Məhkəmə qərarları › İş №e-2-2(113)-2489/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2489/2021

16.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2489/2021 16.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı “binaların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” və sair tələblərə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı “binaların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəməli, 1 girişli olan 2 (iki) binanın ”İddiaçı” MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair ”İddiaçı” MMMC ilə “Təhvil-Təslim aktı” tərtib edib binaları ”İddiaçı” MMMC-nə təhvil verməsi vəzifəsini “xxxx” MTK-nın üzərinə qoyulması və aşağıda göstərilən sənədlərin:tikinti aparılması üçün Bakı Şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küç., 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “xxxx” MMC-nin istifadəsinə verilməsinə dair sərəncamın və həmin sərəncamın əsasında “istifadəyə verilən torpaq sahəsinin 06/36, nömrəli (iş Nö 06/1-23) ayrıc Aktının; - ünvan 2 ünvanda 0,7 ha torpaq sahəsində inşaedilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəməli, 1 girişli olan 2 (iki) binanın Tikintisinin “İşçi layihələrinin (İnşaat Pasportu-binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, trasformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xəttlərinin, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, binaların girişlərindəki kanalizasiya xəttlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafənin, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xəttlərinin haradan çəkilməsi və bu xəttlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair, binaların rabitə xəttlərinin layihələri); - Bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin Texniki Pasportları və liftlərə texniki baxış kitablarının; -hər 2 binanın dövlət qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının AKTi”nın surətinin və - hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən Müqavilələrin surəti ilə birlikdə) “xxxx” MTK-ndan alınaraq ”İddiaçı” MMMC-nə verilməsi: iddia verilməsi üçün ödənilmiş 30 manat rüsumun və hüquqi yardımüçün vəkilə şdənilmiş 250 (iki yüzəlli) manatın cavabdeh “xxxx” MTK-dan alınıb İddiaçı MMMC-nə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd və həmin sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin cavabdehə çatıdırlması, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi barədə sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı “binaların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” və sair tələblərə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar