Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1632/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “pulun tutulması, müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə etməklə qanunsuz olaraq fəaliyyət göstərən Cavabdeh5 və digər şəxslərin evdən çıxarılması, iddiaçının həmin ünvanda yerləşən evə köçürülməsi, cavabdehlərin iddiaçıya qarşı qanunsuz hərəkətləri nəticəsində ümumilikdə dəymiş zərərin 800 000 manatının Cavabdeh2, 104 000 manatının isə Cavabdeh4 iddiaçının xeyrinə tutulması, Bakı şəhəri 52 saylı notariat ofisində 4Ə-582 nömrəli reyestrdə qeyd edilmiş, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılması, “AF” Ticarət Mərkəzində iddiaçınin istifadəsində olan mağazadan 104 000 manat dəyərində əmlakı qanunsuz ələ keçirən Cavabdeh4 və iddiaçının adından saxta etibarnamə vermiş Bakı şəhəri 19 saylı notariat ofisinin notarisu X2 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə icraatı iddia ərizəsinin mümkünlüyünün Bakı Kommersiya Məhkəməsi tərəfindən yoxlanılması zamanı qüvvədə olan mülki prosessual normalara əsasən aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsinndə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin çatdırılması qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış teleqramlar və Cavabdeh4 göndərilmiş sənədlərin xəbərnaməsi əlavə edilmişdir. Lakin cavabdehlərdən Cavabdeh5 hüquqi şəxs olaraq, cavabdehlərdən Cavabdeh2 fərdi sahibkar olaraq VÖEN-ə malik olduğu nəzərə alındığında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər həmin şəxslərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi ilə, digər cavabdehlərdən Cavabdeh3, Cavabdeh4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetləri olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər həmin şəxslərə məhz “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə çatdırılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********* nömrəli qəbzlə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6042/2022 nömrəli qərardadı ilə ********* nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış və qərardad icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 904 000 manat olduğundan iddia ərizəsi verilərkən məhz 1194 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Həmçinin “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda, məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı sadəcə 50 manat məbləğində haqq ödəmişdir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya xərci nəzərə alındıqda, 1144 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, yalnız 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin ödənilən həmin məbləğ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6042/2022 nömrəli qərardadı ilə iddiaçıya qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə qanunvericiliklə müəyyən olunmuş qaydada çatdırılmasını təsdiq edən sənədlər əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumu məhkəmənin digər qərarı ilə artıq geri qaytarıldığından dövlət rüsumunun yenidən qaytarılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “pulun tutulması, müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1632/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1632/2023
24.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver