Məhkəmə qərarları › İş №e-2-2(113)-4901/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4901/2022

26.08.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4901/2022 26.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X2 İdarəsinin nümayəndələri ünvan 1 ünvana aid tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, 007585 nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC-nin tərtib etdikləri aktlar heç bir hüquqi nəticə doğurmadığına görə sözügedən aktların etibarsız hesab edilməsi tələbi ilə bağlı iddialara məhkəmə qaydasında baxılmır. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar