Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-326/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə əsassız hesablanmış və Cavabdeh İB-yə ödənilmiş 3247,62(üç min iki yüz qırx yeddi manat altmış iki qəpik) manat məbləğin, təqdim edilmiş vergi hesabfakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manatın, ümumilikdə 4568,22 (dörd min beş yüz altmış səkkiz manat iyirmi iki) manat məbləğin və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun Cavabdeh” İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, 2016-cı ilin avqust ayı üçün 2405,60 AZN, sentyabr ayı üçün 1325,20 AZN borcların yaranması sayğacın qüsurlu olmasından törəmiş hal olduğundan, həmin borclara görə İddiaçı MMC-nin halhazırdaCavabdehİB-yə mövcud olan 483,18 manat borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35A ünvanda yerləşən qeyri-yaşayış obyektində, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla həmin ünvanda 04.04.2013cü il tarixli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana Cavabdeh” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00090 hesab nömrəsi verilmiş və qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində ELSTER G-40 RVG EK-220 markalı75122510 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı MMC bu günədək Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təqdim edilmiş təbii qazın sərfiyyatına dair hesabata müvafiq olaraq mütəmadi şəkildə ödənişlər aparmışdır. 2016-cı ilin iyul və avqust ayları üçün qaz sərfiyyatına görə borcla bağlı İddiaçı MMC-yə təqdim edilən hesabatlarda şişirdilmiş rəqəmlərin olması (2016-cı ilin avqust ayı üçün 2405,60 AZN, sentyabr ayı üçün 1325,20 AZN) tərəflərindən narazılığa səbəb olmuş və bu barədə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə şifahi olaraq bildirilmişdir. Belə ki, həmin aylarda İddiaçı MMC tərəfindən göstərilən məbləğdə təbii qaz istehlak edilməmişdir. Abonent saldosuna baxış keçirərkən İddiaçı MMC tərəfindən 2013cü ildən etibarən cari ilin iyul və avqust ayları da daxil olmaqla iyul və avqust ayları üçün qeydə alınmış qaz sərfiyyatı aşağıdakı kimidir: 08/2013-cü il tarixə -153,60 AZN; 09/2013cü il tarixə -127 AZN; 08/2014-cü il tarixə -63,90 AZN; 09/2014-cü il tarixə -134,10 AZN; 08/2015-ci il tarixə -51,30 AZN; 09/2015-ci il tarixə -48,60 AZN; 08/2016-cı il tarixə - 2405,60 AZN; 09/2016-cı il tarixə -1325,20 AZN; 08/017-ci il tarixə -121,60 AZN; 09/2017ci il tarixə -85,80 AZN; 08/2018-ci il tarixə -49 AZN; 09/2018-ci il tarixə -26,40 AZN; 08/2019-cu il tarixə -86,40 AZN; 09/2019-cu il tarixə -126 AZN; 08/2020-ci il tarixə -26 AZN; 09/2020-ci il tarixə -0 AZN; 01.08.2016-cı il tarixə istifadə edilən təbii qaza görə borcun 2405,60 AZN və 01.09.2016-cı il üçün borcun 1325,20 AZN təşkil etməsi 2016-cı il tarixədək eyni mövsüm üzrə istehlak edilmiş qaz sərfiyyatı ilə müqayisədə kəskin ziddiyət təşkil etdiyindən məsələnin dəqiq araşdırılması məqsədi ilə 2016-cı ildə Cavabdehİstehsalat Birliyinə müraciət edilmişdir. Birliyin mütəxəssislərinin tövsiyəsi əsasında qaz sayğacının qüsurla işləyə biləcəyini düşünərək İddiaçı MMC-ni təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılan ELS TER G-40 RVG EK-220 markalı 75122510 nömrəli qaz sayğacı şəxsi vəsaitləri hesabına yoxlanılması məqsədilə laboratoriyaya göndərilmiş, SOCAR-ın İTRİ-nin Qaz servis informatika Departamentinin 10.10.2016-cı il tarixli, 003622 saylı qüsur aktına əsasən İddiaçı MMC-ni təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılan ELS TER G-40 RVG EK-220 markalı 75122510 nömrəli qaz sayğacının qüsurla işlədiyi müəyyən edilmişdir. Bundan sonra həmin sayğac öz vəsaitimizin hesabınatəmir olunaraq 01.11.2016-cı il tarixdə yerinə quraşdırılmışdır. Göründüyü kimi bizdən asılı olmayan səbəblərdən qaz sayğacının qüsurla işləməsi, yəni təbii qaz sərfiyyatını düzgün aparmaması ilə əlaqədar olaraq 01.08.2016-cı il və 01.09.2016-cı il tarixlər üçün yuxarıda qeyd olunan məbləğlərdə qaz sərfiyyatı qeydə alınmışdır. Borcun silinməsi ilə əlaqədar Birliyə edilən müraciətə cavab olaraq bildirilmişdir ki, onlar belə səlahiyyətə malik deyillər və təbii qaz sərfiyyatına görə yaranmış borc yalnız məhkəmə qərarı əsasında silinə bilər. Qeyd edilənlərə əsasən İddiaçı MMC Cavabdeh İByə qarşı keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hesablanmış təbii qazdan istifadəyə görə yaranmış 3730,80 manat məbləğində əsassız borcun silinməsi tələbi ilə iddia qaldırılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.06.2017-ci il tarixli 2-2(82)-181/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.10.2017-ci il tarixli 2-2(103)- 632/2017 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 28.02.2018-ci il tarixli 2-2(102)-131/2018 nömrəli qərarı ilə iddiaçının təqdim etdiyi iş materiallarında mövcud olan etibarnamədə imza səlahiyyəti olmaması səbəbindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.10.2017-ci il tarixli 2-2(103)-632/2017 nömrəli qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə, Cavabdeh İB tərəfindən təqdim olunan İddiaçı MMC-yə aid abonentin saldosuna nəzər saldıqda müəyyən olunur ki, aylıq sərfin məbləği 09/2017-ci il tarixdə 85,80 manat, 10/2017-ci il tarixdə 186,40 manat, 11/2017-ci il tarixdə 1140 manat və 12/2017-ci il tarixdə 3425,80 manat qeyd olunmuşdur. Lakin Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilən vergi hesab-fakturalara nəzər saldıqda müəyyən olunur ki, həmin borclara görə göndərilən aylıq vergi hesabfakturalarda rəqəmlər fərqlidir, yəni – 02.10.2017-ci il tarixdə ƏDV daxil 73,99 manat, 08.11.2017-ci il tarixdə ƏDV daxil 164,2 manat, 04.12.2017-ci il tarixdə ƏDV daxil 217,2 manat və 15.01.2018-ci il tarixdə ƏDV daxil 3062,01 manat qeyd olunmuş, bu səbəbdən İddiaçı MMC tərəfindən hesabfakturada qeyd olunan məbləğlər ödənilmişdir. Qeyd olunan məbləğlər arasında yaranmış fərqlərin səhv göstərilməsinin səbəbi müəmmalı olduğundan aydınlıq gətirilməsi üçün Cavabdeh İB-yə rəsmi müraciət edilsə də, Cavabdeh İB məsələyə aydınlıq gətirməkdən yayınmış, cavab məktubları tamamilə fərqli motivlərdə olmuş, əksinə borcun olmasını əsas gətirərək Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən təbii qazın verilməsi dayandırılmışdır. Belə ki, abonentin saldosuna nəzər saldıqda müəyyən etmək olar ki, 2020-ci ilin avqust ayında təbii qazın verilişi dayandırıldığından ümumiyyətlə təbii qaz istehlak edilməmişdir. Bu səbəbdən İddiaçı MMC məcburiyyət qarşısında qalaraq öz təqsirindən yaranmayan borcları CavabdehİB-yə ödəmişdir ki, təbii qazın verilişi bərpa edilsin. Daha sonra iddiaçı “iddia həcminin artırılması barədə” ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə əsassız hesablanmış və İddiaçı MMC tərəfindən Cavabdeh İB-nə ödənilmiş 3730,80 manat, təqdim edilmiş vergi hesab-fakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manat, ümumilikdə 5051,40 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh”İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Tərəflər arasındakı 04.04.2013-cü il tarixli 793/04-13 nömrəli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, istehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etmək paylayıcının vəzifəsi kimi müəyyən edilmişdir. -Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir”. -Həmin müqavilənin 2.1.11-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək paylayıcının vəzifəsidir. -İş materiallarında olan 28.10.2016-cı il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin “sayğacın istismara yararlığı haqqqında” arayışdan görünür ki, 28.10.2016-cı il tarixdə Elster EK-220 ******* nömrəli 75122510 markalı qaz sayğacında yoxlama keçirilmiş,qüsur aktı tərtib olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı MMC –yə aylıq sərfin məbləği 2016-cı ilin avqust sentyabr ayları üçün 2406,50, 3731,70 manat hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-yə göndərilən vergi hesab- fakturalardan görünür ki, aylıq qaz sərfinin məbləği 02.10.2017-ci il tarixdə ƏDV daxil 73,99 manat, 08.11.2017-ci il tarixdə ƏDV daxil 164,2 manat, 04.12.2017-ci il tarixdə ƏDV daxil 217,2 manat və 15.01.2018-ci il tarixdə ƏDV daxil 3062,01 manat qeyd olunmuşdur. İş materiallarında olan 09.03.2021-cı il tarixli abonentin saldosundan görünür ki, İddiaçı MMC tərəfindən aylıq sərfin məbləği 09/2017-ci il tarixdə 85,80 manat, 10/2017-ci il tarixdə 186,40 manat, 11/2017-ci il tarixdə 1140 manat və 12/2017-ci il tarixdə 3425,80 manat qeyd olunmuşdur. İddiaçı MMC-nin Cavabdeh İB-nə ünvanladığı 24.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İB-nə ödənilmiş 4568,22 manat məbləğində pul vəsaitinin geri ödənilməsini təklif etmiş əks “Qaz təchizatı haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən,sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə görə stehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 04.04.2013-cü il tarixli 793/04-13 nömrəli qazın alqı-satqısı barədə müqavilə bağlanmış, sayğacda qüsur müəyyən edilmiş , abonentin saldosunda əvvəlki illərin avqust və sentyabr ayları üzrə göstəricilərin 2016-cı ilin avqust sentyabr ayları üçün göstəricilərindən əhəmiyyətli fərqin olması saygacda qüsurun olması ilə yaranmışdır. Eyni zamanda müəyyən edilmişdir ki,Cavabdeh İB tərəfindən tərtib olunan abonentin saldosunda aylıq sərfin məbləği 09/2017-ci il tarixdə 85,80 manat, 10/2017-ci il tarixdə 186,40 manat, 11/2017-ci il tarixdə 1140 manat və 12/2017-ci il tarixdə 3425,80 manat qeyd olunmuş, lakin Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilən vergi hesabfakturalarda rəqəmlər fərqlidir, yəni – 02.10.2017-ci il tarixdə ƏDV daxil 73,99 manat, 08.11.2017-ci il tarixdə ƏDV daxil 164,2 manat, 04.12.2017-ci il tarixdə ƏDV daxil 217,2 manat və 15.01.2018-ci il tarixdə ƏDV daxil 3062,01 manat qeyd olunmuşdur. Bu halda məhkəmə hesab edir ki,iddia əsaslı hesab edilməli, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə əsassız hesablanmış və İddiaçı MMC tərəfindən Cavabdeh İB-nə ödənilmiş 3730,80 manat, təqdim edilmiş vergi hesabfakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manat, ümumilikdə 5051,40 manat pul vəsaiti CavabdehİB-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə əsassız hesablanmış və İddiaçı MMC tərəfindən Cavabdeh İB-nə ödənilmiş 3730,80 manat, təqdim edilmiş vergi hesab-fakturalarında olan məbləğlərlə abonentin saldosunda aylıq sərfiyyata dair hissədə yaranan fərq məbləği kimi 1320,60 manat, ümumilikdə 5051,40 manat məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat CavabdehİB-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-326/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-326/2021
08.04.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver