Məhkəmə qərarları › İş №e-2-2(113)-504/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-504/2022

18.03.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-504/2022 18.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2.159,33 (iki min yüz əlli doqquz manat otuz üç qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun icarəsindədir və ictimai iaşə kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsinə smart tipli sayğac quraşdırılmışdır. Lakin Nəsimi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən obyektdə smart tipli su sayğacından əlavə d=15 mm-lik boru ilə sudan qeyri-istifadə olunduğunu qeyd edərək Akt tərtib edilmiş və həmin akt əsasında 2.159,33 manat borc hesablanmışdır. Həmin boru obyektdən kənarda yerləşir. Həmin borurdan o istifadə etmir. Cavabdeh tərəfindən həmin borudan istifadə edilməsinə dair heç bir sübut yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X5 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X6 mülkiyyətində olan ünvan 1 ünvanı icarə müqaviləsi əsasında 04.01.2019-cu il tarixdə X3 icarəyə verilmişdir və icarə obyekti hələ də, sonuncunun istifadəsindədir. İş materiallarında olan 27.05.2021-ci il tarixli 007227 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanına baxış keçirilmiş və baxış zamanı obyektdə smart tipli su sayğacından əlavə olaraq 15 mm lik boru ilə sudan qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İş materiallarında olan 27.05.2021-ci il tarixli 007227 saylı akta əsasən qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, dəymiş zərər olaraq 2196 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, tərtib edilmiş akt və abonent haqqında məlumatdan abonent X10 kimi, ünvan isə ünvan 2rtib edilmiş və borc hesablanmış ünvanın məhz X1 istifadəsində olan ünvan 1 ünvanı olduğu müəyyən edilmişdir. Qeyd olunan halı həm məhkəmə iclasında iştirak edən tərəflər təsdiq etmişlər, həmçinin də iş materiallarına əlavə edilmiş baxış keçirilən zamanı qeydə alınmış videogörüntülər əks olunmuş CD diskə baxış zamanı da müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi qeyd olunan halı X7 əvvəlki abonent olduğunu və hal-hazırda nə mülkiyyətçi X6 nə də, X1 Cavabdeh ASC ilə müqavilə bağlamadığını bildirmişdir və Cavabdeh ASC ilə müqavilə bağlanmadığı üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, akt əsasında 2196 manat məbləğində borc hesablansa da, iddiaçı 2159,3 manat məbləğində borcun silinməsini xahiş edir. Həmçinin iş materiallarına əlavə edilmiş abonent haqqında məlumatdan görünür ki, hazırda qeyd olunan ünvan üzrə 2502,33 manat məbləğində borc vardır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf sayğacdan kənar xəttin olduğunu bildirsə də, qeyd edilən halı sübut edə bilməmişdir və bu hal öz əksini həmçinin iş materiallarına əlavə edilmiş baxış keçirilən zamanı qeydə alınmış videogörüntülər əks olunmuş CD diskə baxış zamanı da müəyyən edilməmişdir. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinində göründüyü kimi, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Ona görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən X1 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında 052054 nömrəli abonent kodu üzrə hesablanmış 2159,33 (iki min yüz əlli doqquz manat otuz üç qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar