Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-266/2021 27.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin cavabdehlər “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehlərdən gömrük bəyannamələri üzrə müvəqqəti idxal xüsusi gömrük proseduruna görə, xx.xx.2020-ci ilə qədər yaranmış 1324161.39 manat və gecikdirilmiş gömrük borcuna görə hesablanmış dəbbə pulunun miqdarı 471401.14 manat, ümumillikdə 1795562,52 manatın tutularaq dövlət hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən gömrük bəyannamələri üzrə müvəqqəti idxal xüsusi gömrük proseduruna görə, xx.xx.2020-ci ilə qədər yaranmış 1324161.39 manat və gecikdirilmiş gömrük borcuna görə hesablanmış dəbbə pulunun miqdarı 471401.14 manat, ümumillikdə 1795562,52 manatın tutularaq dövlət hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəməyə gəlmədiklərinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin cavabdehlər “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehlərdən gömrük bəyannamələri üzrə müvəqqəti idxal xüsusi gömrük proseduruna görə, xx.xx.2020-ci ilə qədər yaranmış 1324161.39 manat və gecikdirilmiş gömrük borcuna görə hesablanmış dəbbə pulunun miqdarı 471401.14 manat, ümumillikdə 1795562,52 manatın tutularaq dövlət hesabına ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-266/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-266/2021
27.01.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver