Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1876/2020 24.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi”tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “inventar aktının etibarsız hesab edilməsi və cərimənin silinməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin tərtib etdiyi MXD 09900 saylı xx xxxxxxxx 2018-ci il tarixli inventar aktının etibarsız hesab edilməsi və cavabdehin üzərinə qanunsuz hesablanmış 6000 manat cərimənin silinməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkardır. Cavabdeh İsmayıllı rayonunda yerləşən ona məxsus “Orman” X8 baxış keçirərək magistral su xəttinin üzərində bulaq düzəldib d=32 mm, rezin borcu vasitəsi ilə sayğacdan kənar sudan istifadə etməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli MXD 09900 nömrəli inventar aktı tərtib etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə xx xxxxxxxx 2018-ci il tarixli MXD 09900 nömrəli inventar aktı ona təqdim olunaraq bildirilib ki, sayğacdan kənar sudan istifadə etdiyi üçün o, 6000 manat məbləğində cərimə edilmişdir. Lakin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı barədə ona cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Həmin akt ona təqdim olunduqdan sonra o, cavabdehə müraciət edərək xx xxxxxxxx 2018-ci il tarixli MXD 09900 saylı inventar aktının ləğv edilməsinə göstəriş verməsini xahiş etmişdir. Cavabdeh ərizəni xx xxxxxxx 2018-ci il tarixdə alsa da, heç bir cavab verməmişdir. xx xxxxxxxx 2018-ci il tarixli MXD 09900 nömrəli inventar aktından görünür ki, obyektdə d=32 mm xətt üzərində sss-20 markalı mexaniki su sayğacı quraşdırılmış, obyektdə quyu suyu və qurunt suyu istifadəsi yoxdur, su sayğacının göstəriciləri yoxlanılıb qeyd olunduğu kimidir. Araşdırma zamanı magistral su xəttinin üzərində bulaq düzəldilərək d=32 mm rezin boru vasitəsi ilə sayğacdan kənar sudan istifadə etdiyi aşkar olunmuşdur. Nəticədə əlavə xətt mühəndislər tərəfindən ləğv edilmişdir. O, işlətdiyi “Orman” X6 heç vaxt sayğacdan kənar sudan istifadə etməmişdir. Yerli baxış və araşdırma zamanı o, Bakı şəhərində olduğu halda cavabdeh tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli MXD 09900 nömrəli inventar akt tərtib edilərək göstərilib ki, o, inventar aktı imzalamaqdan imtina etmişdir. Lakin bu sənədin tərtib edilməsi və mövcudluğundan onun sonradan xəbəri olmuşdur. İnventar aktda göstərilən rezin boru vasitəsi ilə obyektə çəkilən su xətti, obyektdə kənarda qurunt və kanal suları nəticəsində yığılan və kiçik göl şəklini alan yerdən suyun çəkilərək götürülməsi üçün nəzərdə tutulub. Həmin gölməçədən çəkilən su obyektin ərazisində yaşıllıqların suvarılması üçün çəkilib. Cavabdeh tərəfindən akt tərtib olunarkən onun hüquqların pozulub. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin üzərinə ona qanunsuz hesablnamış 6000 manat cərimənin silinməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X9 ifadə verərək bildirmişdir ki, o, həmin gün obyektə olmamışdır. Obyektə əlavə su xətti çəkilməmişdir. Su xəttini onlar deşməmişdir. Orada bir neçə yerdən su çıxırdı. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X7 ifadə verərək bildirmişdir ki, həmin vaxtda ezamiyyətdə olmuşlar. Müqavilə tələbləri çərçivəsində obyektə baxış keçirmişlər. Kənar yerdən su xəttinin daxil olduğu məlum olmuş və mənbəyi araşdırılmışdır. Boru xətti max 1 metr dərinlikdə idi. Amil boru xəttinə : bulaq şəklində qoşulmuşdur. Boruda müdaxilə də ola bilərdi, istismar qəzası da ola bilərdi. Boru xəttindən çıxan suyu bulaq şəklində aparmışdı. Bağlanmış müqavilə çərçivəsində obyektə 1-2 dəfə yoxlama keçirilə bilərdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx xxxxxx 2018-ci il tarixli 09900 nömrəli inventar aktından görünür ki, istehlakçı İddiaçı məxsus obyektə baxış keçirilmiş və müəyyən edilmişdir ki, obyektdə d=32 mm xətt üzərində 1 ədəd sss-20 markalı mexaniki su sayğacı quruaşdırılmışdır. Obyektdə quyu suyu və qurunt suyu istifadəsi yoxdur. Su sayğacının göstəriciləri yixarıda qeyd olunduğu kimidir. Araşdırma zamanı magistral su xəttinin üzərində bulaq düzəldərək d=32 mm rezin boru vasitəsi ilə sayğacdan kənar sudan istifadə etdiyi aşkar olunmuşdur. Nəticədə əlavə xətt ləğv olunmuşdur. - Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD 9900 akt əsasında abonentə 6192manat borc hesablanmışdır. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən, su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı faktiki istehlak etdiyi su sərfiyyatını ölçən su sayğacının göstəriciləri əsasında deyil, sudan sayğacdan kənar qanunsuz istifadə edilməsi ilə bağlı tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli 09900 nömrəli akt əsasında əlavə su sərfiyyatına görə abonentə 6192 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, obyektdə aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Məhkəmə qeyd edir ki aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Ona görə də həmin akt hər hansı hüquqi əsas doğurmur və onun əsasında hesablanmış borc əsassızdır. Məhkəmə hesab edir ki, heç bir hüquqi nəticə yaratmayan xx xxxxxx 2018-ci il tarixli 09900 nömrəli inventar akta görə hesablanmış 6000 manat borcun silinməsinə dair iddia tələbi əsaslıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəiləsinin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarmın əsası kimi istinad etdiyi halları sübut etməlidir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı adına olan abunə hesabına əsassız hesablanmış 6000 (altı min) manat məbləğində borc abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı adına olan abunə hesabına əsassız hesablanmış 6000 (altı min) manat məbləğində borc abunə hesabından silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1876/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1876/2020
24.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver