Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3121/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin Cavabdehnə qarşı JN-01-1 nömrəli Dövlət aktına əsasən, 293898, 4524321.182 39 N koordinatlarında 0,14 hektarlıq ərazidə yerləşən cavabdehə məxsus 2G/3G/4G mobil baza stansiyası texnoloji avadanlıqlarının və mobil telefon qülləsinin cavabdehin hesabına sökülərək Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin ərazisindən çıxarılması, 2008-ci ildən 14 il ərzində qanunsuz istifadəyə görə iddiaçıya dəymiş 16800 manat maddi zərərin və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı JN-01-1 nömrəli Dövlət aktına əsasən, 293898, 4524321.182 39 N koordinatlarında 0,14 hektarlıq ərazidə yerləşən cavabdehə məxsus 2G/3G/4G mobil baza stansiyası texnoloji avadanlıqlarının və mobil telefon qülləsinin cavabdehin hesabına sökülərək Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin ərazisindən çıxarılması, 2008-ci ildən 14 il ərzində qanunsuz istifadəyə görə iddiaçıya dəymiş 16800 manat maddi zərərin və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İşdən görünür ki, iddia tələbi cavabdehə məxsus texnoloji avadanlıqların və mobil telefon qülləsinin iddiaçının ərazisindən çıxarılması barədədir. Göründüyü kimi, hazırki iddia tələbi daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan görünür ki, həmin maddə daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının müdafiəsi üzrə iddiaların daşınmaz əmlakın yerləşdiyi yerə görə verilməsini müəyyən edir. İş materiallarından görünür ki, daşınmaz əmlak Şamaxı rayonu, Dəmirçi kəndində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.11-ci bəndinə əsasən Şamaxı rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Tərəflərin nümayəndələri və üçüncü şəxs məhkəmə iclasında işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin Cavabdehnə qarşı JN-01-1 nömrəli Dövlət aktına əsasən, 293898, 4524321.182 39 N koordinatlarında 0,14 hektarlıq ərazidə yerləşən cavabdehə məxsus 2G/3G/4G mobil baza stansiyası texnoloji avadanlıqlarının və mobil telefon qülləsinin cavabdehin hesabına sökülərək Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin ərazisindən çıxarılması, 2008-ci ildən 14 il ərzində qanunsuz istifadəyə görə iddiaçıya dəymiş 16800 manat maddi zərərin və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3121/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3121/2022
18.07.2022 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver