Məhkəmə qərarları › İş №e-2-2(113)-2432/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2432/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2432/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc tələbinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh) qarşı “borc tələbinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-205/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdeh İddiaçı 465 893,56 ABŞ dolları əsas borc, 164 521 ABŞ dolları faiz borcu, 16 510,33 ABŞ dolları cərimə olmaqla, cəmi 646 924,89 Abş dolları məbləğində borcun və 28,50 manat dövlət rüsumünun tutulması əsassız və qanunsuz olduğundan borc tələbinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2(011)-205/2019 saylı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” tələbinə dair iş üzrə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 465893,56 ABŞ dolları əsas borc, 164521 ABŞ dolları faiz borcu, 16510,33 ABŞ dolları cərimə olmaqla, cəmi 646924,89 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28,50 manat hissəsinin iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 6227/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı Bəhramviçə qarşı “borcun tutulması tələbinə dair” tələbinə dair iş üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3375/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı Bəhramviçə qarşı “borcun tutulması tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 19 yanvar 2023-cü il tarixli 13(102)-37/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı Bəhramviçə qarşı “borcun tutulması tələbinə dair” cavabdeh və vəkili Nümayəndə Samir oğlu tərəfindən verilmiş ərizə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Belə ki, materiallardan görünür ki, iddia ərizəsində iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulması qət edilmiş borcun silinməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu səbəbdən iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc tələbinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar