində, Cavabdeh – 49 manat, 49 pay, 49% pul şəklindədir.

27. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

28. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 22000,00 ABŞ dolları olan Kağızın və kartonun işlənməsi üçün avadanlıq hissələri ilə birlikdə X20 Fılm Lamınatın+Cuttıng Machine -1 set serial no:1010 4. İstehsal tarixi 2015 olan avadanlıq "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunmuşdur.

29. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 18300,00 ABŞ dolları olan Uzununa kəsilməsi üçün kombinasiya edilmiş CXDU ******* kəsmə 1x40 maşınları hissələri ilə birlikdə “Kingsun” nişanlı X12 Machıne (1200*830MM)-1 set, istehsal tarixi 2021 olan avadanlıq "xxxx" MMC tərəfindən Çin Respublikasından idxal olunmuşdur.

30. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 28000,00 ABŞ dolları olan Qəliblənmədən fərqli üsullarla karton qutuların, qutuların, yeşiklərin, boruların, barabanların və ya analoji tutumların hazırlanması üçün maşınlar, X13 Erecting Machine – 1 set (serial no:Demak-2014) avadanlıq "xxxx" MMC tərəfindən Türkiyə Respublikasından idxal olunmuşdur.

31. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 42023,02 ABŞ dolları olan Propilen polimerlərindən qalınlığı 0,10 mm-dən çox olan plyonkalar, QL-01 18mix x 700 mm x 3000 m Bopp Glossy film-118 rulon 4197,60 kq avadanlıq "xxxx" MMC tərəfindən Çin Respublikasından idxal olunmuşdur.

32. "xxxx" MMC (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında imzalanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd “Qaz-C41R92” Ban-2818585 markalı avtomobili alıcının mülkiyyətinə verməyi, alıcı isə avtomobili təhvil almağı və bu müqaviləyə uyğun olaraq dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.

33. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 2822,03 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 542,04 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 1,3 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 1170 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 1108,7 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 3011,29 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 6500 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 15677,97 manat vəsait, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 6166,67 manat vəsait "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

34. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-6/2-8853/2024-cü il tarixli məktubda “Cavabdeh 375000 manat pulunun Bəhram Əliyev tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti üzrə əvvəllər BMCMİ-də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, o, "xxxx" MMC-nə 400.000 ABŞ dolları və 279.000 manat investisiya qoyaraq həmin şirkətin təsisçisi Bəhram Əliyevə şərik olmuş, sonrakı müddətdə aralarında əldə edilən qazancın bölünməsi ilə bağlı narazılıq yarandığından Cavabdeh şirkətə investisiya qoyduğu pulları geri tələb edən zaman Bəhram Əliyev pulun bir hissəsini avadanlıq və xammal şəklində qaytarsa da, 375.000 manat borclu qaldığından Cavabdeh onun barəsində şikayət etmişdir. Araşdırma zamanı Bəhram Əliyev tərəfindən Cavabdeh 70.000 manat pulun ödənilməsinin təmin edildiyi” qeyd olunmuşdur.

35. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-16/2- 79871/2025 nömrəli məktubda göstərilmişdir ki, DİN Baş X18 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adında xx.xx.2021-ci il tarixdən “Qaz C41R92-80 Yük” markalı 99-Jy-634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

36. AE N 108805 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Qaz C41R92-80 Yük markalı, furqon tipli, 2021-ci il buraxılışlı, ağ rəngli, ban nömrəsi A21R22L0136343 olan 99JY634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmuşdur.

37. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 004 nömrəli ərizədə xx.xx.2021-ci il tarixində 24/21/H saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyin tam icra olunduğunu odur ki, xx.xx.2021-ci il tarixədək Qaz C41R92-80 Yük markalı, furqon tipli, 2021-ci il buraxılışlı, ağ rəngli, ban nömrəsi A21R22L0136343 olan 99JY634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-nin özgəninkiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir.

38. "xxxx" MMC tərəfindən AR DİN BDYPİ Qİİ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə Qaz C41R92-80 Yük markalı, furqon tipli, 2021-ci il buraxılışlı, ağ rəngli, ban nömrəsi A21R22L0136343 olan 99JY634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sənədləşdirilməsi X14 etibar edilmişdir.

39. "xxxx" MMC tərəfindən AR DİN BDYPİ Qİİ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə Qaz C41R92-80 Yük markalı, furqon tipli, 2021-ci il buraxılışlı, ağ rəngli, ban nömrəsi A21R22L0136343 olan 99JY634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sənədləşdirilməsi X14 Ağammədov Elşənə etibar edilmişdir.

40. “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 140 nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının nəticə hissəsinə əsasən "xxxx" MMC-nin balansında əks olunan əmlakının/aktivinin (təmiz aktiv) hazırkı vaxta bazar dəyəri təqribən 312603 manat, Cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının (49%) hazırkı vaxta olan həqiqi qiyməti (bazar dəyəri) MMC-yə məxsus əmlakların bazar dəyəri və mühasibat hesabatlarının məlumatlarına əsasən (630,000*49%) 308700 manat (üç yüz səkkiz min yeddi yüz) müəyyən edilir.

41. Məhkəmə iclasında mütəxəssis qismindən dindirilmiş X8 və Ekspertiza Mərkəzində mütəxəssisi X9 izahatında göstərdi ki, qiymətləndirmə müəssisənin təqdim edilmiş 2020, 2021 və 2022-ci illərə dair mənfəət vergisi bəyannamələri üzrə araşdırılmışdır. Təhlil göstərmişdir ki, müəssisənin maliyyə nəticələri illər üzrə kəskin fərqlənir. 2020-ci ildə ümumi gəlir 809,130 AZN, xərclər 674,275 AZN, mənfəət 134,855 AZN olmuşdur. 2021-ci ildə ümumi gəlir 2,282,132 AZN, xərclər 2,040,442 AZN, mənfəət 408,088 AZN təşkil etmişdir. 2022-ci ildə isə ümumi gəlir 59,738 AZN, xərclər 50,882 AZN, mənfəət 8,856 AZN olmuşdur. Təhlildən görünür, müəssisə 2020 və 2021-ci illərdə stabil gəlir və mənfəət əldə etmiş, istehsal gücündən istifadə normal olmuşdur. Lakin 2022-ci ildə istehsal həcmi və satış kəskin azalmışdır ki, bu fakt müəssisənin gəlir potensialının zəiflədiyini göstərir. Buna əsasən, 2020–2021-ci illərin nəticələri müəssisənin normal fəaliyyətini və bazarda yerini əks etdirir, 2022-ci ilin göstəriciləri isə istehsalatın dayanması və ya minimal fəaliyyətlə davam etməsini göstərir. Bu səbəbdən gəlir yanaşmasının hesablamalarında yalnız 2020–2021-ci illərin göstəriciləri normal fəaliyyət dövrü kimi qəbul olunmuş, 2022-ci ilin nəticələri isə müəssisənin zəifləyən fəaliyyətini təsdiq edən göstərici kimi nəzərə alınmışdır. Mütəxəssis əlavə etmişdir ki, EBİTDA göstəriciləri 2020-ci il üzrə 135,000 AZN, 2021-ci il üzrə 408,000 AZN olmuş, orta göstərici 271,000 AZN təşkil etmişdir və bu rəqəm müəssisənin istehsal potensialını əks etdirən baza kimi qəbul edilmişdir. Mütəxəssis proqnozlaşdırma ilə bağlı izahatında göstərmişdir ki, maliyyə göstəricilərinə əsasən müəssisənin sabit inkişaf perspektivi yoxdur, əksinə istehsal həcmi və gəlirlərdə azalma müşahidə olunmuşdur. Bu səbəbdən proqnoz dövrü üzrə gəlir artımı nəzərdə tutulmur, mövcud fəaliyyət zəifliyinə görə proqnozlaşdırılmış EBİTDA göstəriciləri orta baza səviyyəsindən aşağı götürülmüşdür, həmçinin müəssisənin gələcək pul axınlarının qeyri-sabit olması səbəbindən bu yanaşmanın nəticəsi də dəstək xarakteri daşıyır. Mütəxəssis diskont parametrləri ilə bağlı izahatında bildirmişdir ki, diskont dərəcəsi müəssisənin yüksək kommersiya və fəaliyyət riskləri nəzərə alınaraq 20%, terminal böyümə isə faktiki olaraq davamlı artım potensialı olmadığı üçün 0% qəbul edilmişdir. Diskontlaşdırılmış pul axınları və terminal dəyərin indiki qiyməti birlikdə müəssisənin gəlir yanaşması üzrə dəyərini təxminən 1,378,018 AZN göstərmişdir. Mütəxəssis əlavə etmişdir ki, qiymətləndirilən obyektlərin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hesab etdiyi məlumatlar şifahi formada üçüncü şəxslərdən əldə edilmişdir. Qiymət əmtəənin alqısatqı prosesində alıcı və satıcı arasında razılaşdırılan dəyər olub, dəyərin pulla ifadəsi kimi qəbul olunur. Mütəxəssis aktivlər yanaşması çərçivəsində izah etmişdir ki, qiymətləndirmənin ikinci mərhələsində müəssisənin əsas istehsal avadanlıqları, xammalı və nəqliyyat vasitəsi üzrə bazar dəyərləri müəyyən edilmişdir. İlkin dəyərlər invoys, gömrük bəyannamələri və təqdim olunmuş sənədlər əsasında götürülmüş, bazar qiymətləri müvafiq dövr üzrə bazar müşahidələri ilə dəqiqləşdirilmişdir. Hər bir avadanlıq üçün fiziki və funksional köhnəlmə nəzərə alınmış, yumşaq ssenari tətbiq edilmişdir. Qazel yük maşını hazırda ikinci əl bazarda aktiv işlək olduğundan köhnəlmə faizi tətbiq edilməmişdir. Laminasiya filmi olan xammal üzrə də köhnəlmə nəzərə alınmamışdır. Mütəxəssis izahatında əsas vəsaitlərin bazar dəyəri cədvəlini təqdim etmişdir. Qatlama Demak-2014 avadanlığı 51,935 AZN ilkin dəyərə qarşı 42% köhnəlmə ilə 30,122 AZN, Qızılı Heidelberg avadanlığı 67,845 AZN ilkin dəyərə qarşı 68% köhnəlmə ilə 21,710 AZN, Kəsim Heidelberg 56x82 avadanlığı 60,000 AZN ilkin dəyərə qarşı 58% köhnəlmə ilə 25,200 AZN, Tritam İX X19 avadanlığı 17,000 AZN ilkin dəyərə qarşı 85% köhnəlmə ilə 2,550 AZN, Sıvama avadanlığı 54,000 AZN ilkin dəyərə qarşı 35% köhnəlmə ilə 35,100 AZN, Laminasiya avadanlığı 63,700 AZN ilkin dəyərə qarşı 37% köhnəlmə ilə 40,131 AZN, X10 (Kingsun, 2021) 37,400 AZN ilkin dəyərə qarşı 15% köhnəlmə ilə 31,790 AZN, laminasiya xammalı olan 14 ton BOPP film 98,000 AZN dəyərində və köhnəlməsiz olaraq, Qazel yük maşını isə 28,000 AZN dəyərində qiymətləndirilmişdir. Cəmi aktiv dəyəri 312,603 AZN təşkil etmişdir. Mütəxəssis yekunda göstərmişdir ki, gəlir yanaşması üzrə dəyər 1,378,018 manat, aktivlər üzrə dəyər isə 312,603 manat olmuşdur. Qarışıq metod tətbiq olunaraq gəlir yanaşması üzrə hesablanmış dəyərə 30%, aktivlər yanaşması üzrə dəyərə isə 70% çəki verilmiş, nəticədə çəkili dəyər müvafiq olaraq 413,405 AZN və 218,822 AZN olmuşdur. Yekun bazar dəyəri 413,405 + 218,822 = 632,227 AZN hesablanmış və müəssisənin yekun bazar dəyəri təqribən 630,000 AZN müəyyən edilmişdir. Beləliklə, "xxxx" MMC-nin balansında əks olunan əmlakının/aktivinin (təmiz aktiv) hazırki vaxta bazar dəyəri təqribən 312,603 manat, Cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının (49%) hazırki vaxta olan həqiqi qiyməti (bazar dəyəri) MMC-yə məxsus əmlakların bazar dəyəri və mühasibat hesabatlarının məlumatlarına əsasən (630,000*49%) 308700 manat (üç yüz səkkiz min yeddi yüz) müəyyən edilmişdir.

42. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin olunmalıdır.

43. Məhkəmə ilk öncə, ilk iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.

44. Belə ki, ilk iddia iki hissədən ibarətdir: 1. MMC-yə məxsus əşyaların qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi; 2. MMC-yə dəymiş 154693,42 manat maddi zərərin və 819000 manat əldən çıxmış faydanın tutulması.

45. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçının hazırda tələb etdiyi avadanlıqlar, xammal və nəqliyyat vasitəsi MMC-nin mülkiyyətindədir.

49. Həmin əmlaklar hazırda cavabdehin sahiblik və istifadəsində olsa da, məhkəmə araşdırması zamanı həmin əmlaklara dair onun hər hansı əmlak hüququnun (icarə, istifadə və sairə) olmadığı müəyyən edilmişdir.

50. İddia ərizəsində əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələb edilsə də, cavabdehin və mütəxəssisin məhkəmə iclasındakı izahatlarından, habelə məhkəmə tərəfindən hazırkı iş üzrə təyin edilmiş ekspertiza zamanı çəkilmiş fotoşəkillərdən həmin əşyaların hazırda mövcud olduğu və cavabdehin istifadəsində olması müəyyən edilmişdir.

51. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda ona məxsus olan əşyaların cavabdehdən geri tələb etməklə haqlıdır, iddia bu hissədə təmin edilməli, bir ədəd Qatlama Demak-2014, bir ədəd Qızılı Helderberg, bir ədəd Kəsim Heidelberg 27786 56x82, bir ədəd Titan İX X19 80x110, bir ədəd Sıvama, bir ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, bir ədəd X10 Kod: 84411000 adlı avadanlıqlar, həmçinin 14 ton çəkidə Laminasiya növündə xammal, dövlət nömrə nişanı **-JY-*** olan yük avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

52. Məhkəmə ilk iddianı ikinci hissədə əsassız hesab edir.

53. Belə ki, iddiaçı ərizəsində cavabdehdən MMC-yə dəymiş zərərin əvəzi qismində 154693,42 manat və 819000 manat əldən çıxmış faydanın tutulmasını tələb edir.

54. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

55. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

56. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

57. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

58. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

59. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

60. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

61. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

62. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

63. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

64. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

65. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

66. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

67. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

68. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 154693,42 manat maddi zərərin və 819000 manat əldən çıxmış faydanın tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

69. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir.

70. Məhkəmə qarşılıqlı iddia ərizəsini birinci, cavabdehin iddiaçı MMC-nin təsisçiliyindən çıxarılma hissəsində əsaslı hesab edir.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

72. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

73. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.

74. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

75. 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

76. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı 49 faiz, üçüncü şəxs isə 51 faiz payla hazırda qarşılıqlı iddia üzrə cavabdeh MMC-nin iştirakçılarıdır. Qarşılıqlı iddiaçı təsisçilikdən çıxmaq üçün MMC-nin icra oqanına müraciət etsə də halhazıradək MMC tərəfindən ümumi yığıncaq keçirilmədiyindən və təsisçilikdən çıxmaq niyyətində olan qarşılıqlı iddiaçı təsisçilikdən çıxarılıb ona nizamnamə kapitalındakı payına uyğun ödəniş edilmədiyindən qarşılıqlı iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi qanuni və əsaslıdır.

77. Belə ki, materiallardan görünür ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə həmin tələbin təmin edilməsi məqsədilə bir neçə dəfə müraciət etməsinə baxmayaraq onun həmin tələbi cavabdeh MMC tərəfindən təmin edilməmişdir.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

79. 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

80. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

81. Göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq hüququna malik olduğundan iddia tələbi qarşılıqlı iddiaçının cavabdeh MMC-dən çıxarılma hissəsində əsaslı olduğundan təmin edilməlidir.

82. Məhkəmə qarşılıqlı iddia tələbini ikinci, MMC-də təsisçi olmamışdan əvvəl və sonra MMC-yə qoyduğu mayanın, yəni 735.000 manatın və təsis payının qarşılıqlı iddiaçıya ödənilməsi hissəsində isə qismən əsaslı hesab edir.

83. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

84. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir.

85. Cəmiyyətin əmlakının MMC-dən çıxan qarşılıqlı iddiaçıya düşən hissəsi və ya onun dəyərinin müəyyən edilməsi üçün iştirakçının çıxdığı məqamda cavabdeh MMC-nin əmlakının balans dəyərinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, balans dəyərinin məhkəmə tərəfindən digər vasitə ilə müəyyənləşdirilməsi mümkün olmadığından Məhkəmə tərəfindən məhkəmə-qiymətləndirici ekspertizası təyin edilmişdir.

86. Qarşılıqlı iddia üzrə cavabdeh MMC-nin Nizamnaməsində Mülki Məcəllənin 96.1ci maddəsində müəyyən edilmiş qaydadan ayrı qayda nəzərdə tutulmamışdır.

87. “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 140 nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının nəticə hissəsinə əsasən "xxxx" MMC-nin balansında əks olunan əmlakının/aktivinin (təmiz aktiv) hazırkı vaxta bazar dəyəri təqribən 312603 manat, Cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının (49%) hazırkı vaxta olan həqiqi qiyməti (bazar dəyəri) MMC-yə məxsus əmlakların bazar dəyəri və mühasibat hesabatlarının məlumatlarına əsasən (630,000*49%) 308700 manat (üç yüz səkkiz min yeddi yüz) müəyyən edilmişdir.

88. Göstərilən rəy iddiaçı, cavabdeh MMC, habelə cavabdeh olan digər təsisçi tərəfindən mübahisələndirilməmiş, təkrar məhkəmə-qiymətləndirici ekspertizanın keçirilməsi barədə vəsatət verilməmiş, məhkəməyə həmin rəyin əsaslılığını, habelə mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut, başqa analoji rəy təqdim edilməmişdir.

89. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının həmin tələbi təmin edilərkən “X8 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyi, əlavə olaraq qarşılıqlı iddiaçının nizamnamə kapitalındakı 49 manat məbləğində olan payı nəzərə alınmalı, cavabdeh MMC-dən 308749 manat (308700 manat + 49 manat) məbləğində pul tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

90. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilməli, ilk iddiaçı "xxxx" MMC-yə məxsus bir ədəd Qatlama DEMAK-2014, bir ədəd Qızılı Helderberg, bir ədəd Kəsim Heidelberg 27786 56x82, bir ədəd Titan İX X19 80x110, bir ədəd Sıvama, bir ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, bir ədəd X10 Kod: 84411000 adlı avadanlıqlar, həmçinin 14 ton çəkidə Laminasiya növündə xammal, 1 ədəd Qazel C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585, ağ rəngli, dövlət nömrə nişanı **- JY-*** olan yük avtomobili Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılmalı, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" MMC-nin təsisçiliyindən çıxarılmalı, cavabdeh "xxxx" MMC-dən 308749 manat məbləğində pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

92. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 1552,57 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən 598,75 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, ödənilmiş qalan 426,25 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

93. İş üzrə keçirilmiş məhkəmə qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 1000 manat təşkil edir.

94. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 500 manat hissəsi ilk, 500 manat hissəsi qarşılıqlı iddiaçıdan tutularaq “X8 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilməlidir.

95. Bundan başqa qarşılıqlı iddia ərizəsində 600 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehə aid edilməsi xahiş edilmişdir.

96. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

97. Qarşılıqlı iddia ərizəsinə 600 manat ödəniş edilməsi ilə bağlı qəbz əlavə edilsə də, həmin qəbzdə vəsaitin ümumiyyətlə kimə və kim tərəfindən ödənildiyi müəyyən edilmir.

98. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardıma görə xərci təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün vəkil xərci qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

99. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair ilk iddiası qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-yə məxsus bir ədəd Qatlama DEMAK-2014, bir ədəd Qızılı Helderberg, bir ədəd Kəsim Heidelberg 27786 56x82, bir ədəd Titan İX X19 80x110, bir ədəd Sıvama, bir ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, bir ədəd X10 Kod: 84411000 adlı avadanlıqlar, 14 ton çəkidə Laminasiya növündə xammal, 1 ədəd Qazel C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585, ağ rəngli, dövlət nömrə nişanı **-JY-*** olan yük avtomobili Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qalan ödənilmiş 1552,57 (bir min beş yüz əlli iki manat əlli yeddi qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “təsisçilikdən çıxarılma və pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" MMC-nin təsisçiliyindən çıxarılsın. Cavabdeh "xxxx" MMC-dən 308749 manat məbləğində pul, 598,75 manat dövlət rüsumu, ümumilikdə 309347,75 (üç yüz doqquz min üç yüz qırx yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 426,25 (dörd yüz iyirmi altı manat iyirmi beş qəpik) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci iddiaçı "xxxx" MMC-dən və 500 (beş yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “X8 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar