Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3167/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacıyev Rövşən Rafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh «MCB X3 Təşkilatı» Qapalı Səhmdar Cəmiyyətinə qarşı «MCB X3 Təşkilatı» Qapalı Səhmdar Cəmiyyətinə saxlanca verilən Roland LEC 540, Maxima 3208, Roland EGX 360 və Roland ARM10 dəzgahlarının iddiaçıya geri qaytarılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «MCB X3 Təşkilatı» Qapalı Səhmdar Cəmiyyətinə («MCB X3 Təşkilatı» QSC) qarşı «MCB X3 Təşkilatı» QSC-yə saxlanca verilən Roland LEC 540, Maxima 3208, Roland EGX 360 və Roland ARM10 dəzgahlarının iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə LM№ 1xx/xx-2014 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında xx.xx.2014-cü il tarixli, LM№ 1xx/xx-2014-01 saylı, xx.xx.2015 tarixli, LM№ 1xx/xx-2014- 02 saylı, xx.xx.2015 tarixli, LM№ 1xx/xx-2014-03 saylı, xx.xx.2015 tarixli, LM№ 160/06- 2014-04 saylı və xx.xx.2016 tarixli, LM№ 1xx/xx-2014-05 saylı razrlaşma müqaviləsi üzrə Bakı Appellasiya Məhkəməsinin çıxardığı xx xxxxxx 2019-cu il tarixli qətnaməyə əsasən 93000 manat borc onun tərəfdən tam ödənilmişdir. Qeyd olunan borc məbləğinin ödənilməsinə baxmayaraq, mübahisə predmeti olan lizinq əmlakları ona geri qaytarılmamışdır. Ona görə hazırda məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, geri qaytarılması tələb olunan əmlaklara dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə icra mərhələsindədir. Odur ki, hazırkı iddia tələbi üzrə işin icraatına xitam verilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, «MCB X3 Təşkilatı» QSC-yə saxlanca verilən Roland LEC 540, Maxima 3208, Roland EGX 360 və Roland ARM10 dəzgahlarının iddiaçıya geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-65/2019 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixti LMN 1xx/xx-2014 saylı daxili maliyyə lizinqi müqaviləsi va bu müqaviləyə əlavə edilməsi haqqında xx.xx.2014-cü il tarixli LMN 1xx/xx- 2014-01 saylı, xx.xx.2015 tarixli LMN 1xx/xx-2014-02 saylı, xx.xx.2015 tarixli LMN 1xx/xx- 2014-03 saylı, xx.xx.2015-ci il tarixli LMN 1xx/xx-2014-04 saylı və xx.xx.2016-cı il tarixli LMN 1xx/xx-2014-05 saylı razrlaşma müqaviləsinin leğv edilməsi, xx.xx.2014-cu il tarixli LMN 1xx/xx-2014 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında xx.xx.2014-cü il tarixli LMN 1xx/xx-2014-01 saylı, 21.01 tarixli LMN 1xx/xx-2014- 02 saylı, xx.xx.2015 tarixli LMN 1xx/xx-2014-03 saylı, xx.xx.2015-ci tarixli LMN 1xx/xx- 2014-04 saylı və xx.xx.2016-cı il tarixli LMN 1xx/xx-2014-05 saylı razılaşma müqaviləsi üzrə cavabdehlər İddiaçı və X1 iddiaçı "xxxxxxxxxx" QSC-nin xeyrinə 79036,94 manat əsas borc, 13212.56 manat faiz borcu, 703.4 manat dəbbə pulu olmaqla, cəmi 92952.9 manat borcun tutulması, lizinq obyektləri olan "MİMAKİ UJV-160” çap avadanlığı (seriya G93CB571); Roland LEC 540 UV" plotter-çap avadanlığı (seriya No ZBQ039B); "Maxima PZ3208 GT2" çap avadanlığı (Seriya No EJ**********T) Roland ARM 10 çap avadanlığı (seriya BRb2OS); Roland EGX 360 çap avadanlığı (seriya No ZBN0328) "Mimaki CJV 30- 160 BS" çap avadanlığı (seriya No 62CE113); "Flora 1J320 P" çap avadanlığı (seriya LJll+3200a/8PB/USB/789); “Maxima GT2 PZ3208" çap avadanlığı (seriya EJ**********0); ve polietilen paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadalığı 2, çap avadanlığı, doğrayıcı (drabilka), təkrar emal) cavabdeh İddiaçı tərəfindən iddiaçı "xxxxxxxxxx" QSC-yə qaytarılması və iddiaçı "xxxxxxxxxx" QSC-nin xeyrinə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi xidmətlərə görə 800 manat xidmət haqqının cavabdehlər İddiaçı ve X1 müştərək qaydada tutulması qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-65/2019 nömrəli qətnaməsi qüvvəyə minərək icraya yönəlmişdir. Göründüyü kimi, hazırkı iş üzrə qaytarılması tələb olunan dəzgahların İddiaçı tərəfindən "xxxxxxxxxx" QSC-yə (hazırkı cavabdeh) qaytarılması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdeh «MCB X3 Təşkilatı» QSC-yə ("əvvəlki adı xxxxxxxxxx" QSC) qarşı «MCB X3 Təşkilatı» QSC-yə saxlanca verilən Roland LEC 540, Maxima 3208, Roland EGX 360 və Roland ARM10 dəzgahlarının iddiaçıya geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «MCB X3 Təşkilatı» QSC-yə qarşı (əvvəlki adı xxxxxxxxxx Şirkəti) «MCB X3 Təşkilatı» QSC-yə saxlanca verilən Roland LEC 540, Maxima 3208, Roland EGX 360 və Roland ARM10 dəzgahlarının iddiaçıya geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, elan olunduqdan sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3167/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3167/2020
17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver