Məhkəmə qərarları › İş №e-2-2(113)-1990/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1990/2021

30.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1990/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı “MCB Bank olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “MCB Bank olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018 tarixində İnzibati-İqtisadi Məhkəməsinin Qərardadına əsasən Yasamal İcra-Probasiya Şöbəsi tərəfənindən MCB lizinq şirkətinə saxlanca 5 dəzgah iddanın təmin tədbiri ilə təhvil verildiyini, xx.xx.2019 tarixində onaqarşı Yasamal İcra- Probasiya şöbəsi tələb üzrə İcra icraatına başlandığını və hal-hazırda onun tələb olunan 93 000 manatı ödədiyini və MCB LİZİNQ Şirkətinə heç bir borcunun olmadığını bildirərək xx.xx.2018 tarixli qərardadın ləvğ edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddia təmin tədbiri barədə qərardadın ləğv edilməsi iddia ərizəsi formasında deyil, ərizə formasında onu qəbul etmiş məhkəməyə ünvanlanmalıdır. Ona görə də, izah edilsin ki, İddiaçı hazırki tələbi üzrə iddia ərizəsi formasında deyil, ərizə formasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 162.4-ci maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı bildirdiyi kimi 93000 borcun tutulmasına dair qətnamə icra olunmuşsa yuxarıda qeyd olunmuş qanunvercilik normasından da göründüyü kimi iddianın təmin olunması barədə tədbirlər ləğv olunmalı və saxlanca verilmiş əmlaklar geri qaytarılmalıdır. Qeyd olunan halla bağlı məhkəmə qeyd edir ki, aidiyyatı üzrə İcra və Probasiya Şöbəsinə müraciət olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi qəbul edilməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “MCB Bank olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar