Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1463/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X5 Cavabdehnə qarşı cərimənin silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 05.01.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 14688 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,iddiaçı ********** saylı VÖEN əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən “istilikxana”ya **********00023 abonent kodu əsasında qazdan istifadə etmişdir.03.01.2021-ci il tarixdə Azəriqaz İB Salyan RQİİ-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan istixanaya gecə saatlarında 02-14 radələrində gələrək baxış keçirmişlər. Bu barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Daha sonra 05.01.2021-ci il tarixdə iddiaçıya məxsus istixanaya külli miqdarda ziyan dəydiyini əsaslandırmaqla Cavabdeh nümayəndələri tərəfindən akt tərtib edilmişdir. İddiaçı aktda adı qeyd olunan Əhmədov Bəhruzun həmin vaxtı orada iştirak etmədiyini bildirmişdir. Gecə Salyan RQİİ əməkdaşlarının şəxsi maşınla istixanaya gəlməsi orada olan təhlükəsizlik kamerasına düşmüşdür. B.Əhmədov orada iştirak etmədiyi halda adı akta salınmışdır. Bəlkə də həmin imza onun deyildir. Həmçinin istixanaya həmin vaxt yeraltı politelin boru vasitəsilə qaz xəttinin qoşulması faktı da olmamışdır və istixanaya qazın sayğacdan kənar qoşulması faktı olmamışdır. Bundan əlavə mənim barəmdə yazılmış akta əsasən nəzərdə tutulan dəymiş ziyanın hesablanması təmamilə şişirdilmiş və bilərəkdən qanunsuzluğa yol verilmişdir. Salyan RQİİ nümayəndələri tərəfindən pozuntu aşkar edilmiş belə olsaydı bunu mütləq şəkildə video kamera vasitəsilə qeydə almalı idi. Halbuki həmin istixanada cəmi 7 gün əvvəl xiyar şitili əkilmişdir ki bu müddət ərzində bu qədər qaz sərfiyyatının hesablanması absurddur. İndi isə yenidən əsassız və saxtalıqla akt yazmaqla məni cərimə etmək istəyirlər. Həmin aktın yazılması qanunvericiliyin tələblərinə ziddir və bununla razı deyiləm. Yazılan aktın hüquqi əsası bilinmir və bugünə qədər mənə heç bir məlumat verilməmişdir. Aktı da mənə şəxsən nə rəsmi nədə ki poçt vasitəsilə təqdim edillməmişdir. Başqa heç bir qərar və ya sair sənəd təqdim edilməyib və həmin aktla bağlı çağırış və bildiriş verilməmişdir. Tərəfimdə pretenziya və iddia ərizəsi cavabdehə göndərilmişdir. Bu barədə poçt bildirişləri işə əlavə edilmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdehin nümayəndələri tərəfindən yazılmış 05.01.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həmin aktlara görə hesablanmış 14688 manat cərimə təmamilə qanunsuzdur. Qeyd olunanlar cavabdehin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həmin aktlar əsasında hesabladığı cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. X8 Əliyev ölkəmizdə qeyri-neft sektorunun, xüsusəndə kənd təsərrüfatının inkişafı üçün sahubkarlara bütün şəraiti yaradır. Məndə bu sahədə ölkəmizə öz töhfəmi vermək, heç olmasa bir neçə adamın işlə təmin olunmasını, dolanışığımızı təmin etmək üçünistixanada kənd təsərrüfatı əhsulları becərmək istəyirəm. X8 Əliyev inmzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli AR Qanunu ilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də X9 məhkəmə iclasına gəlməmiş, lakin, nümayəndəsi, vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini bildirərək, işə onların iştirakı baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, qaz xəttinə baxış keçirilən zaman qanunsuz qoşulma aşkar edilmiş, daha sonra müəyyən edilmişdir ki, həmin qanunsuz xətt abonent kodu **********00023 olan X5 istixanasına birləşdirilib. Qaz xəttinə baxış keçirilən zaman aşkar edilmiş qanunsuz qoşulma ilə bağlı müvafiq akt tərtib edilmiş həmin faktla bağlı Salyan payon prokurorluğuna şikayət ərizəsi yazılmışdır. X5 əməlində inzibati xətanın tərkibi müəyyən edildiyinə görə Salyan payon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş və X.Babayev Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Şirvan Filialı tərəfindən 100 manat məbləğində cərimə edilmişdir. Odur ki məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05.01.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən 73440 m3 miqdarında itirilmiş qaza abonent kodu **********00023 olan X6 14688 manat məbləğində cərimə yazılmışdır. Salyan rayon prokurorluğunun 1c-21 nömrəli yoxlama materialına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Şirvan Filialının aparıcı müfəttişinin təqdim etdiyi rəyin surətində görünür ki, Xoşbəxt Babayev tərəfindən qanunsuz qoşulma ilə əlaqədar itirilən qazın dəyərinin 05.01.2021-ci il tarixli aktda qeyd edildiyi kimi 14688 manat deyil, 1541,37 manat olduğu müəyyən olunmuşdur. Salyan rayon prokurorluğunun 01.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarından görünür ki, X9 qaz xəttinə qanunsuz qoşularkən 1541,37 manat dəyərində qazdan istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Şirvan Filialın inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 28 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsindı nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İddiaçı ərizəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli AR Qanunun 3.2-ci maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə aparılmaması əsası ilə borcun silinməsi xahiş etsə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh tərəfindən qəbul olunmuş akt şəxsin sahibkarlıq fəaliyyətinin yoxlanılması nəticəsində tərtib edilməmişdir, belə ki, birliyin əməkdaşları baxışı X1 fəaliyyəti ilə deyil, ümumi qaz xəttinin yoxlanılması zamanı qanunsuz qoşulmanı aşkar etmişlər, daha sonra qanunsuz xəttin abonent kodu **********00023 olan X5 istixanasına birləşdirildiyi müəyyən edilərək müvafiq akt tərtib edilmişdir. Sözügedən faktla bağlı Salyan payon prokurorluğuna şikayət ərizəsi yazılmış, prokurorluq qaz xəttinə qanunsuz qoşularkən 1541,37 manat dəyərində qazdan istifadə etdiyinə görə X9 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 01.06.2021-ci il tarixdə qəbul etdiyi qərarı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə göndərmişdir. Həmin agentliyin Şirvan filialı inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 28 iyul 2021-ci il tarixli qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə 100 manat məbləğində cərimə etmişdir. Göründüyü kimi X9 qaz xəttinə qanunsuz qoşulduğuna görə inzibati tənbeh olsa da, Cavabdeh tərəfindən 05.01.2021-ci il tarixli ******* saylı akta əsasən ona qanunsuz qoşulma ilə əlaqədar itirilən qazın dəyəri artıq hesablanmışdır. Belə ki, Cavabdeh aktında qanunsuz qoşulma nəticəsində itirilən qazın həcmi 14688 manat məbləğində qeyd edilsə də, mütəxəssis rəyinə və qüvvədə olan Salyan rayon prokurorluğunun 01.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Şirvan Filialın inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 28 iyul 2021-ci il tarixli qərarlarına əsasən 1541,37 manat dəyərində müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh aktında göstərilən 14688 manat məbləğində cərimədən faktiki qanunsuz istifadə olan qazın dəyəri olan 1541,37 manat çıxılandan sonra qalan abonent kodu **********0023 olan X6 əsassız yazılmış 13146,63 manat məbləğində cərimə Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən abonent kodu **********0023 olan X6 hesablanmış 13146,63 manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1463/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1463/2021
30.09.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver