Məhkəmə qərarları › İş №e-2-2(113)-216/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-216/2025

25.04.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-216/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X15 X12 Cavabdehnə qarşı tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: özbaşına tikilinin sökülərək mühafizə zonasından çıxarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı X15 X12 Cavabdehnə qarşı “tikilinin özbaşına tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması” tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X15 X18 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kiçik Müəsisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edilmiş 3 mərtəbəli tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Kiçik Müəsisəsi tərəfindən X15 X14 məxsus neft məhsulu nəql olunan Dş-200 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 15 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7“A” ünvanında tamamlanmamış tikilinin 3-cü mərtəbəsində özbaşına 13x20 (400 kv.) metrlik sahədə tikinti-quraşdırma işlərinin aparıldığı aşkar olunmuşdur. Bundan başqa, həmin ərazidən Dş-200 mm neft boru kəmərinə paralel Dş-250 mm, Dş-300 mm və Dş- 500 mm neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən X15 X18 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X15 X14 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədə əsasən (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Torpaq Məcəlləsinin 46, 111.1, 111.2, 111.3-cü maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı eyni iddia tələbi ilə eyni hüquqi əsaslarla Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-469/2024 nömrəli qərarı ilə həmin hüquqi əsaslara hüquqi qiymət verilmiş və iddia tələbi rədd olunmuşdur. Qeyd olunan qərardan apellyasiya şikayəti veriməmiş və qərar hüquqi qüvvəyə minmişdir. Belə ki, məhkəmə qeyd edir ki: "İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə "xxxx" firmasına öz vəsaiti hesabına Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən Cavabdehnə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A tikintisinin planının surətindən görünür ki, qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarına əsasən müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən məhkəmədən iddiaçıdan və Azərbaycan Respublikası Energetika Nazirliyindən icazə alınmadığı üçün qanunsuz hesab etdiyi tikilinin üçüncü mərtəbəsinin sökülməsi tələbini irəli sürmüşdür. İddiaçı öz tələbini əsaslandırarkən iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində yerləşən torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilərək tikilinin 3-cü mərtəbəsində özbaşına tikinti-quraşdırma işlərinin aparıldığını, bunun da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaratdığını bildirmişdir. Lakin iddiaçı tikilinin 3-cü mərtəbəsinin sonradan tikildiyini, tikilinin üçüncü mərtəbəsinin neft boru kəmərinə qulluq edilməsinə, onun istismar edilməsinə hansı maneçilik yaratdığını, insanların həyatı üçün təhlükəsinin nədən ibarət olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsinin tikilinin iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində yerləşməsini qeyd etməsi ilə bağlı işin halı cavabdehin nümayəndəsi tərəfindən iclasda mübahisələndirilmədiyindən məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir. Məhkəmə qeyd edir ki, tikilinin 3-cü mərtəbəsinin mühafizə zonasının hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə tikinti və yenidənqurma işləri aparılmasına icazə 2002-ci il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsindən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmişdir. İddiaçının nümayəndəsi də izahatında tikilinin köhnə tikili olduğundan bütün tikilinin sökülməsini istəmədiklərini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı tərəfindən tikilinin 3-cü mərtəbəsinin sökülməsi tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, "Centros Ltd. Erhvervsog Selskabsstyrelsen" işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri- bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus idman kompleksinin mehmanxanası 3 mərtəbədən ibarət olmuşdur. 2022-ci il dekabr ayının 31-də baş vermiş yanğın nəticəsində mehmanxanaya xeyli ziyan dəymiş və dəymiş ziyanın aradan qaldırılması ilə bağlı "xxxx" MMC tərəfindən mehmanxanada təmir-bərpa işləri aparılmışdır. Tikilinin 3 mərtəbədən ibarət olması iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. O, izahatında qeyd etmişdir ki, tikilidə yanğın baş verməsinin onlara aidiyyəti yoxdur. Onlar tikiliyə baxış keçirərkən 3-cü mərtəbədə tikinti işləri aşkar etmişlər. Tikili köhnə tikili olduğundan bütün binanın sökülməsi ilə bağlı tələb irəli sürməmişlər. Belə olduğu halda məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinin üçüncü mərtəbəsinin qeyriqanuni tikili hesab edilməsinə dair iddiaçının iddiası tamamilə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ola bilsin ki, cavabdeh tərəfindən tikilidə təmir yaxud bərpa işləri aparılsın. Lakin bu hal iddiaçıya əsas vermir ki, o, tikilinin 3-cü mərtəbəsinin sökülməsini tələb etsin. Üstəlik iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də "narahat" olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək neft kəmərinin mühafizə zonasında hansısa tikilinin mərtəbəsinin sökülməsinə nail olmalarına dair məhkəməyə sübut da təqdim edə bilərdi, ancaq etməyib. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddia irəli sürməsi isə hüququn ali məqsədinə xidmət etmir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. İddiaçının arzuladığı formada məhkəmə aktının çıxarılması isə açıq-aşkar hüququn ali məqsədinə xidmət etməzdi". İddiaçının tələbinin predmetinin dəlilini təşkil edən "qanunsuz tikili" yəni "özbaşına tikili" ilə bağlı bildirilmişdir ki, qeyd olunan faktın əsaslandırılması üçün ilk növbədə qanunvericilikdə qanunsuz və özbaşına tikili anlayışının necə təsbit olunduğunu müəyyənləşdirmək zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak o halda özbaşına tikinti hesab edilə bilər ki, həmin yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Göründüyü kimi, qeyd olunan Məcəllədə tikintinin hansı hallarda özbaşına hesab edilməsi müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə "xxxx" firmasına öz vəsaiti hesabına Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 6 ünvanında yerləşən Cavabdehnə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A - tikintisinin planının surətindən görünür ki, qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. Həmin sərəncam, verilməsindən 20 il keçməsinə baxmayaraq, mübahisələndirilməmiş və qeyd olunan sərəncam, tikilinin özbaşına olmasını təkzib edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunur ki, bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında o halda sökülə bilər ki, həmin bina və qurğular tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Qanunverici həm özbaşına tikili anlayışını, həm də özbaşına tikilinin sökülməsi şərtlərini konkret olaraq müəyyən etdiyindən, yalnız həmin şərtlərin mövcud olması tikilinin özbaşına hesab edilməsi və sökülməsi ilə nəticələnə bilər. (Qeyd olunan mövqe Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-189/2024 saylı qərarında da qeyd olunmuşdur.). Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə uyğun formada izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və qeyd etdi ki, həmin ərazidə cavabdehə məxsus 1 mehmanxana var. Ekspert rəyində qeyd edilmişdir ki, iddia olunan ərazidə paralel şəkildə yerləşən neft kəmərləri ilə cavabdehin istifadəsində olan ərazi arasında yol mövcuddur. Neft kəmərindən cavabdehin istifadəsində olan ərazi hasarına və giriş qapısına qədər olan məsafə 11,5 metr təşkil edir. Həmin neft kəmərlərinin biri 30 atmosferdir. Həmin neft kəmərlərindən biri partlasa, mehmanxana yararsız vəziyyətə düşər və həmin mehmanxanada yerləşdirilmiş heç bir şəxs ordan sağ çıxa bilməz. Bu böyük bir məsuliyyətdir və bunu üzərlərinə götürmək istəmirlər. Həmin ərazidə anbar, təsərrüfatla bağlı digər tikililər olsa idi, belə bir mübahisə olmazdı. Bu məsələdə şəxsi qərəz yoxdur. Verilmiş sərəncam abadlaşdırma işlərinin aparılması məqsədilə verilmişdir, tikinti üçün icazələri yoxdur.

6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Birinci növbədə iddiaçı tərəf sərəncamı mübahisələndirib, ləğv etdirib hazırkı iddianı qaldıra bilərdi. Həmin ərazidə yanğın olub və bütün ərazi yanıb. Yanğından sonra təmir-bərpa işləri görülübdür və cavabdeh tərəfindən yanğının fəsadlarını aradan qaldırmaq üçün tikinti işləri görülmüşdür. Həmin obyekt əvvəlcədən mehmanxana olubdur. Tikili “q” formasında tikilmişdir. 300 metr sağ-sol hər tərəf tikililərlə əhatə olunmuşdur. Nizami Rayon Məhkəməsinin qərarında tikilinin qanunsuz olmaması qeyd olunubdur. İddiaçı tərəfin gətirdiyi bütün dəlillər əsassızdır. Əvvəllər tikilmiş 3-cü mərtəbənin sökülməsini istəyirdilər, indi isə tikilinin tamamilə sökülməsini tələb edirlər.

7. X15 Bakı X18 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində X15 X12 neft məhsulları nəql olunan kəmərlərinin mühafizə zolağında Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında, 45 saylı postun ərazisində kəmərdən təqribən 12 metr aralı Cavabdeh İdman Kompleksinin ərazisində köhnədən olan hasarın daxilində təqribən 400-500 kv.m olan sahənin içərisində tikintisi başa çatmış 3 mərtəbəli binaya bitişik 13 metr enində, 20 metr uzunluğunda 2-ci binanın 3-cü mərtəbəsi üzrə aparılan tikinti işlərinin tamamlanması zavod tərəfindən aşkar edilmişdir. Həmin ərazidə özünü iş icraçısı kimi təqdim edən X6 bildirdiyinə görə sözügedən ərazidə 2 mərtəbəli, içərisində yaşayış olan və 3-cü mərtəbəsi mansard olan tikilini 2022-ci ilin dekabr ayının 31-də yandığını və həmin binanın yenidən bərpa etdiklərini bildirmişdir. Həmin tikilinin mühafizə zonası daxilində olduğu sözü gedən vətəndaşa bildirilərək xəbərdarlıq olunsa da, o yeni tikili aparmadığını, köhnə tikilini yenidən bərpa etdiklərini və tikintini davam etdirəcəklərini bildirmişdir. Akt X15 Bakı X12 Mühafizəsi üzrə Polis İdarəsinin böyük komandiri, polis baş leytenantı X4, taqım komandiri, polis mayoru X7, manqa komandiri, polis baş serjantı X3 tərəfindən imzalanmışdır.

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində X15 X14 məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında vətəndaş X11 tərəfindən tikinti işləri aparılan mübahisəli əraziyə-Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yerləşən qeyri-yaşayış obyektinin 30-cu mərtəbəsində aparılan inşaata baxış keçirilmişdır. Baxış zamanı məlum oldu ki, aparılan tikinti işləri ilə NEZ-ə məxsus ən yaxın olan Dş-300 mm neft boru kəməri arasındakı məsafə 15 metr məsafə təşkil edir. Eləcə də bu boru kəmərinə paralel NEZ-ə məxsus Dş-250 mm, Dş-300 mm digər neft boru kəmərlərinin keçdiyi müəyyənləşdirildi. Aparılan tikinti işlərinin təxmini ölçüləri 13 metr uzunluğunda, 4 metr hündürlüyündə, 20 metr enində olması aşkar olunmuşdur.

9. İddiaçı tərəfindən iş materiallarına X15 Bakı X12 istifadəsində olan torpaq sahələrinin və daşınmaz obyektlərin TC-1 xətlərinin planı və fotoşəkillər əlavə edilmişdir.

10. X15 Bakı X18 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, neft boru kəmərlərinin texniki parametrləri barədə arayışdan müəyyən olunur ki, X15 Bakı X18ndan 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Ds-500 mm. (dizel yanacağı) ve Ds- 300 mm. (reaktiv mühərrik yanacağı) nefi boru kəmərləri 1993-cü ildə, "Azərikimya" İB-nin Etilen-Polietiİen Zavoduna neft məhsulları nəql olunan D,-200 mm. (quru qaz), Ds-250 mm. (nafta) net boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.

11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-469/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X15 X12 cavabdeh X8 qarşı “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbinə dair iddianın təmin edilməməsi qət qəbul edilmişdir.

12. X15 X18 tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdehndən X15 Bakı X14 məxsus neft məhsulları nəql olunan neft boru kəmərinin “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş 3 mərtəbəli tikilinin 10 gün müddətində sökülməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. Bakı şəhəri, Nizami rayonu İra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamından müəyyən olunur ki, Cavabdeh firmasının rəhbərliyi rayon İcra hakimiyyətinə müraciət edərək, Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə uzun müddətdən bəri istifadəsiz qalmış heç bir tikilisi və qurğusu olmayan məhəllədaxili mini futbol meydançasının Rayon Layihə-Smeta Bürosunda tərtib olunmuş layihəyə uyğun olaraq firma tərəfindən bərpa edərək, yenidənqurma işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti Cavabdeh firmasının xahişini nəzərə alaraq, yeniyetmə və gənclərin idman fəaliyyətini yaxşılaşdırmaq məqsədilə yuxarıda göstərilən məsələyə münasibət bildirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2002-ci il tarixli 02/81 №-li məktubla müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2002-ci il tarixli, 7-1133/7 №-li məktubu ilə əlavə olunmuş layihə razılaşdıraraq yenidənqurma işlərinin aparılmasına etiraz etmədiyi və sənədləşdirmənin rayon İcra Hakimiyyətində aparılması tapşırılır. İstinad edilənləri nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasmda müvafiq qaydada öz vəsaiti hesabına Cavabdeh firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir.

14. Cavabdeh tərəfinən iş materiallarına A-tikintisinin planı, tikinti aparılan sahənin fotoşəkilləri və və torpaq sahəsinin planı əlavə edilmişdir.

15. Cavabdeh tərəfindən X15 X14 göndərilmiş xx.xx.2024-cü il tarixli, 14-2-7/1- 186/2024 nömrəli məktubun məzmunundan müəyyən edilir ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyə başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə Cavabdeh firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 7 ünvanında yerləşən Cavabdehnə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A-tikintisinin planının surətindən görünür ki, qeyri- yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. 31 dekabr 2022-ci il tarixində, ünvan 7 ünvanında yerləşən, Cavabdeh MMC-yə məxsus idman kompleksinin hostelində yanğın hadisəsi baş vermişdir, yanğın nəticəsində Cavabdehnə xeyli ziyan dəymiş və yanğından sonra həmin bina ilə bağlı Cavabdeh MMC tərəfindən təmir-bərpa işləri aparılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Bundan başqa, Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurları ünvan 3 ünvanında yerləşən Cavabdeh idman kompleksində olmuşlar və həmin ünvanda tərəfindən heç bir tikinti işlərinin aparılmadığını müəyyən etmişlər.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7940 nömrəli ekspert rəyinin məzmunundan müəyyən olunur ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinin tələblərinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını və "xxxx" Kiçik Müəssisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edildiyi qeyd olunan 3 mərtəbəli tikili X15 X12 istismarında olan neft boru kəmərlərindən 11,5 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin 3 mərtəbəli tikilinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Müqayisəli tədqiqat nəticəsində Cavabdeh Kiçik Müəsisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edildiyi qeyd olunan 3 mərtəbəli tikilinin və yerləşdiyi torpaq sahəsinin bütövlüklə Bakı şəhəri Nizami rayonu İcra Hakmiyyəti Başçısının (Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə istifadəsiz qalmış mini futbol meydançasının yenidənqurma və bərpa edilməsinə icazə verilməsi haqqında) xx.xx.2002-ci il tarixli, 234 saylı Sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il “Torpaq sahəsinin planı” ilə "xxxx" Kiçik Müəssisəsinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 20-ci maddənin 1-ci bəndinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşutəsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 46-cı maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

20. İddia tələbini Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında inşa edilmiş 3 mərtəbəli tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması təşkil edir.

21. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır.

22. İşin müəyyən olunmuş halların göründüyü kimi, iddiaçı X15 X18 Cavabdeh tərəfindən X15 X14 məxsus neft məhsulu nəql olunan Dş-200 mm neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7A ünvanında özbaşına tikinti-quraşdırma işlərinin aparıldığını aşkar etmişdir. Tikintiquraşdırma işlərinin aparıldığı ərazidə Dş-200 mm neft boru kəmərinə paralel Dş-250 mm, Dş-300 mm və Dş-500 mm neft boru kəmərləri yerləşir. Həmçinin müəyyən olunur ki, X15 Bakı X18ndan 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Ds-500 mm. (dizel yanacağı) və Ds-300 mm. (reaktiv mühərrik yanacağı) nefi boru kəmərləri 1993-cü ildə, "Azərikimya" İB-nin Etilen-Polietiİen Zavoduna neft məhsulları nəql olunan D,-200 mm. (quru qaz), Ds-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərindən göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəməyə sübut qismində təqdim olunan Bakı şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada öz vəsaiti hesabına Cavabdeh firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən Cavabdehnə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının A tikintisinin planında qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edildiyini qeyd etmişdir. Cavabdeh qeyd edilənləri əsas gətirərək, mübahisələndirilən tikilinin özbaşına olmadığını iddia etmişdir.

24. Bununla bağlı qeyd olunmalıdır ki, sərəncamın məzmunundan da göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısı tərəfindən yalnız mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmiş, sərəncamda iddiaçı tərəfindən mübahisələndirilən tikilinin tikilməsinə icazə verilməsi ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu İcra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş qeyri-yaşayış obyektinin planı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün lazımi icazələrin alınması kimi qiymətləndirilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. X15 X18 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir və qeyd edilən mübahisə üzrə maraqlı şəxs qismində çıxış edir.

26. Yuxarıda qeyd olunanlara, işin faktiki hallarına, qanunvericilik normalarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7940 nömrəli ekspert rəyinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, əvvəla, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Digər tərəfdən lazımi icazələr almadan tikilmiş daşınmaz əmlak özbaşına tikili sayılmalıdır. Təqdim olunmuş sərəncamda belə bir icazənin olması öz əksini tapmamışdır, həmçinin təqdim olunmuş plan lazımi icazələrin alınması demək deyil, yalnız müvafiq icazələr alındıqdan sonra digər hərəkətlər edilə bilərdi. Belə icazələrin alınmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, mübahisəli tikili özbaşına tikili sayılmalı və sökülərək mühafizə zonasından çıxarılmalıdır. Eyni zamanda məhkəmə hazırkı qənaətə gələrkən qeyd olunan tikilinin X15 X12 istismarında olan neft boru kəmərlərindən cəmi 11,5 metr məsafədə yerləşməsini, gələcəkdə hər hansı yanğın və s. baş verə biləcəyi hallarda arzuolunmaz nəticələrin yarana bilmə ehtimalını da nəzərə alır.

27. Həmçinin nəzərə alınır ki, cavabdehin istinad etdiyi məhkəmə qətnaməsində cavabdeh qismində başqa şəxs olmuşdur.

28. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Kiçik Müəsisəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 7 “A” ünvanında inşa edilmiş 3 mərtəbəli tikili özbaşına (qanunsuz) hesab edilsin və sökülərək mühafizə zonasından çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar