Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3564/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159B ünvanında yerləşən ümumi sahəsi 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsindən (“BalBadem” adı ilə tanınan şirniyyat evi) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq mənə təhvil verilməsi, 3500 manat ödənilməmiş icarə haqqı pulu, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə əlavə olaraq 3500 manat, ödənilmiş dövlət rüsumlarına görə - 90 manat, cəmi 7090 manat Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh -"xxxx" MMCilə xx.xx.2025ci il tarixində “İcarə Müqaviləsi imzalamışdır. Həmin “İcarə” müqaviləsinə əsasən, İddiaçı həmin özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159B ünvanında yerləşən ümumi sahəsi 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış obyekti “icarəçi” cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin müddəti 1 ay müəyyənləşdirilmiş və xx.xx.2025-ci il tarixinədək qüvvədə olması müəyyənləşdirmişdir. Müqaviləyə görə aylıq icarə haqqı 3500 manat olması razılaşdırılmışdır. Lakin üzərinə düşən öhdəliklər cavabdeh tərəfindən ümumiyyətlə icra olunmadığına görə, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, ödənilməmiş icarə haqqının 1 gün müddətində ödənilməsi və sahənin dərhal boşaldılması tələb edilmişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh MMC tərəfindən xəbərdarlıq nəzərə alınmamış və bu günə qədər əsassız və qanunusuz olaraq vaxtılə icarəyə verilmiş əmlak qaytarılmamış, boşaldılmamış və həmçinin bu günə qədər icarəçi tərəfindən istifadə olunmaqdadır. Bütün bunlara baxmayaraq, cavabdeh hər hansı bir ödəniş də etmir. Bu da təbii ki, icarəverənin hüquqılarını pozur və əksinə icarəçi Cavabdeh MMC-nin qanunsuz varlanmasına gərtirib-çıxarır. Bu da yolverilməzdir. Bundan başqa qeyd etmək istəyirik ki, müqavilə faktiki olaraq ləğv olunmuş olsa da, cavabdeh zorla əmlakı özündə saxlayaraq, ondan istifadə edərək, oradan tam qanunsuz olaraq gəlir əldə edərək iddiaçının xüsusi mülkiyyət hüququnu kobud və qərəzli şəkildə pozur. Halbuki, heç kəsin ixtiyarı yoxdur ki, başqasın əmlakına qanunsuz olaraq sahiblik etsin. Bundan başqa qeyd etmək istəyirik ki, İddiaçı həmin əmlakı başqa şəxsə daha yüksək icarə haqqı ilə icarəyə vermək istəyir və bu haqda danışıqlar artıq baş tutmuşdur. Bununla əlaqədar olaraq əmlakda bəzi hazırlıq işləri aparılmalı və əvvəlki icarəçinin orada olması, eləcə də onun qərəzli hərəkətləri bütün zəruri işlərin aparılmasına maneə olur. Həmçinin işə baxılıb qurtarana qədər cavabdeh əmlak zədələnə, qəsdən korlana və ya da məhv edilə bilər. Beləliklə, həmin əmlakdan istifadəsi müvəqqəti olaraq cavabdehə qadağan olunmalıdır. Bu səbəbdən, öncə müqavilə üzrə öhdəliklərin icra olunması haqqında pretenziya məktubu cavabdehə göndərilmişdir. Həmin məktubda əsasən icarə müqaviləsinin müddəti 1 aylıq və xx.xx.2025-ci il tarixinədək qüvvədə olması və xx.xx.2025-ci il tarixli “icarə müqaviləsi” pozulmuş hesab olunduğu göstərilmişdir. Bakışəhəri, Nəsimi rayonu,Azadlıq prospekti, giriş 159B ünvanında yerləşən ümumisahəsi 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəmi dərhal boşaldaraq, təhvil verəsiniz, eləcə də ödənilməli olan 3500 manat icarə haqqını 1(bir) gün ərzində mənə ödənilməsi tələb edilmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən nə icarə haqqı ödənilmiş, nə də ki, icarə obyekti mənə təhvil verilməmişdir. Bütün bunlar iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına gətirib-çıxarır.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-nin yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159B ünvanında, (köhnə ünvanı: ünvan 3i 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsindən (“BalBadem” adı ilə tanınan şirniyyat evi) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq mənə təhvil verilməsi, 3500 manat ödənilməmiş icarə haqqı pulu, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə əlavə olaraq 3500 manat, ödənilmiş dövlət rüsumlarına görə - 90 manat, cəmi 7090 manat Cavabdeh MMC-dən tutularaq mənə ödənilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-nin yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159B (əvvəlki ünvan: ünvan 5umi sahəsi 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsindən (“BalBadem” adı ilə tanınan şirniyyat evi) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq mənə təhvil verilməsi, xx.xx.2025-ci il tarixindən etibarən ödənilməmiş icarə 3500 manat haqqı pulu, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə əlavə olaraq hər ay üçün 3500 manat hesablanaraq – iyul ayına qədər 14000 manat (əmlakım təhvil verilənədək aylıq olaraq 3500 manat hesablanması nəzərə alaraq), ödənilmiş dövlət rüsumlarına görə - 144 manat, cəmi 17644 manat Cavabdeh MMC-dən tutularaq mənə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında imzalanmış xx.xx.2025-ci il tarixli icarəsi müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospekti,məhəllə 990,ev 97 yeni qaydalarla: AZ 1007,Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospekti,giriş 159B ünvanında yerləşən ümumi sahəsi 59.3 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən 50 kv.m hissəsini icarəyə verir. - 3-cü bəndinə icarə müddəti xx.xx.2025 il tarixədək müəyyən edilir. - 4-cü bəndinə əsasən İcarəyə götürən" Cavabdeh "icarəyə verən“ İddiaçı aylıq 3500 manat icarə haqqı ödəyir.
11. İş materiallarına əlavə olunmuş foto çəkillərdən müəyyən olunur ki, cavbdeh hazırda icarə sahəsində fəaliyyət göstərir.
12. "xxxx" ASC tərəfəindən verilmiş İddiaçı aid hesabdan çıxarış məlumatlarına əsasən təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmişdir. V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
19. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, icarə sahəsi 1 ay müddətində cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 3500 manat təşkil edir. İddiaçı iddia ərizəsində həmçinin məhkəmə iclaslarındakı izahatlarında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya icarə müddəti ərzində icarə haqqı ödənilməmişdir.
20. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş avadanlıqlara görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (tərəflər arasında mövcud icarə müqaviləsi,bank hesabından çıxarış)3500 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməlidir.
21. Bundan əlavə iddiaçı sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə əlavə olaraq 3500 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Məhkəmə hesab edir ki, cavabdehin icarə müddətindən artıq həmin sahədən istifadə etməsi, qətnamə qəbul edilən günədək həmin sahədə fəaliyyət göstərməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı Mülki məcəllənin 697.2, 700.3-cü maddələrinin tələblərinə əsasən ona dəymiş zərərin əvəzin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin həcminin artırılmasını barədə ərizədə qeyd edilən tarixədək hesablanmış, aylıq 14000 məbləğində maddi ziyan iddiaçıya ödənilməlidir.
23. Bundan əlavə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159B ünvanında, (köhnə ünvanı: ünvan 3i 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsindən (“BalBadem” adı ilə tanınan şirniyyat evi) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir.
24. Bununla yanaşı icarə müqaviləsinin müddəti xx.xx.2025-ci ildə bitsə də, Cavabdeh MMC tərəfindən icarə obyektlərinin İddiaçı geri qaytarması iş materiallarına əsasən müəyyən edilmir.
25. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətində icarəyə verən olan iddiaçı İddiaçı icarəçi olan cavabdeh Balbadem Group” MMC–dən icarəyə verilmiş qeyri-yaşayış sahəsini cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır.
26. Odur ki, məhkəmə hesab edir ki, zəbt edilmiş sahənin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.
27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159B ünvanında, (köhnə ünvanı: ünvan 3i 59,3 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin, 3500 manat ödənilməmiş icarə haqqı, 14000 manat məbləğində maddi ziyan, 144 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova