Məhkəmə qərarları › İş №e-2-2(113)-2047/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2047/2023

12.04.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2047/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı “abonent və subabonentlərin elektrik enerjisi sərfinin və onlara aid tranzit elektrik enerjisi itkilərinin düzgün hesablanmaması və bunun müqabilində müəssisəyə vurulmuş zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının ərazisində yerləşən transformatorun aşağı gərginlik tərəfində 0.4 kv.luq yeni sayğacın firmanın hesabına quraşdırılması, subabonentlərin və iddiaçının transformatorun aşağı gərginlik tərəfindən quraşdırılmış sayğacların göstəriciləri cəmləşdirilərək balans sayğacının göstəricisindən çıxılması, yaranmış fərq texnoloji itkilər göstərdiyi üçün həmin fərqin subabonentlər və iddiaçının istehlak etdiyi elektrik enerjisinə mütənasib olaraq bölüşdürülməsi və hər abonentin və subabonentlərin transformatorlarının aşağı gəginlik tərəfində quraşdırılmış sayğacların göstəricilərinə əlavə edilməklə hesabatların aparılması və 2021-ci ilin mart ayından artıq hesablanaraq alınmış 8050 manat məbləğində pulun geri qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Firmasının direktoru Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı “abonent və subabonentlərin elektrik enerjisi sərfinin və onlara aid tranzit elektrik enerjisi itkilərinin düzgün hesablanmaması və bunun müqabilində müəssisəyə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar