Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4766/2023 04.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 13849,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun (13849,09 manat) tutulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iş (e-2-2(121)-1840/2023 saylı) hazırda həmin məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-cü maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-1840/2023 saylı iş və hazırkı e-2-2(113)- 4766/2023 saylı iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı, hazırkı iş digər işi ilkin olaraq icraata qəbul etmiş Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, işlər bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş (İş № e-2-2(113)- 4766/2023) Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair işlə (İş № e-2-2(121)-1840/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4766/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4766/2023
04.11.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver