Məhkəmə qərarları › İş №e-2-2(113)-4133/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4133/2023

12.10.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4133/2023 12.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında hesablanmış 23673,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Nümayəndə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair dair e-2-2(113)-4133/2023 saylı işin Cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair e-2-2(121)-880/2023 saylı işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 4133/2023 saylı iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-880/2023 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə müəyyən edir ki, Cavabdeh İddiaçı qarşı təbii qazdan istifadəyə görə yaranmış 24186,20 manat borcun tutulması tələbi xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı tələbi təbii qazdan istifadəyə görə yaranmış 24186,20 manat borcun tutulması, İddiaçı Cavabdehnə qarşı tələbi isə 23673,6 manat borcun silinməsi təşkil edir. Beləliklə, Cavabdeh tutulmasını tələb etdiyin borcun əsas hissəsini İddiaçı silinməsini tələb etdiyi borc məbləği təşkil edir. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə iş daha sonra (xx.xx.2023) icraata qəbul olunduğundan e-2-2(113)-4133/2023 saylı iş e-2-2(121)- 880/2023 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(113)-4133/2023 saylı iş, Cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair e-2-2(121)-880/2023 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Şirvan Kommersiya Məhkəməsinin hakimi X2 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar