Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2945/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X9 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarxili ******* nömrəli təbii X5nın pozulması haqqında aktı əsasında qanunsuz hesablanmış və **********00025 saylı abonent hesabında qeydiyyata alınmış 2304,72 manat borcun silinməsi və əvvəlcədən ödənilmiş rüsumunun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün Cavabdehnə müraciəti əsasında layihə smeta sənədləri hazırlanmış, ünvanda xx.xx.2023-cü il tarixdə G6 markalı **********9 saylı sayğac quraşdırılmış və nəhayət xx.xx.2023-cü il tarixdə Asan Xidmət Mərkəzində bağlanılmış AMX1709/23 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyri yaşayış sahəsinə təbii qaz verilmişdir. Keçən müddət ərzində isə aylıq istifadə olunan qazın dəyəri təqdim edilən faktura əsasında tam şəkildə ödənilmişdir. Bununla belə inhisarçı statusunda olan Cavabdeh bununla yetinməyərək iddiaçının sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr etməklə maliyyə sanksiyaları tətbiq edir və bu yolla əsassız pul mənbəyi əldə etməyə cəhd edir. Belə ki, Cavabdeh yerli struktur idarəsindən ona məxsus qeyri-yaşayış sahəsində plandankənar yoxlama apardıqlarını, yoxlama zamanı bir sıra çatışmamazlıqlar aşkar edildiyi və bu səbəbdən müəssisəyə gəlməyi tələb olunmuşdur. Bununla əlaqədar cavabdeh müəssisədə xx.xx.2024-cü il tarixdə olduğu zaman ona bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində yoxlama apardıqları zaman obyektdə istismarda olan qaz qurğularının ümumi saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması müəyyən edilmişdir. Bu səbəbdən onların tərtib etdikləri sənədlərlə və yoxlama ilə bağlı iddiaçının yazılı razılığını bildirdiyi halda onu az miqdarda cərimə edəcəklərini, əks halda 3000 manatadək cərimə yazılacağı bildirmişlər. Lakin iddiaçı cavabdeh müəssisənin apardığı yoxlamadan məlumatının olmadığını, qeyri-yaşayış sahəsində hər hansı kənarlaşmanın olmasının mümkünsüz olmasını, hər ay təqdim edilən hesaba uyğun qazın dəyərini ödədiyindən bir tərəfli qaydada tərtib edilmiş sənədlərdən imtina etmiş və onun təkidi ilə ona xx.xx.2024-cü il tarixli KY242259230 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın və xx.xx.2024-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında aktın surəti təqdim edilmişdir. Bundan sonra cavabdehin nümayəndələrinin özlərinin iddia etdikləri xx.xx.2024-cü il tarixdə apardıqları qanunsuz yoxlamanın araşdırılması, qanunsuz hərəkətə yol vermiş şəxslərin cəzalandırılması və xx.xx.2024-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında akt əsasında hesablanmış (mənə qeyri müəyyən olan) cərimənin silinməsi üçün pretenziya qaydasında xx.xx.2024-cü il tarixdə Cavabdehnə müraciət etmişdir. Müraciətə cavab olaraq isə xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin X10 İstismar İdarəsinin nümayəndələri tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242259230 nömrəli çıxarış əsasında iddiaçıya məxsus qeyri yaşayış sahəsinin (cücə saxlama) qaz təchizatına baxış keçirilmiş, baxış zamanı obyekdə istismarda olan qaz qurğularının ümumi saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması müəyyən edilərək yoxlamaların aparılması barədə zəruri sənədlər tərtib edilmiş, xx.xx.2024-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında akt əsasında 2304.72 manat dəymiş ziyan müəyyən edilmişdir. Lakin Cavabdeh İB-nin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 14-2-2/2-A-764-5/2025 nömrəli məktub yalnız məlumat xarakterli olmuş və iddiaçının müsbət mənada müraciətinin həlli isə nəticə verməmişdir. Hazırda mübahisəsiz hal iddiaçının sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesabında 2304,72 manat cərimənin qeydə alınmasıdır. Bununla əlaqədar qeyri-müəyyən qaydada qeydə alınan borcun silinməsi məsələsinə baxılması, əks halda həmin cərimənin yazılmasına əsas olmuş sənədlərin təqdim edilməsi üçünn elektron qaydada yenidən cavabdeh təşkilata pretenziya qaydasında müraciət edilib. Lakin müraciətdə qaldırılan məsələ ilə bağlı qarşı tərəf hər hansı münasibət bildirməmişdir. Bununla belə cərimənin yazılması ilə bağlı əldə edilən sənədlərdən göründüyü kimi tətbiq edilmiş maliyyə sanksiyası tamamilə qanunverciliyin tələblərinə ziddir. Belə ki, cavabdeh təşkilatın birtərəfli qaydada tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında aktdan göründüyü kimi qeyri yaşayış sahəsinə yoxlama keçirən şəxslər Umud İskəndərov, Vüqar Ələkbərov, Rəşad Paşazadə, Kamal Verdiyev olmuş, aktda qeyd olunur ki, obtektdə quraşdırılmış G6 markalı qaz sayğacının maksimal ölçmə həddi 10 m3/saat olduğu halda cihazların ümumi saatlıq maksimal qaz sərfi 19.7 m3/saat-dır, müəssisədə 9.7 m3/saat sərfiyyat aşma aşkar edildi, dəymiş ziyan hesablansın ödənilməsi təmin edilsin. Cavabdeh İB-nin nümayəndələrinin iddiaçıya məxsus sahibkarlıq sahəsində hər hansı yoxlamaların keçirilməsi ilə bağlı məlumatı və iştirakı olmamış və ya ona məlumat verilməmiş, yoxlamanın keçirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və digər sənədlər təqdim edilməmiş, yoxlayıcılardan Kamal Verdiyevin yoxlama keçirmələri ilə bağlı adlarının qeyd olunduğu vahid məlumat reyestrindən çıxarış olmamış, ümumiyyətlə isə qeyri yaşayış sahəsində hər hansı kənarlaşma olmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3.5, 5.1-ci maddəsi, “X5”nın 2.11-1 və 2.11-2-ci maddəsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna istinad olunmuşdur. İddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsində göstərilənlərdən əlavə digər əsaslara görə cavabdehin tətbiq etdiyi cərimənin əsassız olduğunu qeyd edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 6-5.4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısının və istehlakçının nümayəndəsi tərəfindən imza edilmiş akt tərtib edilməli, istehlakçı imza etməkdən imtina etdikdə isə pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin hazırda cavabdeh tərəfindən belə bir qeydiyyatı əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, pozuntu yalnız birtərəfli qaydada tərtib edilmiş aktla təsdiqlənmişdir. “X5”nın 6.5-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qazın talanması ilə bağlı dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsinə yalnız o halda yol verilir ki, qazın talanmasında istehlakçının təqsirli olması müəyyən edilsin. Həmin təqsir isə Energetika Nazirliyi, cinayət təqibi orqanı və ya məhkəmə (inziibati xəta və ya cinayət icraatı qaydasında işə baxan məhkəmə) tərəfindən müəyyən edilir. Lakin iş materiallarında aktın bir nüsxəsinin Energetika Nazirliyi və ya cinayət təqibi orqanına göndərildiyi, həmin orqanlar tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Hazırda da aktın tərtib edilməsi zamanı qaz paylayıcısı tərəfindən yol verilən pozuntular və texniki vasitələrlə qeydiyyatın aparılmaması istehlakçının təqsirinin qiymətləndirilməsini də qeyrimümkünə çevirir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4. və 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi ilə bağlı məlumatların da daxil edilməli olması göstərilmişdir. Lakin hazırkı iş üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmış və çıxarışda yoxlama zamanı iştirak edəcək şəxslərin FİN-i qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Normadan göründüyü kimi Cavabdeh İB-nin nümayəndələri xx.xx.2024-cü il tarixdə apardıqları yoxlamalar sayğaca müdaxilə və sayğacdan kənar xəttin aşkar edilməsi ilə bağlı olmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu” ilə qadağan olunmuşdur. Ona məxsus qeyri yaşayış sahəsində yoxlamanın keçirilməsində iştirakı təmin edilməmiş və ya hər hansı məlumatlandırma aparılmamışdır. Qeyri yaşayış sahəsində plandankənar yoxlama aparılması zərurətinin olması faktı mövcud olmamış və ya bu zərurət əsaslandırlmamışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində iddia tələbinə münasibətdə etiraz verərək bildirmişdir ki, ünvan 1ində yaşayan İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəcisi arasında qazın alqı-satqısı” Müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı X5na əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçıların X5nın tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə 29 noyabr 2024-cü il tarixdə qeyri yaşayış sahəsində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinin üzərində quraşdırılmış G6 markalı **********9 nömrəli qaz sayğacının maksimal ölçmə həddi saatda 10 kubmetr olduğu halda obyektdə quraşdırılmış qaz cihazlarının saatlıq maksimal qaz sərfi 19,7 kubmetrdir.Obyektdə 9,7 kubmetr sərfiyyat aşımı aşkar edilmişdir.Obyektdə standartlara uyğun olmayan 7 ədəd boçka,2 ədəd dəmir soba və 1 ədəd radiator sobası, 1 ədəd PQ-2, 1 ədəd QSQ quraşdırılmışdır.Sərfiyyat aşımı ilə əılaqədar olaraq sənədləşmə aparılaraq ünvan üzrə 10 476 kubmetr dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan əsaslıdır və F/Ş İddiaçı tərəfindən ödənilməlidir. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Müqavilənin 2.3.4-cü bəndində göstərilir ki, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməkdir. Müqavilənin 2.3.6-cı bəndində qeyd edilir ki, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaqdır. Müqavilənin 3.4-cü bəndinə əsasən X2 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank, poçt, internet və ya ödəniş terminalları vasitəsilə tam ödənilməlidir. Sonda iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən G6 markalı **********9 saylı sayğac quraşdırılmış və abonentə təhvil verilmiş, istismarda olan cihaz kimi 5 ədəd dəmir soba, 2 ədəd PQ-2 qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akta əsasən qeyri yaşayış sahəsinə yoxlama keçirən şəxslər Umud İskəndərov, Vüqar Ələkbərov, Rəşad Paşazadə, Kamal Verdiyev olmuş, aktda qeyd olunmuşdur ki, obtektdə quraşdırılmış G6 markalı qaz sayğacının maksimal ölçmə həddi 10 m3/saat olduğu halda cihazların (7 ədəd Boçka, 2 ədəd dəmir soba, 1 ədəd radiator sobası, 1 ədəd PQ-2, 1 ədəd QSQ) ümumi saatlıq maksimal qaz sərfi 19.7 m3/saat-dır, müəssisədə 9.7 m3/saat sərfiyyat aşma aşkar edilmiş, dəymiş ziyanın ödənilməsi tələbi qoyulmuşdur. Sahibkarlıq ahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yoxlayıcı orqan Cavabdeh İB yoxlanılan sahibkar İddiaçı obyektində müqavilə şərtlərinə əməl olunması əsası ilə xx.xx.2024-xx.xx.2024 tarixləri aralığında aparacağı yoxlamanı yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmışdır. Yoxlayıcı şəxslər olaraq X1, X3 və X4 qeyd edilmişdir. Cavabdeh İB-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 14-2-2/2-A-764-5/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-cı il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 3.4.1 bəndinin tələblərinə əsasən, özbaşına qaz qurğularının quraşdırılması, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsi, dəyişdirilməsi və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişim aparmaq istehlakçıya qadağandır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı” müqaviləsinin 2.1.6-cı yarımbəndınə uyğun olaraq qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə 29 11 2024-cü il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” akt tərtib olunmuş və 10476 m3 həcmində itirilmiş təbii qaza görə 2304,72 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, “X5”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-ci bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 19.7 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması 19.7 - 10 = 9.7 x 12 x 90 = 10476 m3 bu formada aparılmışdır. xx.xx.2024-cü il tarixli İstehlakçının qaz təsərrüfatının inventar Aktda qeyd edilmişdir ki, obyektdə quraşdırılmış G6 markalı **********9 saylı qaz sayğacının maksimal ölçmə həddi 10 m3/saat olduğu halda cihazların maksimal qaz sərfi 19.7 m3/saat-dır. Azəriqaz İB tərəfindən tərtib edilmiş 001 nömrəli yoxlama aktından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1i ünvanında G6 markalı **********9 saylı qaz sayğacına xx.xx.2024-cü il tarixində baxış keçirilmiş, baxışın nəticələrinə əsasən qaz sayğacının maksimal ölçmə həddi 10 m3/saat olduğu halda cihazların ümumi saatlıq maksimal qaz sərfi 19.7 m3/saat-dır, müəssisədə 9.7 m3/saat sərfiyyat aşma qeyd edilmişdir. Obyektdə aşkar olunmuş qaz cihazları: 7 ədəd Boçka, 2 ədəd dəmir soba, 1 ədəd radiator sobası, 1 ədəd PQ-2, 1 ədəd QSQ. Həmin cihazların foto şəkilləri akta əlavə edilmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli cavabdehə e-qaydada göndərilmiş pretenziya məktublarından görünür ki, iddiaçıya məxsus qeyri yaşayış sahəsinin qaz abonent koduna (**********00025) yazılmış 2304,72 manat cərimənin silinməsinə köməklik göstərilməsi cavabdeh “Azəriqaz “ İB-dən xahiş edilmişdir. Əks təqdirdə hazırkı tələblə “Azəriqaz “ İB-yə qarşı məhkəməyə müraciət edərək cərimənin silinməsini və əlavə xərclərin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. ünvan 1ində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (ferma) qazlaşdırılması ilə bağlı "xxxx" MMC tərəfindən quraşdırılan Daxili qaz kəmərinin Tikinti pasportundan görünür ki, həmin obyektdə quraşdırılan cihazlar (SSQ ventillər, muftalar, dirsəklər, sayqaclar): 7 ədəd qızdırıcı soba (İran), 1 ədəd qaz pilitəsi PQ-2, 6 ədəd detektor CH4, 6 ədəd detektor CO, 15 ədəd Kran ø 15, 8 ədəd tənzimləyici sabitləşdirici- 15. ünvan 1ində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (ferma) qazlaşdırılması ilə bağlı "xxxx" MMC tərəfindən quraşdırılan qaz xəttinin tikinti pasportu və qaz xəttinin xarakteristikasından görünür ki, həmin obyektə quraşdırılan avadanlıqlar (əymələr, ventillər, muftalar, siyirtmələr, sayğaclar): 1 ədəd qaz sayğacı “G-6”, 1 ədəd qutu, 7 ədəd qızdırıcı soba (İran), 15 ədəd Kran ø 15, 4 ədəd Kran ø 32, 1 ədəd elektromaqnit b/klapan 32. Abonentin saldosundan görünür ki, İddiaçı 2025-ci ilin yanvar ayında aktlar üzrə 2304,72 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 44 manat, xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər 6-4-cü maddəsinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 20-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. 22-1-ci maddəsinə əsasən istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”: 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş Təbii qazın ölkə daxili tarifləri cədvəlinin 6.2.3-cü bəndinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 təbii qazın tarifi 0,22 manat (ƏDV ilə) müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçının obyektinə G6 markalı **********9 saylı sayğac quraşdırılmış və təhvil verilmiş, istismarda olan cihaz kimi 5 ədəd dəmir soba, 2 ədəd PQ-2 qeyd edilmişdir. Bundan sonra sayğaca xx.xx.2024-cü il tarixində baxış keçirilmiş, baxışın nəticələrinə əsasən mövcud sayğacın maksimal qaz ölçmə həddi müəssisədə quraşdırılmış qaz işlədici cihazların (7 ədəd Boçka, 2 ədəd dəmir soba, 1 ədəd radiator sobası, 1 ədəd PQ-2, 1 ədəd QSQ) saatlıq qaz sərfiyyatından aşağı olması qeyd edilmişdir. Buna görə də mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/sааt olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 19.7 m3/saat olduğu üçün 10476 m3 həcmində itirilmiş təbii qaza görə 2304,72 manat məbləğində dəymiş zərər hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi qeyd etmişdir ki, hazırkı iş üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, həmçinin Cavabdeh İB-nin nümayəndələrinin xx.xx.2024-cü il tarixdə apardıqları yoxlama sayğaca müdaxilə və sayğacdan kənar xəttin aşkar edilməsi ilə bağlı olmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Cavabdeh iddiaçının obyektində müqavilə şərtlərinə əməl olunmasını yoxlamaq məqsədi ilə apardığı yoxlamanı həmin Qanunun tələblərinə uyğun olaraq aparmış, yoxlamanı yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmışdır. Aparılmış yoxlama zamanı isə iddiaçının sayğac quraşdırılarkən qeydə alınmış cihazlardan (5 ədəd dəmir soba, 2 ədəd PQ-2) başqa əlavə cihazlar (7 ədəd Boçka, 2 ədəd dəmir soba, 1 ədəd radiator sobası, 1 ədəd PQ-2, 1 ədəd QSQ) istifadə etdiyi müəyyən olunmuşdur. Cavabdehin əməkdaşları haqlı olaraq iddiaçının obyektinə quraşdırılmış sayğacının maksimal qaz ölçmə həddinin 10 m3/sааt olduğunu, qaz qurğularının maksimal saatlıq qaz sərfinin isə 19.7 m3/saat olduğunu nəzərə alaraq, aradakı fərqə, 9.7 m3/saat təbii qaz itkisinə görə dəymiş zərər hesablamışlar. Lakin bununla belə, məhkəmə hesab edir ki, cavabdeh itirilmiş təbii qaza görə dəymiş ziyanı hesablayarkən qazdan istifadə edildiyi müddəti və həmin müddətin əhatə olunduğu ilin mövsümünu düzgün nəzərə almamış və hesabat müddətini artıq hesablamışdır. Belə ki, cavabdeh mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 19.7 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq, aradakı 9.7 m3/saat fərqi 12 saata və 90 günə vuraraq 10476 m3 hesablamışdır. Yəni cavabdeh 2024-cü ilin noyabr, oktyabr və sentyabr ayları üzrə maksimum sərfiyyat hesablamışdır. Halbuki iddiaçının abonent saldosundan görünür ki, əvvəlki ilin, 2023-cü ilin noyabr ayında sərfiyyat 4308 m3, oktyabr ayında 3190 m3, sentyabr ayında isə 2885 m3 olmuşdur. Ümumiyyətlə isə ölkə ərazisində payız fəslinin sentyabr ayının 22-də daxil olduğunu və oktyabr ayının ilk 10 günlüyünə qədər ölkə ərazisində havaların mülayim keçdiyini nəzərə aldıqda, iddiaçının noyabr ayı ilə oktyabr və sentyabr aylarında eyni həcmdə qaz sərf etməsi ağlabatan deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, aktın tərtib edildiyi xx.xx.2024-cü il tarixdən 50 gün əvvəlki dövrə qədər itirilmiş 9.7 m3/saat təbii qaz sərfiyyatına görə dəymiş zərər hesablanaraq (9,7 x 12saat x 50gün= 5820 m3) onun dəyəri (5820 x 0.22 manat=1280,4) cavabdeh tərəfindən hesablanmış 2304,72 manat ziyandan çıxılmalı (2304,72- 1280,4=1024,32), qalan 1024,32 manat iddiaçının borcundan silinməlidir. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın qanunsuz qoşulma və sayğaca müdaxilə ilə bağlı 6.5 və 6.5-4-cü maddələrinə istinad etmişdir. Ancaq iddiaçının obyektində aparılmış yoxlama qanunsuz qoşulma və ya sayğaca qanunsuz müdaxilə ilə bağlı olmamışdır ki, cavabdeh həmin normaların tələblərinə əməl etməli olsun. Cavabdeh müqavilə şərtlərinə əməl edilməsini yoxlamışdır ki, bu da yuxarıda qeyd edildiyi kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bütün bu hallara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2304,72 manat borcdan 1024,32 manat silinməlidir. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında **********00025 saylı abonent koduna hesablanmış 2304,72 manat borc məbləğindən 1024 (min iyirmi dörd) manat 32 (otuz iki) qəpik silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2945/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2945/2025
03.07.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver