Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1977/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: vindikasiya iddiası, vicdansız əldə edən, müqavilənin etibarsızlığı, iddia müddəti və kəsici müddət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilkin iddiası
1. İlkin iddia üzrə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı TOÜM” MMC və ya ilkin iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC və ya qarşılıqlı iddiaçı) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçının mülkiyyətində olan 2011-ci il istehsalı XXXXXXXXXXşassi nömrəli **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” yük avtomobilinin qarşılıqlı iddiaçıdan alınaraq ilkin iddiaçıya qaytarılması və 400 manat mediasiya xərcinin, 1280 manat hüquqi yardım xərcinin qarşılıqlı iddiaçıdan ilkin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddianın faktiki əsası olaraq göstərilmişdir ki, ilkin iddiaçının mülkiyyətində olan 2011-ci il istehsalı **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” yük avtomobili hazırda qarşılıqlı iddiaçının istifadəsində olan ərazidə saxlanır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023 tarixli və 3-13-16/2- 8831/2023 nömrəli məktubuna və kompüter çıxarışına əsasən sözügedən avtomobil xx.xx.2016-cı il tarixdən etibarən ilkin iddiaçının mülkiyyətindədir. İlkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya nəqliyyat vasitəsinin geri qaytarılmasına dair dəfələrlə şifahi və yazılı müraciətlərin olunmasına baxmayaraq, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməklə nəqliyyat vasitəsini onun mülkiyyətçisinə geri qaytarmayıb. İlkin mediasiya sessiyasında qarşılıqlı iddiaçının nümayəndəsi iddianı rədd edib, lakin eyni zamanda da etiraf edib ki, nəqliyyat vasitəsi ilkin iddiaçının mülkiyyətindədir.
3. İlkin iddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157-ci maddəsi göstərilmişdir.
b) Cavabdeh QSC-nin İddiaçı TOÜM” MMC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiası
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC cavabdehlər İddiaçı TOÜM” MMC, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan XXXXXXXXXXşassi nömrəli **-AA-*** (əvvəlki **-JJ-***) dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” avtobusunun "xxxx" ASC-dən "xxxx" MMC-yə keçməsinə dair xx.xx.2016-cı il tarixli 719926 saylı hesab-arayışın, həmin arayışla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış qeydiyyatın, "xxxx" MMC tərəfindən İddiaçı TOÜM” MMC-yə satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, bu müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış qeydiyyatın etibarsız hesab olunması, həmin avtobusun "X6” TOÜM" MMC tərəfindən qarşılıqlı iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. ilkin iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra sorğu ilə Baş X7 İdarəsinə müraciət edilmiş və faktiki olaraq 10 may 2023-cü il tarixində idarədən verilən məlumata əsasən mübahisəli avtobus xx.xx.2013-cü il tarixində "xxxx" ASC-nin adından qeydiyyatdan çıxarılmış, xx.xx.2016-cı il tarixədək qeydiyyatda olmamışdır. Həmin zaman kəsiyində mübahisəli avtobus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən qarşılıqlı iddiaçıya (əvvəlki MMC) satılmışdır, sonuncu tərəfindən mübahisəli avtobus üçün 380 644,40 manat bank vasitəsi ilə pul ödənilmişdir. Lakin avtobus üçün müvafiq vəsait ödənilsə də, mübahisəli avtobus qeyri-qanuni olaraq "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Belə ki, həmin avtobusun qeyri-qanuni yolla ələ keçirilməsini pərdələmək məqsədilə avtobus yalan əqdlə "xxxx" MMC-nin adına keçirilmiş, sonradan isə eyni qaydada xx.xx.2016-cı il tarixində ilkin iddiaçının adına keçirilmişdir. 5.2. Ötən məhkəmə iclaslarında ilkin iddiaçıdan ödəniş və alış sənədləri tələb edilsə də, bu günədək onun tərəfindən nəinki ödəniş və alış sənədləri təqdim edilə bilinmir, əksinə hətta **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” yük avtomobilinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) da onda olmadığını bildirilir. Bununla da ilkin iddiaçı özü də mübahisəli avtobusun alışına dair əqdin yalan əqd olduğunu təsdiq edir. Digər maraqlı fakt isə ondan ibarətdir ki, mübahisəli avtobusa dair X4 məlumat bazasından çıxarışdan göründüyü kimi həm "xxxx" MMC-nin, həm də ilkin iddiaçının hüquqi ünvanları eynidir, həmçinin bu iki hüquqi şəxsi təmsil edən şəxs eynidir, eyni telefon nömrəsinə (+994 50 285 24 27) malikdir. 5.3. Qeyd edilənlərin əksinə olaraq, mübahisəli avtobusun alışı və ödənişi üzrə qarşılıqlı iddia üzrə iddiaçının tam sənədləri vardır. Qarşılıqlı iddiaçı ilə "xxxx" MMC arasında 13 mart 2014-cü il tarixində avtobus alqı-satqısına dair 15036 nömrəli müqavilə bağlanmışdır. 19 mart 2014-cü il tarixli AEO/3 581434 seriya və nömrəli qaimə-faktura ilə "xxxx" MMC avtobusu qarşılıqlı iddiaçıya təhvil vermişdir. Təhvil verdiyi avtobusun haqqının ödənilməsi üçün 19 mart 2014-cü il tarixində "xxxx" MMC tərəfindən qarşılıqlı iddiaçıya 24 nömrəli hesab-faktura təqdim etmişdir. Bu hesab-faktura əsasında, alıcı kimi qarşılıqlı iddiaçı təhvil aldığı avtobusun 380 644,40 manat olan ümumi dəyərinin 18% ƏDV-si olan 58064,40 manat məbləği xx.xx.2014-cü il tarixində "xxxx" MMC-nin ƏDV subuçot hesabına ödəmişdir. Qalan məbləğin 322 580 manat ƏDV-siz hissəsini isə qarşılıqlı iddiaçı xx.xx.2014-cü il tarixində köçürmə qaydasında "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. "xxxx" MMC tərəfindən təhvil verilmiş “XXXX” avtobusu xx.xx.2014 tarixində 042414 saylı mal material qaiməsi ilə qarşılıqlı iddiaçının işçiləri Əmirov Azad, Vəlizadə Abbas və Sariyev Qurban tərəfindən anbara mədaxil edilmişdir. 5.4. Təqdim edilmiş sənədlərdən, bank köçürmələrindən göründüyü kimi, mübahisəli avtobusun pulunu qarşılıqlı iddiaçı ödəmişdir, avtobus da ona təhvil verilmişdir. Belə olan halda, mübahisələndirilən həmin əqdlərin bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində aidiyyəti şəxslər arasında tərtib edilməsində məqsəd, haqqı qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş avtobusun ilkin iddiaçının adına keçirilməsi olmuşdur.
6. İlkin iddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsi qarşılıqlı iddiaçı tərəfindən konstitusion hüquq olan mülkiyyət hüququnu məhdudlaşdırmaq məqsədi daşıyır. Qarşılıqlı iddiaçı keçirilmiş hazırlıq iclasları zamanı və qarşılıqlı iddia ərizəsinin təqdim edilməsilə bərabər heç bir mötəbər, əsaslı və inandırıcı sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən isə bilinmir ki, cavabdeh köçürdüyü pulu "xxxx" MMC-yə nəyə görə ödəmişdir. Qarşılıqlı iddiaçı əgər "xxxx" MMC-yə hər hansı miqdarda pul ödəmişdirsə, bu artıq onların arasında mövcud olan mübahisədir. Onlar ikisi artıq müəyyən etməlidir ki, kim kimə nəyi və hansı əsaslara görə verməli idi. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmayıb. Bu Baş X7 İdarəsi tərəfindən göndərilən arayışdan da bəlli olur. Bu səbəbdən, qanuni əsaslarla əldə edilən nəqliyyat vasitəsi və buna dair bağlanan müqavilə mübahisə predmeti ola bilməz.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verdi, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi və eyni zamanda bildirdi ki, ilkin iddiaçı ilə qarşılıqlı iddiaçının rəhbərlikləri yaxın olduğundan və ilkin iddiaçının saxlancının kiçik olması səbəbindən geri qaytarılması tələb edilən nəqliyyat vasitəsi qarşılıqlı iddiaçıya məxsus ərazidə uzun müddət saxlanılmışdır. Lakin 2021-ci il tarixdən sonra həmin nəqliyyat vasitəsinin istifadəsinə maneələr yaradılmışdır. Belə ki, ilkin iddiaçının nümayəndələri əraziyə buraxılmamış, beləliklə, ilkin iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 16(103)-219/2023 nömrəli qərardadı icra olunarkən həmin nəqliyyat vasitəsi qarşılıqlı iddiaçının istifadəsində olan ərazidə tapılmış, bu barədə icra məmuru tərəfindən akt tərtib edilmiş, sözügedən akt qarşılıqlı iddiaçının nümayəndəsi tərəfindən də imzalanmışdır. Bu isə “XXXX Səyyar ev” yük avtobusunun qanunsuz sahiblikdə olduğunu təsdiq edir.
8. Məhkəmənin suallarına cavab olaraq ilkin iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, İddiaçı TOÜM” MMC-nin 1 faiz paya məxsus təsisçisi Rasim Məmmədov, 99 faiz paya məxsus təsisçisi isə sonuncunun təsis etdiyi şirkət olmuşdur. Lakin sonradan hüquqi şəxsin payı xarici şirkətə satılmışdır. Bundan başqa, nümayəndə və vəkil göstərdi ki, ilkin iddiaçı vicdanlı əldə edəndir, o, reyestrin məzmununa güvənərək nəqliyyat vasitəsini əldə etmiş və öz adına qeydiyyata saldırmışdır. Lakin "xxxx" MMC və ilkin iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi uzun müddət keçməsi səbəbilə məhv edilmişdir. Eyni zamanda qarşılıqlı iddiaçının istinad etdiyi nəqliyyat vasitəsinin məhz hazırda ilkin iddiaçı tərəfindən tələb olunan nəqliyyat vasitəsi olduğu da sənədlərlə təsdiqlənmir, eləcə də qarşılıqlı iddia tələbi üçün iddia müddəti ötürülmüşdür.
9. Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, Rasim Məmmədov Cavabdeh QSC-nin müşahidə şurasının sədri olmuş, qardaşı isə idarə heyətinin sədri olmuşdur. Rasim Məmmədovun cinayət əməlləri isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilmişdir. Həmçinin "xxxx" MMC də sonuncunun təsis etdiyi şirkətlər sırasındadır. Göründüyü kimi, mübahisələndirilən əqdlər yalan əqdlərdir. Belə ki, "xxxx" MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında birinciyə ümumilikdə 380 644,40 manat pul ödənilmiş, nəqliyyat vasitəsi anbara mədaxil edilmişdir. Bundan başqa, reyestr məlumatlarından “XXXX Səyyar ev” avtobusunun 2013-cü il tarixdən 2016-cı il tarixədək qeydiyyat olmadığı görünür ki, həmin dövrdə nəqliyyat vasitəsi qarşılıqlı iddiaçıda olmuşdur. Eləcə də qarşılıqlı iddiaçı nəqliyyat vasitəsinin alınması ilə bağlı bütün sənədləri təqdim etsə də, ilkin iddiaçı heç bir sənədi təqdim edə bilməmişdir. Bu hallar onu göstərir ki, həmin əqdlər Rasim Məmmədov tərəfindən qarşılıqlı iddiaçıya zərər vurmaq məqsədilə bağlanmış yalan əqdlərdir və etibarsızdır.
10. Məhkəmənin suallarına cavab olaraq qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, 13 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları əks olunmayaraq avtobus kimi göstərilsə də, həmin avtobusun qarşılıqlı iddiaçının anbarına mədaxil olunması ilə bağlı tərtib olunmuş qaimədə “XXXX” avtobusu olduğu göstərilmişdir ki, həmin dövrdə də ölkədə başqa “XXXX” olmamışdır. Bundan başqa, nəqliyyat vasitəsinin Cavabdeh QSC-yə məxsus ərazidə aşkar olunmamışdır. Həmin ərazi Rasim Məmmədovun işçisi Cəfər Məmmədova məxsus olmuş, məhkəmə hökmü ilə xüsusi müsadirə olunmuşdur, lakin hal-hazırda Cavabdeh QSC-nin nəzarətindədir.
11. Qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" MMC və "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İlkin iddiaçı: - “XXXX Səyyar ev” yük avtomobilinin qarşılıqlı iddiaçının qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını tələb edir; - Alqı-satqı müqaviləsinin obyektinin XXXXXXXXXXşassi nömrəli “XXXX Səyyar ev” yük avtomobili olduğu təsdiq olunmadığından, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi reyestrində belə bir alqı-satqı, o cümlədən adıçəkilən nəqliyyat vasitəsi üzərində hər hansı hüquq qeydə alınmadığından, eyni zamandan Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti keçdiyindən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.
16. Qarşılıq iddiaçı: - “XXXX Səyyar ev” yük avtomobilinə mülkiyyətin "xxxx" MMC və "xxxx" MMC və sonuncu ilə ilkin iddiaçı arasında dəyişməsini təsdiq edən sənədləri yalan əqd və bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanan əqd hesab edərək etibarsızlığını tələb edir; - “XXXX Səyyar ev” yük avtomobilinin ilkin iddiaçıya məxsus olduğu təsdiq olunmadığından, eyni zamanda sonuncunun mülkiyyətinə keçməsinə səbəb olan alqısatqı müqaviləsi etibarsız olduğundan ilkin iddianın rədd edilməsini xahiş edir.
17. Göründüyü kimi, ilkin iddiaçı vindikasiya iddiası ilə, qarşılıqlı iddiaçı isə müqavilənin etibarsız hesab olunması iddiası ilə çıxış edir.
18. Mülki hüquq nəzəriyyəsində mülkiyyət hüququnun müdafiəsi üzrə qaldırılan iddialar petitor iddia adlanır. Həmin iddialardan başlıcası isə vindikasiya iddiası hesab olunur. Vindikasiya iddiası mülki qanunvericilikdə də birbaşa təsbit olunmuşdur. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Qeyd edilməlidir ki, vindikasiya iddiası, mahiyyəti etibarilə, əmlakın naturada qaytarılması tələbi olduğundan fərdi müəyyən əşyalar həmin iddianın obyektini təşkil edə bilər. Bu növ iddiada sübutetmə predmetinə iddiaçının mülkiyyətçi olması, əşyanın cavabdehin sahibliyində olması, sahibliyin qanunsuz olması kimi hallar, iddianın ödənilmə şərtlərinə isə qanunsuz sahibliyin növü ilə bağlı şərtlər (vicdanlı və ya vicdansızladə edən) daxildir.
20. Hazırkı müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab olunması iddiası əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisədə əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə qaldırılan iddiadır. Bu növ iddiada məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
21. Baxılan iddiaların növlərini və tərəflərin arqument və sübutlarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı kommersiya mübahisəsinin həlli üçün “XXXX Səyyar ev” yük avtomobilinə mülkiyyət hüququnun, qarşılıqlı iddianın əsaslı olub-olmamasının, həmin nəqliyyat vasitəsinə sahibliyin müəyyən edilməsi, faktik sahibin sahibliyinin hüquqi əsasının olub-olmamasının aşkar edilməsi, vindikasiya iddiasının ödənilib-ödənilməməsi, müqavilənin etibarsızlığı ilə bağlı maddi-hüquqi müddətlərin ayrı-ayrılıqda şərh olunması zəruridir.
a) Nəqliyyat vasitəsinə mülkiyyət hüququ və qarşılıqlı iddianın əsaslı olubolmaması ilə bağlı
22. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqlarından biri olaraq Azərbaycan Respublikası Konstitusiyası ilə təminat altına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları Mülki Məcəllənin 9-cu fəslinin 2-ci paraqrafı ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
25. Mülki Məcəllənin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
26. Bununla yanaşı qeyd edilməlidir ki, daşınar əşyaların bəzi növlərinin əvəzli olaraq özgəninkiləşdirilməsi ilə bağlı daşınmaz əmlakın hüquqi rejimi tətbiq edilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
27. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınır.
28. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquların rəsmi reyestrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi aparır.
29. Konstitusiya Məhkəməsi də hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar kimi avtomobil, gəmi və s. qeyd etmişdir. Belə ki, qərarda ifadə edilmişdir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərar).
30. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi reyestrindən çıxarış və 99AA112 dövlət qeydiyyat nişanlı AC 693695 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “XXXX Səyyar ev” yük avtomobili xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi (BDYP) əsasında "xxxx" MMC-dən İddiaçı TOÜM” MMC-yə satılmış və sonuncunun adına dövlət qeydiyyatına alınmışdır.
31. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi reyestrindən çıxarışından görünür ki, “XXXX Səyyar ev” markalı XXXXXXXXXXşassi nömrəli nəqliyyat vasitəsi gömrük vəsiqəsi – 396683 ANGİ H/A426623 Elvin-2007 əsasında 90JJ090 dövlət qeydiyyat nişanı ilə "xxxx" ASC-nin adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə qeydiyyatdan çıxmışdır. xx.xx.2016-cı il tarixdə hesab-arayış – 719926 Elvin 2007 əsası ilə adıçəkilən nəqliyyat vasitəsi 99AA112 dövlət nömrə nişanı ilə "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır.
32. Sözügedən nəqliyyat vasitəsinin daşınar əmlakın rəsmi reyestrinə əsasən ilkin iddiaçının mülkiyyətində olması prezumpsiya edilir. Həmin prezumpsiyanın inkarı isə reyestrin əsasında duran müqavilə və hesab-arayışın etibarsızlığı tələbini irəli sürən qarşılıqlı iddiaçının sübutetmə vəzifəsinə daxildir.
33. Qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlardan görünür ki: - 13 mart 2014-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC (VÖEN – **********) arasında 15036 nömrəli müqavilə imzalanmış, həmin müqavilənin predmetini 1 saylı əlavədə göstərilən malın "xxxx" MMC-dən Cavabdeh MMC-yə satılması təşkil etmişdir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 380644,4 manat təşkil etmişdir; - Adıçəkilən müqaviləyə 1 saylı əlavəyə əsasən, 1 ədəd avtobusun 322580 manat qiyməti şərtləndirilmişdir; - “ƏDV sub-uçot” hesabından çıxarışına əsasən, 58064,4 manat məbləğində ƏDV "xxxx" MMC-yə Cavabdeh MMC tərəfindən köçürülmüşdür; - xx.xx.2014-cü il tarixli 199 nömrəli ödəniş tapşırığına əsasən, 322 580 manat məbləğində pul Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə köçürülmüşdür; - 19 mart 2014-cü il tarixli 24 nömrəli hesab faktura 1 ədəd avtobusun alınmasının rəsmiləşdirilməsi üçün tərtib edilmişdir; - AEO/3 581434 seriya və nömrəli qaimə fakturanın kötüyünə əsasən, avtobus Cavabdeh MMC-nin anbarına mədaxil edilmişdir; - xx.xx.2014-cü il tarixli 042414 nömrəli malların mədaxil qaiməsinə əsasən, avtobus “XXXX” Cavabdeh MMC-nin qarajına mədaxil edilmişdir; - Cavabdeh QSC-nin mərkəzi anbarının baş anbardarı Qurban Sariyev tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahata əsasən, qəhvəyi rəngli “XXXX” avtobusunu sonuncu, həqiqətən, görüb qəbul etmişdir; - Cavabdeh QSC-nin baş direktorunun müşaviri Əmirov Azad tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahata əsasən, "xxxx" MMC tərəfindən qəhvəyi rəngli “XXXX” avtobusunu o, həqiqətən, görüb qəbul etmişdir; - Cavabdeh QSC-nin təchizat şöbəsinin rəisi Vəlizadə Abbad tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahata əsasən, xx.xx.2014-cü il tarixli 15036 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən çatdırılmış “XXXX” avtobusunun qəbul sənədi onun tərəfindən imzalanmışdır.
34. Məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddiaçının təqdim etdiyi heç bir sübutda hazırda qanunsuz sahiblikdən tələb edilən nəqliyyat vasitəsinin "xxxx" MMC ilə Cavabdeh QSC arasında bağlanmış 13 mart 2014-cü il tarixli alqı-satqının obyektini təşkil etdiyi ilə bağlı birmənalı nəticəyə gəlmək mümkün deyildir. Qarşılıqlı iddiaçının xx.xx.2014-cü il tarixli 042414 nömrəli malların mədaxil qaiməsində əks olunmuş “XXXX” sözünə istinadla həmin dövrdə ölkədə başqa “XXXX” markalı avtobusun olmamsı ilə bağlı fikri isə hər hansı sübutla təsdiqlənmir. Əksinə nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş qaydada rəsmi reyestrdə qeydə alınmalı olduğu halda "xxxx" MMC ilə Cavabdeh QSC arasında bağlanmış 13 mart 2014-cü il tarixli "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də nəzərdə tutulmuş qaydada alqı-satqı ilə bağlı reyestrdə hər hansı qeyd aparılmamışdır.
35. Həmin Əsasnamənin (rəsmi reyestrdə qeydiyyat hərəkətləri aparılarkən qüvvədə olan redaksiyası) 2.9-cu bəndinə əsasən, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab; nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir.
36. Göründüyü kimi, hüquq şəxslər arasında bağlanmış nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə yönələn müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Həmçinin reyestr orqanı tərəfindən əlavə olaraq təhvil-təslim aktı, arayış-hesab və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir.
37. Bununla yanaşı, alqı-satqısından uzun müddət keçdiyindən “XXXX Səyyar ev” avtobusunun "xxxx" ASC-dən "xxxx" MMC-yə keçməsinə dair xx.xx.2016-cı il tarixli 719926 saylı hesab-arayışın və "xxxx" MMC tərəfindən İddiaçı TOÜM” MMC-yə satılmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin məhv edilməsi də ağlabatandır. Həmçinin, məhkəmənin sorğusuna AR DİN Baş X7 İdarəsi cavab olaraq sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyini bildirmişdir.
38. Eyni zamanda nəzərə alınmalıdır ki, komisyon və ticarət təşkilatlarının verdiyi arayış-hesab və istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab xx.xx.2016-cı il tarixdə nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün əsas təşkil etdiyindən və həmin tarixdə qüvvədə olan “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də hesabarayış hüquqi nəticə yaradan və qeydiyyat üçün əsas olan sənəd olduğundan onun etibarsızlığına məhkəmə qaydasında baxılması mümkündür.
39. Belə olan halda məhkəmə arayış-hesabın və müqavilənin etibarsızlığı əhəmiyyətsizliyi halı ilə bağlı aşağıdakıları qeyd edir.
40. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
41. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
42. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
43. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
47. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
48. Qarşılıqlı iddiaçı etibarsızlıq halı ilə bağlı arqumentlərini əqdin yalan əqd olması və bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi ilə əsaslandırır.
49. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
50. Konstitusiya Məhkəməsi göstərmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərar).
51. Həmin qərarda həmçinin göstərilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
52. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı əqdin yalan olmasının sübutu ilə bağlı Rasim Məmmədov və digərlərinin cinayət əməlləri barəsinə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğuna istinad edir. Lakin nə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 nömrəli hökmündə, nə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-661/2023 nömrəli qərarında “XXXX Səyyar ev” avtobusunun özgəninkiləşdirilməsi ilə bağlı fakt yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı halda isə “XXXX Səyyar ev” avtobusu ilə bağlı hər hansı cinayət hadisəsi həmin hökm və qərarla müəyyən olunmamışdır.
53. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X7 idarəsinin qeydiyyat-imtahan hissələrində müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir.
54. Lakin qarşılıqlı iddiaçı belə bir arayışın alındığı, bu əsasda 13 mart 2014-cü il tarixli müqaviləni bağladığı ilə əlaqədar da hər hansı sübut təqdim etməmişdir. Qanuni təmsilçinin və ya hüquqi şəxsin vəzifəli şəxslərinin qanuni olmayan hərəkətləri nəticəsində hüquqi şəxsə ziyan dəydikdə isə digər müdafiə vasitələri – dəymiş zərərin əvəzinin ödənilməsi tələb edilə bilər. Belə ki, Mülki Məcəllənin 49.3-cü maddəsində hüquqi şəxsin iştirakçılarının tələbi ilə icra orqanının rəhbərinin öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi əks olunmuşdur. Hazırda isə qarşılıqlı iddiaçı “derivativ iddia” adlanan belə bir tələblə çıxış etməmişdir.
55. Digər tərəfdən, qarşılıqlı iddiaçı Mülki Məcəllənin 339.1-ci maddəsinə nəzərdə tutulmuş bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər kimi xx.xx.2016-cı il tarixli 719926 saylı hesab-arayışı və xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirir.
56. Məhkəmə qeyd edir ki, bu əsasla əqdin etibarsızlığı yalnız təmsil olunana zərər vurmaq üçün nümayəndə ilə kontragent arasında razılaşmanın olması, belə zərərin vurulması və s. kimi hallar sübut edilməlidir. Lakin qarşılıqlı iddiaçının bu barədə arqumentləri formal mülahizələr olmaqla yanaşı, qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlardan, ümumiyyətlə, **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” yük avtomobilinin qarşılıqlı iddiaçının mülkiyyətində olması təsdiqlənmir.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” yük avtomobili ilkin iddiaçının mülkiyyətindədir, qarşılıqlı iddiaçının xx.xx.2016-cı il tarixli 719926 saylı hesab-arayışın və xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığını bildirməsinin hüquqi əsası yoxdur, qarşılıqlı iddia təmin edilməməlidir.
b) Nəqliyyat vasitəsinə faktiki sahibin müəyyənləşdirilməsi, sahibliyin qanuniliyi ilə bağlı
58. Ərizəçi İddiaçı TOÜM” MMC müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il istehsalı **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” markalı yük avtomobilin üzərinə həbs qoyularaq, həmin nəqliyyat vasitəsinin müvafiq avtodayanacaqda saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(113)-144/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan ərizəçi tərəfindən verilmiş şikayət təmin edilmiş, 2011-ci il istehsalı **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” markalı yük avtomobilinin üzərinə həbs qoyularaq icra məmurunun müəyyən etdiyi avtodayanacaqda saxlanılması qərara alınmışdır.
59. Həmin qərardad üzrə verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru R.Səfərov xx.xx.2023-cü il tarixli protokol tərtib edərək göstərmişdir ki, 2011-ci il istehsalı **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” markalı yük avtomobilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 509 ünvanına gəlmiş, nəqliyyat vasitəsinin yerləşdiyi qeyri-yaşayış sahəsinin faktiki olaraq borclu Cavabdeh QSC-nin istifadəsində olduğu məlum olmuşdur. Həmin protokol Cavabdeh QSC-nin Monitorinq və təhlükəsizlik şöbəsinin rəisi X1 tərəfindən də imza edilmiş, nəqliyyat vasitəsi onun saxlancına verilmişdir.
60. Qarşılıqlı iddiaçı həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmadığını, lakin faktiki nəzarətində olduğunu təsdiq etmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, qeyd edilən protokol qarşılıqlı iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə nəzərdə tutulmuş qaydada xx.xx.2023-cü il tarixli protokola qarşılıqlı iddiaçının nümayəndəsi tərəfindən hər hansı qeyd verilməmişdir.
61. Eyni zamanda göstərilməlidir ki, icra üzrə icraatda hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə hərəkət edirlər. Belə olan halda, hüquqi şəxsin nümayəndəsinin həmin protokola qeyd verməməsi qarşılıqlı iddiaçının sözügedən protokolda göstərilənlərlə razılaşdığını bildirir.
62. Beləliklə, məhkəmə hesab edir ki, **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” markalı yük avtomobili qarşılıqlı iddiaçının sahibliyində olmuşdur.
63. Nəqliyyat vasitəsinə sahibliyin qanuniliyi qiymətləndirilərkən bu sahibliyin hər hansı hüquqi əsasa (titula) – müqaviləyə və ya digər əsasa söykənib-söykənməməsi müəyyən olunmalıdır. Titula söykənməyən istənilən sahiblik isə qanunsuzdur.
64. Qarşılıqlı iddiaçı hüquqi əsası kimi 13 mart 2014-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15036 nömrəli müqaviləni göstərsə də, yuxarıda qeyd edildiyi kimi (bax §33-34) həmin müqavilə **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” markalı yük avtomobilə sahibliyin hüquqi əsasını təşkil etmir.
65. Qarşılıqlı iddiaçı sahibliyin qanuniliyi ilə bağlı 13 mart 2014-cü il tarixli müqavilə ilə əlaqədar mədaxil qəbzi, hesab-faktura və izahatlar təqdim etsə də, həmin sübutlar da mübahisə predmetinə aidiyyəti təsdiq olunmayan sübutlardır.
66. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” markalı yük avtomobilinə cari sahibliyi qanunsuzdur.
c) Vindikasiya iddiasının ödənilməsi məsələsi
67. Müki qanunvericilikdə vindikasiya iddiasının ödənilməsi üçün sahibliyin vicdanlı olub-olmaması ilə bağlı fərqli rejimlər müəyyənləşdirilmişdir.
68. Belə ki, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
69. Məhkəmə qarşılıqlı iddiaçının vicdanlı əldə edən olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir.
70. İlkin iddiaçı 2021-ci ilədək qarşılıqlı iddiaçının ərazisindən saxlanc kimi istifadə etdiklərini bildirir.
71. Rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaları əldə edərkən, onlar üzərində hər hansı hüquqa istinad edərkən reyestrin məzmunu mütləq nəzərə alınmalıdır. Məlum olduğu kimi avtomobil rəsmi reyestrdə qeydə alınan daşınar əşyadır. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara isə daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (bax §26-27). Dolayısı ilə, avtomobillərin alqı-satqısı zamanı alıcı əşyanı əldə edərkən daşınmazlarda olduğu kimi rəsmi reyestr məlumatlarına etibar edir. Reyestrdə əşyanın satıcının adına qeydə alınması və hər hansı yüklülüyünün olmaması öz əksini tapırsa, həmin məlumatlara güvənərək əşya üzərində hüquq qazanan şəxs vicdanlı sayılır.
72. Məhkəmə vurğulayır ki, vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə və ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir.
73. Lakin hazırkı iş materiallarından görünür ki, reyestrə güvənərək nəqliyyat vasitəsinə mülkiyyət hüququ əldə edən ilkin iddiaçı sahibliyinin hüquqi əsası olmayan və bu barədə vicdanlı olmayan qarşılıqlı iddiaçıdan nəqliyyat vasitəsini tələb etməsində haqlıdır. Belə ki, qarşılıqlı iddiaçı nəqliyyat vasitəsinə sahibliyi hansı əsasla əldə etdiyini sübut edə bilməmiş, həmçinin təqdim etdiyi müqavilə, fərz olunsa ki, alqı-satqını sübut edir, qarşılıqlı iddiaçını vicdanlı əldə edən statusuna qovuşdurmur. Bu zaman qarşılıqlı iddiaçı nəqliyyat vasitəsini əldə edərkən "xxxx" MMC-nin ona hüququnu olub-olmadığını reyestr məlumatlarına əsasən müəyyənləşdirməli idi.
74. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ilkin iddiaçının vindikasiya iddiası ödənilməlidir.
d) Maddi-hüquqi müddətlərlə bağlı
75. İlkin iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
76. Ərizədə göstərilmişdir ki, qarşılıqlı iddia ərizəsində söhbət xx.xx.2016 və xx.xx.2016-cı il tarixli müqavilələrdən gedir və tərəf onların etibarsızlığını üzə çıxarır. Lakin göstərilən tarixdən bugünədək 7 il keçmişdir.
77. Mülki Məcəllənin 354.1-ci maddəsində təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
78. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
79. Məhkəmə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə əsasən qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində təsbit olunan müddət iddia müddəti olmaqla əvəzedilən əşyalarla bağlı bağlanmış əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı olan müddətdir. Hazırkı iş üzrə isə ilkin və qarşılıqlı iddianın obyektini hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – fərdi müəyyən əşyalar təşkil etdiyindən və belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmadığından əsassız varlanma baş verə bilməz, ona görə də Mülki Məcəllənin 354.1-ci maddəsi hazırkı işə aid hüquqi tənzimləmə əks etdirmir. Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit olunan müddətlər isə əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı olan və şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan kəsici müddətlərdir. Hazırkı iş üzrə isə qarşılıqlı iddianın əsassız olduğu, yəni əqdin etibarsız sayılmasına əsas verən halların olmadığı müəyyən olunduğundan qarşılıqlı iddia təmin olunmur.
e) Məhkəmə xərcləri ilə bağlı
80. İlkin iddiaçı 400 manat mediasiya xərcinin və 1000 manat hüquqi yardım xərcinin qarşılıqlı iddiaçıdan tutulmasını tələb etmişdir.
81. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MB/16-00373 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəf (qarşılıqlı iddiaçı) mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ilkin iddiaçı tərəfindən ödənmişdir.
82. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ilkin iddiaçı 4276/23 nömrəli müqaviləyə (ilkin iddiaçının vəkilinin orderində göstərilən müqavilə) əsasən 1280 manat məbləğində pulu “LCG” vəkil bürosuna ödəmişdir.
83. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, qarşılılıq iddiaçı 100 manat məbləğində dövlət rüsumunu qarşılıqlı iddia ərizəsin verilməsi üçün dövlət büdcəsinə ödəmişdir.
84. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
85. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
86. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
87. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
88. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
89. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
90. İlkin iddianın tam təmin edildiyini, hüquqi yardım xərcinin 1000 manat hissədə ağlabatan olduğunu, qarşılıqlı iddianın rədd edildiyini nəzərə alan məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 1000 manat hüquqi yardım xərci qarşılılıqlı iddiaçı Cavabdeh QSC-dən tutularaq ilkin İddiaçı TOÜM” MMC-yə ödənilməli, hüquqi yardım xərci qalan hissədə ilkin iddiaçıya, ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçıya aid edilməlidir.
V. Nəticə:
91. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 2011-ci il buraxılışı XXXXXXXXXXşassi nömrəli **-AA-*** dövlət qeydiyyat nişanlı “XXXX Səyyar ev” yük markalı avtomobil ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qanunsuz sahibliyindən alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova