Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3436/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 28080,46 manat əsas borcun, müqavilə şərtlərinə uyğun xx.xx.2025 tarixə hesablanmış 7093,13 manat dəbbə məbləğin, hüquqi yardıma görə ödənilmiş 1150 manat və ödənilmiş dövlət 196 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2023 il tarixli № T/22//23-09 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə təmir-tikinti işlərinə aid malmaterialların satışı və cavabdeh tərəfindən də onların dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə iddiaçı tərəfindən tam icra edilərək ƏDV daxil 28080,46 manat dəyərində mal-material təchiz edilmişdir. Həmin məbləğin əsas hissəsi 23797 manat, ƏDV hissəsi isə 4283,46 manat təşkil etmişdir. İddiaçı tərəfindən tam icra edildiyi halda, cavabdeh əqd üzrə öhdəliyini icra etməmişdir. Halbuki, müqavilənin 2.3-cü bəndinə əsasən təqdim edilmiş mallara görə 15 gündən gec olmayaraq ödəniş edilməliydi. Bu günə həmin müqavilə üzrə cavabdeh tərəfin 28080,46 manat borcu qalmaqdadır. Müqavilənin 6.2 maddəsi ilə razılaşdırılmışdır ki, tərəflərdən biri öhdəliyin icrasının gecikdirilməsinə yol verdikdə icra edilməmiş öhdəliyin hər gecikmə gününə 0,2% faizi miqdarında dəbbə (cərimə) ödənilməlidir və bu məbləğ icra edilməmiş öhdəliyin 30%-dən çox olmamalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 462, 462.1. və 462.3.-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 22 sentyabr 2023 il tarixli № T/22//23-09 saylı müqavilədən görünür ki, bu müqavilənin predmeti, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4”nda göstərilən mal-materiallan (bundan sonra müqavilədə “Mallar” kimi qeyd ediləcəkdir) “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları qəbul edib, almağı və onun dəyərin ödəməyi öz üzərinə götürür. Malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1, Elektron Qaimə-fakturaya uyğun olaraq müəyyən ediləcəkdir. Tərəflər razılaşırlar ki, Alıcının adı tərəflər arasındakı hesablaşma sənədlərində və ya yazışmalarda, habelə Satıcının əməliyyat bazasında şərti Cavabdeh MMC kimi qeyd edilə bilər. Müqavilənin 2.1-ci maddəsinə əsasən Malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X4”na Elektron Qaimə - Fakturaya, uyğun olaraq müəyyən edilir. Elektron Qaimə fakturanın, Qaimə - Fakturanın Alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. Müqavilənin 2.3cü maddəsinə əsasən “Alıcı” və “Satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3’nda, Elektron Qaimə-fakturalarda, Qaimə- Fakturalarda göstərilən qaydada və formada lakin malların təqdim edildiyi tarixdən ən geci 15 (on beş) iş günü ərzində nağd və ya Tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. Ödənişlər Azərbaycan manatı ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə ödənilməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən, X18 Dəyərini vaxtında ödəməzsə, Satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə (cərimə) pulunu Alıcıdan tələb etmək haqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30% dən artıq olmamalıdır. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 28080,46 manat (ƏDV daxil) əsas borcu və və maliyyə arayışının tərtib edildiyi tarixə kimi 7093,13 manat cərimə borcu yaranmış və gecikmə günləri Aktın tarixindən 15 gün sonrakı tarixdən başlayaraq bu günədək hesablanmışdır. xx.xx.2024-cü il tarixli TL № 0300824/20 X11 üzrə İddiaçı MMC tərəfindən ümumi dəyəri 1963,50 manat olan 55 ədəd Samarskiy praymer bitum 15kq, ümumi dəyəri 3135,60 olan 201 ədəd STEKLOİZOL - XPP 2.1 9 m, ümumi dəyəri 6522,10 olan 346 ədəd Tol - Stekloizol XPP 2.5 avadanlıqlar "X6" MMC təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X8 Əlavə 20 X2 əsasən 55 ədəd (1 ədədin qiyməti 35,7) Samarskiy praymer bitum 15kq, 201 ədəd (1 ədədin qiyməti 15,6 manat) Stekloızol - XPP 2.1 9 m, 346 ədəd (1 ədədin qiyməti 18,85 manat) Tol-Stekloızol XPP 2.5, ümumilikdə 13713,021 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2408 seriyalı, 11925672 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13713,021 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0260724/18 X13 üzrə "xxxx" MMC MC tərəfindən ümumi dəyəri 800 manat olan 1000 ədəd Mutlusan 001 020 151025 00 17 Q25 X23 X19 (Boz) avadanlıq, ümumi dəyəri 350 manat olan 500 ədəd Mutlusan 001 020 151020 00 17 Q20 X23 X19 (Boz) Avadanliqlar "X6" MMC təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X8 Əlavə 18 X2 əsasən Mutlusan 001 020 151025 00 17 Q25 X23 X19 (Boz) 1000 ədəd ( 1ədədin qiyməti 0,80 manat olmaqla), Mutlusan 001020 **********Q20 X23 X19 (Boz) 500 ədəd (1 ədədin qiyməti 0,70 manat olmaqla) ümumilikdə 1357 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2407 seriyalı, 11778306 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1357 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0290824/19 X13 üzrə "xxxx" MMC MC tərəfindən ümumi dəyəri 3776 manat olan 5000 ədəd Mutlusan 001 020 151020 00 17 Q20 X23 X20 (Boz) avadanlıqlar "X6" MMC təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X8 Əlavə 19 X2 əsasən Mutlusan 001 020 151020 00 17 Q20 X23 X20 (Boz) 5000 ədəd ( 1ədədin qiyməti 0,64 manat olmaqla) 3 776 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2408 seriyalı, 11885443 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3776 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0050624/15 X13 üzrə "xxxx" MMC MC tərəfindən ümumi dəyəri 944 manat olan 1 ədəd Lıftturk Transpalet 3000 kg avadanlıq "X6" MMC təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X8 Əlavə 15 X2 əsasən Lıftturk Transpalet 3000 kg 1 ədəd ( 1 ədədin qiyməti 800 manat olmaqla) 944 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2406 seriyalı, 10209513 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 944 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0260724/17 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 110 manat olan 500 ədəd Ardıc M8 Metal Dubel (Qırmızı Bashlı), ümumi dəyəri 1600 manat olan 2000 m Mutlusan 001 020 151025 00 17 Q25 X23 X19 (Boz), ümumi dəyəri 1050 manat olan 1500m Mutlusan 001 020 151020 00 17 Q20 X23 X19 (Boz Bashlı), ümumi dəyəri 2000 manat olan 640 ədəd Mutlusan 074 048 060025 25mm X14, ümumi dəyəri 2000 manat olan 540 ədəd Mutlusan 074 048 060020 Q20 H Free X14 avadanlıqlar "X6" MMC təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023 ci il tarixli X8 Əlavə 17 X2 əsasən Ardıc M8 Metal Dubel (Qırmızı Bashlı) 500 ədəd (1ədədin qiyməti 0,22 manat olmaqla) 110 manat, Mutlusan 001 020 151025 00 17 Q25 X23 X19 (Boz) 2000 m ( 1 metrin qiyməti 0,8 manat olmaqla) 1600 manat, Mutlusan 001 020 151020 00 17 Q20 X23 X19 (Boz Bashlı) 1500 m ( 1 metrin qiyməti 0,70 manat olmaqla) 1050 manat, Mutlusan 074 048 060025 25mm X14 2000 ədəd ( 1 ədədin qiyməti 0,32 manat olmaqla) 640 manat, Mutlusan 074 048 060020 Q20 H Free X14 540 ədəd (1 ədədin qiyməti 0,27 manat olmaqla) 2000 manat, ümumilikdə 4649,20 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2407 seriyalı 11802259 nömrəli 26 iyul 2024-cü il tarixli elektron qaiməyə əsasən 4649,2 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0100724/16 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 355 manat olan 500 m F25 X15 avadanlıq "X6" MMC təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X8 Əlavə 16 X2 əsasən F25 X15 500 m (1 metrin qiyməti 0,71 manat olmaqla) 418,90 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2407 seriyalı 10786048 nömrəli 10 iyul 2024-cü il tarixli elektron qaiməyə əsasən 418,90 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0090924/21 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 0,75 manat olan 3 ədəd Mutlusan 126 046 130107 X16, ümumi dəyəri 0,75 manat olan 3 ədəd Mutlusan 001 051 030018 0017 Q 18-20 X7, ümumi dəyəri 1,20 manat olan 3 ədəd Mutlusan 001 051 010020 00 17 20mm, ümumi dəyəri 71 manat olan 100 m Mutlusan 001 165 506020 00 12 Q20 X12 Boru 320n, ümumi dəyəri 4,86 manat olan 6 m Mutlusan 001 045 120020 30 17 Q20 X22 Duz Boru 3m, ümumi dəyəri 2,64 manat olan 3 ədəd Mutlusan 999889 20lik Alev İ Yaymayan T Dirsek avadanlıqlar "X6" MMC-yə təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X8 Əlavə 21 X2 əsasən Mutlusan 126 046 130107 X16 3 ədəd (1 ədədin qiyməti 0,25 manat olmaqla) 0,75 manat, Mutlusan 001 051 030018 0017 Q 18-20 X7 3 ədəd (1 ədədin qiyməti 0,25 manat olmaqla) 0,75 manat, Mutlusan 001 051 010020 00 17 20mm 3 ədəd (1 ədədin qiyməti 0,40 manat olmaqla) 1,20 manat, Mutlusan 001 165 506020 00 12 Q20 X12 Boru 320n 100 m (1 metrin qiyməti 0,71 manat olmaqla) 71 manat, Mutlusan 001 045 120020 30 17 Q20 X22 Duz Boru3M 6 m (1 metrin qiyməti 0,81 manat olmaqla) 4,86 manat, Mutlusan 999889 20lik Alev İ Yaymayan T Dirsek 3 ədəd (1 ədədin qiyməti 0,88 manat olmaqla) 2,64 manat, ümumilikdə 95,82 (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. MT2409 seriyalı 10543547 nömrəli 09 Sentyabr 2024-cü il tarixli elektron qaiməyə əsasən 95,82 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli TL № 0310124/13 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 906,80 manat olan 1000 metr Erse Cat 6 F/Utp 4x2x23 Awg Erlıne - X9 avadanlıq "X6" MMC-yə təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X8 Əlavə 13 X1 əsasən Erse Cat 6 F/Utp 4x2x23 Awg Erlıne - X9 1000 metr (1 metrin qiyməti 0,91 manat olmaqla) 1070,02 (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. EBDX seriyalı 946767 nömrəli 31 yanvar 2024-cü il tarixli elektron qaiməyə əsasən 1070,02 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir xx.xx.2024-cü il tarixli TL № 0260124/11 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 48 manat olan 80 ədəd Ardic 40 X25 Elemani,ümumi dəyəri 453,40 manat olan 500 m Erse Cat 6 F/Utp 4x2x23 Awg Erline - X10,ümumi dəyəri 124,80 manat olan 40 ədəd Bem 60-805 (0531-0003) 120x120x70mm 8girisli S/U «Are Buat, ümumi dəyəri 161,10 manat olan 18m Ardic 300/50 X17, ümumi dəyəri 53,40 manat olan 6 ədəd 300 X24 Kanali Ucun 90°Donus , ümumi dəyəri 126,60 manat olan 12 m 300/40 X24 Kanali avadanlıqlar "X6" MMC-yə təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X8 Əlavə 11 X1 əsasən Ardic 40 X25 Elemani 48 ədəd (1 ədədin qiyməti 0,60 manat olmaqla) 48 manat, Erse Cat 6 F/Utp 4x2x23 Awg Erlıne - X9 500 m (1 metrin 0,91 manat olmaqla) 453,40 manat, Bem 60-805 (0531-0003) 120x120x70mm 8girisli S/U «Are Buat 40 ədəd (1 ədədin qiyməti 3,12 manat olmaqla) 124,80 manat Ardic 300/50 X17 18m (1 metrin qiyməti 8,95 manat olmaqla) 161,10 manat 300 X24 Kanali Ucun 90°Donus 6 ədəd (1 ədədin qiyməti 8,90 manat olmaqla) 53,40 manat 300/40 X24 Kanali 12 m (1 metrin qiyməti 10, 55 manat olmaqla) 126,60 manat, ümumilikdə 1141,41 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. EBDX seriyalı 619724 nömrəli 26 yanvar 2024-cü il tarixli elektron qaiməyə əsasən 1141,41 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir xx.xx.2024-cü il tarixli TL № 0260124/12 Təhvil-Təslim Sənədi üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 412,50 manat olan 15 ədəd Stekloizol TKP 10 m, ümumi dəyəri 363 manat olan 15 ədəd Bikrost TPP 10m avadanlıqlar "X6" MMC-yə təhvil verilmişdir. T/22//23-09 nömrəli xx/xx/2023-cü il tarixli X8 Əlavə 12 X1 əsasən Stekloizol TKP 10 m 15 ədəd (1 ədədin qiyməti 27,50 manat olmaqla) 412,50 manat, Bikrost TPP 10m 15 ədəd (1 ədədin qiyməti 24,20 manat olmaqla) 363 manat, ümumilikdə 915,09 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. EBDX seriyalı 623017 nömrəli 26 yanvar 2024-cü il tarixli elektron qaiməyə əsasən 915,09 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir xx.xx.2025-ci il tarixli MV10e901 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabından Vəkil "xxxx" ASC-də olan hesabına 1150 manat məbləğində pul vəsaiti köçürülmüşdür (ödənişin təyinatı kimi 07 aprel 2025 tarixli Ne003 2025 sayli muqavile, Hesab Faktura 003. tarix xx.xx.2025 E qaime MT**********54 göstərilib) xx.xx.2025-ci il tarixli MVxnohX1 nömrəli ödəniş tapşırığına əsasən “Termoleader" MMC-nin "xxxx" ASC-də olan bank hesabından X5 hesabına 195,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 1,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı avadanlıqların cəmi dəyəri olan 23797 manat və 4283,46 manat ƏDV pul məbləğlərini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 28080,46 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 22 sentybar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 7093,13 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 22 sentybar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1404 manat müəyyən olunmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 196,90 manat dövlət rüsumunun 178,46 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 28080 (iyirmi səkkiz min səksən) manat, 46 (qırx altı) qəpik əsas borc, 1404 (min dörd yüz dörd) manat dəbbə pulu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1150 (min yüz əlli) manat məbləğ və ödənilmiş dövlət rüsumunun 178 (yüz yetmiş səkkiz) manat 46 (qırx altı) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3436/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3436/2025
13.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver