Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4361/2022 03.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Maraqlı şəxs (MMC) Cavabdehnə (İB) qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış podrat nüqaviləsi üzrə hər 3 sifariş üzrə qazlaşma işlərinin həyata keçirilməsində iddiaçının şəxsi mülkiyyətində olan mal-materialdan Polad boru 76x3,5 mm 7326,32 p/m, Polad boru 108x4 mm 2370,4 p/m, Polad əymə d 76 mm 770, Polad əymə dl08 mm 145 və Metal dayaqlar 10,98 ton həcimdə olan mal-materialın əvəzinin eyni miqdarda və eyni ölçüdə qaytarılması, əgər qaytarılması mümkün olmasa bugünkü bazar qiyməti ilə dəyərinin ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3 və 149.2.5-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, həmçinin, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş iddia iddia ərizəsində cavabdehə qarşı yönələn tələb qeyd olunmamışdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında göstərilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Maraqlı şəxs Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4361/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4361/2022
03.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver