Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4518/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işgüzar nüfuzuna dəyən zərərin və mənəvi zərərin əvəzi olaraq 200 000 manat, tərəflər arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsi üzrə 105 000 manat təmir xərcinin, 25 000 manat artıq ödənilmiş icarə haqqının, 52 000 manat əldən çıxmış faydanın, yararsız hala salınmış reklam banerinin dəyəri olan 6000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia ərizəsində göstərilən əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması, əşyalar məhv edilmişsə və ya yararsız hala salınmışsa, onların dəyərini təşkil edən 35 000 manat məbləğində pulun cavabdehən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi dövlət rüsumu ödənilir. Belə olan halda iddianın qiymətinə (423 000 manat) uyğun ödənilməli dövlət rüsumu da 713 manatdır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün ********** nömrəli mədaxil qəbzi ilə 154,6 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilən ********** nömrəli qəbz ilə 150 manat, ********** nömrəli qəbz ilə 106,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan ********** nömrəli qəbzin Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (AP(113)- 68296/2024) verilməsi üçün artıq istifadə edildiyi, ********** nömrəli qəbzlə ödənilən dövlət rüsumunun isə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3248/2024 nömrəli qərardadı ilə geri qaytarıldığı görünür. Başqa sözlə, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün cəmi 150 manat dövlət rüsumu ödənilmişdir ki, bu isə dövlət rüsumunun kəsrlə ödənildiyini göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4518/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4518/2024
25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver