Məhkəmə qərarları › İş №e-2-2(113)-4913/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4913/2022

28.09.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4913/2022 28.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan. iddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Titanik” Restoranına (F/S Quliyev İlham, VÖEN: **********) məxsus 091636 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 15.565 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İş materiallarından görünür ki, iddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “Titanik” Restoranına (F/S Quliyev İlham, VÖEN: **********) məxsus 091636 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 15.565 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsi Bakı Kommersiya Məhkəməsi (hakim Zeynəb Axundova) tərəfindən icraata qəbul edilmiş və həmin iddia tələbi üzrə e-2-2(113)-4400/2022 nömrəli iş hazırda icraatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar