Məhkəmə qərarları › İş №e-2-2(113)-3656/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3656/2025

26.08.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3656/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X10rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X15 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, X1 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X10rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X6 (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X13 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 məxsusünvan 1 ünvanında yerləşən avtoyuyucu məntəqədə sudan qeyriqanuni istifadə adı altında cavabdeh tərəfindən əsassız yazılmış 4104 manat cərimənin qanunsuz hesab edilməklə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Sabunçu Rayon Su Kanal İdarəsinin Abonenet işləri şöbəsinin rəisi Qədir Əliyev tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, İlyas Aslanov küçəsiev-2 ünvanında yerləşən avtoyuycu kimi fəaliyyət göstərən qeyri yaşayış obyektinin sanitar qovşağına baxış keçirilən zaman sudan qeyri-qanuni istifadə faktının aşkar edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 603110 nömrəliakt tərtib edilmiş və həmin akt əsasında qanunsuzistifadə müddəti 360 gün göstərilməklə, ümumi qanunsuzistifadə həcmi 2052 m olması qeyd edilməklə,abonenet Leyla Hüseynova 4104 manat məbləğində cərimə edilmiş və suyun verilişi qeyri-qanuni olaraq dayandırılmışdır. X6sudan 47191929 nömrəlimüqavilə əsasında, 015718$1 abonenet nömrəlisayğac əsasında istifadə edir. xx.xx.2023-cü ildə X4 məxsus maşınyuma məntəqəsinə Sabunçu rayonu Su idarəsinin əməkdaşı Fuad adlı şəxs tərəfindən su sayğacı quraşdırılmış və vaxtilə məntəqənin tualetində qurulmuş, yararsız vəziyyətdə olan, işləməyən köhnə əlavə xətt qapadılaraq bağlanmışdır. O xətt bağlandıqdan sonra heç vaxt açılmamışdır. Əraziyə baxan nəzarətçi azı həftədə 1-2 dəfə xətləri yoxlamışdır və hansısa bir pozuntu halının olduğunu müşahidə etməmişdir. 19 oktyabr 2024-cü ildə özünü (adını) təqdim etməyən su idarəsi əməkdaşıavtoyuyucu məntəqəyə gəlmiş, yuyucu məntəqəni işlədən X2 (Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyanı küçəsi, ev.1V, AZE15950460, tel:**********) gələnə kimi məntəqənin sanitar qovşağında olan və xx.xx.2023-cü ildə Sabunçu rayonu Su idarəsinin əməkdaşı Fuad adlı şəxs tərəfindən bağlanmış hissəni basaraq sındıramış (bu zaman divara vurulmuş lambirin də zədələnmişdir), bundan sonra bayıra çıxmış, sonra telefonla video çəkərək yenidən məntəqəyə daxil olmuş, guya birbaşa gəlib suyun axdığını görmüş kimi qeyd etmişdir. Qeyd edilən qanunsuz hərəkətlər törədildikdən sonra 603110 nömrəliakt tərtib edilmiş və avtoyuyucu məntəqəyə suyun verilməsi qanunsuz olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X7 2.1.3-cü bəndinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə 603110 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qanunsuz istifadə müddəti 360 gün göstərilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarına əsasən 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli olduğu halda cərimənin bütün il müddətinə hesablanması, həmin aktın qanunsuz və əsassız olmasına dəlalət edir. Lakin, X17 İdarəsinin əməkdaşları tərəfindən ayda bir dəfədən az olmayaraq yuyucu məntəqənin ərzisinə texniki baxış keçirmişlər. Həmçinin qeyd edilən su xəttinin bağlanmasını və yuyucu məntəqəyə sayğacın qoyulması da məhz X17 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə 603110 nömrəli akt tərtib edilən zaman da adıçəkilən su xəttindən hər hansı formada kustar üsulla və ya digər formada qoşularaq istifadə edilməsi halı da müəyyən edilməmiş, bağlanmış su xəttinin sındırılması nəticəsində suyun axması baş vermişdir. Odur ki, ünvan 1 ünvanında yerləşən avtoyuyucu məntəqədə sudan qeyri-qanuni istifadə ad altında cavabdeh tərəfindən əsassız yazılmış 4104 manat cərimənin qanunsuz hesab edilməklə silinməsi barədə qətnamə qəbul edilməsi tələbində haqlıyam.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndələri məhkəmə iclasında iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. xx.xx.2024-cü il tarixdə 603110 saylı aktdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki,obyektdə qeyri-qanuni sayğacdan kənar d=20 mm qoşulma edərək sudan qanunsuz istifadə edir.

9. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 4104 manat məbləğində qanunsuz istifadə fakturası göndərilmişdir.

10. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X16 xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, Sabunçu rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xətdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 603110 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 2 052 m3 sərfiyyat olmaqla 4 104 manat dəyərində dəymiş ziyan hesablanmışdır.Abonent tərəfindən VÖEN məlumatları təqdim olunmadığı üçün Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində çıxarış almaq mümkün olmamışdır.

V. Tətbiq edilən hüquq:

11. Mülki Məcəllənin: -385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X9”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. VI. Məhkəmənin mövqeyi:

16. Məhkəmə hesab edir ki, təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X16 ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

18. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X12 əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda sözügedən yoxlamanın qeydiyyata alınması müəyyən edilmir. Cavabdeh təşkilat məhkəmənin sorğusuna cavabolaraq ünvanladığı məktubda qeyd edilən halı təsdiq etmişdir.

19. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

20. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X16 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə 603110 saylı akta əsasən iddiaçı X4 hesablanmış 4104 manat məbləğində borc silinməlidir.

22. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 62 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X16 (əvvəlki "xxxx" ASC) tərəfindən xx.xx.2024-cü il tarixdə 603110 saylı akt əsasında hesablanmış 4104 manat (dörd min yüz dord) məbləğində borc X3 abonent hesabından silinsin. Dövlət rüsumu olaraq ödənilmiş 62 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar