Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-231/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə (İB) qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X5” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sayğacsız dövr (2020-ci ilin yanvar ayının 21-dən xx xxxx 2020-ci il tarixə qədər) üçün hesablanmış 2795 manat borc məbləğinin silinməsi və həmin məbləğin 1237,60 (953,4+284,2) manat kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “X5” MMC-yə məxsus Yasamal rayonu, Mətbuat prospekti, ev 54 ünvanında yerləşən uşaq bağçasında təbii qazdan istifadə olunur. Qeyd olunan ünvanda Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində növbəti yoxlama adı ilə G25 75160835 saylı sayğac çıxarılmışdır. Yoxlama bitdikdən sonra G25 75160835 saylı sayğac xx xxxx 2020-ci il tarixdə yenidən yerinə quraşdırılmışdır. Daha sonra MMC-nin ünvanına naməlum akt göndərilmiş və aktda qeyd edilmişdir ki, guya 2020-ci ilin fevral ayı üçün sayğacsız müddət üçün 6786 m3 qaz sərf olunmuşdur ki, onun da ümumi qiyməti 1357 manat etmişdir. Belə ki, naməlum akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmamış və MMC tərəfindən təsdiq edilməmişdir. xx xxxx 2020-ci il tarixdən MMCnin ünvanına debitor borcun ödənilməsi barədə pretenziya məktubu daxil olmuşdur. Məktubda guya MMC-nin xx xxxx 2020-ci il tarixə 2795,21 manat debitor borcun olduğu bildirilmişdir. Lakin debitor borcun hansı ayda, hansı səbəbdən yarandığı göstərilməmişdir. Abonentin saldosuna diqqət yetirdikdə məlum olur ki, 2020-ci ilin yanvar ayının 21-ə qədər (sayğac çıxarılana qədər) istehlakçının qaz sərfiyyatı 568,40 manat miqdarında olmuşdur. Yanvar ayının digər 10 günü isə (31 yanvara qədər olan) 568,4/20 * 10 gün ilə hesablanaraq 284,2 manat olmalıdır. Abonentin saldosuna diqqət yetirdikdə məlum olur ki, 2019-cu ilin fevral ayında istehlakçının qaz sərfiyyatı 953,40 manat miqdarında olmuşdur. Lakin abonentin saldosunda 2020-cil fevral ayı hissəsində qalıq və aktlar bölməsindən 2463,30 manat kimi göstərilmişdir. Bu məbləğ həddindən artıq şişirdilmiş və 2020-ci ilin fevral ayı da maksimal miqdarda elə analoji ilin ayı kimi 953,4 manat kimi göstərilməlidir. Abonentin saldosuna diqqət yetirdikdə məlum olur ki, 2020-ci ilin mart ayının ilk 6 günü üçün 45 manat hesablanmışdır. Bu məbləğ həqiqəti əks etdirdiyi üçün məbləğin ödənilməsinə dair heç bir etiraz yoxdur. Yuxarıda yazılanlardan belə nəticəyə gəlmək olar ki, sayğacsız dövr yanvar ayının 21-dən 31-ə kimi 10 gün + fevralayı + mart ayının 1-dən 6-a kimi isə 5 gün miqdarında olmuşdur. Yəni sayğacsız dövr üçün ümumi borc maksimal miqdarda 953,4 + 284,2= 1237,60 manat kimi qiymətləndirilməlidir. Həmçinin Cavabdeh İB qaz təchizatı xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə’nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. İlk növbədə Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus obyektdə yoxlama aparılması (qaz sayğacına baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Lakin, Cavabdeh İB-də belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar. Yoxlamanını keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd olmadığı üçün keçirilmiş yoxlama qanuni hesab edilə və qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminn azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən sayğacsız aylar üçün hesablanmış 2795 manat borc məbləğinin 1557,4 manat məbləğində hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxxxx 2020-ci il tarixli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı akta əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi qeyd olunan müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 375 kub.m., aylıq sərfin miqdarı 4125 kub.m. olmaqla qaz sərfinin məbləği 825 manat müəyyən edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 000 saylı akta əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi qeyd olunan müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 234 kub.m., aylıq sərfin miqdarı 6786 kub.m. olmaqla qaz sərfinin məbləği 1357,20 manat müəyyən edilmişdir. - xx xxxx 2020-ci il tarixli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3357 saylı akta əsasən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi qeyd olunan müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 15.5 kub.m., aylıq sərfin miqdarı 228 kub.m. olmaqla qaz sərfinin məbləği 45,60 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, AZ0000078 saylı ödəniş tapşırığına əsasən “xxxx” MMC tərəfindən Bakı Regonal Qazın Satış Departamentinin hesbaına 1200 manat məbləğində ödəniş edilmişdir. - abonent saldosuna əsasən “X4” MMC-nin xx.xx.2021-ci il tarixə 1595,22 manat borcu qalması qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya 2795 manat hesablanmış borcdan 1200 manat ödəniş həyata keçirilmişdir. Bu işin mübahisəsiz halını təşkil edir. Abonent saldosunda qeyd olunmuş 1595,22 manat borcla bağlı isə bir sıra məqamları məhkəmə qeyt etməyi zəruri hesab edir. Belə ki, 2020-ci ilin yanvar ayının 21-ə qədər (sayğac çıxarılana qədər) istehlakçının qaz sərfiyyatı 568,40 manat miqdarında olmuşdur. Yanvar ayının digər 10 günü isə (31 yanvara qədər olan) 568,4/20 * 10 gün ilə hesablanaraq 284,2 manat olmalıdır. Abonentin saldosuna diqqət yetirdikdə məlum olur ki, 2019-cı ilin fevralayında istehlakçının qaz sərfiyyatı 953,40 manat miqdarında olmuşdur. Lakin abonentin saldosunda 2020-cil fevral ayı hissəsində qalıq və aktlar bölməsindən 2463,30 manat kimi göstərilmişdir. Bu məbləğ həddindən artıq şişirdilmiş və 2020-ci ilin fevral ayı da maksimal miqdarda elə analoji ilin ayı kimi 953,4 manat kimi göstərilməlidir. Abonentin saldosuna diqqət yetirdikdə məlum olur ki, 2020-ci ilin mart ayının ilk 6 günü üçün 45 manat hesablanmışdır. Bu məbləğ həqiqəti əks etdirdiyi üçün məbləğin ödənilməsinə dair heç bir etiraz yoxdur. Yuxarıda yazılanlardan belə nəticəyə gəlmək olar ki, sayğacsız dövr yanvar ayının 21-dən 31-ə kimi 10 gün + fevral ayı + mart ayının 1-dən 6-a kimi isə 5 gün miqdarında olmuşdur. Cavabdeh tərəfindən borcun hansı əsaslarla hesablanmasını ( hesablamalar yanvar, fevral və mart aylarının günləri üçün müxtəlif tariflərlə hesablanmışdır) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 2795 manat borcd məbləğindən 1557,4 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 2795 manat məbləğində borcun 1557,4 manat məbləğində hissəsi silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-231/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-231/2021
30.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver