Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2592/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 63 adda əşya və ya avadanlıqların və ya onların dəyərinin qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: avadanlıqların və ya dəyərinin qaytarılması, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdeh2 nümayəndəsi/vəkili, eyni zamanda Cavabdeh1 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 63 adda əşya və ya avadanlıqların və ya onların dəyərinin qaytarılması tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmən iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan iddia ərizəsində qeyd edilən 63 adda əşya və avadanlığın və yaxud həmin əşya və avadanlıqların əvəzi olaraq 59530 manat pulun, həmçinin iddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 300 manat xidmət haqqının, ödənilmiş 300 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcarəçi) ilə Cavabdeh2 (İcarəyə verən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən İcarəyə verən ona məxsus ünvan 1əşən qeyri-yaşayış sahəsini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə xx.xx.2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində İcarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının sözügedən obyekti icarəyə götürməkdə məqsədi həmin sahədə restoran fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Buna uyğun olaraq iddiaçı həmin sahəni təmir etmiş, ora müvafiq avadanlıqları yerləşdirmiş və “Caffiesta” restoran adı altında həmin ünvanda fəaliyyətə başlamışdır. Həmçinin, ünvan 1əşən qeyriyaşayış sahəsi üzərində (icarə obyekti) İddiaçı MMC-nin istifadə hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarış verilmişdir. Lakin, müqavilədə nəzərdə tutulmuş icarə müddəti başa çatmamış xx.xx.2021-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh1 və digər şəxslər icarə obyektinə daxil olaraq iddiaçını icarə obyektindən zorla çıxartmış və qeyri-yaşayış sahəsinin qapılarının qıfıllarını sındırılmaq yolu ilə açarlarını dəyişdirmişdir. Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanılmış müqavilənin şərtləri kobudcasına pozulmuş və iddiaçı istifadə hüququndan məhrum edilmişdir. Bundan sonra iddiaçı öz istifadə hüquqularının bərpa edilməsi üçün məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edərək Cavabdeh2 hərəkətlərini qeyri-qanuni hesab etmiş və idiaçının mübahisə predmeti olan obyektə dair istifadə hüququnun bərpa edilməsini qət etmişdir. Cavabdeh qeyd olunan qətnamədən şikayət verməmiş və məhkəmə tərəfindən 2022-ci ilin dekabr ayında iş icraya yönəldilmişdir. Lakin, iş üzrə qəbul edilmiş icra sənədinin 1 ildən artıq müddətdir ki, icraya yönəldilməsinə baxmayaraq Cavabdeh2 icra vərəqəsinin icra olunmasından qərəzli olaraq yayınır. Sözügedən icra sənədinin icra edilməsindən yayınan cavabdeh nəinki qeyri-yaşayış sahəsindən İddiaçı MMC-nin istifadə etməsinə mane olur, həmçinin həmin qeyri-yaşayış sahəsində İddiaçı MMC-yə məxsus olan əmlakını geri qaytarmır, qanunsuz olaraq öz sahibliyində saxlayır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3764/2021 nömrəli Qərardadına əsasən ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış İddiaçı MMC-yə məxsus avadanlıqlar siyahıya alınmaqla, onların istifadəsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan cavabdehə məxsus qeyri yaşayış sahəsində İddiaçı MMC-yə məxsus olan əmlaklar aşağıdakılardır: 1. Video çəkiliş üçün aparat - 1 ədəd (Gimbal markalı) 2. Piano - 1 ədəd (Yamaxa markalı) 3. Qəhvə üçün grinder - 1 ədəd (X2 markalı) 4. Notebook - 2 ədəd (Lenovo markalı) 5. Planşet - 1 ədəd (Lenovo Yoga markalı)
6. Kassa proqramı - 1 ədəd (CAFESTA markalı) 7. Printer - 1 ədəd (Epson markalı) 8. Televizor - 1 ədəd (Mİ 43) 9. Kassa aparatı - 1 ədəd 10. Selfi lampa - 1 ədəd (Gimbal markalı) 11. Suşi hazırlamaq üçün avadanlıq - 1ədəd 12. İnternet modemi - 1 ədəd 13. Planşet - 12 ədəd (Lenovo markalı) 14. Ətçəkən - 1 ədəd (Kenwood markalı) 15. Blender - 1 ədəd (Kenwood markalı) 16. Powerbank - 40 ədəd (Lenovo markalı) 17. Flashkart - 50 ədəd (32 GB) 18. Kuryer üçün çantalar - 3 ədəd (Yerli istehsal) 19. Sac dəmir qabları - 10 ədəd (Yerli istehsal) 20. Şirəçəkən blender - 1 ədəd (Panasonik markalı) 21. Reklam logo (obyektin qarşısında yerləşdirilən) - 1 ədəd 22. Kuryer üçün üst geyimi (kurtka) - 2 ədəd
23. Moped - 1 ədəd (Angel eyes markalı) 24. Soyuducu - 1 ədəd (Öztürk markalı) 25. Buz dolabı - 1 ədəd (Öztürk markalı) 26. Dəmir masa - 2 ədəd (Titan group markalı) 27. Multivarka - 1 ədəd (moulinex markalı) 28. Aspirator - 1 ədəd (Öztürkler markalı) 29. Elektrik soba - 1 ədəd (Salamander markalı) 30. Free aparatı - 1 ədəd 31. Termos – 100 ədəd (Promo No name markalı) 32. Pərdə - 1 ədəd (Çaxır zonasını ayırmaq üçün) 33. TV üçün kranşteyn - 1 ədəd 34. Powerbank üçün adapter - 1 ədəd 35. Free aparatı üçün spiral - 1 ədəd 36. Nar şirəçəkən - 1 ədəd 37. Şirəçəkən - 1 ədəd (Braun markalı) 38. Konditer vitrini - 1 ədəd 39. Soyuducu - 1 ədəd (Pozis markalı) 40. Barın işıqları – 6 ədəd (osram markalı) 41. Barın rəfləri - 12 ədəd 42. Çaynik - 40 ədəd (Frenç markalı şəffaf) 43. Planşet üçün çexol - 12 ədəd 44. Moped üçün telefon tutacağı - 3 ədəd 45. Ofisiant üçün qol saatı - 6 ədəd 46. Termos - 100 ədəd (Promo No name markalı) 47. Suşı üçün soba - 1 ədəd (Salamander markalı) 48. Proektor - 2 ədəd (Epson markalı) 49. Monitor - 2 ədəd (Kramer markalı) 50. Quraşdırma avadanlıqları - 1 ədəd (Kramer markalı) 51. Konditer üçün mikser - 1 ədəd (Kitchen markalı) 52. Qızdırıcı lampa - 2 ədəd (No name markalı)
53. Smart saat - 1 ədəd (Amazfit markalı) 54. Çek printeri - 2 ədəd (Xprinter XP-V320N)
55. Qab - 30 ədəd (Bonna markalı) 56. Bokal - 20 ədəd (Vileroy/Bosh markalı) 57. Tava qril üçün - 1 ədəd (Tefal markalı) 58. Tava blinçik üçün - 1 ədəd (Tefal markalı) 59. Türkiyə istehsalı olan tava - 2 ədəd 60. Tərəzi - 1 ədəd (Q-6470) 61. Sous qabı – 4 ədəd (Vileroy Bosch markalı) 62. Steyk üçün taxta qab - 30 ədəd (Pashabahce markalı) 63. Qəhvə üçün bokal - 40 ədəd (Pashabahce markalı) Qeyd edilən əşya və avadanlıqların bazar dəyərinə dair mütəxəssis rəyinin verilməsi üçün tərəfimizdən "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi mütəxəssis rəyinə əsasən yuxarıda qeyd edilən siyahıda sadalanan İddiaçı MMC-yə məxsus olan əşya və avadanlıqların 01 mart 2024-cü il tarixinə bazar dəyəri 59 530 manat (əlli doqquz min beş yüz otuz) təşkil edir. Həmçinin, İddiaçı MMC cavabdehə məxsus qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra göstərdiyi xidmətlərin müştərilərə əlçatanlığının təmin edilməsi məqsədilə vebsayt və mobil tətbiq hazırlatdırmış, həmin vebsayt və mobil tətbiqin hazırlanması üçün ümumilikdə 10 000 manat (on min) vəsait sərf etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən cavabdehlərin yaratdığı maneələrə görə sözügedən icarə obyektindən faktiki olaraq istifadə edə bilmədiyi üçün iddiaçıya məxsus qeyd edilən sayt və mobil tətbiqdən istifadə edə bilməmiş və maddi ziyana uğramışdır. Qeyd edilən əşya və avadanlıqların iddiaçıya qaytarılması üçün tərəfimizdən 02 mart 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə cavabdehlərin hər birinə pretenziya məktubu göndərilmiş, sözügedən əmlakların 5 gün ərzində İddiaçı MMC-tə təqdim olunması tələb edilmişdir. Lakin, cavabdehlər həmin əmlakları bu günə qədər iddiaçıya geri qaytarmamışdır. Buna görə də mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurərti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi bildirdi ki, icarə münasbətlərinə faktiki olaraq 2021-ci il tarixində xitam verildiyi üçün hazırki iddiaçı icarə müqaviləsi üzrə hər-hansı əmlakın geri tələb edilməsi üzrə altı aylıq kəsici müddəti buraxmışdır. Digər tərəfdən iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olmasına dair hər-hansı sübut yoxdur. İcra Məmurunun tərtib etdiyi akt mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. İcarə obyektində olan əşyalar cavabdehə məxsusdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC (icarəçi) ilə Cavabdeh2 (icarəyəverən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən ona məxsus ünvan 1əşən qeyri-yaşayış sahəsini aylıq 2000 manat müqabilində icarəçinin istifadəsinə verməyi, icarəçi isə xx.xx.2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində icarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1491/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh2 qarşı iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" MMC-nin çıxarılması qeyri-qanuni hesab edilmiş, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı Cavabdeh2 tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələr aradan qaldırılması qətt edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 3764/2021 saylı qərardadı ilə ərizəçi MMC-nin məhkəmədə bu mübahisəyə baxılana qədər iddiaçıya məxsus 79854 (yetmiş doqquz min səkkiz yüz əlli dörd) manat dəyərində olan avadanlıqların saxlanıldığı ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış iddiaçıya məxsus avadanlıqların dağıdılmaması, sındırılmaması, başqa üçüncü şəxslərə və yaxud cavabdeh tərəfindən özünə məxsus olması adı ilə satılmaması və məhv edilməməsi məqsədilə həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 və digər üçüncü şəxslərin daxil olmasına və həmin avadanlıqlardan istifadəyə cavabdehə və digər üçüncü şəxslərə mülki işə baxılıb qurtaranadək istifadəsinə və satılmasına qadağa qoyulması barədə ərizəsi qismən təmin edilmiş və ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış iddiaçıya məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02-22/24 saylı rəyinə əsasən "xxxx" MMCyə məxsus olan əşya və avadanlıqların xx.xx.2024-cü il tarixinə bazar dəyəri 59530 manat təşkil edir.
10. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
11. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
12. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.
13. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.
14. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2).
15. Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir.
16. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir.
17. Belə ki, iddiaçı Məhkəməyə sübutlar qismində yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını təqdim etmişdir. Həmin qərardada əsasən İddiaçı MMC-nin Cavabdeh2 qarşı bildirişin etibarsızlığı, müqavilə şərtlərinin həyata keçirilməsinə şərait yaradılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi zərər, pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia üzrə mülki işlə bağlı iddianın təmin etmə tədbiri haqqında iddiaçının ərizəsi qismən təmin edilərək, ünvan 1əşən ümumi sahəsi 389,9 kv.m olan qeyri yaşayış sahəsində quraşdırılmış iddiaçıya məxsus avadanlıqlar siyahiya alınmaqla, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qadağan edilmişdir.
18. Həmin qərardadın icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021ci il tarixli akt tərtib edilmiş və avadanlıqların siyahısı təqdim etmişdir.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən borclunun etibarnamə üzrə nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmiş, siyahıda olan və aşkar edilmiş əmlaklar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. Həmin aktda baxış keçirilən zaman müəyyən edilir ki, hazırki iddia üzrə tələb edilən bəzi aşyaların mövcüdluğu icra məmuru tərəfindən müəyyən edilmədi.
20. İddiaçı iddianı sübut edəcək başqa sübut (tələb edilən bütün əşyaların mövcüdluğu, əşyaların iddiaçıya məxsus olması və s.) təqdim edə bilməmişdir. Qərardadın icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş akt isə həmin əşyalara dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.
21. İddiaçının digər - iddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun tutulması tələbi də məhkəmə gedişatı zamanı heç bir sübut ilə təsdiq edilmədiyi üçün, məhkəmə tərəfindən əsassız hesab edilir.
22. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar icarəçiyə məxsus avadanlıq və əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı MMC-yə məxsus olan iddia ərizəsində qeyd edilən 63 adda əşya və avadanlığın və yaxud həmin əşya və avadanlıqların əvəzi olaraq 59530 manat pulun, həmçinin iddiaçıya məxsus vebsayt və mobil tətbiqin hazırlanması üçün çəkilən xərcin əvəzi olaraq 10000 manat pulun, mütəxəssis rəyi üçün ödənilmiş 300 manat xidmət haqqının, ödənilmiş 300 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova