Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-169/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Cavabdeh1" QSC-nin nümayəndəsi X1, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X6, üçüncü şəxs “X2 Şirkəti” QSC-nin nümayəndəsi X22 oğlunun iştirakları ilə, İddiaçı MMC-nin (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx”xxxx“X2 Şirkəti” QSC və “xxxx” ASC olmaqla) cavabdehlər Cavabdeh1 QSC və “xxxx” ASC-yə qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx”xxxx“X2 Şirkəti” QSC və “xxxx” ASC olmaqla) cavabdehlər Cavabdeh1 QSC və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlak komplesinə dair inzibati bina üzrə Növbətçi otağı: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 1 ədəd 2 siyirməli stol, 1 ədəd sadə stol; Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner , 2 ədəd 2 qapılı şkaf mebeli, 1 ədəd şüşəli 2 qapılı şkaf mebeli, 1 ədəd 2 qapılı 1 rəfli dolab, 1 ədəd 2 siyirməli stol, 1 ədəd sadə stol, 3 ədəd stul, 4 ədəd işıqlandirma lampası. Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol, 1 ədəd sadə stol, 2 ədəd stul. Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol. Otaq 4: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli stol, 2 ədəd stul. Otaq 5: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd stul, 1 ədəd dəri ofis kreslosu. Otaq 6: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd stul, 1 ədəd dəri ofis kreslosu. Otaq 7: 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli stol. Otaq 8: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol, 1 ədəd sadə stol, 2 ədəd stul. Otaq 9: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol, 1 ədəd sadə stol, 2 ədəd stul, taxta döşəmə. Xadimə otağı: 1 ədəd ikisiyirməli stol, 1 ədəd stul. inzibati bina 2 ci mərtəbə: Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol. Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı faks aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 4 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd rəfli şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol, 1 ədəd sadə stol, 1 ədəd kompyuter stolu, 1 ədəd dəri ofis kreslosu, 2 ədəd stul, 1 ədəd "Canon" MF-3228 markalı skaner, kseroks və printer, 1 ədəd " Samsung markalı printer, 1 ədəd E pson markalı rəngli printer, 1 ədəd "HP laserjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS 1 ədəd "ASUS" marka monitor, 1 cüt "GENİUS " markalı komputer kalonka, 1 ədəd GENİUS markal kompyuter klaviatura, 1 ədəd Web kamera, 1 ədəd "AirTies" markalı modem, 1 ədəd "Canon" markalı skaner. Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd kompyuter stolu, 1 ədəd "NEXT" markalı prosessor, 1 ədəd "BENQ" markalı monitor , 1 cüt "GENİUS" markalı kompyuter kalonka, 1 ədəd "GENİUS" markalı kompyuter klaviatura. Otaq 4: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikisiyirməli stol, 1 ədəd sadə stol, 1 ədəd kompyuter stolu, 2 ədəd "NEXT" markalı prosessor, 2 ədəd "DCM" markalı UPS, "MAXİMA" markalı UPS, 1 ədəd "BENQ" və 1 ədəd "LG" markalı monitor, 1 "GENİUS" markalı kompyuter kalonka,1 ədəd "CANON" markalı printer. Otaq 5 : 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner,1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı 1 rəfli dolab, 1 ədəd kompyuter stolu, 1 ədəd "HP" Lazerjet 1018" markalı printer, 1 ədəd "NEXT" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, ədəd " BENQ" markalı monitor və 1 cüt "GENİUS" markalı kalonka, 1 ədəd "GENİUS" markalı kompyuter klaviatura, 1 ədəd "TP-link" markalı modem. Otaq 6: 4 ədəd aliminium və plastik konstruksiyalı arakəsmə, 1 ədəd divar şkafı, 1 ədəd siyirməli stol, 1 ədəd "Panasonic" markalı telefon aparatı. Otaq 7 : 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd ikiqapılı şkaf mebeli, 1 ədəd şüşəli ikiqapılı şkaf mebeli, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd ikisiyirməli stol, 3 ədəd stul, 1 ədəd "HP Lazerjet 1018" markalı printer, 1 ədəd NEXT markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd BENQ markalı moniitor, 1 ədəd "GENİU markalı kompyuter klaviatura. Tualet: 1 ədəd "ARİSTON" markalı su qızdırıcı. Xidməti otaq: 1 ədəd Elit markalı 100 kv.mlik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı çox funksiyalı telefon aparatı, 1 ədəd şüşə qapılı şkaf, 1 ədəd rəfli şkaf, 2 ədəd böyük siyirməli mebel stolu, 1 ədəd dəri ofis kreslosu, 1 ədəd ikiqapılı dolab, 1 ədəd təkərli jurnal stolu, 2 ədəd stul. Soyunub geyinmə otağı: 1 ədəd paltar şkafı. Hamam və ya tualet: 1 ədəd ARİSTON markalı su qızdırıcısı. İnzibati binanın 3-cü mərtəbəsi: Otaq 6: 1 ədəd yeni CANON markalı skaner, kseroks və printer (3-cü birində), 3 ədəd Panasonic markalı telefon aparatı. Otaq 15: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 2 ədəd ikiqapılı şkaf , 1 ədəd şüşəli ikiqapılı şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd siyirməli stol, 2 ədəd sadə stol, 4 ədəd stul, 1 ədəd dəri ofis kreslosu. Otaq 16: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd Panasonic markalı mini ATS, 2 ədəd ikiqapılı şkaf, 1 ədəd ikiqapılı birrəfli dolab, 1 ədəd siyirməli stol, 1 ədəd sadə stol, 3 ədəd stul. Otaq 17: 2 ədəd ikiqapılı şkaf, 2 ədəd siyirməli stol, 6 ədəd sadə stol, 14 ədəd stul. Yeməkxana Mətbəx 1 : 1 ədəd dəmir stol, 1 ədəd şüşə qapılı soyuducu, 1 ədəd ikigözlü "EUROLAS" qaz plitəsi, 1 ədəd dördgözlü qaz plitəsi, 1 ədəd "TERMET" markalı su qızdırıcısı, 1 ədəd böyük elektrik sobası, 1 ədəd ULVİNOX" elektrik qızdırıcısı, 1 ədəd "ALEXMA gidrofon, 1 ədəd qirmizi rəngli soyuducu. Mətbəx 2: 1 ədəd "Ariston" markalı su qizdiricisi, 4 ədəd ULVİNOX paslanmayan metaldan stol, 2 ədəd dördgözlü ULVİNOX elektrik plitəsi, 1 ədəd ARDEM markalı dördgözlü sobalı qaz plitəsi, Qab yuyulan yer : 4 ədəd ULVİNOX makalı paslanmayan metaldan qab yuyan, 1 ədəd ÜLVİ markalı dərin soyuducu, 2 ədəd qabyığılan paslanmayan dəmir rəflər. Otaq 1: 1 ədəd taxta stol, 7 ədəd taxta stul Otaq 2: 1 ədəd taxta stol, 1 ədəd taxta stul; Giriş Tərəzi otağı: 1 ədəd avtotərəzi, 1 ədəd tərəzi mexanizmi. Gözətçi otağı: 1 ədəd siyirməli stol, 3 ədəd stul, 1 ədəd üçqapılı şkaf, 1 ədəd ikiqapılı rəfli dolab, 2 ədəd "Panasonic" markalı telefon aparatı. Həyət Avtomobillər: 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil ( d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ -el markalı yük avtomobili. Çipsisexi Laboratoriya otağı: 1 ədəd dördqapılı dördsiyirməli şkaf, şüşə qapılı siyirməli 3 şkaf, 1 ədəd siyirməli stol, 1 ədəd kombi radiatoru. Qadınlar üçün soyunub geyinmə otağı 1 ci mərtəbə: 1 ədəd ikiqapılı paltar şkafı, 1 ədəd dördqapılı, dördsiyirməli şkaf, 2 ədəd stul. Qazanxana: 2 ədəd kombi qızdırıcı radiator, 1 ədəd elektrik şiti, 1 ədəd "ELTRİ" markalı 400 litrlik qızdırıcı qazan , 1 ədəd ikiqapılı 3 tonluq plastik çən, 1 ədəd hidro nasos. Soyunub geyinmə otağı : 3 ədəd kombi qızdırıcısı radiator. Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator. Gözləmə otağı: 3 ədəd kombi qızdırıcı radiator, 1 ədəd güzgülü şkaf, 2 ədəd ikiqapılı rəfli şkaf, 3 ədəd paltar şkafı, 1 ədəd sənədlər üçün şüşəli üçsiyirməli şkaf. Qadınların soyunub-geyinmə otağı: 2 ədəd kombi qızdırıcı radiator. Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator. Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator. Dəhliz: 1 ədəd qızdırıcı cihaz Çipsi istehsalı sahəsi: 24 ədəd peç üçün qurutma vannaları, 4 ədəd qurutma vannaları üçün təkərli araba. Avadanlıqlar: 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan xammalın yuyulması avadanlığı, 2 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan xammalın qabığının və cecəsinin təmizlənməsi avadanlığı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan məhsulun dilimlənməsi və qurudulma vannalarına yığılması avadanlığı, 5 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan birləşdirici transportyorlar, 1 ədəd kiçik və 1 ədəd böyük ayaqaltı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan silkələyən avadanlıq, 2 ədəd "BİNDE R" THT-300/10 markalı Almaniya istehsalı olan çipsi qurutma sobaları, 2 ədəd təzyiq avadanlığı, 1 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan elektrik paylayıcı şkaf, 2 ədəd "BİNDER" markalı Almaniya istehsalı olan sensorlu pultla idarə olunan qaldırıcı qurğu, 1 ədəd paslanmayan metaldan dördayaqlı vanna, 1 ədəd metal detektor, 1 ədəd kompyuterlə idarə olunan qablaşdırma avadanlığı, 1 ədəd mühərrikli hazır məhsul üçün sini. Buxar turbini otağı: 2 ədəd "MVB" markalı Almaniya istehsalı olan buxar turbini, 3 ədəd dımir şkaf. Sex rəisinin otağı: 1 ədəd ASC -30 markalı elektron tərəzi, 1 ədəd Next markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 ədəd "Genius" markalı klaviatura, 1 ədəd DCM markalı UPS. Qazanxana: 1 ədəd "VİESSMANN" markalı Almaniya istehsalı olan buxar avadanlığı,1 ədəd filterdən keçmiş su üçün çən, 1 ədəd "HST" markalı su filteri. X14 Birinci anbar binası: 1-ci kamera 800 tonluq: 1 elektrik açarı qutusu, 1 ədəd tempratur və 1 ədəd nəm təmizləyici cihaz, 2 ədəd böyük soyuq havavuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40k/vat-lıq mühərrik. 2-ci kamera 200 tonluq : 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan " Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 3-cü kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 4-cü kamera 800 tonluq: 1 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vatlıq mühərrik. 5-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vatlıq mühərrik. 6-cı kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "F iascold" markalı 30 k/vatlıq mühərrik və ədəd ümumi elektrik şəbəkə qutusu. 7-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 8-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik. Birinci anbar sahəsində 2 tambur sahəsi vardır: 1-ci tambur sahəsi: 1 ədəd qapan, 2 germetik qapı və 18 işiqlandırma lampası. 1-ci tambur sahəsi: 3 ədəd rokler və 3 ədəd əl qaldırıcısı , 1 ədəd enerji toplayıcı aparat, 1 ədəd " S piraçka" markalı avtokar və 3 ədəd Novettek FBF20 markalı 2 tonluq elektrokar. İkinci anbar binası: 1-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 2-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 3-cü kamera 500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 4-cü kamera 250 tonluq: Q lükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "L U VE " markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işiq avtomatı. 5-ci kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "LUVE" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işıq avtomatı, "FCE" X11 markalı kükürdvuran avadanlıq, 2 ədəd "FCE" markalı atmosfer nəzarətedici avadanlıq. 6cı kamera 3500 tonluq: 6 ədəd böyük soyuqvuran aparat, 4 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd nəmlik təmizləyici, 4 ədəd işiq avtomatı, 3 ədəd Türkiyə istehsalı olan "F riterm" markalı böyük kompressor və 3 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik. 7- ci kamera 500 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 1 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik. 8- ci kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapısı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik. 9- cu kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı " HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan " Friterm" markalı kiçik kompressor və 1 ədəd "F iascold" markalı 30 k/vat-lıq mühərrik və 1 ədəd təzə (işlənməmiş) kükürd doldurmaq üçün avadanlıq vardır. 2 ədəd tambur vardır. Tamburların hər birində 2 ədəd rokler, 2 ədəd enerji toplayıcı aparat, 2 ədəd plastik 5 tonluq su çəni və su təmizləyici qurğu vardır. Üçüncü anbar binası: 1- ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq, 1 ədəd pəncərəli germetik qapı. 2- ci kamera 300 tonluq: ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq. 3-cü kamera 750 tonluq: ədəd böyük dördpərli soyuq havavuran aparat, 2 ədəd germetik qapı. 4-cü kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı. 5-ci kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı. 6-cı kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı. 7-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq. 8-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq. 9-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq. 10-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq, 11-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq vardır.12-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq. 13-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq. 14-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq. Anbarın 1-ci blokunun 2-ci mərtəbəsində 2 ədəd "Ebara" markalı İtaliya istehsalı olan qlikolvuran nasos, 3 ədəd partlayıcı şit. Anbarın ikinci blokunun ikinci mərtəbəsində 8 ədəd İtaliya istehsalı olan " Elbara" markalı qlikol vuran nasos, 1 ədəd İtaliya istehsalı olan "KALSER ASD57 siqma" markalı qlikol üçün hava çıxaran avadanlıq, bir ədəd İtaliya istehsalı olan "SWAN 105 markal; meyvə üçün hava kontrolu avadanlığı, 2 ədəd İtaliya istehsalı olan "İntelli Cem" CO2 observer - karbon qazı çıxarmaq üçün 2 çənli avadanlıq, 1 ədəd İtaliya istehsalı FCE- Combo F0431 markalı avadanlıq (qoşulmayıb), 1 ədəd "SHAMAL" markal kompressor, 1 ədəd "HP" markalı prosessor, 1 ədəd "ACER" markalı monitor, 1 ədəd "HP" markalı klaviatura, 1 ədəd "HP- Lazerjet1018" markalı printer, 1 ədəd 2 siyirməli stol, 2 ədəd stul. Soyuducu anbarın arxasında dəmir konstruksiyalı çardağın altında 14 ədəd üçpərli kompressor, 2 ədəd dördpərli kompressor, 3 ədəd 30kv-liq mühərrik, 5 ədəd 40 kv-lıq mühərrik, 2 ədəd 2 qapılı paylayıcı şit, 1 ədəd böyük tənzimləyici, 4 ədəd paylayıcı şit, 1 ədəd 16 tonluq qlikol üçün paslanmayan dəmir çən, 9 ədəd dəmir çəllək, 2 ədəd pastik çəllək, 3 ədəd qlikol üçün nasos, 2 ədəd metal rezervuar olan daşınar əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2007-ci ildə "xxxx" MMC ilə Azərbaycan Respublikası Beynəlxalq Bankının Gəncə filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən, xxxx ******* (beş milyon) ABŞ dolları məbləğində kredit almışdır. Kreditin təminatı kimi, xx xxxx 2007-ci il tarixdə xxxx, X12 (bundan sonra "Nadir Abbasov") və Bank arasında bağlanmış ipoteka müqaviləsinə (bundan sonra "İpoteka Müqaviləsi") əsasən ünvan 1 ünvanında yerləşən və təyinatı anbar olan əmlak kompleksi (bundan sonra "Əmlak Kompleksi") ipoteka verən qismində çıxış edən Nadir Abbasov tərəfindən ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsinin 2.4-cü bəndində də qeyd olunduğu kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq Çıxarışa əsasən Əmlak Kompleksi tikililərdən (binalardan) ibarət olmuşdur. Nadir Abbasov, xxxx və X2 Şirkəti" QSC 2009-cu ildə "İddiaçı" MMC-ni (bundan sonra "İddiaçı") təsis etmişlər. Bu zaman X23 icazəsi ilə Əmlak Kompleksini pul olmayan əmlak kimi İddiaçının nizamnamə kapitalına maya şəklində qoymuşdur, yəni Əmlak Kompleksi ipoteka ilə yüklülüyü saxlanılmaqla iddiaçının mülkiyyətinə keçmişdir. Əmlak Kompleksi iddiaçının mülkiyyətinə keçdikdən sonra, İddiaçı tərəfindən Əmlak Kompleksi üzərində bir sıra avadanlıqlar quraşdırılmış, habelə Əmlak Kompleksinə daxil olan tikililərin birində anbar fəaliyyəti ilə bağlı olmayan meyvə qurudulması və emalı müəssisəsi açılmış və müvafiq meyvə qurutma və emal etmə xəttləri işə salınmışdır. xxxx Krediti geri ödəyə bilmədiyinə görə, müvafiq məhkəmə və hərrac (Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı ildə verilmiş 2-2(104)-26/2015 saylı icra vərəqəsinə əsasən, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən keçirilmişdir) prosedurları keçildikdən sonra, Əmlak Kompleksi "Cavabdeh1" QSC-in mülkiyyətinə keçirilmiş (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-in problemli aktivləri üzrə tələb hüququ "Cavabdeh1" QSC-yə keçdiyinə görə) və daha sonra isə "xxxx" ASC-nin (bundan sonra "ASK") mülkiyyətinə verilmişdir (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1704 nömrəli Fərmanının icrası ilə əlaqədar "Cavabdeh1" QSC-in "xxxx" ASC-dən aldığı, problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində olan əmlak ASK-ın mülkiyyətinə verildiyinə görə). Lakin, müvafiq siyahıyalma və təhvil-təslim prosesləri zamanı baş berən anlaşmazlıq nəticəsində xx xxxxx 2019-cu il tarixində xxxx və "Cavabdeh1" QSC tərəfindən imzalanmış təhvil-təslim aktına və xx xxxxx 2019-cu il tarixində "Cavabdeh1" QSC və ASK tərəfindən imzalanmış təhvil-təslim aktına yanlışlıqla Əmlak Kompleksi (yəni, tikililər) ilə bərabər yuxarıda qeyd olunan avandanlıqlar, maşınlar və digər daşınar əşyalar (bundan sonra birlikdə "Daşınar Əşyalar") da daxil edilmiş və Daşınar Əşyalar hal-hazırda heç bir hüquqi əsas olmadan ASK-ın qanunsuz sahibliyi altındadır. İddiaçı tərəfindən "Cavabdeh1" QSC və ASK-ya (bundan sonra birlikdə "Cavabdehlər") müvafiq pretenziya məktubları ünvanlanmış və Daşınar Əşyaların ASK-ın qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmasının təmin edilməsi cavabdehlərdən tələb edilmişdir. Lakin bu tələbin yerinə yetirilməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "Cavabdeh1" QSC-nin nümayəndələri məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etmədiyini, hazırda akt üzrə təhvil verilmiş əmlakların ASK-nın balansına keçirildiyini, eyni zamanda müvafiq qanunvericilik normasına əsasən ipotekaya qoyulmuş əmlakın əmlak kompleksi formasında təhvil verildiyini bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X12 iddia ərizəsinə münasibətdə bildirdi ki, “xxxx” MMC şirkəti 2007-ci ildə təşkil olunmuşdur, həmin şirkət yaradılan zaman qiyməti 420.000 manat olsada, hazırki qiyməti 3.900000 manatdır. Bu isə ipoteka krediti üzrə götürülən pul nəticəsində artırılmışdır. Hazrda “xxxx” MMC-yə qarşı yönəldilmiş tələbə heç bir etirazı yoxdur, çünki borcu yaranmışdır, lakin İddiaçı MMCnin borcu yoxdur. İddiaçı tərəfindən Əmlak Kompleksi üzərində bir sıra avadanlıqlar quraşdırılmış, habelə Əmlak Kompleksinə daxil olan tikililərin birində anbar fəaliyyəti ilə bağlı olmayan meyvə qurudulması və emalı müəssisəsi açılmış və müvafiq meyvə qurutma və emal etmə xəttləri işə salınmışdır. Qeyd etmək istəyirəm ki, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş təhvil-təslim aktında İddiaçı MMC-nin adı qeyd olunmamışdır.Sonda N.Abbasov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2 Şirkəti" QSC-nin nümayəndəsi X10 iddia ərizəsinə münasibətdə bildirdi ki, İddiaçı MMC-də olan 36 faiz pay onların hesabına təşkil olunmuşdur. “X2 Şirkəti” QSC həmin müəssisəsə inventisiya qoymuşdur. Almaniyadan avadanlıq alınmışdır, həmin avadanlıq “X2 Şirkəti” QSC olmasına baxmayaraq xarici ölkə invesitorunun avadanlığı qanunsuz müsadirə olunmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 2-2(104)-26/2015 saylı xx.xx.2015-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixədək hesablanmış xx.xx.2007-ci il tarixli, NAA 01 nömrəli kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas, 3340999,98 ABŞ dolları faiz, 10636499,97 ABŞ dolları cərimə faizi, xx.xx.2008-ci il tarixli, NAA-02 nömrəli kredit müqaviləsinə əsasən 899170 ABŞ dolları əsas, 582979,77 ABŞ dolları faiz, 2223224,65 ABŞ dolları cərimə faizi və xx.xx.2011-ci il tarixli NAA 04 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 763333,33 manat faiz, 497777,78 manat cərimə faizi olmaqla cəmi 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun tutulması tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, MA seriyalı ******* saylı çıxarışa əsasən “xxxx” MMC-yə məxsus olan ünvan 2-də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılsın, əldə edilmiş vəsait “xxxx” MMC-nin “xxxx” ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “xxxx” MMC-dən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumu xərci cavabdeh “xxxx” MMC-dən tutularaq, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi cavabdeh İddiaçı MMC-nin və apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(83)-33/2015 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixədək hesablanmış xx.xx.2007-ci il tarixli, NAA 01 nömrəli kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas, 3340999,98 ABŞ dolları faiz, 10636499,97 ABŞ dolları cərimə faizi, xx.xx.2008-ci il tarixli, NAA-02 nömrəli kredit müqaviləsinə əsasən 899170 ABŞ doları əsas, 582979,77 ABŞ dolları faiz, 2223224,65 ABŞ dolları cərimə faizi və xx.xx.2011-ci il tarixli NAA 04 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas, 763333,33 manat faiz, 497777,78 manat cərimə faizi olmaqla cəmi 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcunun tutulması və tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, MA seriyalı ******* saylı çıxarışa əsasən “xxxx” MMC-yə məxsus olan ünvan 2-də yerləşən əmlak kompleksinə yönəldilərək açıq hərracda satılsın. Əldə edilmiş vəsait “xxxx” MMC-nin “xxxx” ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcun qaytarılmasına yönəldilsin, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “xxxx” MMCdən tutulması və iddia ərizəsinə ödənilən 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMCdən iddiaçının xeyrinə tutulsun. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “xxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti X25 Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. İş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "Cavabdeh1" QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, Cavabdeh1 QSC X25 Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X3 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "Cavabdeh1" QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təhvil-təslim aktları əsasında (təhvil-təslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən Cavabdeh1 QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.5.2-ci bəndinə əsasən “xxxx” ASC-dən təhvil alınmış problemli aktivləri idarə edərkən "Cavabdeh1" QSC ödəmə vaxtı keçmiş kredit borclarının (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər) qaytarılması və borclular tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və sair) görür. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-yə məxsus olmuş əmlakın Cavabdeh1 QSC BOKT-na təhvil-təslimi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə aid əmlakların təhvil-təslim olunmasına dair “xxxx” MMC-nin baş direktoru X12 və "Cavabdeh1" QSC-nin nümayəndələri X7, X8 iştirakı ilə xx.xx.2019cu il tarixdə tərtib edilmiş təhvil-təslim aktından görünür ki, ünvan 2 ünavanında olan “xxxx” MMC-yə məxsus olmuş əmlak kompleksi Cavabdeh1 QSC BOKT-na təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2017-ci il tarixli 1704 nömrəli fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yarandılmış Təhvil-Təslim Komissiyasının qərarı ilə “xxxx” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş “xxxx” MMC-nin əsas vəsaitlərinin Cavabdeh1 QSC-dən “xxxx” ASC-yə təhvil verilməsi barədə xx.xx.2019-cu il tarixdə "Cavabdeh1" QSC-nin nümayəndələri X7, X15, “xxxx” ASC-nin işçi qrupunun üzvləri X17, X13, X9, “xxxx” MMC-nin baş direktoru X6 iştirakı ilə tərtib edilmiş təhvil-təslim aktından görünür ki, ünvan 2 ünavanında olan “xxxx” MMC- yə məxsus olmuş və Cavabdeh1 QSC BOKT-na təhvil verilmiş əmlak kompleksi “xxxx” ASC-yə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X28 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 016-120903-1220 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət X20 Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasına görə “Qaz 2705 YÜK” markalı **-AE-***, “İJ 2717 YÜK” markalı **-AE-***, “İJ 2717 YÜK” markalı **-AE-*** və “İJ 2717 YÜK” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri İddiaçıMMC-nin mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən “xxxx” MMC-nin “xxxx” ASC-yə olan 6261111,11 manat və 21432874,36 ABŞ dolları kredit borcun qaytarılması üçün açıq hərracda satılması qət edilmişdir. Qeyd olunan əmlak kompleksi “xxxx” MMC tərəfindən Cavabdeh1 QSC BOKT-na təhvil verilmişdir. Daha sonra qeyd olunan əmlak kompleksi “xxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Cavabdeh1 QSC BOKT tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir. İddiaçı qeyd olunan əmlak kompleksinin daxilində olan əşyaların və daşınar əmlakların cavabdehlər tərəfindən geri qaytarılması tələbi ilə məhkəməyə muraciət etmişdir. Göründüyü kimi iddia tələbində qeyd olunan əşyalar Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən əmlak kompleksi ilə birlikdə “xxxx” MMC-nin “xxxx” ASC-yə kredit borcunun ödənilməsinin təmin edilməsi üçün hərracda satılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan sonra qətnamənin icrası əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri yerinə yetirilmişdir. İcra hərəkətləri cərçivəsində qeyd olunan əmlak kompleksinin hazırki cavabdeh “xxxx” ASC-yə təhvil verilməsi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Bundan başqa təhvil təslim aktının əmlak kopleksinin mülkiyyətiçisi “xxxx” MMC-nin direktorunun iştirakı qeyd olunan halın təsdiqidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə qaytarılması tələb olunan 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil ( d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ -el markalı yük avtomobilləri İddiaçı MMC-nin mülkiyyətindədir. Qeyd olunan nəqliyyat vasitələrinin təhvil təslim zamanı əmlak kompleksində yerləşməsinə baxmayaraq, onlar İddiaçı MMC-nin mülkiyyətində olmuşlar ki, bu da həmin əmlakların xxxx” MMC-nin “xxxx” ASC qarşısında öhdəliklərinin təminatı ola bilməzdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından göründüyü kimi İddiaçı MMC-nin iddia tələbinin 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ -el markalı yük avtomobillərinin geri qaytarılması hissəsində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil ( d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ -el markalı yük avtomobilləri İddiaçı MMC-yə geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil ( d.q.n. ** AE ***, ** AE ***, ** AE ***) 1 ədəd ** AE *** d.q.n 2005-ci ilin istehsal olan QAZ -el markalı yük avtomobilləri cavabdeh “xxxx” ASC-dən alınaraq İddiaçı MMC geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-169/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-169/2021
11.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver