Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3672/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 iştirakı ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli № 101855 nömrəli Aktın ləğv edərək 470,70 manat saygac üzərində olan borcun tam silinməsi və iki ədəd saygacın cavabdehin hessabına obyektə quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (İş № 2(004)- 2150/2021, hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə) xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəm qismən təmin edilmiş, cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su sayğacının yenilənməsi və yaranmış 6724 (altı min yeddi yüz iyirmi dörd) manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (İş № 2(103)- 8580/2021, X1 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2150/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (İş № 2(102)-623/2022, X5 (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Mehparə Əhmədovadan ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8580/2021 nömrəli, xx.xx.2021- ci il tariuxli qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2150/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Mən "Şəhid ailəsiyəm", Qarabağ müharibəsinin iştirakçısıyam. Vətən müharibəsinin İİİ qrup əliliyəm. Ailə vəziyyətimizin ağır olması və ailə üzvlərimizin çoxluğu səbəbindən Ölkə Rəhbərimiz tərəfindən bizə iyaşə obyekti tikmək üçün Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 63 kv.m.sahəsində "Çay evi" və "Təkər təmiri sexi" inşa etmişik. Dəfələrlə su sayğacının işləməməsi ilə bağlı cavabdeh əvvəlki "xxxx" ASC-nin Binəqədi rayonu Sukanalı İdarəsinə müraciət etmişik və cavabdehin razılığı ilə öz hesabımıza su sayğacı alıb, yenisi ilə əvəz etmişik. Bir müddətdən sonra həmin su sayğacında yaranmış problemlərlə bağlı təkrarən Binəqədi rayonu Sukanalı İdarəsinə müraciət edib, suyun gəlmədiyini və su kartına pul yüklənməsinə baxmayaraq, sayğacın su buraxmadığını bildirmişik. (2021-ci ildən su kartına 100 manat məbləğində pul vursaq da bu günə kimi həmin 100 manat kartda qalmış və istifadə olunmamışdır.) Cavabdeh "xxxx" ASC-nin Binəqədi rayonu Sukanalı İdarəsinin əməkdaşları gəlmiş və həmin su sayğacına baxış keçirmiş, sayğacı yerində söküb yoxlamışlar. Lakin su sayğacı yenə də işləməmişdir. Ona görə də həmin su sayğacının içərisindən keçən su klapanını açıq qoymuşlar ki, sudan istifadə edə bilək. Eyni zamanda mənə bildirmişlər ki, hər ay su istifadəsinə görə 30-40 manat məbləğində ödəniş edim. Mən 2019-cu ildən etibarən sudan istifadə edib, işlətdiyim vaxtlar hər ay mütəmadi olaraq 40-50 manat pul ödəmişəm. Axırıncı 4 ay müddətində 200 manat ödəniş etmişəm. 2020-ci ilin mart ayından Respublikamızda yayılmış "Koronovirus" pandemiyası (COVİD-19) ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən obyektimiz işləməmişdir. Ona görə də su sərfiyyatı olmamışdır. xx.xx.2020-ci ildə cavabdeh "xxxx" ASCnin Binəqədi rayonu Sukanalı İdarəsinə müraciət edib, 41 Smart-kart tipli su sayğacının dəyişdirilib, yenisi ilə əvəzləşdirilməsini xahiş etmişəm. Gəlib su sayğacını açıb, təmirə aparmaqlarını bildirmişlər. Ona görə də xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin 13 SMARTKART tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə Akt tərtib edib, su sayğacını çıxarıb aparmışlar. Möhtərəm Hakim ,MPM, Maddə 150.1-ə əsasən, iddia ərizəsində və ya əlavələrdə çatışmazlıq olarsa, məhkəmə bu çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya müddət verir. Əgər bu müddət ərzində sübut təqdim edilməzsə – MPM, Maddə 150.4: Məhkəmə iddia ərizəsini geri qaytara bilər. ,Hal hazırda işsizəm. Bir müddətdən sonra mən cavabdehə müraciət edib, su sayğacının yerinə qoyulmasını tələb etsəm də, mənə bildirdilər ki, həmin sayğac istismara yararsız vəziyyətdədir. Təkrarən mənə yeni su sayğacı almağımı təklif etdilər. Bununla da mənə 4-cü su sayuğacı aldırmışlar. Mən də məcbur olub, hər biri 300 manat dəyərində 7-ci mikrorayonda yerləşən özlərinə məxsus mağazadan 2 ədəd Gəncədə istehsal olunmuş su sayğacı alıb gətirdim ki, həmin su sayğaclarını laboratoriyada yoxlayıb nizamlasınlar və yerinə quraşdırsınlar. Lakin bu günə kimi həmin su sayğacları da cavabdeh tərəfdə qalmış və aidiyyatı qurumlar tərəfindən yerinə quraşdırılmamışdır. Halbuki, həmin sayğacların yenisi ilə əvəz olunması və quraşdırılması cavabdeh tərəfin birbaşa vəzifəsidir. Havaların soyuq, şaxtalı keçməsi nəticəsində su sayğacının tez-tez sıradan çıxması nəticəsində əvvəllər də 2 dəfə öz hesabıma sayğac alıb quraşdırmışam. Mənə bildirmişlər ki, 7000 manata yaxın su pulu borcun var. Həmin borcu ödə, sonra su sayğacını quraşdıraq. Dəfələrlə ərizə ilə cavabdeh "xxxx" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynova müraciət etmişəm. Lakin "COVİD-19" pandemiyası bəhanə gətirilərək, məni qəbul etməmişdir. Müraciətlərim cavabdehin təqsirindən müsbət həll olunmamışdır. Cavabdehlə razılaşdığımız kimi 2022-ci il tarixindən hazırkı vaxta kimi hər ay mütəmadi olaraq 50 manat su pulu ödəyirəm.Ödəniş qəbzlərini bu günə kimi saxlayıram və sübut kimi iddia ərizəmə əlavə edirəm. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdehin təqsirindən bu günə kimi obyektimə su sayğacları quraşdırılmamışdır. Dəfələrlə cavabdehə müraciət etsəm də və Qorxmaz Hüseynovun müavini Köçəri müəllimin və Əfqan müəllimin qəbulunda olsam da, bildirmişlər ki, Yasamal Rayon Məhkəmənin qanuni qüvvəyə minmiş 2(004)-2150/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında komissiya yaradılacaq və yerdə qalan əlavə borclar da silinəcəkdir. Sonra bilmişəm ki, mənim hər ay mütəmadi olaraq bu günə kimi ödədiyim 50 manat məbləğində su pulu sərfiyyat kimi yox, borc kimi silinmişdir. Bununla da cavabdeh məni aldatmış və cavabdehin təqsirindən mənə 470,70 manat borc yazılmışdır. Cavabdeh "xxxx" ASC-nin Binəqədi rayon Sukanalı İdarəsinin adı dəyişilmiş və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsi adlandırılmışdır. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsi xx.xx.2024-cü il tarixli, 101855 nömrəli Akt tərtib etmişdir ki, xx.xx.2024-cü il tarixə 235,35 manat su pulu və 235,35 manat çirkab su pulu, cəmi 470,70 manat borc qalmışdır. Hesab edirəm ki, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsinin tərtib etdiyi xx.xx.2024- cü il tarixli, 101855 nömrəli Aktı qanunsuzdur. Ona görə də məhkəmədə ləğv olunmalı, 470,70 manat borc silinməli və 2 ədəd su sayğacı cavabdehin hesabına yerinə quraşdırılmalıdır. Sayğacın göstəricilərinə edib, su sayğacının yerinə qoyulmasını tələb etsəm də, mənə bildirdilər ki, həmin sayğac istismara yararsız vəziyyətdədir. Təkrarən mənə yeni su sayğacı almağımı təklif etdilər. Bununla da mənə 4-cü su sayuğacı aldırmışlar. Mən də məcbur olub, hər biri 300 manat dəyərində 7-ci mikrorayonda yerləşən özlərinə məxsus mağazadan 2 ədəd Gəncədə istehsal olunmuş su sayğacı alıb gətirdim ki, həmin su sayğaclarını laboratoriyada yoxlayıb nizamlasınlar və yerinə quraşdırsınlar. Lakin bu günə kimi həmin su sayğacları da cavabdeh tərəfdə qalmış və aidiyyatı qurumlar tərəfindən yerinə quraşdırılmamışdır. Halbuki, həmin sayğacların yenisi ilə əvəz olunması və quraşdırılması cavabdeh tərəfin birbaşa vəzifəsidir. Havaların soyuq, şaxtalı keçməsi nəticəsində su sayğacının tez-tez sıradan çıxması nəticəsində əvvəllər də 2 dəfə öz hesabıma sayğac alıb quraşdırmışam. Mənə bildirmişlər ki, 7000 manata yaxın su pulu borcun var. Həmin borcu ödə, sonra su sayğacını quraşdıraq. Dəfələrlə ərizə ilə cavabdeh "xxxx" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynova müraciət etmişəm. Lakin "COVİD-19" pandemiyası bəhanə gətirilərək, məni qəbul etməmişdir. Müraciətlərim cavabdehin təqsirindən müsbət həll olunmamışdır. Cavabdehlə razılaşdığımız kimi 2022-ci il tarixindən hazırkı vaxta kimi hər ay mütəmadi olaraq 50 manat su pulu ödəyirəm.Ödəniş qəbzlərini bu günə kimi saxlayıram və sübut kimi iddia ərizəmə əlavə edirəm. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdehin təqsirindən bu günə kimi obyektimə su sayğacları quraşdırılmamışdır. Dəfələrlə cavabdehə müraciət etsəm də və Qorxmaz Hüseynovun müavini Köçəri müəllimin və Əfqan müəllimin qəbulunda olsam da, bildirmişlər ki, Yasamal Rayon Məhkəmənin qanuni qüvvəyə minmiş 2(004)-2150/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında komissiya yaradılacaq və yerdə qalan əlavə borclar da silinəcəkdir. Sonra bilmişəm ki, mənim hər ay mütəmadi olaraq bu günə kimi ödədiyim 50 manat məbləğində su pulu sərfiyyat kimi yox, borc kimi silinmişdir. Bununla da cavabdeh məni aldatmış və cavabdehin təqsirindən mənə 470,70 manat borc yazılmışdır. Cavabdeh "xxxx" ASC-nin Binəqədi rayon Sukanalı İdarəsinin adı dəyişilmiş və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsi adlandırılmışdır. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsi xx.xx.2024-cü il tarixli, 101855 nömrəli Akt tərtib etmişdir ki, xx.xx.2024-cü il tarixə 235,35 manat su pulu və 235,35 manat çirkab su pulu, cəmi 470,70 manat borc qalmışdır. Hesab edirəm ki, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Binəqədi rayon Sukanalı İdarəsinin tərtib etdiyi xx.xx.2024- cü il tarixli, 101855 nömrəli Aktı qanunsuzdur. Ona görə də məhkəmədə ləğv olunmalı, 470,70 manat borc silinməli və 2 ədəd su sayğacı cavabdehin hesabına yerinə quraşdırılmalıdır. Sayğacın göstəricilərinə mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları müəyyən edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələn, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayəti vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli qərarı). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aktın ləğv edilməsi və sayğacın quraşdırılması tələbini iddia ərizəsindən çıxardaraq, əsassız olaraq ona hesablanmış 470,70 manat borcun sislinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə ünvana ALFASU 20 smart tipli su sayğacı quraşdırılmışdır. İstifadə olunan suyun həcminə görə ödəniş olunmamışdır. xx.xx.2018-ci ildən su sayğacının elektron hissəsi işləməmiş, mexaniki hissə isə keçən su sərfiyyatını qeydə almışdır. Lakin elə aylar olmuşdur ki, abonent tərəfindən heç bir ödəniş olunmamışdır. xx.xx.2019-cu ildə 50 azn ödəniş olunaraq 2656m3 -a qədər su sərfiyyatının ödənişi təmin olunmuşdur. Lakin həmin ayda su sayğacının mexaniki göstəricisi 4566m3 olmuşdur. xx.xx.2020-ci ildə 50 azn ödəniş olunaraq 2681m3 -a qədər sudan istifadə olunmuşdur. Həmin tarixdən etibarən isə ödəniş olunmamışdır. xx.xx.2020-ci ildə su sayğacı X10 İdarəsi tərəfindən sökülərək laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyinə əsasən, su sayğacı təmirə yararsız olduğuna görə abonentə yeni su sayğacının alınmasının zəruriliyi barədə məlumat verilmişdir. xx.xx.2021-ci ildə abonentin istifadə etdiyi su sərfiyyatı hesabatı bərpa edilmiş, 4388m3 sudan istifadə olunması və 8776 manat suyun dəyərinin ödənilməsi barədə abonentə məlumat verilmişdir. Hal hazırda abonent istifadə etdiyi su və çirkab su xidmətlərinə görə ödəniş etmir. Yaranmış borc məbləği iddiaçının istifadə etdiyi və dəyərini ödəmədiyi borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşməsi bardə ərizəsinin müzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Sayğac cavabdehin hesabına qoyulmalıdır. Bu səbəblə onun tərəfindən sayğac qoyulmamışdır. O aylar üzrə istifadə etdiyi su üzrə ödəniş etmişdir. Məhkəmə qərarı vardır ki, sayğac cavabdeh tərəfindən qoyulmalıdır. Onun məlumatı olmamışdır. İş üzrə hesabat yoxdur, sayğacın üzərində rəqəmlər yoxdur. Sayğacın 70 manat olduğunu bilsəydi alıb-quraşdırardı.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı iddia üzrə sayğacın alındığını deyir, lakin iddiaçı tərəf bununla bağlı qəbzləri onlara təqdim etməmişdir. Sayğac dəyişmə xidməti qeyri-əhali subyektlərində ödənişlidir. Bu halda ödəniş edilməlidir və ödəniş edildikdən sonra sayğac qoyulur. Su xətti üzərində sayğac olması onlara sərf edir. Quraşdırılma pulsuzdur lakin, sayğac üçün ödəniş edilməlidir. İddiaçı tərəfin 440.70 manat borcu qalmışdır. Bu borc məbləği 2018-ci ildən yaranmışdır. Tələb edilən borc 2018-2024-cü ilin dekabr ayına kimi yaranan borcdur, lakin dəqiq olaraq hansı ilin, hansı ayın borcudur deyə bilmirlər. Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının 6724 manat borcu silinmişdir, qalan borcdan müəyyən qədər ödəniş olub, ödənilməyən hissə 440,70 manatdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. DƏDRX tərəfindən verilmiş RX 061Ö225 saytı Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 2150/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan Bakı şəhər, Binəqedi rayonu, 9cu mikrorayon. Mir Cəlal küçasi 1E- ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su sayğacının yenilənməsi va yaranmış 6724 manat məbləğində borcun silinməsi qət edilmişdir.
10. 17 dekabr 2024-cü il tarixli 101855 nömrəli Üzləşmə katına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 470,70 manat borcunun olduğu müəyyən edilmişdir. Akt İddiaçı tərəfindən təsdiq edilməmişdir.
11. Abonent haqqında məlumatlara əsasən iddiaçıya məxsus obyekt üzrə sudan istifadəyə görə qalıq borc 440,70 manat müəyyən edilmişdir.
12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2150/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan Bakı şəhər, Binəqedi rayonu, 9-cu mikrorayon. Mir Cəlal küçasi 1Eünvanında yerləşən qeyri-yaşayış sahəsinin su sayğacı yenilənsin va yaranmış 6724 manat məbləğində borc silinməsi qət edilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzrə abonent haqqında məlumatlara əsasən 2020-2024-cü illəri əhatə edən dövr üzrə qalıq borc kimi 440,70 manat müəyyən edilmişdir. İddiaçı hal-hazırda 470,70 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, borcun əvvəlki illəri əhatə edən borc kimi hesablandığını bildirsə də, lakin borcun yaranma əsasını göstərə və sübuta yetirə bilməmişdir.
15. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:
20. - 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
21. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin:
22. - 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
23. - 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
24. – 30-cü maddəsinin 1-ci hissəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
25. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
26. Mehkeme hesab edir ki, mübahisəli borc cavabdeh tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə 2018-2024-cü il üçün hesablanılmış 440,70 manat məbləğində borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bütün bunlan nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh tərəfindən İddiaçı məxsus olan ünvan 4 ünvanı üzrə yaranmış 440,70 manat məbləğində borc silinməlidir.
27. İşdən göründüyü kimi cavabdeh məhkəmə tərəfindən dəfələrcə şərait yaradılmasına baxmayaraq mübahisəli borcun necə yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir.
28. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçıya yazılmış borcun əsaslı olmasını sübuta yetirə bilmədiyi üçün iddia tələbi qismən təmin edilməlidir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzrə abonent haqqında məlumata əsasən qalıq borc kimi göstərilmiş 440,70 manat borc silinməlidir. İddia tələbi 470,70 manat deyil, qismən, yəni 440,70 manat hissəsində təmin edilir ona görə ki, abonent haqqında məlumatda mövcüd borc cəmi 440,70 manat göstərilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödənişindən azad olduğu üçün, iddianın təmin olunan 440,70 manat məbləğinə mütənasib olaraq iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə hesablanmış 440,70 manat borc silinsin. Dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova