Məhkəmə qərarları › İş №e-2-2(113)-2579/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2579/2024

12.06.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2579/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının işıq borcu üzrə hesablanmış 14036.42 manat məbləğində borc pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hazırlıq iclasları 04 aprel, 19 aprel, 06 may, 22 may, 30 may və 12 iyun 2024-cü il tarixlərə təyin edilmiş və həmin müddət ərzində tərəflərə məhkəməyə müvafiq sübutların təqdim edilməsi məqsədilə vaxt verilmişdir. Belə ki, hazırkı iş üzrə "xxxx" ASC tərəfindən hesablanmış borc məbləğinin İddiaçı MTK və ya İddiaçı əyləncə mərkəzi X1 şirkətinə hesablanması məsələsinin araşdırılması zəruri hal olmuş, lakin tərəflər bunun üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq hər hansı bir sübut təqdim edə bilməmişlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan əlavə həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı MTK tərəfindən ödənilmiş 133 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar