Məhkəmə qərarları › İş №e-2-2(113)-529/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-529/2024

10.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-529/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı MMC və “Aqua NRG İnvestment Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı əmlakların geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC və “Aqua NRG İnvestment Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus 450 ədəd soyuducunun Cavabdeh MMC-dən alınaraq iddiaçılara verilməsi və ya dəyəri kimi 213 739,3 AZN məbləğində pulun, 400 manat məbləğində mediasiya xərcinin və 105 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi qismində iştirak edən Vəkil iddiaçı “Aqua NRG İnvestment Limited” şirkəti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməli olan etibarnamənin təqdim edilməsini tələb etmişdir. Lakin iddiaçılarnın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, apostil edilmiş etibarnaməni təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıların nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsinin baxılmamaış axlanılmasına razı olmamış və işə baxılmasını xahiş etmişdir Məhkəmə iş materiallarını araşdırıb, tərəfi dinləyərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki, məhkəməyə təqdim olunan iddiaçı “Aqua NRG İnvestment Limited” şirkətinin nümayəndəsinin etibarnaməsi ukrayna və ingilis dillərində tərtib olunmuş, azərbaycan dilinə tərcümə olunmuş və tərcümə Ukrayna Respublikasının notariusu tərəfindən təsdiq edilmişdir. Lakin iddiaçı “Aqua NRG İnvestment Limited” şirkəti Ukrayna Respublikasının hüquqi şəxsi deyil, notarius tərəfindən etibarnamə vermiş şəxsin səlahiyyətləri yoxlanılmamış, vurulmuş möhürün həqiqiliyi təsdiq edilməmiş, sadəcə tərcüməçinin imzası təsdiqlənmişdir. Halbuki Kipr Respublikasının hüquqi şəxsi olan iddiaçı “Aqua NRG İnvestment Limited” şirkəti tərəfindən verilən etibarnamə, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı və Kipr Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına əsasən apostil edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.3-cü bəndində qeyd edilmişdir ki, xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra - mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə, iddia ərizəsinin iddiaçı “Aqua NRG İnvestment Limited” şirkətinin nümayəndəsi qismində Vəkil tərəfindən imzalandığını, onun isə qanunvericilikdə nəzərədə tutulmuş qaydada etibarnaməsi olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0, 259.0.3-cü maddələrinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar İddiaçı MMC və “Aqua NRG İnvestment Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı əmlakların geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar