Məhkəmə qərarları › İş №e-2-2(113)-211/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-211/2024

16.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-211/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə) əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əşyaların sahiblikdən geri tələb edilməsi, zərərin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə) əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıda siyahısı verilmiş (təhvil-təslim aktlarında göstərilmiş yerləşmə yerləri üzrə) daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması: 1) Mürəbbə sexi – 2 soyunub-geyinmə otağı, 2 hamam otağı, 2 tualet, 2 anbar otağı, 1 sex rəisinin otağı, 1 qazanxana və 1 istehsal sahəsi. 1-ci mərtəbə: Soyunub-geyinmə otağı: 1 ədəd 2-ci mərtəbəyə çıxmaq üçün aliminium tutacaqlı beton pilləkən, 5 ədəd iki qapılı mebel paltar şkafı, 1 ədəd iki qapılı rəfli dolab, 2 ədəd stol, 4 ədəd stul. Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı 2-ci mərtəbə: Tualet: 1 ədəd “Termet” markalı su qızdırıcısı. Anbar otağı1: 3 ədəd plastik stol, 3 ədəd 60L-lik plastik çəllək. Anbar otağı 2: 1 ədəd beşpilləli rəf, 1 ədəd “Eillert” markalı Almaniya istehsalı olan meyvə doğrayan avadanlıq. Sex rəisinin otağı:1 ədəd kətil, 1 ədəd iki qapılı şkaf, 1 ədəd iki qapılı rəfli dolab, 1 ədəd “Ohaus” markalı nəmlik ölçən laboratoriya cihazı, 1 ədəd “Shivaki” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd “HP” markalı prosessor, 1 ədəd “HP” markalı klavyatura, 1 ədəd “Compaq” markalı monitor, “Genius” markalı kompyuter kalonka, 1 ədəd “ATC” markalı şirinlik ölçən laboratoriyacihazı. Qazanxana: 1 ədəd “JUMAQNG260 markalı buxar avadanlığı, 2 ədəd filter, 1 ədəd “Boge” markalı böyük hava kompressoru. İstehsal sahəsi: 5 ədəd paslanmayan metaldan təkərli vanna, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan meyvə əzən mikser, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kran, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan ikiqazanlı mürəbbə bişirən avadanlıq, 1 ədəd “Waldner” markalı Almaniya istehsalı olan kompleks qablaşdırma avadanlıq, 2 ədəd 60 litrlik plastik çəllək, 2 ədəd 85 litrlik plastik çəllək, 1 ədəd “Leo” markalı su nasosu; 2) sirkə sexi – 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 1 ədəd laboratoriya otağı və istehsal sahəsi. Soyunub-geyinmə otağı:, 4 ədəd iki qapılı paltar şkafı, 3 ədəd kətil, 1 ədəd iki qapılı rəfli dolab. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Laboratoriya otağı:1 ədəd on qapılı səkkiz siyirməli mebel masa, 1 ədəd “Vapodst20s” markalı avadanlıq, 1 ədəd “Titronline” markalı avadanlıq, 1 ədəd “Mini zavod” adlanan avadanlıq, 1 ədəd ştativ, 1 ədəd qızdırıcı qazan, 1 ədəd göstəricili böyük elektrik paylayıcısı, 1 ədəd göstəricili kiçik elektrik paylayıcısı, 1 ədəd “Pazis” markalı şüşə qapılı soyuducu, 1 ədəd yağ şprisi, 8 ədəd “X5”400 qramlıq. İstehsal sahəsi: 7 ədəd “S Pidel” markalı 10,4 tonluq paslanmayan metaldan çən, 11 ədəd “S PİDEL” markalı 3,0 tonluq paslanmayan metaldan çən, 1 ədəd “S PİDEL” markalı 5,5 tonluq paslanmayan metaldan çən, 1 ədəd “Ebara” markalı mühərrikli nasos, 1 ədəd “Sawa” markalı nasos, 1 ədəd “Bochi” markalı kompressor, 1 ədəd “Cetotec” markalı çənli bio-texnoloji avadanlıq, 1 ədəd “Bockmeyer” markalı 1,9 kvtlıq təkərli nasos, 1 ədəd “Cetotec” markalı avadanlıq, 1 ədəd “Stibel Elentra” markalı sirkənin bərkliyini ölçən avadanlıq, 22 ədəd havalandırma bacası, 1 ədəd “Clemens” markalı qablaşdırma avadanlığı, 1 ədəd “Leo” markalı 1,1 kvt-lıq nasos, 1 ədəd “Voran” markalı sokçəkən avadanlıq, 1 ədəd “Lowara” markalı nasos, 1 ədəd “Ariston” markalı su qızdırıcısı, 1 ədəd kompressor, 2 ədəd “Karcher” markalı roters; 3) göy sexi – 1 giriş, 1 soyunub-geyinmə otağı, 1 hamam otağı, 1 tualet, 2 otaq, 1 dəhliz və 2 soyuducu kamera. Giriş: 1 ədəd 3 tonluq soyuducu çən, 3 ədəd kondisator. Soyunub-geyinmə otağı: 5 ədəd iki qapılı paltar şkafı. Tualet: 1 ədəd “Ariston” markalı su qızdırıcısı. Dəhliz: 1 ədəd elektron soyuducunu təmizləyən aparat. Soyuducu kamera 1: 1 ədəd germetik qapı, 1 ədəd üçpərli soyuqverən avadanlıq, 1 ədəd “Kern” markalı elektron tərəzi, 1 ədəd “Baunmeister” markalı göy yuyan avadanlıq, 1 ədəd təkərli avadanlıq, 2 ədəd nəmliyi azaldan “Kronen” markalı avadanlıq, 1 ədəd “Baunmeister” markalı göy qablaşdıran avadanlıq, 1 ədəd göy çeşidləyən mexanizm, 15 ədəd plasmas səbət. Soyuducu kamera 2: 1 ədəd germetik qapı, 1 ədəd ikipərli kiçik soyuqverən avadanlıq, 1 ədəd transportyor, 2 ədəd paslanmayan dəmirdən böyük stol. Soyuducu kameraların arxasında həyətdə olan avadanlıqlar:1 ədəd kiçik kamera üçün mühərrikli kompressor, 1 ədəd idarəetmə şiti, 1 ədəd iki şüşə şitli su soyudan kompressor, 1 ədəd Hollandiya istehsalı olan iki mühərrikli paslanmayan xüsusi çən, 1 ədəd üçpərli kompressor, 1 ədəd “Copeland” markalı 11 kvt-lıq mühərrik; 4) artezian quyulari üzrə - 2 ədəd artezian quyusu; - 2 ədəd EЦВ 8-25-100 artezian motorları; - 330 metr PДВ markalı kabel; - 90 metr 89 HK markalı turba; - 2 ədəd idarəetmə qalxanı və 500000 (beş yüz min) manat dəymiş zərər, 400 manat mediasiya xərci və 390 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2007-ci ildə "xxxx" MMC ilə Azərbaycan Respublikası Beynəlxalq Bankının Gəncə filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" MMC ******* (beş milyon) ABŞ dolları məbləğində kredit almışdır. Kreditin təminatı kimi 14 mart 2007-ci il tarixdə "xxxx" MMC, Qanuni nümayəndə2 və bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən və təyinatı anbar olan əmlak kompleksi ipoteka verən qismində çıxış edən Qanuni nümayəndə2 tərəfindən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndində də qeyd olunduğu kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən Əmlak Kompleksi tikililərdən (binalardan) ibarət olmuşdur. "xxxx" MMC krediti geri ödəyə bilmədiyinə görə müvafiq məhkəmə və hərrac (Gəncə Apellyasiya Məhkəməsinin 26 fevral 2016-cı ildə verilmiş 2-2(104)-26/2015 saylı icra vərəqəsinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən keçirilmişdir) prosedurları keçildikdən sonra Əmlak Kompleksi "xxxx" QSC-nin mülkiyyətinə keçirilmiş (Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ "xxxx" QSC-yə keçdiyinə görə) və daha sonra isə "xxxx" ASC-nin (bundan sonra “ASK”) mülkiyyətinə verilmişdir (Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" QSC-nin "xxxx" ASC-dən aldığı, problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində olan əmlak ASK-nın mülkiyyətinə verildiyinə görə). Lakin müvafiq siyahıya alma və təhvil-təslim prosesləri zamanı baş berən yanlışlıq nəticəsində 24 aprel 2019-cu il tarixində iddiaçı və "xxxx" QSC tərəfindən imzalanmış təhvil-təslim aktına və 25 aprel 2019-cu il tarixində "xxxx" QSC və ASK tərəfindən imzalanmış təhvil-təslim aktına yanlışlıqla əmlak kompleksi (yəni, tikililər) ilə bərabər yuxarıda qeyd olunan avandanlıqlar, maşınlar və digər daşınar əşyalar da daxil edilmiş və daşınar əşyalar hal-hazırda heç bir hüquqi əsas olmadan ASK-nın qanunsuz sahibliyi altındadır. Əmlak Kompleksinin içində olan daşınar əşyaların bir hissəsi iddiaçıya, bir hissəsi isə iddaçının həm təsisçisi olduğu digər şirkət "xxxx" MMC-yə məxsus olmuşdur. Göstərilənlərlə yanaşı yuxarıda qeyd edilən təhvil-təslim aktında göstərilməsə də cavabdeh iddiaçı tərəfindən qurulmuş və sexlərin fəaliyyətini təmin edən 2 ədəd artezian quyusu və həmin quyunun fəaliyyətini təmin edən aşağıdakı qurğu və mal-materiala da faktiki olaraq sahiblənmişdir: - 2 ədəd EЦВ 8-25-100 artezian motorları; - 330 metr PДВ markalı kabel; - 90 metr 89 HK markalı turba; - 2 ədəd idarəetmə qalxanı. İpoteka predmetinə heç bir şəkildə aid olmasına baxmayaraq, 2 ədəd artezian quyusu və həmin quyunun işləməsinin təmin edilməsi üçün yuxarıda göstərilən qurğu və materiallar hazırda qanunsuz olaraq cavabdehin faktiki sahibliyindədir. İddiaçı cavabdehi mübahisənin həlli məqsədilə mediasiya prosesi vasitəsilə danışıqlara dəvət etsə də, razılıq əldə edilməmiş və məhkəməyə müraciət qaçılmaz olmuşdur. Eyni zamanda, iddiaçıya məxsus daşınar əşyaları faktiki olaraq əldə etdikdən sonra həmin əşyaların saxlanılması və texniki qulluğu lazımi şəkildə həyata keçirilmədiyinə görə halhazırda bəzi avadanlıqlar işlək vəziyyətdə deyil və ya işlək vəziyyətə gətirilməsi üçün müəyyən xərc tələb olunur. İddiaçının hesablamalarına görə bütün avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 (beş yüz min) manat pul vəsaitinə ehtiyac vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 181.4, 205.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC "xxxx" ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair 21 avqust 2023-cü il tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçının cavabdehə qarşı irəli sürülən tələbi aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız olduğundan təmin edilməməli və rədd edilməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında 14 mart 2007-ci il tarixli, NAA-01 nömrəli, 24 iyun 2008-ci il tarixli, NAA-02 nömrəli və 03 iyun 2011-ci il tarixli, NAA-04 nömrəli kredit müqavilələri imzalanmışdır. Kreditin təminatı kimi 14 mart 2007-ci il tarixində "xxxx" MMC, Qanuni nümayəndə2 və "xxxx" ASC arasında ipoteka müqaviləsi imzalanmış, ünvan 1 ünvanında yerləşən və təyinatı anbar olan əmlak kompleksi sonuncunun xeyrinə yüklü edilmişdir. Bundan sonra, Qanuni nümayəndə2, "xxxx" MMC və “X1 Şirkəti” QSC tərəfindən 2009-cu ildə "xxxx" MMC yaradılarkən sözügedən əmlak kompleksi "xxxx" ASC-nin razılığı ilə "xxxx" MMC-nin nizamnamə kapitalına pul olmayan əmlak kimi qoyulmuşdur. Bununla belə, "xxxx" MMC tərəfindən kredit müqavilələri üzrə borc məbləği ödənilmədiyindən "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli, 2-2(83)-33/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və sözügedən əmlak kompleksinin açıq hərracda satılması ilə tələbin ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 may 2015-cı il tarixli, 2-2(104)-26/2015 nömrəli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin 29 sentyabr 2016-cı il tarixli, 3048/16A.H nömrəli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən Əmlak kompleksinin qiyməti ******* (altı milyon iki yüz min) Azərbaycan manatı müəyyən edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin 19 may 2015-cı il tarixli, 2-2(104)-26/2015 nömrəli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin 12 iyun 2017-ci il tarixli 3048/16A.H nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərrac proseduru keçirilmiş və sözügedən əmlak kompleksi ******* (üç milyon doqquz yüz əlli iki min beş yüz) Azərbaycan manatı qiymətlə tələbkar "xxxx" QSC BOKT tərəfindən alınmış və hərracın nəticəsi “Hərracın yekunları barədə” 09 oktyabr 2017-ci il tarixli, 55/02 nömrəli protokolla rəsmiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanı ilə "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ "xxxx" QSC BOKT-a verilmişdir. Qeyd olunan əmlak kompleksi "xxxx" MMC tərəfindən "xxxx" QSC BOKT-a təhvil verilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASCnin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 04 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC və "xxxx" QSC BOKT-nın nümayəndələrindən ibarət təhvil-təslim komissiyasının 29 may 2019-cu il tarixli, 22 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı ilə "xxxx" QSC BOKT-nın mülkiyyətində olan Əmlak kompleksinin və əsas vəsaitlərin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Bu qərarın icrasını təmin etmək məqsədilə 24 aprel 2019-cu il tarixində "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə2, "xxxx" QSC BOKT-nın aparıcı mütəxəssisləri A.X.Qocayevin və F.M.Paşayevin iştirakı ilə Əmlak kompleksinin və digər əsas vəsaitlərin, o cümlədən avadanlıqların inventarizasiyası və təhvil-təslim işləri həyata keçirilmiş, 25 aprel 2019- cu il tarixli aktla Qanuni nümayəndə2 iştirakı ilə əmlak kompleksi və avadanlıqlar siyahıya alınmış, fotoşəkilləri çəkilmiş və "xxxx" ASC-yə təhvil verilmişdir. Bununla əlaqədar 22 iyul 2019-cu il tarixli çıxarışla "xxxx" ASC-nin əmlak kompleksi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq əmrlə qeyd edilən əmlaklar "xxxx" ASC-nin balansına götürülmüşdür. İddiaçı isə qeyd olunan əmlak kompleksinin daxilində olan əmlakların cavabdeh tərəfindən geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia tələbində qeyd olunan əmlakların Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən əmlak kompleksi ilə birlikdə "xxxx" MMCnin "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinin təmin edilməsi üçün hərracda satılması nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.2-ci maddələrinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipoteka saxlayan və ipoteka qoyan barədə məlumat qeyd edilir. İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. İşin faktiki hallarından da aydın olur ki, iddia ərizəsində qeyd olunan daşınar əmlaklar əmlak kompleksi ipoteka ilə yüklü edilərkən onun tərkibində olmuşdur. Əlavə olaraq, qətnamənin icrası ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri yerinə yetirilmiş, icra hərəkətləri çərçivəsində qeyd olunan əmlak kompleksinin cavabdehə təhvil verilməsi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Bundan başqa təhvil-təslim olarkən əmlak kompleksinin mülkiyyətiçisi "xxxx" MMC-nin direktorunun iştirakı qeyd olunan halın bir daha təsdiqidir. Daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2(103)-927/2021 nömrəli qətnaməsində də qeyd olunmuşdur ki, həmin əmlakların "xxxx" MMC-nin mülkiyyətində olması təsdiq olunmur. Belə ki, həmin əmlakların "xxxx" MMC-nin balansında olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda, həmin əmlaklar "xxxx" MMC-nin mülkiyyətində olmuş daşınmaz əmlakda yerləşir və təqdim edilmiş sənədlərə əsasən onun mülkiyyətində olmuşdur. Eyni zamanda, “NAA Universal" MMC həmin əmlakların mülkiyyətçisi olmadığına görə "xxxx" MMC-nin cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələblərinə dair iddiası təmin edilməmişdir. Həmçinin iddia ərizəsində göstərilmişdir ki, iddiaçıya məxsus daşınar əşyaları faktiki olaraq əldə etdikdən sonra həmin əşyaların saxlanılması və texniki qulluğu lazımi şəkildə həyata keçirilmədiyinə görə hal-hazırda bəzi avadanlıqlar işlək vəziyyətdə deyil və ya işlək vəziyyətə gətirilməsi üçün müəyyən xərc tələb olunur. İddiaçının hesablamalarına görə bütün avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 (beş yüz min) manat pul vəsaitinə ehtiyac vardır. İddia tələbinin bu hissəsi ilə bağlı bildirilir ki, iddiaçı hazırda ona məxsus olmayan qurğuların hansı şəraitdən və nəyin təsirindən işlək olmayan vəziyyətə gəlməsi barədə, həmçinin avadanlıqları tam saz vəziyyətə gətirmək üçün 500000 (beş yüz min) manat pul məbləğinin hansı qaydada hesablaması, ümumiyyətlə iddia ərizəsində qeyd etdiyi kimi başqasının sahibliyində olan qurğular barədə bu kimi spesifik məlumatları necə müəyyən etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, sözügedən avadanlıqlar AR Prezidentinin "xxxx" ASCnin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında 04 dekabr 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar üçüncü şəxslərin hüquqlarından azad əmlak kimi "xxxx" QSC tərəfindən təhvil verilmişdir.

5. Cavabdeh "xxxx" ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İşə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində "xxxx" MMC ilə satıcı qismində Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında maşın və avadanlığın təchizatı və quraşdırılması üzrə müqavilə (sirkə istehsalı üçün texnoloji xətt) V-F0**-AZ-***1-02 nömrəli, 02 avqust 2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı avadanlıq, layihələndirmə, texniki sənədləşmə, texniki dəstək daxil olmaq “Sirkə istehsalı üçün texnoloji xətt”i satıcıdan almağa və satıcı alıcıya tədarük etməyə və texniki kadrların hazırlığını həyata keçirməyə razılaşır. Satıcı avadanlığı 1 saylı əlavədə sadalanan spesifikasiyalar üzrə tədarük edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texniki xarakteristikalar, istismar və zəmanət göstəriciləri 3 saylı əlavədə razılaşdırılıb. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı 8 saylı əlavədə ətraflı təsvir edildiyi kimi texnoloji xəttin layihələndirilməsi üzrə işləri öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı alıcıya texnoloji sənədləşməni 2, 3, 8 və 9 saylı əlavələrdə razılaşdırıldığı kimi təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı 4 saylı əlavədə razılaşdırıldığı kimi texniki dəstəyin göstərilməsi üçün işlərin görüldüyü yerə təcrübəli, sağlam və səriştəli texniki heyətini göndərəcək. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən satıcı alıcı tərəfindən 5 saylı əlavədə razılaşdırıldığı kimi onun yanına ezam edilənlən texniki kadrların hazırlanmasını həyata keçirəcək. Həmin müqavilənin 1.7ci bəndinə əsasən satıcı, alıcının xahişi ilə texnoloji xəttin qəbul olunmasından sonra 10 il ərzində texnoloji xəttin normal işi üçün ehtiyat hissələrlə alıcını təchiz etməyə razılıq verir. Avadanlığın göstərilən ölçüləri və konstruksiyası müvafiq ən yeni texniki ixtiralar və tamamlamalar səbəbindən əlavədə göstərilənlərdən fərqlənə bilər. Bu zaman satıcı həmin dəyişikliklər barədə alıcını vaxtlı-vaxtında xəbərdar edəcəkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 əlavələri müqavilənin ayrılmaz hissəsidir.

9. İddiaçı tərəfindən iş materiallarına "xxxx" MMC ilə Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında bağlanmış V-F0**-AZ-***1-02 nömrəli, 02 avqust 2011-ci il tarixli müqaviləyə 1, 1.1, 2, 2.1, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 əlavələr əlavə edilmişdir.

10. Alıcı qismində "xxxx" MMC ilə satıcı qismində Hermann WALDNER GmbH & Co. KG Şirkəti arasında maşın və avadanlığın təchizatı və quraşdırılması üzrə müqavilə (mürəbbə, konfityur, marmelad istehsalı üçün texnoloji xətt) V-F0**-AZ-***1-03 nömrəli, 17 avqust 2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı avadanlıq, layihələndirmə, texniki sənədləşmə, texniki dəstək daxil olmaq “Mürəbbə, konfityur və marmelad istehsalı üçün texnoloji xətt”i satıcıdan almağa və satıcı alıcıya tədarük etməyə və texniki kadrların hazırlığını həyata keçirməyə razılaşır. Satıcı avadanlığı 1 saylı əlavədə sadalanan spesifikasiyalar üzrə tədarük edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texniki xarakteristikalar, istismar və zəmanət göstəriciləri 3 saylı əlavədə razılaşdırılıb. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı 8 saylı əlavədə ətraflı təsvir edildiyi kimi texnoloji xəttin layihələndirilməsi üzrə işləri öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı alıcıya texnoloji sənədləşməni 2, 3, 8 və 9 saylı əlavələrdə razılaşdırıldığı kimi təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı 4 saylı əlavədə razılaşdırıldığı kimi texniki dəstəyin göstərilməsi üçün işlərin görüldüyü yerə təcrübəli, sağlam və səriştəli texniki heyətini göndərəcək. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən satıcı alıcı tərəfindən 5 saylı əlavədə razılaşdırıldığı kimi onun yanına ezam edilənlən texniki kadrların hazırlanmasını həyata keçirəcək. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən satıcı, alıcının xahişi ilə texnoloji xəttin qəbul olunmasından sonra 10 il ərzində texnoloji xəttin normal işi üçün ehtiyat hissələrlə alıcını təchiz etməyə razılıq verir. Avadanlığın göstərilən ölçüləri və konstruksiyası müvafiq ən yeni texniki ixtiralar və tamamlamalar səbəbindən əlavədə göstərilənlərdən fərqlənə bilər. Bu zaman satıcı həmin dəyişikliklər barədə alıcını vaxtlıvaxtında xəbərdar edəcəkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 əlavələri müqavilənin ayrılmaz hissəsidir.

11. İddiaçı tərəfindən iş materiallarına "xxxx" MMC ilə Hermann WALDNER GmbH & Co. KG Şirkəti arasında bağlanmış V-F0**-AZ-***1-03 nömrəli, 17 avqust 2011-ci il tarixli müqaviləyə 1, 1.1, 2, 2.1, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 əlavələr əlavə edilmişdir.

12. Alıcı qismində "xxxx" MMC ilə satıcı qismində Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında maşın və avadanlığın təchizatı və quraşdırılması üzrə müqavilə (tərəvəzlərin, göyərtilərin emalı üçün texnoloji xətt) V-F2**-AZ-***1-01 nömrəli, xx.xx.2011ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı avadanlıq, layihələndirmə, texniki sənədləşmə, texniki dəstək daxil olmaq “Tərəvəzlərin, göyərtilərin emalı üçün texnoloji xətt”i satıcıdan almağa və satıcı alıcıya tədarük etməyə və texniki kadrların hazırlığını həyata keçirməyə razılaşır. Satıcı avadanlığı 1 saylı əlavədə sadalanan spesifikasiyalar üzrə tədarük edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texniki xarakteristikalar, istismar və zəmanət göstəriciləri 3 saylı əlavədə razılaşdırılıb. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən satıcı 8 saylı əlavədə ətraflı təsvir edildiyi kimi texnoloji xəttin layihələndirilməsi üzrə işləri öz üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı alıcıya texnoloji sənədləşməni 2, 3, 8 və 9 saylı əlavələrdə razılaşdırıldığı kimi təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən satıcı 4 saylı əlavədə razılaşdırıldığı kimi texniki dəstəyin göstərilməsi üçün işlərin görüldüyü yerə təcrübəli, sağlam və səriştəli texniki heyətini göndərəcək. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən satıcı alıcı tərəfindən 5 saylı əlavədə razılaşdırıldığı kimi onun yanına ezam edilənlən texniki kadrların hazırlanmasını həyata keçirəcək. Həmin müqavilənin 1.7ci bəndinə əsasən satıcı, alıcının xahişi ilə texnoloji xəttin qəbul olunmasından sonra 10 il ərzində texnoloji xəttin normal işi üçün ehtiyat hissələrlə alıcını təchiz etməyə razılıq verir. Avadanlığın göstərilən ölçüləri və konstruksiyası müvafiq ən yeni texniki ixtiralar və tamamlamalar səbəbindən əlavədə göstərilənlərdən fərqlənə bilər. Bu zaman satıcı həmin dəyişikliklər barədə alıcını vaxtlı-vaxtında xəbərdar edəcəkdir. 1, 2, 3, 4, 5, 6, 7 əlavələri müqavilənin ayrılmaz hissəsidir.

13. İddiaçı tərəfindən iş materiallarına "xxxx" MMC ilə Vaynsteyn & Vaynsteyn GBR Şirkəti arasında bağlanmış V-F2**-AZ-***1-01 nömrəli, xx.xx.2011-ci il tarixli müqaviləyə 1, 2, 3, 4, 5, 6, 7 əlavələr əlavə edilmişdir.

14. İddiaçı tərəfindən iş materiallarına yük gömrük bəyyannamələri əlavə edilmişdir.

15. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Qanuni nümayəndə2 və borc alan – "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, NAA-01 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 14 mart 2007-ci il tarixli, NAA-01 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Qanuni nümayəndə2 tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak komleksi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən əmlak komleksi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına xx.xx.2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

17. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-yə məxsus olmuş əmlakın "xxxx" QSC BOKTa təhvil-təslımi ilə bağlı yaradılmış isçi qrupu tərəfindən ünvan 2 ünvanında yerləşən əmlak komleksinə aid əmlakların təhvil-təslim olunmasına dair təhvil-təslim aktından görünür ki, aktda qeyd olunan əmlaklar "xxxx" MMC tərəfindən təhvil verilmiş, "xxxx" QSC BOKT tərəfindən isə öz növbəsində təhvil alınmışdır.

18. xx.xx.2019-cu il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış təhvil-təslim komissiyasının qərarı ilə “X2” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş "xxxx" MMC-nin əsas vəsaitlərinin "xxxx" QSC-dən Azərbaycan Sənaye Korporasiyası” ASC-yə təhvil verilməsi barədə təhvil-təslim aktından görünür ki, aktda qeyd olunan əmlaklar "xxxx" QSC BOKT tərəfindən təhvil verilmiş, "xxxx" ASC tərəfindən isə öz növbəsində təhvil alınmışdır. Sözügedən təhvil-təslim prosesində "xxxx" MMC iştirak etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-2(103)-927/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-169/2021 saylı qətnaəsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin iddiasının qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair inzibati bina üzrə Növbətçi otağı: 1 ədəd “Elit” markalı 35 kv.m-lik kondisioner, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa; Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 2 ədəd 2 qapılı şkaf mebeli, 1 ədəd şüşəli 2 qapılı şkaf mebeli, 1 ədəd 2 qapılı 1 rəfli dolab, 1 ədəd 2 siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq, 4 ədəd işıqlandirma lampası, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, Otaq 4: 1 ədəd "Elit markalı 35 kv.mlik kondisioner, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki siyirməli masa, 2 ədəd oturacaq, Otaq 5: 1 ədəd "Elit markalı 35 kv.m-lik kondisioner, 1 ədəd “Panasonic” markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 6: 1 ədəd “Panasonic” markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu, Otaq 7: 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki siyirməli masa, Otaq 8: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, Otaq 9: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 2 ədəd oturacaq, taxta döşəmə; Xadimə otağı: 1 ədəd iki siyirməli masa, 1 ədəd oturacaq; inzibati bina 2-ci mərtəbə: Otaq 1: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, Otaq 2: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı faks aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 4 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd rəfli şkaf, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 1 ədəd dəri ofis kreslosu, 2 ədəd oturacaq, 1 ədəd "Canon" MF-3228 markalı skaner, kseroks və printer, 1 ədəd “Samsung” markalı printer, 1 ədəd “Epson” markalı rəngli printer, 1 ədəd "HP laserjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS 1 ədəd "ASUS" marka monitor, 1 cüt "Genius" markalı kompüter kolonka, 1 ədəd “Genius” markalı kompüter klaviatura, 1 ədəd Web kamera, 1 ədəd "AirTies" markalı modem, 1 ədəd "Canon" markalı skaner; Otaq 3: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 cüt "GENİUS" markalı kompüter kolonka, 1 ədəd "Genius" markalı kompüter klaviatura; Otaq 4: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki siyirməli masa, 1 ədəd sadə masa, 1 ədəd kompüter masası, 2 ədəd "Next" markalı prosessor, 2 ədəd "DCM" markalı UPS, "MAXİMA" markalı UPS, 1 ədəd "Benq" və 1 ədəd "LG" markalı monitor, 1 "GENİUS" markalı kompüter kalonka,1 ədəd "Canon" markalı printer; Otaq 5: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner,1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı 1 rəfli dolab, 1 ədəd kompüter masası, 1 ədəd "HP" Lazerjet 1018" markalı printer, 1 ədəd "Next" markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd "Benq" markalı monitor və 1 cüt "GENİUS" markalı kolonka, 1 ədəd "Genius" markalı kompüter klaviatura, 1 ədəd "TP-link" markalı modem; Otaq 6: 4 ədəd alüminium və plastik konstruksiyalı arakəsmə, 1 ədəd divar şkafı, 1 ədəd siyirməli masa, 1 ədəd "Panasonic" markalı telefon aparatı; Otaq 7: 1 ədəd "Elit" markalı 35 kv.m-lik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 2 ədəd iki qapılı şkaf mebeli, 1 ədəd şüşəli iki qapılı şkaf mebeli, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd iki siyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd "HP Lazerjet 1018" markalı printer, 1 ədəd NEXT markalı prosessor, 1 ədəd "DCM" markalı UPS, 1 ədəd Benq markalı monitor, 1 ədəd "Genius” markalı kompüter klaviatura; Tualet: 1 ədəd "Ariston" markalı su qızdırıcı; Xidməti otaq: 1 ədəd Elit markalı 100 kv.mlik kondisioner, 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd "Panasonic" markalı çox funksiyalı telefon aparatı, 1 ədəd şüşə qapılı şkaf, 1 ədəd rəfli şkaf, 2 ədəd böyük siyirməli mebel masası, 1 ədəd dəri ofis kreslosu, 1 ədəd iki qapılı dolab, 1 ədəd təkərli jurnal masası, 2 ədəd oturacaq; Soyunub geyinmə otağı: 1 ədəd paltar şkafı; Hamam və ya tualet: 1 ədəd “Ariston” markalı suqızdırıcısı; İnzibati binanın 3-cü mərtəbəsi: Otaq 6: 1 ədəd yeni Canon markalı skaner, kseroks və printer (3-ü birində), 3 ədəd Panasonic markalı telefon aparatı; Otaq 15: 1 ədəd "Elit" markalı 35 kv.mlik kondisioner, 2 ədəd iki qapılı şkaf, 1 ədəd şüşəli iki qapılı şkaf, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 2 ədəd sadə masa, 4 ədəd oturacaq, 1 ədəd dəri ofis kreslosu; Otaq 16: 1 ədəd "Panasonic" markalı telefon aparatı, 1 ədəd “Panasonic “markalı mini ATS, 2 ədəd iki qapılı şkaf, 1 ədəd iki qapılı birrəfli dolab, 1 ədəd siyirməli masa, 1 ədəd sadə masa, 3 ədəd oturacaq; Otaq 17: 2 ədəd iki qapılı şkaf, 2 ədəd siyirməli masa, 6 ədəd sadə masa, 14 ədəd oturacaq; Yeməkxana Mətbəx 1: 1 ədəd dəmir masa, 1 ədəd şüşə qapılı soyuducu, 1 ədəd ikigözlü "Eurolas" qaz plitəsi, 1 ədəd dördgözlü qaz plitəsi, 1 ədəd "Termet" markalı suqızdırıcısı, 1 ədəd böyük elektrik sobası, 1 ədəd “Ulvinox" elektrik qızdırıcısı, 1 ədəd "Alexma” gidrofon, 1 ədəd qirmizi rəngli soyuducu; Mətbəx 2: 1 ədəd "Ariston" markalı su qizdırıcısı, 4 ədəd Ulvinox paslanmayan metaldan masa, 2 ədəd dördgözlü Ulvinox elektrik plitəsi, 1 ədəd Ardem markalı dördgözlü sobalı qaz plitəsi; Qab yuyulan yer: 4 ədəd Ulvinox markalı paslanmayan metaldan qab yuyan, 1 ədəd Ülvi markalı dərin soyuducu, 2 ədəd qabyığılan paslanmayan dəmir rəflər; Otaq 1: 1 ədəd taxta masa, 7 ədəd taxta oturacaq; Otaq 2: 1 ədəd taxta masa, 1 ədəd taxta oturacaq; Giriş Tərəzi otağı: 1 ədəd avtotərəzi, 1 ədəd tərəzi mexanizmi; Gözətçi otağı: 1 ədəd siyirməli masa, 3 ədəd oturacaq, 1 ədəd üçqapılı şkaf, 1 ədəd iki qapılı rəfli dolab, 2 ədəd "Panasonic" markalı telefon aparatı; Həyət Avtomobillər: 3 ədəd 2005-ci ilin istehsalı olan İJ 2126 "O da" markalı avtomobil (d.q.n. **- AE-***, **-AE-***, **-AE-***) 1 ədəd **-AE-*** d.q.n 2005-ci ilin istehsal olan QAZ-el markalı yük avtomobili; Çipsisexi Laboratoriya otağı: 1 ədəd dördqapılı dördsiyirməli şkaf, şüşə qapılı siyirməli 3 şkaf, 1 ədəd siyirməli masa, 1 ədəd kombi radiatoru; Qadınlar üçün soyunub geyinmə otağı 1-ci mərtəbə: 1 ədəd iki qapılı paltar şkafı, 1 ədəd dördqapılı, dördsiyirməli şkaf, 2 ədəd oturacaq; Qazanxana: 2 ədəd kombi qızdırıcı radiator, 1 ədəd elektrik şiti, 1 ədəd "Eltri" markalı 400 litrlik qızdırıcı qazan, 1 ədəd iki qapılı 3 tonluq plastik çən, 1 ədəd hidronasos; Soyunub geyinmə otağı: 3 ədəd kombi qızdırıcısı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Gözləmə otağı: 3 ədəd kombi qızdırıcı radiator, 1 ədəd güzgülü şkaf, 2 ədəd iki qapılı rəfli şkaf, 3 ədəd paltar şkafı, 1 ədəd sənədlər üçün şüşəli üçsiyirməli şkaf; Qadınların soyunubgeyinmə otağı: 2 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Hamam otağı: 1 ədəd kombi qızdırıcı radiator; Dəhliz: 1 ədəd qızdırıcı cihaz Çipsi istehsalı sahəsi: 24 ədəd peç üçün qurutma vannaları, 4 ədəd qurutma vannaları üçün təkərli araba; Avadanlıqlar: 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan xammalın yuyulması avadanlığı, 2 ədəd "Binder" markalı Almaniya istehsalı olan xammalın qabığının və cecəsinin təmizlənməsi avadanlığı, 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan məhsulun dilimlənməsi və qurudulma vannalarına yığılması avadanlığı, 5 ədəd "Binder" markalı Almaniya istehsalı olan birləşdirici transportyorlar, 1 ədəd kiçik və 1 ədəd böyük ayaqaltı, 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan silkələyən avadanlıq, 2 ədəd "Binder" THT-300/10 markalı Almaniya istehsalı olan çipsi qurutma sobaları, 2 ədəd təzyiq avadanlığı, 1 ədəd "Binder" markalı Almaniya istehsalı olan elektrik paylayıcı şkaf, 2 ədəd "Binder" markalı Almaniya istehsalı olan sensorlu pultla idarə olunan qaldırıcı qurğu, 1 ədəd paslanmayan metaldan dördayaqlı vanna, 1 ədəd metal detektor, 1 ədəd kompüterlə idarə olunan qablaşdırma avadanlığı, 1 ədəd mühərrikli hazır məhsul üçün sini; Buxar turbini otağı: 2 ədəd "MVB" markalı Almaniya istehsalı olan buxar turbini, 3 ədəd dəmir şkaf; Sex rəisinin otağı: 1 ədəd ASC-30 markalı elektron tərəzi, 1 ədəd Next markalı prosessor, 1 ədəd "Benq" markalı monitor, 1 ədəd "Genius" markalı klaviatura, 1 ədəd DCM markalı UPS; Qazanxana: 1 ədəd "Viessmann" markalı Almaniya istehsalı olan buxar avadanlığı,1 ədəd filterdən keçmiş su üçün çən, 1 ədəd "HST" markalı su filteri; X4 Birinci anbar binası: 1-ci kamera 800 tonluq, 1 elektrik açarı qutusu, 1 ədəd temperatur və 1 ədəd nəm təmizləyici cihaz, 2 ədəd böyük soyuq havavuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40k/vat-lıq mühərrik, 2-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 3-cü kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik, 4-cü kamera 800 tonluq: 1 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 5-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik, 6-cı kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və ədəd ümumi elektrik şəbəkə qutusu, 7-ci kamera 200 tonluq: 4 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vatlıq mühərrik, 8-ci kamera 800 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 2 ədəd "Fiascold" markalı 40 k/vatlıq mühərrik; birinci anbar sahəsində 1-ci tambur sahəsi: 1 ədəd qapan, 2 germetik qapı və 18 işiqlandırma lampası, 1-ci tambur sahəsi: 3 ədəd rokler və 3 ədəd əl qaldırıcısı, 1 ədəd enerji toplayıcı aparat, 1 ədəd "Spiraçka" markalı avtokar və 3 ədəd Novettek FBF20 markalı 2 tonluq elektrokar; ikinci anbar binası: 1-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 2-ci kamera 1500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 3-cü kamera 500 tonluq: 4 ədəd böyük soyuqvuran aparat, 3 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd Nəmlik təmizləyici, 2 ədəd işiq avtomatı, 2 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 2 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 4-cü kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "Luve" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işiq avtomatı; 5-ci kamera 250 tonluq: Qlükoza qazı ilə işləyən 2 ədəd böyük İtaliya istehsalı olan "Luve" markalı soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd işıq avtomatı, "FCE" X3 markalı kükürdvuran avadanlıq, 2 ədəd "FCE" markalı atmosfer nəzarətedici avadanlıq; 6-cı kamera 3500 tonluq: 6 ədəd böyük soyuqvuran aparat, 4 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 2 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 2 ədəd nəmlik təmizləyici, 4 ədəd işiq avtomatı, 3 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 3 ədəd "Fiascold" markalı 40 k/vatlıq mühərrik; 7-ci kamera 500 tonluq: 2 ədəd böyük soyuqvuran aparat, 2 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı böyük kompressor və 1 ədəd "Fiascold" markalı 40 k/vat-lıq mühərrik; 8ci kamera 500 tonluq: ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapısı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik; 9-cu kamera 500 tonluq: 3 ədəd kiçik soyuqvuran aparat, 1 ədəd İtaliya istehsalı "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd germetik qapı, 1 ədəd temperatur tənzimləyici, 1 ədəd nəmlik təmizləyici, 1 ədəd işiq avtomatı, 1 ədəd Türkiyə istehsalı olan "Friterm" markalı kiçik kompressor və 1 ədəd "Fiascold" markalı 30 k/vat-lıq mühərrik və 1 ədəd təzə (işlənməmiş) kükürd doldurmaq üçün avadanlıq; 2 ədəd tamburun hər birində 2 ədəd rokler, 2 ədəd enerji toplayıcı aparat, 2 ədəd plastik 5 tonluq su çəni və su təmizləyici qurğu; Üçüncü anbar binası: 1-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq, 1 ədəd pəncərəli germetik qapı; 2-ci kamera 300 tonluq: ədəd İtaliya istehsalı olan "HumiDisk 65" markalı nəmləndirici, 1 ədəd karbon qazı çıxaran "EH" markalı avadanlıq; 3-cü kamera 750 tonluq: ədəd böyük dördpərli soyuq havavuran aparat, 2 ədəd germetik qapı; 4-cü kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 5-ci kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 6-cı kamera 750 tonluq: 2 ədəd böyük dördpərli soyuq havavuran aparat, 1 ədəd germetik qapı; 7-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 8-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 9-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 10-cu kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 11-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 12-ci kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 13-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; 14-cü kamera 300 tonluq: Qlukoza qazı ilə işləyən 1 ədəd böyük soyuq havavuran aparat, 1 ədəd İtaliya istehsalı olan "HumiDisk 65" 1 ədəd markalı nəmləndirici, karbon qazı çıxaran "ETİ" markalı avadanlıq; anbarın 1-ci blokunun 2-ci mərtəbəsində 2 ədəd "Ebara" markalı İtaliya istehsalı olan qlikol vuran nasos, 3 ədəd partlayıcı şit; anbarın ikinci blokunun ikinci mərtəbəsində 8 ədəd İtaliya istehsalı olan "Elbara" markalı qlikol vuran nasos, 1 ədəd İtaliya istehsalı olan "Kalser ASD57 siqma" markalı qlikol üçün hava çıxaran avadanlıq, bir ədəd İtaliya istehsalı olan "Swan 105 markalı meyvə üçün hava kontrolu avadanlığı, 2 ədəd İtaliya istehsalı olan "İntelli Cem" CO2 observer - karbon qazı çıxarmaq üçün 2 çənli avadanlıq, 1 ədəd İtaliya istehsalı FCECombo F0431 markalı avadanlıq (qoşulmayıb), 1 ədəd "Shamal" markalı kompressor, 1 ədəd "HP" markalı prosessor, 1 ədəd "ACER" markalı monitor, 1 ədəd "HP" markalı klaviatura, 1 ədəd "HP- Lazerjet1018" markalı printer, 1 ədəd 2 siyirməli masa, 2 ədəd oturacaq; soyuducu anbarın arxasında dəmir konstruksiyalı çardağın altında 14 ədəd üçpərli kompressor, 2 ədəd dördpərli kompressor, 3 ədəd 30kv-liq mühərrik, 5 ədəd 40 kvlıq mühərrik, 2 ədəd 2 qapılı paylayıcı şit, 1 ədəd böyük tənzimləyici, 4 ədəd paylayıcı şit, 1 ədəd 16 tonluq qlikol üçün paslanmayan dəmir çən, 9 ədəd dəmir çəllək, 2 ədəd plastik çəllək, 3 ədəd qlikol üçün nasos, 2 ədəd metal rezervuar cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya verilməsi, iddiaçının iddiası cavabdeh "xxxx" QSC BOKT-na münasibətdə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" QSC BOKT və "xxxx" ASC-yə qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələblərinə dair iddianın təmin edilməməsi qət edilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-45/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 10 sentyabr 2021ci il tarixli, 2-2(103)-927/2021 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

24. İddia tələbinin bir hissəsini siyahısı verilmiş (təhvil-təslim aktlarında göstərilmiş yerləşmə yerləri üzrə) daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması təşkil edir.

25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" MMC ilə Azərbaycan Respublikası Beynəlxalq Bankının Gəncə filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" MMC bankdan kredit götürmüş, kreditin təminatı kimi 14 mart 2007-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən və təyinatı anbar olan əmlak kompleksi ipoteka ipoteka ilə yüklü edilmişdir. İddiaçı krediti qaytara bilmədiyinə görə müvafiq məhkəmə və hərrac prosedurlarını keçildikdən sonra Əmlak Kompleksi "xxxx" QSC-nin (Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ "xxxx" QSC-yə keçdiyinə görə) mülkiyyətinə, daha sonra isə "xxxx" ASC-nin (Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" QSC-nin "xxxx" ASC-dən aldığı, problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində olan əmlak ASK-nın mülkiyyətinə verildiyinə görə) mülkiyyətinə verilmişdir. Müvafiq siyahıya alma və təhvil-təslim prosesləri zamanı 24 aprel 2019-cu il tarixində iddiaçı və "xxxx" QSC tərəfindən imzalanmış təhvil-təslim aktına və 25 aprel 2019-cu il tarixində "xxxx" QSC və cavabdeh tərəfindən imzalanmış təhvil-təslim aktına əmlak kompleksi ilə yanaşı, qeyd olunan avandanlıqlar, maşınlar və digər daşınar əşyalar da daxil edilmiş və daşınar əşyalar cavabdehin sahibliyində olmuşdur.

26. Həmin hallar və iddiaçı tərəfindən qeyd olunan, adları verilmiş siyahıda göstərilən əşyaların mövcudluğu işin mübahisəsiz hallarını təşkil etmişdir.

27. Həmçinin müəyyən edilmişdir ki, "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarıxh Sərəncamın icrası ilə əlaqədar əmlak kompleksi cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə faktiki olaraq verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi əmlak kompleksinin artıq faktiki olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə verildiyini bildirmiş, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 da kompleksin mühafizəsinin Xidmət tərəfindən həyata keçirildiyini qeyd etmişdir.

28. Beləliklə, müəyyən olunur ki, mübahisəli əşyalar artıq faktiki olaraq cavabdehin sahibliyində deyil.

29. Belə olan təqdirdə, sahibliyin əşyanın özünün verilməsi ilə verildiyini, əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmənin baş tutduğunu, mübahisəli əşyaların artıq cavabdehin sahibliyində olmadığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehdən artıq onun faktiki sahibliyində olmayan əşyaların qaytarılmasını tələb edə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır.

31. İddia tələbinin digər hissəsini 500000 (beş yüz min) manat dəymiş zərərin cavabdehdən tutulması təşkil edir.

32. İddiaçıya zərərin dəyməsi, həmin zərərin 500000 təşkil etməsi öz təsdiqini tapmadığından iddia tələbi iddia həmin hissədə də təmin olunmamalıdır.

33. İddia təmin olunmadığından mediasiya xərci və ödənilmiş dövlət rüsumu da cavabdehdən tutula bilməz.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar