Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-205/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı yaranmış borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı cavabdeh tərəfindən xx.xx.2019 tarixdə göndərilmiş EBAB 290365 saylı elektron qaiməyə əsasən iddiaçıdan tələb olunan 2.196 manat məbləğində borcun ləğv edilməsi və İddiaçı MMC-yə məxsus olan Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən “Belaruski” adlı mağazanın su istifadəsində borcun olub-olmaması məsələsinə yenidən baxılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nə Cavabdeh ASC tərəfindən xx.xx.2019 tarixdə, EBAB 290365 saylı elektron qaimə daxil olmuşdur. Həmin qaiməyə əsasən İddiaçı MMC-yə məxsus olan Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən “Belaruski” adlı mağazanın su istifadəsində 2.196 manat məbləğində borc yaranmışdır. Hazırki iddia ərizəsinin predmetini İddiaçı MMC-nin həmin borc məbləği ilə razılaşmaması təşkil edir. Belə ki, xx.xx.2018 tarixindən etibarən İddiaçı MMC-yə Cavabdeh tərəfindən təqdim olunan bütün hesab fakturalar üzrə ödənişlər vaxtında və tam həcmdə həyata keçirilmişdir və hər hansı borcun yaranması mümkünsüz idi. İddiaçı MMC-nin Cavabdeh ASC ilə bağladığı xx xxxx 2019-cu il tarixli S-3187/19 saylı müqaviləyə əsasən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sözügedən mağazada razılaşdırılmış texniki şərtə və layihəyə uyğun qaydada sayğac quraşdırılmışdır, lakin həmin sayğac quraşdırılan zaman mağazanın su istifadəsində hər hansı bir borcun olub-olmaması barədə mağaza nümayəndələri məlumatlandırılmamışdır və bununla bağlı hər hansı bir akt tərtib olunmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən qeyri yaşayış sahəsi İddiaçı MMC-nin mülkiyyətində deyildir, iddiaçı yalnız xx.xx.2018 tarixindən icarə müqaviləsi əsasında həmin obyektdə fəaliyyət göstərir və yuxarıda qeyd olunduğu kimi icarə müddətində sudan istifadəyə görə davamlı olaraq tam hissədə ödəniş edilmişdir. Mağazanın su istifadəsində əsassız olaraq sözügedən borcun yaranması su istifadəçisi olan İddiaçı MMC-nin qanunvericiliklə ona məxsus su istifadə hüququnu müəyyən şəkildə məhdudlaşdırmışdır, bu da öz növbəsində Cavabdeh ASC tərəfindən qanunvericiliyin tələblərini pozması ilə nəticələnmişdir. Belə ki, sudan istifadə üçün su haqqının öncədən ödənilməsi üçün nəzərdə tutulmuş plastik karta vəsait ödənilən kimi həmin vəsait əsassız yaranmış borca çıxılır bu səbəbdən də sudan istifadə hüququnu həyata keçirmək olmur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, İddiaçı MMC-yə məxsus olan Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən “Belaruski” adlı mağazada quraşıdırılmış su sayğacına iddiaçı tərəfindən hər hansı bir müdaxilə olunmamışdır. Belə ki, o, həmin obyekti icarəyə götürdüyü vaxt sayğaca artıq müdaxilə olunmuşdur ki, iddiaçıda bundan yoxlama zamanı xəbər tutmuşdur. Beləliklə də, su sayğacına müdaxilənin iddiaçı tərəfindən olunmamasını nəzərə alaraq, ona hesablanmış borc qanunsuz və əsassızdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddiaçının icarəyə götürdüyü obyektdə quraşdırılan su sayğacına müdaxilə olunub. Belə ki, yoxlanış zamanı sayğacın zavod tərəfindən vurulmuş möhürünun olmaması və sayğacın hesablama mexaniziminin kipləşdirici kəmərində müdaxilə izləri aşkar olunmuşdur. Həmin müdaxilənin nəticəsində sayğacın göstəricələri azaldılmış şəkildə olmuş və onun gələcəkdə istismarı və təmiri yararsız hala düşmüşdür. Buna görə də, cavabdeh tərəfindən istehlakçının əvvəlki 12 aylıq dövrə uyğun olan sərf edilmiş suyun həcmini müəyyənləşdirilmiş və hesablaşmanmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, EBAB seriyalı 290365 nömrəli elektron qaimədən görünür ki, iddiaçıya 2019-cu ilin avqust ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətindən istifadəyə görə ümumilikdə 2.196,00 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, istehlakçının çirkab su və su sərfıyyatının həcmi üzrə 2019-cu ilin iyul ayına 3 manat artıq ödənişi olmuşdur. Daha sonra isə həmin ilin avqust ayında çirkab su üzrə 1098 manat və su sərfıyyatının həcmi üzrə 1098, cəmi 2196 manat borc yaranmışdır. "Su təchizatı və tullantı suları haqqında" qanunun 68.4-cü maddəsinin d) bəndinə əsasən suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları"nın 6.15-ci bəndinə görə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: istehlakçının müdaxiləsi halında həmin Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin Qaydaların 6.7-cı bəndinə əsasən suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qeyd olunan Qaydaların 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etməksu təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. "Sudan istifadə qaydaları"nın 6.17-cı bəndinə uyğun olaraq, tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normanın dispozisiyasından aydın olurki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Başqa sözlə, zərər olan yerdə mülki-hüquqi məsuliyyət yaranır. Belə ki, AR MM-in 21.2-ci maddəsinə görə əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Əks təqdirdə, nə əmlak hüququ pozulmuş, nə də öhdəlik yaranmış olur. Pozulmuş əmlak hüququn olmaması, o cümlədən bununla əlaqədar öhdəliyin yaranmaması məsuliyyətin həcmini müəyyən etməyi istisna edir. Məhkəmə tədqiqata zamanı müəyyən edilmişdir ki, Səbail rayonu, Səlyan Şossesi 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində quraşıdırılmış su sayğacına müdaxilə olunmuş, lakin həmin müdaxilə İddiaçı tərəfindən həmin obyekt icarəyə götürüldüyü vaxtdan əvvəl baş vermişdir. Beləliklə də, hazırki mülki işin mübahisə edilməyən halı ondan ibarətdir ki, su sayğacına müdaxilə olunmuş və sayğacın göstəriciləri düzgün olmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək cavabdehin vəzifəsi olduğu halda, o, bunu etməmişdir. Bundan başqa, cavabdeh 2019-cu ilin may ayında quraşdırılmış sayğacda 2019-cu ilin avqust ayında müdaxilənin nəticəsində iddiaçıya 2.196,00 manat borc hesablamışdır ki, bu da həmin obyektin təyinatı mağaza olduğu halda, istehlakçı tərəfindən o həcmdə suyun istifadəsini qeyri mümkün edir. Lakin onu da qeyd etmək lazımdır ki, müdaxilə nəticəsində cavabdehə maddi zərər vurulması da istisna deyil. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz 2019-cu ilin avqust ayı üçün hesablanmış hissəsi, yəni 183 manat məbləğində borcun hesablnamsı əsaslı və düzgündür. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 2019-cu ilin avqust ayında iddiaçıya hesablanmış və EBAB 290365 saylı elektron qaiməyə əsasən tələb olunan 2.196 manat borcun 2.013 manat hissəsi əsassız və qanunsuz olduğundan silinməlidir. Lakin məhkəmə onu da qeyd edir ki, həmin dövr üçün elektron qaimə üzrə tələb olunan məbləğin 183 manat olan hissəsi iddiaçı tərəfindən sərfiyyat olduğunu nəzərə alaraq, həmin hissədə borcun silinməsinə dair iddia əsassız olduğundan rədd edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2019 tarixdə göndərilmiş EBAB 290365 saylı elektron qaiməyə əsasən İddiaçındən tələb olunan borc məbləğindən 2.013 (iki min on üç) manat hissəsi silinməli və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2019 tarixdə göndərilmiş EBAB 290365 saylı elektron qaiməyə əsasən İddiaçındən tələb olunan borc məbləğindən 2.013 (iki min on üç) manat hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-205/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-205/2020
10.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver