Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3481/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Müseyib oğlunun cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və “xxxx” QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Binəqədi rayon İcra şöbəsi və ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Müseyib oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11516/18 saylı, 05.12.2019-cu il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68-107984-16 saylı, 15.08.2019-cu il tarixli sifariş məktubu ilə ona məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi Natəvan küçəində yerləşən 19 saylı qeyri-yaşayış binasının açıq hərracda “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təqdim edilməsi barədə 13 noyabr 2020-ci il tarixli, 46/05-01 №li ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən, iddia ərizəsinin cavabdehlər tərəfindən almasını təsdiq edən sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Müseyib oğlunun cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh2 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Binəqədi rayon İcra şöbəsi və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 03.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı Müseyib oğluna izah edilsin ki, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3481/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3481/2021
12.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver