Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1462/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 (altı yüz otuz altı min doqquz yüz qırx doqquz manat qırx üç qəpik) manat borcun silinməsi, 320097,07 (üç yüz iyirmi min doxsan yeddi manat yeddi qəpik) manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi, **********00007 nömrəli abonent kodu üzrə hesablanmış 4149 (dörd min yüz qırx doqquz) manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixana Cavabdeh abonentidir (abonent kodu **********00006 və **********00007) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Belə ki, Cavabdeh İB tərəfindən iddiaçı Natiq Dostəliyevə məxsus istixanada xx.xx.2016-cı il tarixdən bu günədək istifadə olunan qazın hesabatı G-1600 markalı, 10517235 nömrəli qaz sayğacı vasitəsilə aparılmışdır. İstixana fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sentyabr ayınadək, Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli istixanalar kimi aylar üzrə istifadə olunan qazın həcmi orta hesabla 2,06-2,7 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 2,06-2,7 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 1,1-1,5 atmosfer təzyiq olduğu deməkdir. Lakin,Cavabdeh İB sayğaca texniki baxış keçirdikdən sonra istixanada hərhansı bir güc artımı, istixananın həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdə-birə sərfiyyatı 4,1-4,2 əmsalla hesablamağa başlamışdır. Qeyd olunan hal Cavabdeh İB tərəfindən 2019-cu ildə qaz sayğacına texniki baxış keçirildikdən sonra yaranmışdır. Qaz sayğacının 4,1-4,2 əmsalla hesabat apardığı illərdə qaz xəttində cavabdehin verə biləcəyi maksimal təzyiq, yəni 2 atmosfer təzyiq olsaydı belə 2020-ci ildə 1105,000-1110,000 civarında (həmin dövrdə faktiki hesablanıb 2046,929), 2021-ci ildə 452,000-455,000 civarında (həmin dövrdə faktiki hesablanıb 955,078), 2022-ci ildə 798,000-800,000 civarında (həmin dövrdə faktiki hesablanıb 1668,942), 2023-cü ildə 1305,000-1310,000 civarında (həmin dövrdə faktiki hesablanıb 2722,806), 2024-cü ilin hesabat aparılan ilk 3 ayında 726,000-727,000 civarında (həmin dövrdə faktiki hesablanıb 1589,313) hesabat aparılmalı idi. Beləliklə ümumilikdə məntiqlə qazsayğacı qeyd olunan dövr ərzində təxminən 4388,000-4400,000 kub, yəni 968000 manat hesabat aparmalı olduğu halda 1925046,5 manat (957046,5 manat çox) hesabat aparmışdır. İddiaçı hesablamanı qaz xəttində verilə biləcək maksimal təzyiqlə (2 atmosfer) aparmışıq, lakin qeyd olunan dövrlərdə istixanaya verilən faktiki təzyiq heç 1 atmosfer olmamışdır. Cavabdeh iri qazişlədən müəssisələrini təbii qazla təchiz edən qaz kəmərlərində təxminən 1,2-2 bar (atm) civarında təzyiq olur. Bundan başqa təbii qaz istifadəçisi olan müəssisələrin qaz xəttləri üzərində qaz sayğacından əvvəl qaz tənzimləyicisi quraşdırılır ki, bu da hər-hansı səbəbdən xətdə normadan artıq təzyiq artımı ola biləcəyi halda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, qaz sayğacının və qaz avadanlıqlarının yararsız hala düşməməsi üçündür. Qaz tənzimləyicisi obyektdə quraşdırılmış cihazların işləməsi üçün zəruri olan təzyiqə uyğun olaraq tənzimlənir və həmin təzyiqdən artıq verilən qazın qarşısını alır. Natiq Dostəliyevə məxsus istixanada sənaye tipli elektron qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuşdur. Sənaye tipli elektron qaz sayğacları iki hissədə ibarət olur, mexaniki və elektron hissələr. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq sayğaca verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur (+-16 selsi) və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. Məsələn xətdə 2 atmosfer təzyiq olarsa sayğac (temperatur fərqindən asılı olaraq) mexaniki hissədən keçən qazı təxminən 3 əmsala vuracaq. Nəzərə alsaq ki, Hacıqabul rayonu aran zonasında yerləşir və qış mövsümü sərt keçmir, pomidor şitillərinin saxlanması və becərilməsi üçün 15-20 dərəcə istilik kifayət edir. Bunun üçün qaz sayğaclarına maksimal təzyiq verilməsi, qazavadanlıqlarının maksimal gücdə işləməsinə zərurət olmur. Qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən 2020-ci ildən 2024-cü ilin aprel ayınadək X1 məxsus istixanaya **********00006 nömrəliabonent kodu üzrə 957046,5 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. Bizim qaz sayğacları ilə bağlı məlumatımızın olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərinin bir hissəsini ödəmişik. Cavabdeh İB-nin nümayəndələri istixanada quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda bizə heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablamasıCavabdeh İB-nin maraqlarına xidmət göstərir.
3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı2 məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 (altı yüz otuz altı min doqquz yüz qırx doqquz manat qırx üç qəpik) manat borcun silinməsi, 320097,07 (üç yüz iyirmi min doxsan yeddi manat yeddi qəpik) manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi, **********00007 nömrəli abonent kodu üzrə hesablanmış 4149 (dörd min yüz qırx doqquz) manat borcun silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, borcun hesablanması və yaranma səbəbləri aşağıda göstərilən qaydada olmuşdur: Cavabdeh İB ilə X2 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. N.Dostəliyevə məxsus istixanada istifadə olunan təbii qazın hesabatı Elster G-1600 markalı, 10517235 nömrəli (**********00006 nömrəli abonent kodu üzrə) və Elster G-10 markalı, 75160556 nömrəli (**********00007 nömrəli abonent kodu üzrə ) elektron qaz sayğaclarının elektron tablonun göstəricilərinə əsasən aparılır. Qeyd edilir ki, sənaye tipli elektron qaz sayğacları iki hissədən ibarət olur - mexaniki və elektron hissələrdən. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə (Vm göstərici) ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq istehlakçıya verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. xx.xx.2024-cü il tarixinə Elster G-1600 markalı, 10517235 nömrəli qaz sayğacında 636949,43 manat və Elster G-10 markalı, 75160556 nömrəli qaz sayğacında 4149 manat olmaqla istixanada təbii qazdan istifadəyə görə ümumilikdə 641098,43 manat məbləğində borc yaranmışdır.Borcun yaranmasına səbəb iddiaçı tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. X2 tərəfindən istixanada xx.xx.2018-ci il tarixə **********00006 saylı kod üzrə 10 manat kreditor olmuşdur. 2018-ci ilin noyabr-dekabr aylarında 319464 manat qazdan istifadə etmiş 45000 manat ödəniş edilmiş, xx.xx.2019-cu il tarixə 274454 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 697122 manat məbləğində təbii qazdan istifadə etmiş, 641390 manat məbləğində ödəniş edilmiş, xx.xx.2020-ci il tarixə 330186 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 409385,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 421270 manat məbləğində ödəniş edilmiş, xx.xx.2021-ci il tarixə 318301,80 manat borcu qalmışdır. xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 199827,28 manat məbləğində təbii qazdan istifadə etmiş, 249000 manat məbləğində ödəniş edilmiş, xx.xx.2022-ci il tarixə 269128,68 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 108703,98 manat məbləğində təbii qazdan istifadə etmiş, 151063,25 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə 299222,25 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 599017,32 manat məbləğində təbii qazdan istifadə etmiş, 416909 manat məbləğində ödəniş edilmiş, xx.xx.2024- cü il tarixə 481330,57 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək 349648,86 manat məbləğində təbii qazdan istifadə etmiş, 194030 manat məbləğində ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə 636949,43 manat borcu qalmışdır. **********00007 saylı kod üzrə xx.xx.2023-cü il tarixə borcu olmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 697,75 manat məbləğində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, xx.xx.2024-cü il tarixə 697,75 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 3451,25 manat məbləğində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, xx.xx.2024-cü il tarixə 4149 manat borcu qalmışdır. Belə ki, F/Ş İddiaçı2 məxsus istixanada 2021/2022, 2022/2023 və 2023/2024 isitmə mövsümündə istifadə olunan qaz həcmi tərəfimizdən araşdırılmış və həmin müddət ərzində hesabatların korreksiya əmsalı orta hesabla 4.1-4.2 tətbiq olunmaqla və yalnız qaz sayğacının göstəricilərinə əsasən aparıldığı müəyyən olunmuşdur. Korreksiya əmsalının hesablanması dövlətlərarası standartlara uyğun olan və Azərbaycan Respublikası ərazisində qüvvədə olan ГОСТ 2939-63 «Газы. Условия для определения обьёма» və « ГОСТ 5542-2014 «Газы горючие природрые промышленного и коммунально бытового назначения. Технические условия.» normalara uyğun olaraq aparılmışdır. Sənaye qaz sayğacları vasitəsilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorda qeyd olunur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi qaydalara əsasən təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricisinə uyğun olaraq aparılır. Standartlara əsasən Azərbaycan Respublikası ərazisində korreksiya əmsalı təxminən 1,1 əmsal olaraq görürülür və bu əmsal hava şəraitinə görə dəyişir, arta və azala bilir. F/Ş İddiaçı2 məxsus istixananı təbii qazla təchiz edən qaz xəttində 3 atmosfer (3 bar) təzyiq olmuşdur. Təzyiq 2 yerə bölünür: mütləq və izafi təzyiqlər. Mütləq təzyiqdə işçi maddənin qabın daxilindəki həqiqi təzyiqi başa düşülür. İzafi təzyiqdə mütləq təzyiqlə ətraf mühit arasındakı təzyiqlər fərqi başa düşülür. Bu fərqləri ölçən cihaz isə manometr adlanır. Beləliklə xəttdə olan 3 atmosfer təzyiqlə ətraf mühit arasında təzyiqlər fərqinin nəticəsində qaz sayğacının hesabat dövrü ərazisində 4,1 və ya 4,2 əmsalla hesabat aparması (3 atmisfer+1,1 əmsal=4,1) normalar daxilindədir. Hava şəraitinin soyuq keçdiyi təqdirdə sayğac daha yüksək əmsalla hesabat apara bilər.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X.Salahov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-cü il tarixli, AMX-5213/21 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
12. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2023-cü il dekabr ayının qaz sərfinin 2790 m3 olması barədə 05 yanvar 2024-cü il tarixdə akt tərtib olunmuşdur.
13. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il yanvar ayının qaz sərfinin 2790 m3 olması barədə 01 fevral 2024-cü il tarixdə akt tərtib olunmuşdur.
14. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il fevral ayının qaz sərfinin 5324 m3 olması barədə 01 mart 2024-cü il tarixdə akt tərtib olunmuşdur.
15. Hacıqabul rayonu TQQ və SX-nin mühəndisləri E.İsmayıl, S.Babayev, S.Həşimov tərəfindən N.Dostalıyevə məxsus daxili qaz sayğacını hazırda işləmədiyi üçün “istehlakçı”nın qaz sərfiyyatının hesablanması və ödənilməsi məqsədi ilə istifadə olunan cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanacağı, 2024-cü il mart ayının qaz sərfinin 5691 m3 olması barədə 01 aprel 2024-cü il tarixdə akt tərtib olunmuşdur.
16. Tərəflər arasında imzalanmış 19 noyabr 2020-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən iddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh Salyan Qaz İstismar İdarəsinə 311595,8 (üç yüz on bir min beç yüz doxsan beş manat səksən qəpik) manat məbləğində borcun olmasını qəbul edir.
17. Tərəflər arasında imzalanmış 18 noyabr 2021-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən abonent 275793,7 (iki yüz yetmiş beş min yeddi yüz doxsan üç manat yetmiş qəpik) manat məbləğində borcun olmasını qəbul edir.
18. Tərəflər arasında imzalanmış 28 noyabr 2022-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokoluna əsasən iddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh Salyan Qaz İstismar İdarəsinə 335782,37 (üç yüz otuz beş min yeddi yüz səksən iki manat otuz yeddi qəpik) manat məbləğində borcun ödənilməsinə dair razılığa gəlmişlər.
19. Tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən 285782,37 (iki yüz səksən beş min yeddi yüz səksən iki manat 37 qəpik) manat debitor borcun məbləği müəyyən olunmuşdur.
20. İddiaçıya məxsus **********00006 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçı 2016-cı il üzrə 21866,80 manat, 2017-ci il üzrə 181681,20 manat, 2018-ci il üzrə 711372,20 manat, 2019-cu il üzrə 697122,00 manat, 2020-ci il üzrə 409385,80 manat, 2021-ci il üzrə 199827,28 manat, 2022-ci il üzrə 367167,24 manat, 2023-cü il üzrə 599017,32 manat, 2024-cü ilin dörd ayı üzrə 349648,86 manat sərfiyyat borcu hesablanmışdır.
21. İddiaçıya məxsus **********00007 saylı abonent kodu üzrə abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında ümumilikdə 4148,75 manat (2023-cü ilin dekabr ayında 697,50 manat, 2024-cü ilin yanvar ayında 697,50 manat, 2024cü ilin fevral ayında 1331 manat, 2024-cü ilin mart ayında 1422,75 manat) borc hesablanmışdır.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Məhkəmə iddia tələbini iddiaçıya məxsus olan **********00007 nömrəli abonent kodu üzrə hesablanmış 4149 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində qismən əsaslı hesab edir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 4148,75 manat borc hesablanmışdır.
25. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
26. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
29. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
30. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
31. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
32. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
33. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
34. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
35. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
36. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
37. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
38. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
39. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
40. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 4148,75 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
41. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 4148,75 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.
42. Qeyd olunanlara əsasən iddiaçının qeyd olunan abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının **********00007 saylı abonent hesabına hesablanmış 4148,75 manat məbləğində borc silinməlidir.
43. Materiallardan görünür ki, iddiaçıya aktlar əsasında hesablanmış borcun məbləği 4148,75 manat təşkil edir.
44. Məhkəmə bu səbəbdən iddianı bu hissədə qalan, 0,25 manat borcun silinməsi hissəsində əsassız hesab edir.
45. Məhkəmə iddianı ikinci, iddiaçıya məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə **********00006 nömrəli abonent kodu üzrə hesablanmış 636949,43 manat borcun silinməsi, 320097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi hissəsində isə əsassız hesab edir.
46. Belə ki, materiallarda olan iddiaçıya məxsus **********00006 saylı abonent kodu üzrə abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2016-cı il üzrə 21866,80 manat, 2017-ci il üzrə 181681,20 manat, 2018-ci il üzrə 711372,20 manat, 2019cu il üzrə 697122,00 manat, 2020-ci il üzrə 409385,80 manat, 2021-ci il üzrə 199827,28 manat, 2022-ci il üzrə 367167,24 manat, 2023-cü il üzrə 599017,32 manat, 2024-cü ilin dörd ayı üzrə 349648,86 manat sərfiyyat borcu hesablanmışdır.
47. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın:
48. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
49. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
50. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
51. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
52. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
53. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacı üzrə Abonent haqqında məlumat təqdim edilmişdir. Həmin sənəddə illik qaz sərfiyyatı və ödənişlər barədə məlumat əks olunmuşdur. İddiaya etiraz edən cavabdeh tərəf iddiaçının qazdan istifadəyə görə ödənişləri tam yerinə yetirməməsini bildirmiş və borcun yaranmasını bu halla əsaslandırmışdır. Cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, 2016-cı ildən başlayaraq 2024-cü il daxil olmaqla hər il üzrə təbii qazdan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə qaz sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Qeyd olunan sənəddə “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəriciləri öz əksini tapmışdır.
54. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi qazın həcmini və dəyərini sübutetmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı fərdi sahibkar olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır.
55. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya **********00007 saylı abonent kodu üzrə əsassız olaraq hesablanmış 4148,75 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 61,49 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1190,51 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı2 **********00007 saylı abonent kodu üzrə əsassız olaraq hesablanmış 4148,75 (dörd min bir yüz qırx səkkiz manat yetmiş beş qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 61,49 (altmış bir manat qırx doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1190,51 (bir min bir yüz doxsan manat əlli bir qəpik) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova