Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2928/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 600574 №li akt əsasında İddiaçınə su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün hesablanmış 6964 (altı min doqquz yüz altmış dörd) manat məbləğində borcun, Cavabdeh ASC tərəfindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh açıq səhmdar cəmiyyəti, 08 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə İddiaçı tərəfindən inşa edilərək istismara qəbul edilmiş İV girişli 16 mərtəbəli binada iddiaçının məsul şəxslərinin iştirakı olmadan yoxlama keçirmiş və guya bu yoxlama zamanı müəyyən qanun pozuntuları aşkarlamışdır. Nəticədə cavabdeh 08 iyul 2021-ci il tarixli yoxlama əsasında xx.xx.2021-ci il tarixli 600574 № li akt tərtib etmiş və iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 6964 (altı min doqquz yüz altmış dörd) manat məbləğində borc hesablamışdır. xx.xx.2021-ci il tarixli 600574 № li aktda qeyd edilmişdir ki, binanın sanitar qovşağında istifadə olunan su xətti üzərində smart CSS- 20 markalı, 22399 nömrəli su sayğacı quraşdırılmışdır. Binanın daxilində su sayağacından keçmədən d=32 mm xətt aşkar olunmuşdur. Əlavə olaraq müqaviləsiz qrant su xətti (iç diametri d=25 mm olan kənar xətt) konalizasiya şəbəkəsinə axıdılması aşkar edilmişdir. Yuxarıda qeyd edilən akt əsasında xx.xx.2021-ci il tarixli qaimə tərtib olunaraq heçbir hesablanma qaydası göstərilmədən və qanunsuz xətt sübuta yetirilmədən sonda isə bütün bu gedişat barəsində iddiaçıya heç-bir məlumat verilmədən, su xidməti üçün 3482 kubmetr sərfiyyat qeyd edilməklə, 3482 manat və çirkab su xidməti üçün 3482 kubmetr sərfiyyat qeyd edilməklə 3482 manat, ümumilikdə 6964,00 manat dəymiş maddi ziyana görə borc hesablanmışdır. Bütün bu qeyd edilən hallardan və hesablanmış borcdan yalnız iddiaçı 13 avqust 2021-ci ildə məlumatı olmuşdur. xx.xx.2021-ci il tarixli 600574 №li aktda qeyd edildiyi kimi, ünvan 1 ünvanında yerləşən İddiaçı tərəfindən inşa edilərək istismara qəbul edilmiş İV girişli 16 mərtəbəli binada diametri 32 mm olan su xətti ümumiyyətlə mövcud deyildir və elə bir xətt olmadığından hər-hansı sayğacadan kənar çirkab suları kanalizasiya xəttinə axıdılmır. Bu barədə cavabdehə məlumat verilsə də heç bir əhəmiyyəti olmamışdır. Bununla bağlı əvvəllər Bakı İnzibati Məhkəməsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilsə də qeyd edilən məhkəmələrin müvafiq məhkəmə aktları ilə müraciət geri qaytarılmışdır. Odur ki, hal-hazırda cavabdeh ilə iddiaçı arasında olan kommersiya münasibətləri müvafiq olaraq Bakı Kommersiya Məhkəməsində mübahisələndirilir. Cavabdehlə iddiaçı arasında su və çirkab sularının istifadəsinə dair 13950968 saylı, 075094 nömrəli müqavilə bağlanmış və iddiaçıya 0750xx-xx/1643 saylı abonent nömrəsi verilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmamış, cavabdehin iddia etdiyi pozuntular sübuta yetirilməmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli 600574 № li aktla iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 6964 (altı min doqquz yüz altmış dörd) manat məbləğində hesablanmış borc məbləğinin silinməsi və iddiaçının hüquqlarının bərpa edilməsi zərurəti yaranmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, ünvana baxış keçirilmiş, sudan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi aparılmış yoxlamanın qanunvercilikdə nəzərdə tutulmuş qaydada reyestrdə rəsmi qeydiyyata alınmadığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021 tarixli ********* nömrəli qanunsuz istifadə fakturasında Cavabdeh ASC Yasamal rayon Sukanal İdarəsi tərəfindən 6.964 manat vurulmuş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş 600574 nömrəli aktda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, binanın sanitar qovşağında istifadə olunan su xətti üzərində yuxarıda qeyd edilmiş su sayğacı quraşdırılmışdır. Binanın daxilində su sayğacından keçməyən d=32 mm xətt aşkar olundu. İddiaçınə məxsus abonent hesabı çıxarışından məlum olur ki, 2021 iyul ayı üzrə 6.968 manat cərimə hesablanması qeyd edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçınə məxsus olan sayğac barədə akt tərtib edilmiş, həmin akt əsasında 6.964 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı aparılmış yoxlamanın qanunvercilikdə nəzərdə tutulmuş qaydada reyestrdə rəsmi qeydiyyata alınmadığı müəyyən edilmişdir. V. Tətbiq edilən hüquq: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, 6.964 manat məbləğində hesablanmış cərimə məbləği silinməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə hesablanmış 6.964 manat borc həmin hesabdan silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2928/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2928/2023
10.08.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver