Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2530/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qanunsuz hesablanmış 5904,56 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İddiaçı tərəfindən hər ay elektron qaimələrə əsasən təxminən 2000 manatadək ödənişlər edilmişdir. 2021-ci ilin noyabr-dekabr ayları üzrə elektron qaimələrdə uyğunsuzluq yaranmışdır. İddiaçının hər ay ödədiyi məbləğdən əlavə olaraq 2 ay üzrə 5904,56 manat borcun olması müəyyən olunmuşdur. Bu səbəbdən də həmin elektron qaimələr düzəliş üçün geri göndərilmişdir və geri göndərildiyi halda cavabdehin nəzarətçisi tərəfindən şifahi olaraq bildirilmişdir ki, ümumi Bakı şəhəri üzrə xətdə qaz itkisi olduğuna görə sayğacda göstərilən göstəricinin üzərinə itkiyə görə müəyyən əmsal vurulub əlavə hesablama yazılmışdır. Halbuki iddiaçı həmin aylar üzrə sərfiyyat göstəricisi üzrə bütün məbləği tamamilə ödəmişdir. Qeyd edilən 5904,56 manat borcun əsaslandırılması cavabdeh tərəfindən verilməmişdir. Borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş, lakin borc silinməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2, 442, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddiaçıya qanunsuz hesablanmış 5034,81 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə iddianın həcminin azaldılmasına zərurərt vardır. Belə ki, iddiaçı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. İddiaçı tərəfindən hər ay elektron qaimələrə əsasən təxminən 2000 (iki min) manatadək ödənişlər edilmişdir. 2021-ci ilin may-dekabr ayları üzrə Cavabdeh tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş elektron qaimələrdə uyğunsuzluq yaranmışdır. ”Azəriqaz” QSC-nin Abonent saldosunun məlumatına əsasən "xxxx" MMC-yə məxsus istehsal müəssisəsində 2021-ci ilin may-dekabr ayları üzrə 65641 kub.m qaz sərfiyyatı olduğu halda, həmin dövr üzrə Cavabdeh tərəfindən "xxxx" MMC-yə 89405,32 kub.m qaz sərfiyyatı üzrə hesab-faktura, elektron qaimələr təqdim edilmişdir. Bu səbəbdən də iddiaçıdan hər ay ödədiyi məbləğdən əlavə olaraq 8 ay üzrə 5034 manat 81 qəpik əsassız əlavə borc tələb edilmişdir. Bəzi aylar üzrə təqdim edilmiş elektron qaimələr düzəliş üçün geri göndərilmişdir və geri göndərildiyi halda cavabdehin nəzarətçisi tərəfindən şifahi olaraq bildirilmişdir ki, ümumi Bakı şəhəri üzrə xətdə qaz itkisi olduğuna görə sayğacda göstərilən göstəricinin üzərinə itkiyə görə müəyyən əmsal vurulub əlavə hesablama yazılmışdır. Halbuki iddiaçı həmin aylar üzrə sərfiyyat göstəricisi üzrə bütün məbləği tamamilə ödəmişdir. Qeyd edilən 5034,81 manat borcun əsaslandırılması cavabdeh tərəfindən verilməmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, silinməsi istənilən borc məbləğləri qaz sərfiyyatına görə hesablanan məbləğlərdir.
11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 255634 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 78,03 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 725378 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19,40 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 248683 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3433,25 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 106542 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2539 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 668600 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2896,25 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 113696 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3553 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2022-ci il tarixli, EBBM seriyalı, 277567 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5758 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 476482 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4063 manat (ƏDV daxil) təşkil edir.
19. **********00002 saylı abonentin saldosundan müəyyən olunur ki, həmin abonent kodu üzrə 2021-ci ilin may-dekabr aylarında qaz sərfiyyatı 2038 m3 olmuşdur.
20. **********00019 saylı abonentin saldosundan müəyyən olunur ki, həmin abonent kodu üzrə 2021-ci ilin may-dekabr aylarında qaz sərfiyyatı 87086 m3 olmuşdur.
21. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü pretenziya məktubu göndərilərək, borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının: 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmənin mövqeyi
25. İddia tələbi Cavabdeh İB tərəfindən hesablanmış 5034,81 manat məbləğində borcun silinməsindən ibarətdir.
26. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan abonent kodları üzrə iddiaçının obyektində quraşdırılmış qaz sayğaclarının göstəricisinə uyğun hesablama aparılaraq iddiaçıya elektron qaimələr göndərilmişdir.
27. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 2021-ci ilin may-dekabr ayları üzrə göndərilmiş elektron qaimələrdəki məbləğin sərfiyyafı əks etdirmədiyinə istinad edərək 5034,81 manat məbləğində borcun qanunsuz hesablandığını bildirmişdir.
28. Bununla bağlı məhkəmə qeyd edir ki, abonentin saldosundan görünür ki, göndərilmiş elektron qaimələrdəki məbləğlər sayğac göstəricisinə uyğun hesablanmış və cavabdeh tərəfindən hər hansı artıq hesablama aparılmamışdır. İddiaçı tərəf hesablamadakı yanlışlığın nədən ibarət olmasını əsaslandırmamış və bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova