Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-165/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh2 MMC-yə qarşı ünvan 1 saylı ünvanda İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının və rabitə quyusunun üstündə Cavabdeh2 tərəfindən tikilmiş qeyri qanuni tikilinin (balkonun) sökülməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Telefon şəbəkəsində iri telefon operatorlardan biri olan iddiaçı özünün 424/436/464/465/480/489/490/496 indeksli ATS-ləri vasitəsi ilə Bakı şəhərinin Qara Şəhər, Şərq Bazarı, Gənclik, Montin, NZS və UPD qəsəbələri, Yasamal rayonunun bir hissəsi və bir sıra digər bölgələrində 70.000-ə yaxın iş və ev abunəçilərinə müasir telefon, internet və.s rabitə xidmətlərini göstərməkdədir. Belə ki, cavabdeh tərəfindən Kövkəb xanım Səfərəliyeva küçəsi 22 ünvanda yerləşən binanın qabaq hissəsində İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üstündə qeyri qanuni olaraq balkon tikilmişdir. Nəticədə müxtəlif dövlət qurumlarına və çox sayda abunəçiləri rabitə xidmətləri ilə təmin edən rabitə qurğuları və rabitə quyusunun bir hissəsi yeni tikilinin altında qalmışdır. Bununla əlaqədar İddiaçı MMC-nin sahə rəisi və mühəndisi yerli baxış keçirərək xx.xx.2019-cu il tarixində Akt tərtib etmişlər. Həmçinin cavabdehin nümayəndələrinə bildirmişdilər ki, bu tikilini tikməklə, içindən müxtəlif tutumlarda rabitə kabellərinin keçdiyi kanalı və rabitə quyusunu tikilinin altında qoyur və bu da qəza vəziyyəti yarandığı zaman çox saylı abunəçilərin rabitə xidmətlərinin bərpa edilməsini imkansız edir. Lakin cavabdeh bunları nəzərə almayaraq qanunsuz tikilini davam etdirib tikintini tikib başa çatdırmışdır. Eyni zamanda müəssisə tərəfindən müxtəlif dövlət qurumlarına xx.xx.2019 cu il tarixində müraciət olunaraq cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və İddiaçı MMC-nin rabitə qurğularının mühafizə zonasının boşaldılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Əlavə olaraq cavabdehə xx.xx.2019-cu il tarixli bildiriş göndərilərək İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üstündə qanunsuz olaraq inşa etdikləri balkonun sökülməsini və yeraltı rabitə qurğularının mühafizə zonasının başaldılması tələb olunmuşdur. Lakın yuxarıda qeyd olunanlara baxmayaraq İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üstündə qanunsuz olaraq inşa olunan balkonun sökülməsini və yeraltı rabitə qurğularının mühafizə zonasının başaldılması cavabdeh tərəfindən təmin olunmamışdır. Həmçinin cəmiyyətim ilə abunəçlər arasında bağlanmış müqavilənin şərtlərinə görə abunəçilərə müxtəlif telefon rabitəsi göstərməyi və bu xidmətləri maneəsiz və qüsürsuz işləməsini təmin etməyi iddiaçı öz öhdəsinə götürmüş. Lakin Cavabdeh2 MMC-nin rəhbərliyinin qeyri qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin ünvan 1 ünvanında inşa etdiyi balkonun altından keçən telefon-kabellərini təmir edə bilmədiyindən, eləcə də zərurət yarandıqda əlavə kabellərin cəkilməsi qeyri mümkün olaraq adı çəkilən ərazidə telefondan istifadə edən abunəçilərin və həmçinin cəmiyyətimizin hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehə qarşı irəli sürülmüş tələb onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli olmadığından, habelə iddiaçı tərəfindən iddia üzrə sökülməsi tələb olunan qeyri qanuni tikilinin, hazırki halda isə balkonun tikilməsi istənilən şəxs tərəfindən mümkün olduğu üçün və hazırki iddia sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaması səbəbi ilə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə qarşı ünvan 1 saylı ünvanda İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının və rabitə quyusunun üstündə Cavabdeh2 tərəfindən tikilmiş qeyri qanuni tikilinin (balkonun) sökülməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-165/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-165/2020
18.03.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver