Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4793/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı Heydər Əliyev adına X4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı inşa edilmiş sanitar qovşağının özbaşına tikili hesab edilərək sökülməsi tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Heydər Əliyev adına X7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı inşa edilmiş sanitar qovşağının özbaşına tikili hesab edilərək sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Zaur Mədətov küçəsində yerləşən taxıl anbarının yaxınlığında Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nda boru kəmərindən 47 metr aralı məsafədə cavabdeh X3 tərəfindən inşa edilmiş dam örtüyü vurulmuş sanitar qovşağının özbaşına (qanunsuz) tikili hesab edilərək həmin tikilinin sökülməsi və iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2591/2025 saylı qərardadına əsasən mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi, iddia tələbi faktiki olaraq gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasında olan tələblərlə bağlıdır. Bundan əlavə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş dövlət reyestri məlumatlarından və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, "xxxx" MMC xx.xx.2018-ci ildən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir, VÖEN-i hazırda aktiv statusdadır və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 92, mənzil 34-dür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2591/2025 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 19-cu bəndinə istinad edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İşin hallarından göründüyü kimi, Abşeron Rayon Məhkəməsində iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iddiaçı Heydər Əliyev adına X7 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Zaur Mədətov küçəsində yerləşən taxıl anbarının yaxınlığında Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nda boru kəmərindən 47 metr aralı məsafədə cavabdeh X3 tərəfindən inşa edilmiş dam örtüyü vurulmuş sanitar qovşağının özbaşına (qanunsuz) tikili hesab edilərək, həmin tikilinin sökülməsi və iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından cavabdehin fərdi sahibkar olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh X1 əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və vəsatət təmin edilmişdir. Həmin hal, tərəflərin subyektiv tərkibi, iddia tələbinin və hüquq münasibətlərinin xarakteri nəzərə alınaraq, iddiaçı Heydər Əliyev adına X4 cavabdeh "xxxx" MMC-yə qarşı «inşa edilmiş sanitar qovşağının özbaşına tikili hesab edilərək sökülməsi» tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qənaətinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə baxılaraq həll edilməlidir. Belə ki, MPM-in məhkəmə aidiyyəti ilə bağlı münasibətləri tənzimləyən 3-cü fəslinin aidiyyətin dəyişdirilməsinə yol verilməməsi ilə bağlı olan 31-ci maddəsi imperativ qaydada müəyyən edir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlinmişdir ki, mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı yarandığından, hazırkı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Heydər Əliyev adına X4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı inşa edilmiş sanitar qovşağının özbaşına tikili hesab edilərək sökülməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4793/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4793/2025
19.06.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver