Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2843/2021 24.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə, "xxxx" Azərbaycan-X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Azərbaycan-X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Azərbaycan İnkişaf Şirkətindən Bakı şəhəri “Nizami adına Mədəniyyət və İstirahət” parkında istifadəsində olan 20500 kv.m torpaq sahəsini zəbt etdiyinə görə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 57/2-də yerləşən onun istifadəsində olan 20500 kv.m. torpaq sahəsinin boşaldılması və həmin ərazidə yerləşən tikili və qurğuları dağıdaraq zərər vurmuş "xxxx" Azərbaycan İnkişaf Şirkətindən vurduğu zərərə görə onun xeyrinə ******* manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyətinin razılığı ilə Bakı şəhəri “Nizami adına Mədəniyyət və İstirahət parkı” (gələcəkdə park adlanacaq) ilə iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" Azərbaycan X10 (Gələcəkdə müəssisə adlanacaq) tərəfindən 10 yanvar 2007-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtinə əsasən Nobel prospekti 57/2-də yerləşən parkın balansındakı təsdiq olunmuş layihə əsasında yerləşdiriləcək müasir tipli əyləncə atraksionlarından və başqa xidmət növlərindən istifadə etməklə əldə edilən gəlirdən hər ayın 25-dən gec olmayaraq, razılaşdırılmış ödənişi etməlidir. Müqavilə müddəti 20 oktyabr 1999-cu ildən 20 oktyabr 2020-ci il tarixinə kimi nəzərdə tutulmuşdur. Müəyyən səbəblərdən müəssisənin fəaliyyətində problemlər yarandığından müqavilə şərtlərinə yenidən baxılmış və müəssisə ilə park arasında 06.01.2015-ci il tarixli razılaşmaya əsasən müqavilə müddəti 2027-ci ilə kimi uzadılmışdır. Müəssisənin istifadəsində olan tikililərin və parkın ərazisində razılaşdırılmış layihə əsasında yerləşdirilən müasir tipli əyləncə atraksionları, tikililər razılıq olmadan, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, zor tətbiq edərək "xxxx" Azərbaycan İnkişaf şirkətinin işçiləri tərəfindən sökülmüş və iddiaçının istifadəsində olan torpaq sahəsi zəbt edilmişdir. İddiaçının dövlət qurumlarına müraciətinə baxmayaraq heç bir tədbir görülməmiş və qanunsuz olaraq aparılan söküntüyə hüquqi qiymət vermək əvəzinə, Bakı Şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin 105-9800-1220 saylı 30.07.2020ci il tarixli məktubu ilə baş vermiş hadisənin mülki məsələ olduğu qənaəitinə gəlmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Xətai Rayon İcra hakimiyyətinin isə M- 311-159 saylı 10.09.2020-ci il tarixli cavab məktubunda bildirilmişdi ki, iddiaçının istifadəsində olan ərazi, “Ağ şəhər” layihəsi əsasında torpaq sahəsi inşaat işlərinin davam etdirilməsi məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Azərbaycan İnkişaf şirkətinə verildiyini və cavabı hazırlayarkən əraziyə baxış apardıqları zaman mülkiyyətidə olan əmlakın sökülməsi halına rast gəlinmədiyi qeyd edilmişdir. Xətai İcra Hakimiyyəti qanunu istifadədə olan, icarə müqaviləsi ilə iddiaçının istifadəsinə verilən torpaq sahəsini hansı əsaslarla "xxxx" Azərbaycan İnkişaf Şirkətinə verildiyini bildirməmişdir. Dövlət qurumlarına müraciətə baxmayaraq heç bir tədbir görülməmiş və qanunsuz olaraq aparılan söküntünün mülki məsəslə olduğunu və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçının istifadə və mülkiyyətində olan tikili və qurğuların dağıdılıb sökülməsinin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri görülməsi xahişi ilə ərizə ilə Bakı İnzibat Məhkəməsinə müraciət edilsə də Bakı İnzibati Məhkəməsinin MXMT (112)-21/2020 saylı 31.08.2020-ci il tarixli Qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh "xxxx" Azərbaycan İnkişaf Şirkəti iddiaçının istifadəsində olan torpağı zəbt edərək, ona məxsus olan tikililəri və əyləncə konstruksiyalarını söküb dağıdaraq tam yararsız hala saldığından, dəyən ******* manat məbləğində zərərin əvəzini ödəməli və iddiaçının istifadəsində olan "xxxx" uşaq və gənclər istirahət mərkəzinin ümumi sahəsi 20500 kv.metr torpaq sahəsini tam azad etməlidir. Beləliklə cavabdeh "xxxx" Azərbaycan İnkişaf Şirkəti bizim işguzar nüfuza xələl gətirərək, “Nizami adına Mədəniyyət və İstirahət parkı”nda iddiaçının istifadəsində olan 20500 kv.metr torpaq sahəsini zəbt etmiş və onlara ******* mant məbləğində zərər vurmuşdur Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, "xxxx" MMC hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməməli idi. Belə ki, AR Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli, 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə AR Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “İİ. Təsərrüfat hesablı qurumlar” bölməsinin “6. Mədəniyyət və istirahət parkları” hissəsinin 6.2 - 6.59-cu bəndləri ləğv edilmiş, bu qərarın 1-ci hissəsi ilə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılmış mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdir. İş materiallarından göründüyü kimi, Xətai Rayon İcra Hakimiyyətinin razılığı ilə Bakı şəhəri “Nizami adına Mədəniyyət və İstirahət parkı” ilə "xxxx" Azərbaycan X10 arasında müvafiq müqavilə imzalanmışdır. "xxxx" Azərbaycan X10 "xxxx" MMC ilə heç bir hüquqi münasibətlərdə olmamış və "xxxx" MMC-nin "xxxx" Azərbaycan X7rşısında hər hansı bir öhdəliyi yoxdur. Mövcud vəziyyətdə “Nizami adına Mədəniyyət və İstirahət parkı” Xətai Rayon İcra Hakimiyyətinin tabeliyindədir və müqavilə məhz İcra Hakimiyyətinin razılığı ilə bağlanmışdır. Odur ki, belə olan halda "xxxx" MMC hazırkı iddia tələbi üzrə cavabdehlik daşımır. “Nizami adına Mədəniyyət və İstirahət parkı” ilə "xxxx" Azərbaycan X10 arasında imzalanmış 10 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən “Nizami adına Mədəniyyət və İstirahət parkı”nın mülkiyyəti və əmlakı olan balansdakı təstiq edilmiş layihə əsasında göstərilən ərazisini "xxxx" Azərbaycan X6 balansında olan və layihə əsasında yerləşdirilməsi və gələcəkdə yerləşdiriləcək müasir tipli əyləncə atraksionlarını əhaliyə mədəni xidmət göstərmək məqsədi ilə müddətli istifadəsinə vermiş və ona aid müvəqqəti səyyar ticari xidmət obyektlərinin yerləşdirilməsinə şərait yaratmasını nəzərdə tutmuşdur. Qeyd olunan müqavilə ilə "xxxx"MMC-yə torpaq sahəsi icarəyə verilməmiş və torpaq sahəsinin icarəyə verilməsinə heç bir hüququ yoxdur. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bundan əlavə iddiaçının iddia ərizəsində göstərdiyi müəssisənin istifadəsində olan tikililərin və parkın ərazisində razılaşdırılmış layihə əsasında yerləşdirilən müasir tipli əyləncə atraksionların, tikililərin onların razılıqları olmadan, qanuncericiliyin tələblərini kobud şəkildə pozaraq, zor tətbiq edilməsi ilə "xxxx" Azərbaycan İnkişaf şirkətinin işçiləri tərəfindən sökülməsi və istifadələrində olan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı hər hansı bir möhtəbər sübut təqdim edilməmişdir. İddia ərizəsində qeyd olunduğu kimi iddiaçı tərfindən dövlət qurumlarına olan müraciətlərinə baxmayaraq heç bir tədbir görülməmiş və qanunsuz olaraq aparılan söküntüyə hüquqi qiymət vermək əvəzinə, Bakı Şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin 105-9800-1220 saylı 30.07.2020-ci il tarixli mektubu ilə baş vermiş hadisəni mülki məsələ olduğu qənaəitinə gəlmiş və məhkəməyə müraciət etmək tövsiyə etmişdir. Bu hal bir daha onu sübut edir ki, mübahisəli ərazidə "xxxx" MMC tərəfindən hər hansı bir söküntü işləri aparılmamış və iddiaçıya məxsus hər hansı bir əmlak götürülməmişdir. Əks təqdirdə isə bununla bağlı müvafiq tədbirlər görülməli və qeyd olunan hərəkətlər barədə müvafiq olaraq cinayət və ya inzibati tədbirlər görülməli idi. Bundan əlavə olaraq, iddia ərizəsinə əlavə edilmiş Xətai Rayon İcra hakimiyyətinin M-311-159 saylı 10.09.2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, əraziyə baxış zamanı tikinti şirkəti tərəfindən iddiaçının mülkiyyətində olan əmlakın sökülüb daşınması halına rast gəlinmədiyi qeyd edilmişdir. Bu məktubdan açıq-aşkar görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər tam əsassızdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılmışdır. Bu Sərəncam bir daha onu sübut edir ki, Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edildiyindən mübahisəli ərazidə söküntü, tikinti işlərin aparılmasının "xxxx" MMC-yə hər hansı bir aidiyyəti yoxdur. Belə olan halda, "xxxx" Azərbaycan X6 hazırkı iddia tələbi heç bir qanuni əsası yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 28.09.2006-cı il tarixli, 1697 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 iyun 2007-ci il tarixli, 262 nömrəli Sərəncamı ilə "xxxx" Azərbaycan İnkişaf Şirkətinin 03.05.2007-ci il tarixli, Ç05/07-018 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 16.05.2007-ci il tarixli, 22-425 saylı, Xətai Rayon İcra Hakimiyyəti başçısının 04.06.2007-ci il tarixli, YT-34 saylı razılıq məktubları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 06.06.2007-ci il tarixli, DEİ 775 saylı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.06.2007-ci il tarixli, AƏ-01/97 saylı rəyləri nəzərə alınaraq, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Azərbaycan Şirkətinə icazə verilmişdir. Həmin sərəncamın 2.5-ci bəndində qeyd olunmuşdur ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır. Qeyd olunan ərazilərdə tikinti işləri "xxxx" MMC tərəfindən aparılmır. Həmçinin, iddiaçı yalnız mövcud hüquq və qanunla qorunan maraqlarının pozulduğu hallarda həmin pozuntularından qorunma tədbirləri görə, eləcə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. "xxxx" MMC tərəfindən "xxxx" Azərbaycan X6 əmlakının yerləşdirdiyi ərazidə heç bir söküntü işləri aparılmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında bildirdi ki, o, 1997-ci ilin aprel ayında Nizami parkına direktor təyin edilmişdir. Həmin park uzun müddət baxımsız olduğundan bərbad vəziyyətdə olmuşdur. O, direktor təyin olunandan sonra orada təmir-tikinti işləri aparılmış, atraksionlar qoyulmuşdur. 1999-2000-ci illərdə atraksionların quraşdırılmasına başlanılmışdır. 10 il müddətinə park yaxşı işləmişdir. Sonradan parkın bir hissəsi “Ağ şəhər”ə aid olmuş, orada söküntü işlərinin olacağı bildirilmişdir. 2014-cü ilin dekabr ayında park fəaliyyətini faktiki olaraq dayandırmışdır. Park hazırda dağıntı vəziyyətindədir. “Ağ şəhər”in rəhbərliyi tərəfindən onlara bildirilmişdir ki, sahəni boşaltsınlar. Atraksionların 90 faizi "xxxx" tərəfindən ərazidən götürülmüşdür. Ərazidəki tikililər “Ağ şəhər”in rəhbərliyi tərəfindən tərəfindən sökülmüşdür. Atraksionlar götürüləndə işlək vəziyyətdə olmuşdur. "xxxx"-ın rəhbərliyi sahəyə buraxılırdı, lakin işləməyə icazə verilmirdi. “Ağ şəhər”in işçisi Samir adlı şəxs həmin sahəyə gəlib-gedir, söküntüyə rəhbərlik edirdi. Onlara Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar müəllim bildirmişdir ki, ora qeyri-rəsmi direktor təyin olunub. O, təhvil-təslim aktı ilə möhürü Samir adlı şəxsə təhvil vermişdir. Təhvil-təslim aktında "xxxx" MMC-nin möhürü olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirdi ki, 2000-2014cü illırdə parkda yerləşən kafenin sahibkarı olmuşdur. O, həm çayxananı işlətmiş, eyni zamanda 2020-ci ilin iyun ayınadək parkın qeyri-rəsmi gözətçisi omuş və həmin tarixdə kafe sökülmüşdür. Həmçinin “Ağ Şəhər”ə Eldar və Asif adlı şəxslər gəlmiş və öz mühafizəçilərini yerləşdirib onları parka buraxmamışlar. Atraksionlar sökülməmiş, işlək vəziyyətdə olmuşdur. O, Samir adlı şəxsi parkın direktoru kimi tanımışdır. Atraksionların kim tərəfindən aparılması barədə onun mılumatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında göstərdi ki, o, Eldar adlı şəxsin rəhbərliyi altında fəhlə işləmiş, 2020-ci ilin iyun ayından avqust ayınadək oranın qeyri-rəsmi işçisi olduğunu və "xxxx"da tikililərin sökülməsi ilə məşğul oldmuşdur. O, rəhbərlikdən Hasim adlı prorab və Eldar adlı müdiri tanımışdır, lakin onların soyadlarını bilmlr. Onlar təxminən 20-25 nəfər fəhlə olmuş, işdə xüsusi qara rəngli forma geyimişlər. “Ağ şəhər”in ofisinin harada yerləşməsi barədə məlumatı yoxdur. Onların rəhbəri Eldar müəllim vaqonda oturmuşdur. İş materiallarında olan: - Bakı şəhəri Xərai Rayon İcra Hakimiyyəti başçısının Nizami adına “Mədəniyyət və İstirahət Parkı”na ünvanladığı məktubunda Bakı şəhər Mədəniyyət İdarəsinin razılığı nəzərə alınaraq, parkın ümumi quruluşuna və mövcud yaşıllıqlara xələl gətirmədən, uçaqların istirahətini təşkil etmək məqsədilə təqdim edilmiş cizgilərə və baş plana əsasən attroksionların quraşdırılmasına və istirahət güşəsinin təşkilinə icazə verilmiş və attroksionların və istirahət güşəsinin yerləşəcəyi sahələr "xxxx" Azərbaycan-X6 vəsaiti hesabına abadlaşdırılması, ərazini sanitariya vəziyyətinə nəzarət, yaşıllıqların bərpası və mövcud yaşıllıqlara qulluğun təmin edilməsi tapşırılmışdır. - Bakı şəhəri Nizami adına Mədəniyyət və İstirahət parkı ilə Bakı şəhəri "xxxx" Azərbaycan-iran Birgə arasında bağlanmış 10.01.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 57/2 ünvanda yerləşən “Park”ın mülkiyyəti və əmlakı olan balansdakı təsdiq olunmuş layihə əsasında göstərilən ərazisini, “Müəssisə”nin balansında olan və layihə əsasında orda yerləşdirilmiş və gələcəkdə yerləşdiriləcək müasir tipli əyləncə attraksionlarını əhaliyə mədəni xidmət göstərmək məqsədi ilə müəssisənin müddətli istifadəsinə verir və ona aid müvəqqəti səyyar ticari xidmət obyektlərinin yerləşdirilməsinə şərait yaradır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 iyun 2007-ci il tarixli, 262 nömrəli Sərəncamı ilə "xxxx" Azərbaycan İnkişaf Şirkətinin 03.05.2007-ci il tarixli, Ç05/07-018 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 16.05.2007-ci il tarixli, 22-425 saylı, Xətai Rayon İcra Hakimiyyəti başçısının 04.06.2007-ci il tarixli, YT-34 saylı razılıq məktubları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 06.06.2007-ci il tarixli, DEİ 775 saylı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.06.2007-ci il tarixli, AƏ-01/97 saylı rəyləri nəzərə alınaraq, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Azərbaycan Şirkətinə icazə verilmişdir. - Bakı şəhəri Xətai İH başçısının 10.09.2020-ci il tarixli, M-311-159 saylı məktubunda Bakı Şəhər İcra Hakimiyyətinin 11.06.2007-ci il tarixli 262 saylı sərəncamına əsasən Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospketi və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələr, Nobel prospekti ilə Xəzər dənizi arasında olan ərazilər, o cümlədən Nizami adına mədəniyyət və istirahət parkı MMC-nin ərazisi “Ağ şəhər” layihəsi çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətinə verilmişdir. “Bakı-Ağ şəhər” layihəsi üzrə prespektiv inkişaf planda inşaat işlərinin davam etdirilməsi və "xxxx" QSC-nin prespektiv inkişaf sxeminə uyğun olaraq aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar “Ağ şəhər” metrostansiyasının parka çıxışının təmin olunması məqsədilə parkın ərazisində qəzalı vəziyyətdə olan və şəhərin memarlıq üslubuna xələl gətirən köhnə tikililər sökülmüşdür. Əraziyə baxış zamanı tikinti şirkəti tərəfindən qeyd olunan müəssisənin mülkiyyətinfə olan əmlakın sökülüb daşınması halına rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Ümumiyyətlə, mülki qanunvericilikdə öhdəliklərin əmələ gəlmə əsasları aşağıdakı kimi fərqləndirilmişdir: - müqavilədən əmələ gələn öhdəliklər; - qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma); - mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Hər hansı bir öhdəliyin yaranması üçün yuxarıda göstərilən əsaslardan biri mövcud olmalıdır, yəni, öhdəliyin həm müqavilə üzrə, həm də digər əsaslarla əmələ gəlməsi mümkün deyildir. Hazırkı iddianın predmetini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 57/2-də yerləşən onun istifadəsində olan 20500 kv.m. torpaq sahəsinin boşaldılması və həmin ərazidə yerləşən tikili və qurğuları dağıdaraq zərər vurmuş "xxxx" Azərbaycan İnkişaf Şirkətindən vurduğu zərərə görə onun xeyrinə ******* manat məbləğində vəsaitin tutulması təşkil edir. İddiaçı iddianın faktiki əsası kimi istifadəsində olan tikililərin və parkın ərazisində razılaşdırılmış layihə əsasında yerləşdirilən müasir tipli əyləncə atraksionları, tikililər razılıq olmadan, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, zor tətbiq edərək "xxxx" Azərbaycan İnkişaf şirkətinin işçiləri tərəfindən sökülməsinə və iddiaçının istifadəsində olan torpaq sahəsi zəbt edilməsinə, hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşdən göründüyü kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin razılığı ilə Bakı şəhəri “Nizami adına Mədəniyyət və İstirahət parkı” ilə "xxxx" Azərbaycan X10 arasında müvafiq müqavilə imzalanmışdır. Həmin müqavilə ilə iddiaçı “Müəssisə”nin balansında olan və layihə əsasında orda yerləşdirilmiş və gələcəkdə yerləşdiriləcək müasir tipli əyləncə attraksionlarını əhaliyə mədəni xidmət göstərmək məqsədi ilə müəssisənin müddətli istifadəsinə verir və ona aid müvəqqəti səyyar ticari xidmət obyektlərinin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Yəni “Nizami adına Mədəniyyət və İstirahət parkı” Xətai Rayon İcra Hakimiyyətinin tabeliyindədir və müqavilə məhz İcra Hakimiyyətinin razılığı ilə bağlanmışdır. Halbuki iddiaçının iddia tələbini yönəltdiyi cavabdeh ərazidə sadəcə layihələndirmə işlərini həyata keçirmişdir. Lakin, ərazidə baş verən söküntü işlərinin məhz həmin cavabdeh tərəfindən həyata keçirilməsi işin halları ilə və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının vəsatətinə əsasən dindirilmiş şahidlərin ifadələrində də söküntü işlərinin məhz "xxxx" MMC tərəfindən aparılması təsdiqini tapmamış, şahid ifadələrində adları çəkilən şəxslərin "xxxx" MMC-yə aidiyyatının olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Azərbaycan-X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2843/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2843/2021
24.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver