Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-393/2021 19.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X1 Cavabdehnə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən 2020-ci ilin fevral ayında **********0001 saylı abonent kodu, Elster G-650 TRZEK 220 sayğac üzrə əsassız hesablanmış 8.449,60 manat məbləğində borcun silinməsi və Cavabdeh əməkdaşları tərəfindən **********0000 saylı abonent kodu, Elster G- 4 Diafraqma sayğac üzrə 2013-cü ildə 445 manat, 2014-cü ildə 220 manat, 2015-ci ildə 439 manat, 2016-cı ildə 230 manat, 2017-ci ildə 773 manat, 2018-ci ildə 1.058,80 manat, 2019-cu ildə 2.830,80 manat, 2020-ci ildə 1.421,60 manat, cəmi 7.418,20 manat məbləğində əsassız hesablanmış borcu ödədiyi üçün məbləğin geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ********** saylı VÖEN əsasında Salyan rayonu, Qaraçala kəndində yerləşən istilikxanaya **********00001 və **********00000 abonent kodu əsasında qazdan istifadə edir. Daha əvvəl əsassız hesablanmış 74583,4 manat məbləğində borcun silinməsi, G-160 sayğacın dəyişdirilərək G-650 sayğacla əvəz olunması tələbinə dair müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin olunmaqla Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)244/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə X2na məxsus Salyan rayonu, Qaraçala kəndində yerləşən istixanaya qaz verilişinin dayandırılması işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər bu mübahisə ilə əlaqədar təbii qazın verilişinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. İş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarı olmuş və iddia qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsində həmin mübahisə üzrə iş davam etdirilir. Amma buna baxmayaraq cavabdeh təşkilat tərəfindən təxminən təqdim edilmiş saldo nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, 2020-ci ilin fevral ayında **********0001 saylı abonent üzrə Elster G-650 TRZ EK 220 sayğac üzrə 8449,60 (səkkiz min dörd yüz qırx doqquz manat altmış qəpik) manat ödənilmiş qaz sərfiyyatına görə yenidən borc yazılmışdır. Həmçinin **********0000 saylı abonent üzrə Elster G-4T DİAFRAQMA sayğac üzrə 2013-cü il üzrə 445 manat, 2014-cü il üzrə 220 (iki yüz iyirmi) manat, 2015-ci il üzrə 439 manat, 2016-cı il üzrə 230 manat, 2017-ci il üzrə 773 manat, 2018-ci il üzrə 1058,80 manat, 2019-cu il üzrə 2830,80 manat, 2020-ci ildə isə 1421,60 manat məbləğində ödədiyi qaz sərfiyyatına görə yenidən borc yazılmışdır. İddiaçı həmin dövrlər üçün bütün borcunu ödəmiş və heç bir borcu olmadığı halda təkrar hesabat aparılmışdır. Ödənilmiş borc silinməli və həmin məbləğ geri qaytarılmalıdır. Bu barədə pretenziya və iddia ərizəsini Cavabdehnə təqdim etmişdir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və.s orqanlarının aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbuletmiş orqanın üzərinə düşür. İstilikxanada yerləşən, qazdan istifadə edilməklə işlədilən, qızdırılması üçün sərf edilməli olan qaz həcmi ilə bağlı qeyd edilənlər də, borcun yaranması üçün əsas deyil, hər ayda akt əsasında təqdim edilən sərfiyyat ödənilmişdir, borcun yaranması cavabdeh təşkilatın əməkdaşlarının subyektiv fikirləridir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təminetmə tədbiri barədə ərizə təqdim edərək, Cavabdehnə qarşı əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 8449,60 manat əsassız yazılmış borc silinməsi və 7418,20 manat əsassız yazılmış borcu ödədiyi üçün iddiaçıya geri ödənilməsi barədə iddiaya mahiyyəti üzrə baxılıb qurtarana qədər iddiaçıya məxsus istixananın qaz xəttinin qoşulmasının Cavabdehnə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 040220 nömrəli akta əsasən **********00001 nömrəli koda hesablanmış 8.449,60 manat borcun silinməsi, G-4 markalı qaz sayğacının göstəricisinə əsasən hesablanmış 8.148,40 manat məbləğində borcdan ödənilmiş 5.479,60 manat məbləğində pulun cavabdehdən alınaraq geri qaytarılması, həmin sayğac üzrə olan 2.668,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X1 "Cavabdeh” İB-yə qarşı 2020-ci ilin fevral ayında hesablanmış 8449,60 manat borcun və G-4T markalı qaz sayğacı üzrə ödənilmiş 7418,20 manat pulun geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus istixananın qaz sayğacının sərfiyyat göstəricisi iddiaçının nümayəndəsinin iştirakı ilə qeydə alınarkən sayğacın qaz sərfini qeydə almaması müəyyən edilmişdir. Bu səbəbdən də sayğacın arxiv məlumatları oxunmuş və sayğacın xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qaz sərfini qeydə almaması müəyyən edilmişdir. Arxiv məlumatına əsasən sayğacın sutkalıq qaz sərfi 5281 m3 olmuşdur. Bu səbəbdən də sayğacın işləmədiyi dövr üçün hesabat aparılmış, sayğacın 42248 m3 qaz sərfini qeydə almaması müəyyən edilmişdir. (5281 m3 x 8 gün = 42248 m3 x 0,20 manat = 8449,60 manat ). Bu barədə iddiaçının nümayəndəsinin iştirakı ilə akt tərtib edilmiş və 42248 m3 qaz sərfi abonentin hesabına işlənmişdir. İddiaçının nümayəndəsinin aktı imza etməsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək G-650 markalı qaz sayğacının qaz sərfiyyatını qeydə almamasını təsdiq edir. İddiaçı iddia ərizəsində istixananın daxilində quraşdırılmış G-4 markalı qaz sayğacının G- 650 markalı qaz sayğacının qeydə aldığı sərfiyyatı təkrar qeydə aldığını bildirmişdir. İddiaçıya məxsus istixanaya layihəyə uyğun olaraq G-650 markalı və G-4 markalı qaz sayğacı quraşdırılmışdır. G-4 markalı qaz sayğacının quraşdırılmasına əsas istixananın qazanxanasının işləmədiyi müddətdə inzibati binada istifadə olunan qaz sərfiyyatının qeydə alınmasıdır. Belə ki, G-650 markalı qaz sayğacının nominal qaz sərfi qeydiyyatı 52 m3 təşkil edir. G-4 markalı qaz sayğacının nominal qaz sərfi qeydiyyatı isə 0 m3 təşkil edir. İstixananın qazanxanası müəyyən fasilələrlə işləyir. Belə olan halda G-4 markalı qaz sayğacı inzibati binada istifadə olunan qaz sərfiyyatını qeyd edir. Qeyd olunanlar iddia tələbinin əsassız olmasının birbaşa sübutudur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı xx xxxx 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddiaya dair etiraza uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -“Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, 040220 saylı aktdan görünür ki, X6 məxsus Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən müəssisədə qaz sayğacı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək işləməmiş, gündəlik qaz sərfi 5281 m3 götürülməklə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı 42248 m3 müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, X4 (abonent kodu: **********00001) 2020-ci ilin fevral ayına 181052 m3 qaz sərfiyyatına görə 140.012,20 manat, 2021-ci ilin fevral ayının əvvəlinə olan borcu 87.945,40 manat təşkil edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İslamov Musa İbiş oğlunun (abonent kodu: **********00000) 2021-ci ilin yanvar ayının əvvəlinə olan borcu 2.565,80 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, X1 iddiası qismən təmin edilməlidir. M.İslamovun irəli sürdüyü iddia iki iddia tələbindən ibarətdir.
1. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, 040220 saylı akt əsasında hesablanmış borcun silinməsi. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh İB sözügedən akt əsasında iddiaçıya borc hesablanmasına əsas kimi iddiaçıya məxsus istixanada quraşdırılmış G-650 markalı qaz sayğacının elektron hissəsinin 8 gün ərzində işləməməsinə, buna görə də sayğacın işləmədiyi müddət üçün qaz sərfiyyatının akta əsasən müəyyən edilməsinə istinad etmişdir. Lakin iddiaçıya məxsus istixanada quraşdırılmış G-650 markalı qaz sayğacına baxış keçirilərək nasazlıq aşkar edilməsini, həmin nasazlığın aradan qaldırılmasını, sayğacın təmir edilməsi üçün götürülməsini və ya sayğaca yerində müdaxilə edilməsini, eləcə də sayğacın işlədiyi iddia olunan 8 günlük müddət üçün qaz sərfiyyatının hesablanması qaydasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in:
77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Aktın abunəçinin nümayəndəsi qismində T.Nəzərov adlı şəxs tərəfindən imzalanması barədə Cavabdeh İB-nin istinad etdiyi dəlilə gəldikdə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh akta imza atmış şəxsin iddiaçının nümayəndəsi olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, digər tərəfdən isə həmin şəxsin iddiaçının nümayəndəsi olması ehtimal edilsə belə, iddiaçının nümayəndəsinin aktı imzalaması faktı yalnız onun aktla tanış olmasını təsdiq etməklə akt əsasında hesablanmış borcun iddiaçı tərəfindən mübahisələndirilməsini istisna etmir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçı M.İslamova xx.xx.2020-ci il tarixli, 040220 saylı akt əsasında hesablanmış 8449,6 manat məbləğində borcun əsaslı olmasını sübuta yerinə bilmədiyindən həmin borcun silinməsi tələbinə dair hissədə iddia təmin edilməlidir.
2. **********00000 saylı abonent kodu üzrə 2013-2020-ci illərdə hesablanmış 8.148,40 manat məbləğində borcdan ödənilmiş 5.479,60 manat məbləğində pulun cavabdehdən alınaraq geri qaytarılması, həmin sayğac üzrə olan 2.668,80 manat borcun silinməsi. Həmin tələbə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sözügedən borc məbləği istixanada quraşdırılmış G-4 markalı qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İddiaçı qeyd olunan hissədə iddia tələbini onunla əsaslandırmışdır ki, istixanada G-4 markalı qaz sayğacı inzibati binada istifadə edilən qaza nəzarət etmək məqsədilə quraşdırıldığından həmin sayğacın göstəricilərinə əsasən iddiaçıya borc hesablanmalı deyildi. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi Qaydalarda qaz sayğaclarının məhz abunəçinin istifadə etdiyi qazın sərfinə görə hesablaşma aparılması məqsədilə quraşdırılması qeyd olunmaqla yanaşı, istehlakçıya verilmiş qazın dəyərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması qaz paylayıcının vəzifəsi kimi müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı M.İslamovun mübahisələndirdiyi 8.148,40 məbləğində borc iddiaçıya məxsus istixanada layihəyə uyğun olaraq quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablandığından həmin borcdan ödənilmiş 5.479,60 manat məbləğində pulun cavabdehdən alınaraq geri qaytarılması və qalan 2.668,80 manat məbləğində borcun silinməsi tələbinə dair hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddia qismən təmin edilməli, Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 040220 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın sərfiyyatı haqqında” akta əsasən X2na hesablanmış 8449,6 manat (səkkiz min dörd yüz qırx doqquz manat altmış qəpik) məbləğində borc silinməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 040220 nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın sərfiyyatı haqqında” akta əsasən X2na hesablanmış 8449,6 (səkkiz min dörd yüz qırx doqquz manat altmış qəpik) manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Hakim Leyla Əliyeva