Məhkəmə qərarları › İş №e-2-2(113)-2363/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2363/2020

24.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2363/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil oglunun iştirakı ilə, İddiaçı Cavabdeh Abbasəli oğluna qarşı "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı, “LEBHERR L 514” markalı 10 R 381 dövlət qeydiyyat nişanlı, “FUCHS 110 M” markalı 10 R 379 dövlət qeydiyyat nişanlı və “KUBOTA” markalı ekskavatorların və “GREAT WALL HAVEL H5” markalı ** AD *** (hazırki d.q.n. ** SK *** olan) dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı, “LEBHERR L 514” markalı 10 R 381 dövlət qeydiyyat nişanlı, “FUCHS 110 M” markalı 10 R 379 dövlət qeydiyyat nişanlı və “KUBOTA” markalı ekskavatorların və “GREAT WALL HAVEL H5” markalı ** AD *** (hazırki d.q.n. ** SK *** olan) dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı qətnaməsi ilə "İddiaçı" MMCdən Cavabdeh Abbasəli oğlunun xeyriyə 150.985 AZN əsas borc, 20.625 AZN faiz borcu, cəmi 171.610 AZN pul tutulmuş, 5300 AZN mənəvi zərərə görə pul tutulması hissəsində iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-2(81)-359/2018 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-2(102)-469/2018 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd edilən icra işi Şöbənin icra məmuru Tural Aşurovun icraatında olmuşdur. Tərəflərindən Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 383/2018 saylı qətnaməsinin icra vəziyyəti, həmçinin "İddiaçı" MMC-yə məxsus "GREAT WALL HAVEL H5" markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin; "FUCHS 110 M" markalı 10 R 379 dövlət qeydiyyat nişanlı ekskavatorun; "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı ekskavatorun; "LİEBHERR L 514" markalı 10 R 381 dövlət qeydiyyat nişanlı ekskavatorun; "KUBOTA KX 121-2" markalı 10 R 378 dövlət qeydiyyat nişanlı ekskavatorun sonrakı taleyi barədə rəsmi məlumat təqdim edilməsini xahiş etmişlər. Qeyd edilən müraciətə rəsmi cavabı hal-hazıradək əldə etməmişik. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(81)-383/2018 saylı icra sənədi üzrə icra tədbirləri həyata keçirən Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov İddiaçı MMC-yə məxsus texnika və avtomaşını qanunsuz olaraq Cavabdeh vermişdir. Cavabdeh Şöbənin icra məmuru Tural Aşurovun apardığı icra hərəkətləri (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-383/2018 saylı qətnaməsi üzrə): Qətnamə icraya yönəldildikdən sonra, cavabdeh Şöbənin icra məmuru Tural Aşurov tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə icra məmuru Tural Aşurov icra vərəqəsi üzrə tələbkar Cavabdeh məktub ünvanlayaraq, ümumi dəyəri 106.000 AZN qiymətləndirilmiş əmlakları tələbkara təklif etmişdir. xx.xx.2019-cu il tarixli ərizə ilə tələbkar Cavabdeh Abbasəli oğlu Şöbəyə müraciət edərək, təklif məktubunu müsbət qarşıladığını və təklif olunan əmlakları qəbul etdiyini bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 383/2018 saylı icra sənədi üzrə icra tədbirləri həyata keçirən Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun hərəkətləri qanunsuzdur. Belə ki, tələb birbaşa olaraq borcluya məxsus əmlaklara yönəldilmişdir. İcra vərəqəsinin icrası gedişində icra məmuru məhkəmə qətnaməsi üzrə tələbin könüllü icrası ilə bağlı borclu təşkilatın hər hansı rəsmi mövqeyini müəyyən etmədən, birbaşa olaraq məhkəmə qətnaməsi üzrə tələbi əmlaklara yönəltmişdir. Həmin dövrdə borclu MMC-nin nümayəndəsi olmuş X1 tələbkar Cavabdeh xeyrinə qeyd edilən texnikaları təhvil verməkdə maraqlı olmuşdur. Brockschmidt Hans-Dieter Jürgen həmin ərəfələrfə qeyd edilən qərarı məhkəmə qaydasında mübahisələdirmiş, həmçinin bu ərəfədə də cəmiyyətin əmlaklarınıntexnikalarının tələbkar Cavabdeh verilməsində maraqlı olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil oglu məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh Abbasəli oğlu iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra iddiaçı fəaliyyətini dayandırmış, borc ödənilməmişdir. İddiaçı borcunu ödəmədiyindən tələb texnikalara yönəldilmişdir. Texnikalar yararsız vəziyyətdə oldugundan hərracda satılmamış, bundan sonra həmin texnikalar ona təklif olunmuş, ona verilmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Abbasəli oğlu vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-2(102)-469/2018 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Abbasəli oğlu cavabdeh ”İddiaçı” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər F.İddiaçı və O.K.İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 150.985 manat əsas borc, 20.625 manat faiz borcu və mənəvi zərərə görə 50.000 manat cəmi 221.610 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı-İnzibatiiqtisadi məhkəməsinin 2-2(81)-383/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 150.985 manat əsas borcun, 20.625 manat faiz borcunun, cəmi 171.610 manat vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin AXA25/02-07-115 saylı məktubunun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 28986/19-16-15/379 saylı müraciətinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan sorğuda qeyd edilən 4 ədəd texnika: AZ 10R-380 dövlət qeydiyyat nişanlı, LİEBHERR A 904 markalı ekskavator və AZ 10R-381 dövlət qeydiyyat nişanlı, LİEBHERR L514 markalı yükləyici xx.xx.2019-ci il tarixində tələbkar Cavabdeh Abbasəli oğlunun adına özgəninkiləşdirilmişdir. AZ 10R-379 dövlət qeydiyyat nişanlı, FUCHS 110M markalı kran texnoloji nəqliyyat vasitəsi olduğuna görə xx.xx.2019-cu il tarixində Agentliyin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində dövlət qeydiyyatından çıxarılmış, növbəti təkrar qeydiyyat üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq icra orqanına göndərilmiş, AZ 10R-378 dövlət qeydiyyat nişanlı, KUBOTA KX121-2 markalı ekskavatorun sənədləşdirilməsi zamanı aqreqat nömrələrində uyğunsuzluq olduğuna görə əməliyyat müvəqqəti olaraq dayandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 383/2018 saylı qətnaməsi ilə "İddiaçı" MMCdən Cavabdeh Abbasəli oğlunun xeyriyə 150.985 AZN əsas borc, 20.625 AZN faiz borcu, cəmi 171.610 AZN pul tutulmuş, 5300 AZN mənəvi zərərə görə pul tutulması hissəsində iddia tələbi təmin edilməmişdir. Qətnamə qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı borcunu ödəmədiyindən tələb texnikalara yönəldilmişdir. Texnikalar hərracda satılmamış, bundan sonra həmin texnikalar Cavabdeh Abbasəli ona təklif olunmuş, onun mülkiyyətinə verilmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən texnikalar cavabdehin mülkiyyətinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçdiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Abbasəli oğluna qarşı "LİEBHERR A 904" markalı 10 R 380 dövlət qeydiyyat nişanlı, “LEBHERR L 514” markalı 10 R 381 dövlət qeydiyyat nişanlı, “FUCHS 110 M” markalı 10 R 379 dövlət qeydiyyat nişanlı və “KUBOTA” markalı ekskavatorların və “GREAT WALL HAVEL H5” markalı ** AD *** (hazırki d.q.n. ** SK *** olan) dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar