Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3260/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: delikt) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərər 116.000 (yüz on altı min) manat, əldən çıxmış fayda 90.000 (doxsan min) manat, əsas məbləğə illik 5 faiz hesablanmaqla görə 17.400 (on yeddi min dörd yüz) manat cəmi 223.400 (iki yüz iyirmi üç min dörd yüz) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-325/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İbrahim Əliyevin direktor olduğu "xxxx" MMC-nin faktiki sahibi olmaqla özünü nüfuzlu iş adamı kimi təqdim edib "xxxx" MMCnin direktoru Qanuni nümayəndə etibarını qazanmaqla sonuncunun 06 may 2022-ci il tarixdə Belarusiya Respublikasından ölkəyə idxal etdiyi cəmi 40 ton çəkidə, hər kiloqramı 2 manat 90 qəpikdən olmaqla 116.000 manat dəyərində paketsiz toyuqları qısa müddət ərizində pulunu ödəyəcəyinə yalandan vəd verib inandırmaqla aldadaraq, 06 may 2022-ci il tarixdə həmin toyuq məhsullarıünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin anbarına yerləşdirilməsinə nail olduqlan sonra 06 may 2022-ci il tarixdən həmin ayın sonunadək olan müddətdə götürərək oğlu İbrahim Əliyevlə həmin toyuqların satışını təşkil edib, satışdan əldə etdikləri pulları ələ keçirib zərərçəkmiş şəxs Qanuni nümayəndə külli miqdarda cəmi 116.000 manat ( yüz on altı min) maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən də göründüyü kimi, təqsirləndirilən Cavabdeh ona isnad edilən cinayət əməli nəticəsində zərərçəkmiş Qanuni nümayəndə 116.000 manat ( yüz on altı min) maddi ziyan vurmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya). 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-325/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
13. İş materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-325/2024 saylı hökmünün 2-ci səhifəsindən görünür ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oğlu X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İbrahim Əliyevin direktor olduğu "xxxx" MMC-nin faktiki sahibi olmaqla özünü nüfuzlu iş adamı kimi təqdim edib "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə etibarını qazanmaqla sonuncunun 06 may 2022-ci il tarixdə Belarusiya Respublikasından ölkəyə idxal etdiyi cəmi 40 ton çəkidə, hər kiloqramı 2 manat 90 qəpikdən olmaqla 116.000 manat dəyərində paketsiz toyuqları qısa müddət ərizində pulunu ödəyəcəyinə yalandan vəd verib inandırmaqla aldadaraq, 06 may 2022-ci il tarixdə həmin toyuq məhsulları ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin anbarına yerləşdirilməsinə nail olduqlan sonra 06 may 2022-ci il tarixdən həmin ayın sonunadək olan müddətdə götürərək oğlu İbrahim Əliyevlə həmin toyuqların satışını təşkil edib, satışdan əldə etdikləri pulları ələ keçirib zərərçəkmiş şəxs Qanuni nümayəndə külli miqdarda cəmi 116.000 manat ( yüz on altı min) maddi ziyan vurmaqla dələduzluq etmişdir.
14. Qeyd edilən hökmün 17-ci səhifəsindən görünür ki, xx.xx.2022-ci il tarixli qısa idxal bəyənnaməsi, xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi və xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən Belorusiya Respubliksından Azərbaycan Respublikasına 1667 qutu, 20.004 kq dondurulmuş, sümükdən ayrılmış toyuq filesi, 1667 qutu, 20.004 kq dondurulmuş, paketsiz içalatı çıxarılmış 2-ci növ bütöv toyuqlar və 1667 qutu, 20.004 kq polietilen paketdə dondurulmuş, içalatı çıxarılmış 2-ci növ bütöv toyuqlar idxal olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
16. Göründüyü kimi, Cavabdeh hərəkətləri ilə iddiaçıya 116.000 manat həcmində zərər dəymiş və Cavabdeh da, qeyd edilmiş əməli törətdiyi üçün məhkum olunmuşdur.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia vurulmuş zərərin tələb edilməsi hissəsində təmin olunmalı, 116.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
18. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 90.000 manat məbləğində pulu əldən çıxmış fayda olaraq tələb etsə də, bunu sübut edə biləcək dəlilləri iş materiallarına əlavə etməmişdir.
19. Bundan başqa da, Məhkəmə hesab edir ki, iddia əsas məbləğə illik 5 faiz hesablanmaqla görə 17.400 manat pulun tələb edilməsi hissəsində də, təmin oluna bilməz. Belə ki, eyni əmələ görə cavabdehdən artıq zərərin əvəzi tutulmuş və eyni əmələ görə 5 faizlə zərərin tutulmasının qanuni əsası mövcud deyildir.
20. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 116000 (yüz on altı min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov