Məhkəmə qərarları › İş №e-2-2(113)-339/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-339/2021

21.09.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-339/2021 21.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan Cavabdehin nümayəndəsi və Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdehnə qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilələrin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan Şirvan-Bakı Dş- 500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. AR Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında sadalanan işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq , bitkiləri yığma, buz sındırılması və yığılması.c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.AR Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. 04 dekabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş dəmir konstruksiyadan ibarət olan çardaq və həmin ünvanda kəmərin mühafizə zonasında cavabdehə məxsus digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 sentyabr 2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin həcminin azaldılması barədə ərizəsini Məhkəməyə təqdim edərək, ARDNŞ İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Nərimanov rayonu Ziya Bünyadov küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi izahatda bildirdi ki, çardaq tikilisi artıq neçə müddətdir ki, həmin ərazidə var idi. Taxtadan olduğuna görə dağıldığından, onlar çardağı yenidən düzəltdiblər. Burada hər hansı bir quraşdırma işindən söhbət gedə bilməz. Həmin ərazidə çoxlu sayda yaşayış evləri də var. Həmin evlər deyil, məhz balaca bir çardaq tikilisinin sökülməsinin tələb edilməsi əsassızdır. Hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını iddiaçı sübut etməlidir. Hazırki işdə belə bir sübuta rast gəlinmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 26.02.1997 ci il tarixli 160 nömrəli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2062-ci məhəllədə ayrılmış torpaq sahəsinin cizgisində göstərilən sərhədlər daxilində 0,31+0,45 hektar torpaq sahəsi kiçik qənd zavodunun tikintisi üçün Cavabdehnə ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1999-cu il tarixdə verilmiş 99/252 nömrəli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 26.02.1997 ci il tarixli 160 nömrəli sərəncamına əsasən Nərimanov rayonunda, 2062-ci məhəllə Cavabdehnə kiçik qənd zavodunun tikintisi üçün 0,31+0,45 ha torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 19.10.2003-cü il tarixli 559 nömrəli sərəncamına əsasən Cavabdeh Elmi-İstehsalat Mərkəzi tərəfindən, onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxilində yerləşdirilməsi şərti ilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Qaradağ Neft Kəmərləri İdarəsinin Şirvan-Bakı Dş-500 mm boru kəmərinin 01 iyun 2009- cu il tarixinə olan vəziyyətə görə pasportundan görünür ki, Şirvan-Bakı Dş-500 mm boru kəməri SSRİ Baş Qaz Cənub Qaz Kəmər Tikinti Tresti tərəfindən 1963-cü ildə tikilmiş və 23.02.1964-cü il tarixində istismara buraxılmışdır.Ümumi uzunluğu 133.32582 km təşkil edən boru kəmərinin uzunluğu başlanğıc məntəqəsi Şirvan NVS, son məntəqəsi isə Böyük-Şor Qəbul-Təhvil məntəqəsi müəyyən olunmuşdur. - Şirvan-Bakı Dş500 n.k-nin 127 km-də olan qanunsuz tikintinin sxemi tərtib olunmuş və NBKXNS-nin rəisi R.Məhərrəmov tərəfindən imzalanmışdır. - SOCAR Neft Kəmərləri İdarəsinin 07.12.2020-ci il tarixli arayışında göstərilmişdir ki, uzunluğu 134.180 km olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanılmış və 23.02.1964-cü ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəməri vasitəsilə ölkənin quru və dəniz yataqlarından neftqazçıxarma müəssisələri və eyni zamanda, Hasilatın pay bölgüsü sazişi üzrə fəaliyyət göstərən şirkətlər tərəfindən hasil olunan neftlər H.Əliyev adına Neft Emalı zavoduna nəql olunur. Kəmərin layihə təzyiqi 4,5 Moa, işçi tızyiqi 2,5 Mpa təşkil edir. Neft kəmərinin tikintisi SSRİ “Baş Qaz Cənub Qaz Kəmər Tikinti Tresti” tərəfindən aparılmışdır. Neft Kəməri hal-hazırda işlək vəziyyətdədir və İddiaçı bölümü olan X6 tərəfindən istismar olunur. Neft Kəməri 1964-cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və İddiaçı balansındadır. Hazırki işin hallarından müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 26.02.1997-ci il tarixli 160 nömrəli sərəncamına əsasən Cavabdehnə ayrılmış Bakı ş., Nərimanov rayonu, 2062-ci məhəllədə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən çardaq tikilisi inşa edilmişdir. İddiaçı həmin tikilinin SOCAR Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında yerləşdiyini əsas gətirərək sökülməsini tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, .. torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək borcludurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.3-cü maddəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-nın 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Qaydaların 6.3-cü maddəsinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. İddiaçının iddia ərizəsində qeyd etdiyi halların araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş 10/1942 nömrəli rəydə göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 26.02.1997ci il 160 nömrəli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə Cavabdehnə ayrılmış, baxış zamanı təqdim olunan torpaq sahəsinin koordinatlarının hüdudları daxilində dəmir konstruksiyalardan inşa edilmiş çardaq tikililərin olduğu müəyyən olunur. SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin (127-ci km) mühafizə zonasında olan Cavabdehnə ayrılmış baxış zamanı təqdim olunan torpaq sahəsinin koordinatları daxilində yerləşən mübahisəli çardaq tikilisinin Neft kəməri ilə ən yaxın məsafəsi 32 metr, ən uzaq məsafəsi 40 metr təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinə əsasən, X8 İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasının 50 metr olmasını nəzərə alaraq, mübahisəli çardağ tikilisinin Şirvan-Bakı Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunur. 11 fevral 2021-ci il tarixdə hakimin, cavabdehin nümayəndələrinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Qaradağ İB-nin X9 Xidmət sahəsi istismar üzrə böyük mühəndis Mürşüd İlyasov və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X2 iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonunda, Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də yerləşən Cavabdehnə ayrılmış torpaq sahəsinə baxış keçirilmiş və Xidmətin mütəxəssisi tərəfindən torpaq sahəsinin naturada koordinatları müəyyən edilərək ölçülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29.09.2021-ci il tarixli arayışda göstərilmişdir ki, ölçülmüş ərazinin naturada müəyyən koordinatlarına əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsinin 1150 kv.m hissəsi neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir. Göründüyü kimi “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-na əsasən iddiaçının istismarında olan magistral neft kəmərinin mühafizə zonası 50 metr müəyyən olunmuş, Cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş çardaq tikilisi isə neft kəmərinin mühafizə zonasında yerləşmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən çardaq tikilisi cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyindən və neft kəmərlərinin mühafizə zonasının hüdudlarında yerləşdiyindən cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi üçün sərf olunmuş 50 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan- Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 127-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Nərimanov rayonu Ziya Bünyadov küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş çardaq tikilisi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdehndən ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar