Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-374/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, X1 Cavabdehnə qarşı borcun silinməsi, 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya 2016-cı ilin dekabr ayından 2017-ci ilin may ayınadək yazılmış ümumilikdə 13758 manat əsassız borcun silinməsi, 2020-ci ilin yanvarmart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Salyan rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. Cavabdeh nümayəndələri tərəfindən 2016-cı ilin dekabr ayında 3756,40 manat, 2017-ci ilin yanvar ayında 3224,20 manat, fevral ayında 3184,20 manat, mart ayında 2359,60 manat, aprel ayında 1233,60 manat – ümumilikdə 13758 manat əsassız borc yazmışdır. Həmin dövrlərdə sayğacla qaz işlətmişdir. Sayğacla işlətdiyi qaza görə də müəyyən qədər borcu var idi. 2017-ci ilin oktyabr ayında istixananın qazın açılması üçün cavabdehin yerli təşkilatı olan X12 müraciət edərkən ona 36000 manat borcunun olduğunu bildirdilər. Borc məbləğinin çox olmasından şübhələndiyi üçün araşdırma apardıqda 13758 manat əsassız borc yazılmasını müəyyən etdi və bu barədə cavabdehə öz etirazını bildirdi. Cavabdehin nömayəndələri borcun səhvən yazılmasını bildirdilər və düzəliş ediləcəyi barədə söz verdilər. İstixananın qazının açılmasını tələb etdikdə onlar hesabda olan qalıq borclar tam ödənildikdən sonra qazın açılmasının mümkünlüyünü, hesabında olan tam borcu ödəməyi, istixananın işlədiyi dövrdə əsassız yazılmış borcun əvəzləşdiriləcəyini bildirdilər. İstixanada əkilmiş şitillərin məhv olacağından çəkindiyi üçün 36000 borcu ödəmişdir. Lakin cavabdeh əsassız hesabladığı borcu silmədi. İstifadə etdiyi qazın pulunu əsassız yazılmış borc məbləğinədək ödəmişdir. Bundan əlavə istixanada olan qaz pulunu 2019-2020-ci illər üzrə müqayisə edəndə 2020-ci ildə təxminən 2 dəfəyədək artıq borc hesablanmışdır. 2019-cu ilin yanvar ayında 17606 manat qaz işlətdiyi halda, 2020-ci ilin yanvarında 26370 manat, 2019-cu ilin fevral ayında 12436 manat işlətdiyi halda, 2020-ci ilin fevral ayında 17008 manat qaz pulu hesablanmışdır. 2020-ci ilin mart ayının əvvəlində qazı kəsdikləri üçün borcu 2019-cu ilin martı ilə müqayisə etmək mümkün deyildir. İstixanada heç bir dəyişiklik olmadığı halda qaz pulunun 2 dəfə artması müəmmalıdır. Cavabdeh Salyan Qaz İdarəsinin nümayəndələri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla, eyni vaxtda həm sayğacla, həm də digər üsulla borc hesablanmış 13758 manat əsassız borcun silinməsi, 2020-ci ilin yanvarmart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi barədə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmadı. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. Cavabdeh tərəfindən 2016-cı ilin dekabr ayında, 2017-ci ilin yanvar, fevral, mart, aprel aylarında həm sayğacla, həm də məlum olmayan qaydada istixanasına borc hesablanmışdır. Borcun yazılmasına səbəb kimi guya müxtəlif vaxtlarda qaz sayğacının işləməməsini əsas göstərirlər. Cavabdeh İB-nin işçiləri hər ay sayğaca baxır, qeydiyyat aparırlar. Əgər bu aylar ərzində sayğacda hər hansı bir nöqsan olsaydı, cavabdehin işçiləri bu barədə məlumat verərdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, X2 tərəfindən silinməsi tələb edilən borc məbləği onun tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcdur. Həmin borc məbləği sayğac göstəricisinə əsasən hesablanmışdır. Borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. Həmin məbləğ qanuni əsaslarla hesablanmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - “X8 ilə Cavabdeh” İB arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ASX-Şirvan/051 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,20 manat məbləğində müəyyən edilmişdir: 3.4-cü bəndinə əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. X5 (abonent kodu **********00032) xx.xx.2021-ci il tarixli abonent saldosundan görünür ki, iddiaçının son borc məbləği 65744,40 manat hesablanmışdır. -Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-24/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X6 qarşı təbii qazdan istifadəyə görə yaranmış 82651 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş və X3 68893 manat borc və ödənilmiş dövlət rüsumuna görə 25 manat məbləğində pulun tutulması qət edilmişdir. İddia tələbi 13758 manat borcun tutulması hissəsində həmin borc əsassız hesablanmış borc olduğundan təmin edilməmişdir. -X8 ilə Cavabdeh” İB arasında xx.xx.2020-ci il tarixdə bağlanmış debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, X8 təbii qazdan istifadəyə görə 82651 manat məbləğində borcunun olmasını qəbul etmiş, həmin borcdan təbii qazın sərfiyyatından əlavə olaraq, 2020-ci ilin 25 noyabr tarixinə kimi 10000 (on min) manat, 2020-ci ilin 25 dekabr tarixinə kimi 18162 (on səkkiz min yüz altmış iki) manat ,2021-ci ilin 25 yanvar tarixinə kimi 18163 (on səkkiz min yüz altmış üç) manat ,2021-ci ilin 25 fevral tarixinə kimi 18161 (on səkkiz min yüz altmış bir) manat, 2021-ci ilin 25 mart tarixinə kimi isə 18165 (on səkkiz min yüz altmış beş) manat məbləği X13 idarəsinə ödəməyi öhdəsinə götürmüşdür. - X8 tərəfindən “Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, 2016-cı ilin dekabr ayından 2017-ci ilin may ayınadək yazılmış ümumilikdə 13758 manat əsassız borcun silinməsi, 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ASX-Şirvan/051 nömrəli müqavilə bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərinə öhdəliklər götürmüşlər. X2 xx.xx.2020-ci il tarixdə ona məxsus istixanaya yazılmış ümumilikdə 13758 manat əsassız borcun silinməsi, 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra onunla Cavabdeh” İB arasında xx.xx.2020-ci il tarixdə debitor borcun ödənilməsi haqqında razılaşma protokolu imzalanmış və iddiaçı tərəfindən 82651 manat məbləğində borcun olması qəbul edilmişdir. İddia tələbinin bir hissəsini 13758 manat borcun silinməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən silinməsi tələb edilən 13758 manat borc məbləğinə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, e-2-2(121)-24/2020 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia tələbinin 13758 manat borcun silinməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin digər hissəsini 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, 2020-ci ilin yanvar-mart aylarında hesablanmış borc iddiaçı tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış təbii qazın dəyəridir. Göründüyü kimi, 2020-ci ilin yanvar-mart aylarındakı aylıq qaz sərfiyyatı ilə 2019-cu ilin yanvar-mart aylarındakı aylıq qaz sərfiyyatı arasında fərq olmuşdur. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda iddiaçının 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanmasını və yaranmış fərqin silinməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X1 Cavabdehnə qarşı 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvarmart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdehnə qarşı 2020-ci ilin yanvar-mart aylarında hesablanmış qaz pulu borcunun 2019-cu ilin yanvar-mart aylarına uyğun hesablanması, yaranmış fərqin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-374/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-374/2021
09.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver