Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2470/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 oglunun, Cavabdeh nümayəndəsi Nümayəndə1 oglunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 220.000 manat əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə xx.xx.2023-cü il tarixinə hesablanmış 22724,79 manat faiz borcunun, cəmi 242724,79 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 220.000 manat əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə xx.xx.2023-cü il tarixinə hesablanmış 22724,79 manat faiz borcunun, cəmi 242724,79 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q saylı sahədə hündürmərtəbəli yaşayış binası tikintisi ilə məğul olduğundan gələcəkdə cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün xx.xx.2021-ci il tarixində şahidlərin iştirakı ilə cavabdeh "xxxx" MMC-nin direktoru X3 220000 manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir. Bundan başqa cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti həyata keçirmək və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi 3Q saylı sahədə hündürmərtəbəli yaşayış binası tikintisini həyata keçirmək üçün ona əlavə olaraq 167700 manat hissə-hissə olmaqla nəğd pul, 51000 manat məbləğində 1 ədəd BMW X6 markalı avtomaşın, 47600 manat dəyərində 1 ədəd MERSEDES S-klass avtomaşın - ümimilikdə isə cəmi 486300 manat əlavə olaraq vermişdir. Bunun əvəzində cavabdeh təminat vermişdi ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q saylı sahədə iddiaçının pullarından istifadə edərək tikintisi aparılan yaşayış binasında satışdan əldə olunan gəlirin 25%-i miqdarında iddiaçıya qazanc verəcəkdir. Bu isə orta hesabla tikinti sahəsinin 2500 kv.metr hissəsini əhatə edirdi. Həmin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınır. Cavabdehə verdiyi pulların bir qisminin mənbəyi ondan ibarətdir ki, iddiaçıya məxsus 2 mənzilini «Faktor lizinq» şirkətinə girov kimi qoyaraq əvəzində ayrılmış pulların cavabdehə verməsinə razı olmuşdur. Hazırda həmin pullara görə «Faktor lizinq» şirkəti iddiaçıdan 218000 manat faiz borcu tələb edir. Bütün deyilənlərdən aydın olur ki, cavabdehin onun qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə cəmi 704.300 manat zərərə məruz qalmışdır. Göstərilən pulların verilməsində və razılaşmada cavabdehin direktoru X2 atası X4, həmçinin sürücüsü X1 da iştirak etmişlər. İki ilə yaxın müddət keçsə də cavabdeh öhdəliklərinə əməl etmir, dəfələrlə danışıqlar yolu ilə məsələləri yoluna qoymaq istəsə də bu mümkün olmadığından anlamışdır ki, cavabdehin məqsədi onunla şərikli sahibkarlıq fəaliyyət ilə məşqul olmaq yox, onun pullarını mənimsəməkdən ibarət olmuşdur. Keçən iki ilə yaxın müddət ərzində dəfələrlə işin sülh yolu ilə həll edilməsini, cavabdehin üzərinə düşən öhdəliyi icra etməsini və ya əks təqdirdə sahibkarlıq fəaliyyəti məqsədilə alınmış pulların, əldən çıxmış faydanın, gəlirlərin, çəkilmiş xərclərin, bank faizlərinin, dəbbə pularının, ödənilməsi tələb etsədə heç bir müsbət nəticə hasil edə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə mediasiya təklifi göndərmişdir. Yalnız bundan sonra Bakı şəhəri 15 saylı Mediasiya təşkilatında görüşləri baş tutmuş, lakin mübahisə üzrə heç bir razılıq əldə edilməmişdir. Bu barədə 15 saylı Mediasiya təşkilatı iddiaçıya İlkin Mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir. Artıq aralarında olan mübahisənin məhkəməsiz həll edilməsi mümkün deyildir. Qeyd edir ki, cavabdehin qanunsuz hərəkətlərindən 704.300 manat zərərə məruz qalmış, lakin hazırda onun iddiaçıdan aldıgı və özünün möhürü ilə təsdiq etdiyi 220.000 manat borc üzrə iddia qaldırmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 oglu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 oglu iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, hazırda iddia tələbi bir protokola əsaslanır. Bu protokola görə pul öhdəliyini müəyyən etmək mümkün deyildir. Tərəflər birbirini tanıyıb, işgüzar münasibətləri olub. Protokola vurulmuş möhür mübahisəlidir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı şərikli sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün xx.xx.2021-ci il tarixində şahidlərin iştirakı ilə cavabdeh "xxxx" MMC-nin direktoru X3 220000 (iki yüz iyirmi min) manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış protokoldan irəli gəlir. İş materiallarına əlavə olunmuş, xx.xx.2021-ci tarixli protokolun müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehə gələcəkdə birgə sahibkarlıq fəaliyyəti görmək üçün 220000 manat pul vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehin öhdəliyini yerinə yetirməsi barədə hər-hansı bir subut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə bu, iddiaçıya protokolun və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında protokol imzalanaraq cavabdehin möhürü ilə təsdiq olunmuş, həmin protokol üzrə cavabdehin iddiaçıya, 220000 manat məbləğində borcu yaranmış cavabdeh iddiaçıya qeyd olunan borcu ödəməmişdir.
11. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində əsaslıdır və iddia göstərilən hissədə təmin edilməlidir.
12. Məhkəmə iddia tələbinin özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə xx.xx.2023-cü il tarixinə hesablanmış 22724,79 manat faiz borcunun tələb olunan pul vəsaitinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən tələbi Mülki Məcəllənin 449.1-cu maddəsinə əsaslanaraq irəli sürmüşdür.
13. Qeyd olunan normanın tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
14. Göründüyü kimi faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Bu halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşür.
15. İddiaçı isə cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 220.000 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 220000 (iki yüz iyirmi min) manat borc tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 533 manat məbləğində dövlət rüsumunun 483,06 manat məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin, qalan 49,94 manat məbləği İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev