Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2643/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “payına mütənasib olaraq əmlak” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan və İddiaçı payına mütənasib olaraq ona çatmalı olan qeyri-yaşayış sahərinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin digər həmtəsisçiləri arasında 24 may 2016-cı il tarixdə “payların alqı-satqısı müqaviləsi” bağlanmışdır. Həmin həmtəsisçilərdən biri İddiaçı olmaqla X2 ilə birlikdə 40% paya sahibdir. Cavabdeh Nizamnaməsinə əsasən MTK-nın təsisçiləri Qanuni nümayəndə (40%), İddiaçı (20%), X2 (20%), X5 (10%) və X3r (10%). Əldə edilən məlumata əsasən hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Qanuni nümayəndə İddiaçı məxsus və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 202a ünvanında yerləşən qeyri-yaşayış sahələrini satmaq və təmir etmək niyyətindədir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, işə məhkəmədə baxılmalı deyil, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 110-1.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. - 110-1.2-ci maddəsinə əsasən kooperativ üzvlərinin pay haqlarına onların şəxsi borclarına görə tutma yalnız bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş halda və qaydada yönəldilə bilər. - 110-1.3-cü maddəsinə əsasən kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər. - 110.5. Kooperativin ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında onun nizamnaməsinə uyğun olaraq bölüşdürülür. - 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. İş materiallarında olan Cavabdeh MTK-nın nizamnaməsinin 4.1-ci bəndinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunun təşkil edir. Üzvlər pay fondunun öz mütləq pay haqlarını pul şəklində, habelə daşınar və daşınmaz əmlak formasında qoya bilər. Kooperativin pay fondu ümumi yığıncağı qərarı ilə müəyyən edilir. Həmin Nizamnamənin 6.1-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxmaq ərizə əsasında, Ümumi Yığıncağın qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 6.5-ci bəndinə əsasən Kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) kooperativ üzvünün çıxarılması haqqında qərar qəbul edildiyi gündən iki aydan çox olmayan müddətdə qaytarılır. Həmin Nizamnamənin 7-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən xaric etmə, pay haqqı və digər ödənişlərin həcmini və onların üzvlər tərəfindən ödənilmə qaydalarını, pay haqqını tam ödəməyən üzvlərin məsuliyyəti məsələlərini müəyyənləşdirmək, kooperativ üzvləri arasında mənzil bölüşdürmək və s. məsələləri ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. Həmin Nizamnamənin 12.3-cü bəndinə əsasən kooperativə üzv qəbul edilmiş şəxsə kooperativin binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış sahəsi verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən kooperativə məxsus binalardan pay haqqının verilməsi kooperativin nizamnaməsinə əsasən ümumi yığıncağın səlahiyyətinə aid edilən məsələ olduğundan, hazırkı məsələ ilə bağlı MTK-nın ümumi yığıncağının qərarı olmadığı üçün hazırki iddia tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “payına mütənasib olaraq əmlak” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli **********60 saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qeri qaytarılsın. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilə. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2643/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2643/2025
21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver