Məhkəmə qərarları › İş №e-2-2(113)-4729/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4729/2024

09.12.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4729/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh iddiaçı X3 qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən **********00006 nömrəli abonent koduna hesablanmış 636949,43 manat borcun silinməsi, 320097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi və **********00007 nömrəli abonent koduna hesablanmış 4169 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Hacıqabul rayonu Kolanı kəndi ərazisində yerləşən istixanada təbii qazdan istifadə etdiyinə görə **********00006 saylı kod üzrə yaranmış 636949,43 manat, **********00007 saylı kod üzrə yaranmış 4149 manat , ümumilikdə 641098,43 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 93,10 manat məbləğində dövlət rüsumunun, 1,40 manat bank xidmət haqqının alınaraq Cavabdeh hesabına köçürülməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməyi xahiş etmişdir Cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında borcun ödənilməsi istiqamətində məhkəmədən kənar həll edilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirmiş, qarşılıqlı iddia tələbi üzrə iddanın baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə ilkin və qarşılıq iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, tərəflərin hər ikisinin ilkin və qarşılıq iddia ərizələrinin baxılmamış saxlanmasını xahiş edərək işə mahiyyəti üzrə baxılmasını təkid etmədiklərini nəzərə alaraq hesab edir ki, tərəflərin xahişi təmin edilərək hər iki iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin və Cavabdeh iddiaçı X3 qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar